Məhkəmə qərarları › İş №2-1(112)-1454/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1454/2020

23.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1454/2020 23.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçı Məhərrəmova Nəzakət Bulud qızının (Şuşa şəhərində qeydiyyatdadır, ixtisası müəllim), cavabdehin nümayəndəsi Hüseynov Rasim Əfsər oğlunun (Bakı şəhərində qeydiyyatdadr, ixtisası hüquqşünas, hüquq sektorunun müdiri vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı Məhərrəmova Nəzakət Bulud qızının cаvаbdеh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “əmək haqqına əlavənin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti üçüncü şəxs qismində cəlb edilməklə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Məhərrəmova Nəzakət Bulud qızı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kəsilmiş əmək haqqına əlavənin yenidən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddiaçı Məhərrəmova Nəzakət Bulud qızı tələbini onunla əsaslandırmışdır ki, 1976-cı ildən 1992-ci ilədək Şuşa şəhərində müəllim işləmişdir. 1993-cü ildən isə bu günə qədər Xocalı şəhər 2 saylı tam orta məktəbində müəllim işləyir. 1993-cü ildən 2004-cü ilin avqustun 30-dək yüksəkliyə görə 20% əlavə əmək haqqı almışdır. 2004-cü ildə Maliyyə Nazirliyinin yoxlaması nəticəsində qeyri-qanuni olaraq ona verilən 20% əlavə əmək haqqı kəsilmişdir. Lakin hal-hazırda Xocalı rayonun kənd orta məktəbində işləyən müəllimlərə həmin 20% əlavə əmək haqqı verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli qərarına əsasən Ermənistan tərəfindən işğal olunmuş dağlığ rayonlarda işləmiş, hazırda respublikanın müxtəlif bölgələrində məcburu köçkün kimi yaşayıb işləyən müəllimlərə yüksəkliyə görə əmək haqqının 20% həcmində verilən əlavə haqqın həmin rayonların işğaldan azad olunanadək saxlanılmasına icazə verilmişdir.İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya işlərdə çalışan işçilərin əmək haqqına artımların (əmsalların) ödənilməsi “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqlarının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 137 nömrəli qərarı ilə təmzimlənir. Həmin qərarın 1 nömrəli əlavəsinə əsasən əraziləri işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssələrində və təşkilatlarında çalışan məcburi köçkünlərin əmək haqlarına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) minimum miqdarı həmin müəssisələrin və təşkilatların yerləşdiyi ərazilərdən asılı olmayaraq saxlanılır. Qərarın 1 nömrəli əlavəsinin qeydində göstərilənlər yalnız əraziləri işğal olunmuş rayonların dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatında və ya iş yerlərində işğaldan qabağ çalışan, əmək haqlarını müvafiq artımlar əlavə olunmaqla almış və işğaldan sonra məcburi köçkün statusu alan işçilərə şamil edilə bilər. Göstərilən şərtlərlə bağlı yalnız təstiqedici sənədlər təqdim etmiş işçilərin əmək haqlarına müvafiq artımlar oluna bilər. Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, 2004-cü ildə Azərbatcan Respublikası Dövlət X3 tərəfindən xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi olan dövrdə Xocalı rayon Təhsil Şöbəsinin büdcə və büdcədənkənar vəsait smetalarının icrası təftiş edilərkən Xocalı şəhər 2 nömrəli orta məktəbində heç bir yoxlama aparılmamış və bu barədə iddiaçının iddia ərizəsində göstərilənlər əsassızdır. Təftiş aktlarında yalnız Xocalı rayonunun Qarağov və Kosalar kənd orta məktəblərində aparılmış yoxlamalarla yuxarıda göstərilən məsələ ilə bağlı nöqsanların aşkar edildiyi göstərilmişdir. Xocalı rayonunun Kosalar, Cavadlar, Canhəsən və Qarağav kəndləri isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 31 nömrəli qərarı ilə “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısı”na daxil edilmişlər.Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi R.Hüseynov iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşınıın şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Şuşa şəhərində qeydiyyatdadır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xocalı rayon Təhsil şöbəsinin Xocalı şəhər 2 nömrəli tam orta məktəbinin 54 nömrəli, xx.xx.2019-cu il tarixli arayışına əsasən Xocalı şəhər 2 nömrəli tam orta məktəbin müəllimi İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək yüksəkliyə görə 20% