Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14526/2025 06.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək pensiyasının üzrə keçmiş müddət üçün hesablanmış 10033,62 (on min otuz üç) manat pensiya məbləğinin xx.xx.2023-cü il tarixindən başlayaraq, hər ilin 01 yanvar tarixinə olan əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış ödənməmiş pensiya məbləğinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikası Dövlət Statistikası Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilməsini və həmin məbləğin birdəfəlik ona ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-3954/2021 nömrəli qərarı ilə onun 52 yaşı tamam olduğuna görə xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişlərinin ödənilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulması barədə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)-2542/2021 nömrəli Qərarı ilə cavabdeh, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(102)-457/2022-ci il tarixli Qərarı ilə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın kassasiya şikayəti də təmin edilməmişdir. “Əmək pensyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2022-ci il tarixindən etibarən 268.61 manat təşkil edir. Əmək pensiyası üzrə keçmiş müddət üçün 10033,62 manat pensiya məbləği hesablanmışdır. Həmin pensiya məbləği cari ilin avqust ayından etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 233,34 manat) pensiyanın (268,61 manat) üzərinə əlavə olunmaqla (268,61+233,34=501,95 manat) Mərkəzi Filial tərəfindən müvafiq kart hesabına köçürülür. Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubu ilə ona bildirilmişdir ki, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 10033,62 (on min otuz üç manat 62 qəpik) manat pensiya məbləği ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə ödəniləcəkdir. Keçmiş müddət (xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci tarixə) kimi 43 ay təşkil edir. Yəni, Mərkəzi Filial onun əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 10033,62 (on min otuz üç manat 62 qəpik) manat pensiya məbləğini hissə-hissə ödəməklə, həmin məbləği mənə 43 (qırx üç) ay müddətində, 2026-cı ilin fevral ayında tam olaraq ödənilməsi nəzərdə tutulmuşdur. Və bu müddət ərzində onun əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 10033,62 manat pensiya məbləğinin alıcılıq qabiliyyəti, hesablandığı dövrdən bir il keçdikdən sonra tamamilə aşağı alıcılıq qabiliyyətinə sahib olacaqdır. Məhz bu səbəbdəndir ki, həm əmək pensiyasının, həm də fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı,“Əmək pensyaları haqqında” qanunun 29.1-ci maddəsinə əsasən ildə bir dəfə ölkə üzrə aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistikası Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək artırılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2026-cı il tarixli, № 3-17-1/2-283146/2025 saylı iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazları): Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı M.X1 iddia ərizəsi ilə eyni məzmunlu xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il ta ixli və xx.xx.2025-ci il tarixli müraciətləri daxil olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli 2-1(102)-457/2022 nömrəli qərarına əsasən iddiaçıya 18 iyul 2022-ci il tarixində Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 52 yaşının tamam olduğu 1 yanvar 2019-cu il tarixindən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı (iddiaçıya münasibətdə müvafiq məhkəmə qərarına əsasən 52 yaş) ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2019-cu il tarixinə kişilər 64 yaş) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar olaraq, iddiaçının işlədiyi dövrdə qazandığı 52407,30 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinin tələblərinə uyğun qaydada 181,97 manat (52407,30:288 ay (64 il-52 il=144 ay+144 ay)) məbləğində müəyyən edilmişdir. Bundan başqa xx.xx.2019-cu il tarixindən əmək pensiyasının minimum məbləğinin 200,00 manat müəyyən edilməsi ilə əlaqədar əmək pensiyasının məbləği həmin tarixdən 200,00 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası xx.xx.2022-ci il tarixindən etibarən 268,61 manat təşkil etmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün 10033 62 manat pensiya məbləği hesablanmışdır. Həmin pensiya məbləği 2022-ci ilin avqust ayından etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissəhissə (hər ay 233,34 manat) iddiaçının pensiyasının üzərinə əlavə olunmaqla Mərkəzi Filial tərəfindən müvafiq kart hesabına köçürülür. İddiaçı pensiya təyin olunduqdan sonra 6 il və daha çox işlədiyinə görə xx.xx.2025-ci il tarixli müraciətinə əsasən xx.xx.2025-ci il tarixindən əmək pensiyası yenidən hesablanaraq 393,33 manatdan 560,99 manata artırılmışdır. Qeyd olunanları nəzərə alaraq, keçmiş dövr üçün iddiaçıya ödənilməli olan 335,32 manat pul vəsaiti hesablanmış və həmin pul vəsaiti cari ilin aprel və may aylarında hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları ilə müəyyən olunur ki, ötən dövr üçün hesablanan pensiya məbləğinin indeksləşdirilməsi və birdəfəlik ödənilməsi qanunvericilikdə təsbit olunmadığından hazırkı iddia tələbi əsassızdır və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1967-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materaillarında olan: Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********6 №-li məktubunda göstərilmşdir ki, “... Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli 2-1(102)-457/2022 nömrəli qərarına əsasən sizə 18 iyul 2022-ci il tarixində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 52 yaşınızın tamam olduğu 1 yanvar 2019-cu il tarixindən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı (sizə münasibətdə müvafiq məhkəmə qərarına əsasən 52 yaş) ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2019-cu il tarixinə kişilər 64 yaş) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar olaraq, işlədiyiniz dövrdə qazandığınız 52407,30 manat sığorta kapitalına görə əmək pensiyanız “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin tələblərinə uyğun qaydada 181,97 manat (52407,30:288 ay (64 il-52 il=144 ay+144 ay)) məbləğində müəyyən edilmişdir. Bundan başqa xx.xx.2019-cu il tarixindən əmək pensiyasının minimum məbləğinin 200,00 manat müəyyən edilməsi ilə əlaqədar əmək pensiyanızın məbləği həmin tarixdən 200,00 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 29.1ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanız xx.xx.2022-ci il tarixindən etibarən 268,61 manat təşkil edir. Əmək pensiyanız üzrə keçmiş müddət üçün 10033,62 manat pensiya məbləği hesablanmışdır. Həmin pensiya məbləği cari ilin avqust ayından etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 233,34 manat) pensiyanızın (268,61 manat) üzərinə əlavə olunmaqla (268,61+233,34=501,95 manat) Mərkəzi Filial tərəfindən müvafiq kart hesabınıza köçürülür.” Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli, 3-17-1/2-N- 73493/2023 №-li məktubunda göstərilmşdir ki, “... Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli 2-1(102)-457/2022 nömrəli qərarına əsasən sizə 18 iyul 2022-ci il tarixində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 52 yaşınızın tamam olduğu 1 yanvar 2019-cu il tarixindən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2019- cu il tarixinə kişilər 64 il) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar olaraq, fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 52407,30 manat sığorta kapitalına görə əmək pensiyanız “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin tələblərinə uyğun qaydada 181,97 manat (52407,30:288 ay (64 il-52 il=144 ay+144 ay)) məbləğində müəyyən edilmişdir. Bundan başqa, xx.xx.2019-cu il tarixindən əmək pensiyasının minimum məbləğinin 200,00 manat müəyyən edilməsi ilə əlaqədar əmək pensiyanızın məbləği həmin tarixdən 200,00 manata çatdırılmışdır. Eyni zamanda, əmək pensiyanız üzrə keçmiş müddət üçün 10033,62 manat pensiya məbləği hesablanmışdır. Həmin pensiya məbləği 2022-ci ilin avqust ayından etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 233,34 manat) pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülür. Göründüyü kimi, qanunvericilikdə ötən dövr üzrə hesablanmış pensiya məbləğinin birdəfəlik ödənilməsi nəzərdə tutulmayıb. Əmək pensiyanız “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən 285,27 manat müəyyən edilib. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən pensiyanın indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanız xx.xx.2023-cü il tarixindən etibarən 327,21 manat təşkil edir.” Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli, 3-17-1/2-N- 48670/2024 №-li məktubunda göstərilmşdir ki, “... Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli 2-1(102)-457/2022 nömrəli qərarına əsasən sizə 18 iyul 2022-ci il tarixində Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib və 52 yaşınızın tamamlandığı 1 yanvar 2019-cu il tarixindən hesablanıb. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2019-cu il tarixinə kişilər 64 il) arasındakı ayların sayı qədər artırılır. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanlara əsasən, fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 52407,30 manat sığorta kapitalına görə əmək pensiyanız Qanunun 45-ci maddəsinin tələblərinə uyğun qaydada 181,97 manat (52407,30:288 ay (64 il-52 il=144 ay+144 ay)) məbləğində müəyyən edilmişdir. Bundan başqa, xx.xx.2019-cu il tarixindən əmək pensiyasının minimum məbləğinin 200,00 manat müəyyən edilməsi ilə əlaqədar əmək pensiyanızın məbləği həmin tarixdən 200,00 manata çatdırılıb. Eyni zamanda, əmək pensiyanız üzrə keçmiş müddət üçün sizə ödənilməli olan 10033,62 manat pul vəsaiti hesablanıb. Həmin 10033,62 manat pul vəsaiti 2022-ci ilin avqust ayından etibarən Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 233,34 manat) pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülür. Göründüyü kimi, qanunvericilikdə ötən dövr üzrə hesablanmış pensiya məbləğinin birdəfəlik ödənilməsi nəzərdə tutulmayıb. Əlavə olaraq bildiririk ki, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar xx.xx.2024cü il tarixdən əmək pensiyanız 363,86 manat təşkil edir.” Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli, 3-17-1/2-N- 118055/2025 №-li məktubunda göstərilmşdir ki, “... sizə Mərkəzi Filial tərəfindən xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Eyni zamanda, sizə pensiya təyin olunduqdan sonra 6 il və daha çox işlədiyinizə görə xx.xx.2025-ci il tarixli müraciətinizə əsasən əmək pensiyanız xx.xx.2025-ci il tarixdən yenidən hesablanaraq 393,33 manatdan 560,99 manata artırılıb. Qanunun 32.1.1-ci maddəsinin ikinci cümləsinə əsasən ötən dövr üçün hesablanmış pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, keçmiş dövr üçün sizə ödənilməli olan 335,32 manat pul vəsaiti hesablanıb. Həmin pul vəsaiti cari ilin aprel və may aylarında hissə-hissə əmək pensiyanızın üzərinə əlavə edilərək müvafiq kart hesabınıza köçürülüb. Nəzərə almağınız xahiş olunur.” Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli, 3-17-1/2-N- 154173/2025 №-li məktubunda göstərilmşdir ki, “... sizə 18 iyul 2022-ci il tarixində Mərkəzi Filial tərəfindən 1 yanvar 2019-cu il tarixindən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib və keçmiş üç il müdət üçün sizə ödənilməli olan 10033,76 manat pul vəsaiti müəyyən edilib. Həmin pul vəsaiti 2022-ci ilin avqust ayından etibarən hissə-hissə (hər ay 233,34 manat olmaqla) əmək pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bununla əlaqədar olaraq, sizə pensiya təyin olunduqdan sonra 6 il və daha çox işlədiyinizə görə əmək pensiyanız xx.xx.2025-ci il tarixdən yenidən hesablanaraq 393,33 manatdan 560,99 manata artırılıb və keçmiş dövr üçün sizə ödənilməli olan 335,32 manat pul vəsaiti hesablanıb. Həmin pul vəsaiti isə cari ilin aprel və may aylarında əmək pensiyanızın üzərinə əlavə edilərək müvafiq kart hesabınıza köçürülüb.” TƏTBİQ EDİLƏN HÜQUQ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. ... Maddə 29. Əmək pensiyalarının indeksləşdirilməsi 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanınınqərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanınınqərarına əsasən indeksləşdirilir. 29.3. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. … Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. MƏHKƏMƏNİN MÖVQEYİ Hazırkı mübahisəyə münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinin tətbiqinin mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, həmin maddənin 29.1ci maddəsinin 27 oktyabr 2009-cu il tarixədək qüvvədə redaksiyasına görə, yaşa görə əmək pensiyasının baza hissəsi ildə bir dəfədən və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsindən az olmamaqla artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinin 10 mart 2017-ci il tarixədək qüvvədə olan redaksiyası: 29.1. Yaşa görə əmək pensiyasının baza hissəsinə yenidən baxıldıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınır. 29.2. Əmək pensiyasının sığorta hissəsi (o cümlədən bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir. 29.3. Bu Qanunun 20.1.1- 20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. 29.4. Əmək pensiyasının artırılması və indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin maddənin qüvvədə olan redaksiyası: 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.2. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsi ilə bağlı qanunvericiliyin inkişaf tarixinə nəzər saldıqda, bütün dövrlərdə 29.2-ci maddədə təsbit olunmuş qaydanın şəxslərin əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldığı və ya yenidən hesablandığı hallarda tətbiqini ehtiva etdiyi görünür. Həmin Qanunun 29.1-ci maddəsində təsbit olunmuş normanın ifadə tərzinin və nömrəsinin dəfələrlə dəyişikliyə məruz qalmasına rəğmən, qanunvericinin həmin normada ifadə olunmuş ümumi və dəyişməz mövqeyinin əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı olduğu görünür. Bu zaman həm də nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi əmək pensiyaçılarına münasibətdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 37.3-cü maddəsinə uyğun olaraq işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Belə ki, indeksləşdirmə Azərbaycan Respublikasında əmək pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi daşımaqla istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq üçün vətəndaşların pensiya gəlirini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Göründüyü kimi indeksləşdirmə əmək pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşımaqla büdcədən həmin şəxslərə ödənilən əlavə təminatdır. İşin faktiki hallarından müəyyən olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanız xx.xx.2022-ci il tarixindən etibarən 268,61 manat təşkil edir. Belə olduqda məhkəmə hesab edir ki, iddiaçı əmək pensiyasının artırılaraq, yenidən hesablanmasını arzulasa da, hesablanmış həmin məbləğin artımına səbəb olar halın nədən ibarət olmasını əsaslandıra bilməmiş, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilən pensiya məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən hər hansı səhvə yol verildiyini sübut edə bilməmiş, bununla da əmək pensiyasının artımına səbəb olan halı əsaslandıra bilməmişdir. Məhkəmə tərəfindən aparılan qiymətləndirmə nəticəsində iddiaçıya təyin olunmuş pensiya məbləğinin hesablanması zamanı qanunvericiliyin tələblərinə zidd hal müəyyən edilməmiş, bunun tam əksinə hesablamanın məhz təminat xərcliyinə uyğun, həmçinin artımlar nəzərə alaraq aparıldığını müəyyən edilmişdir ki, göstərilən bu halların hər biri iddiaçının irəli sürdüyü mülahizələr formal xarakter daşıyır. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının pensiya hüquqlarının pozulmasına səbəb olmur. İşin faktiki hallarından da görünür ki, hazırkı inzibati mübahisə iddiaçıya ötən dövrlər üzrə hesablanmış 10033,76 manat pul məbləğindən ödənilməmiş hissənin Qanunun 32.-1-1-ci maddəsindəki yox, birdəfəlik ödənilməsi ilə əlaqədardır. Bununla bağlı qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə həmin Qanunun 32.1-1-ci maddəsinə istinadla hesab edir ki, fərq məbləği hissə-hissə ötən dövrdəki ayların sayına bölünərək pensiyanın üzərinə əlavə edilməklə iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olmaqla, yuxarıda adıçəkilən Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğundur. Belə ki, Qanunun tələbindən də göründüyü kimi ödəniş məhz hissə-hissə ötən dövrdəki ayların sayına bölünərək pensiyanın üzərinə əlavə edilməklə həyata keçirilməlidir ki, həmin məbləğin birdəfəlik və ya digər qaydada edilməsinə dair hər hansı müddəa nəzərdə tutulmamış, ödənişin edilməsinin prosedur Qaydası məhz adıçəkilən müddəa ilə tənzimlənmişdir ki, cavabdehin mövqeyi və faktiki xarakterli hərəkəti adıçəkilən müddəanın ödənişin edilməsinə dair prosedur qaydasında uyğun olduğundan iddianın təminini istisna edilməkdədir. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi və faktiki xarakterli hərəkəti adıçəkilən müddəanın ödənişin edilməsinə dair prosedur qaydasında uyğun olduğundan iddianın təminini istisna edilməkdədir. Hazırkı halda iddiaçı ona əmək pensiyasının yenidən hesablanmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiyanın yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı oluşdur (“İnzibati icraat haqqında” AR Qanunu, 17-ci maddə) İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-14526/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14526/2025
06.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver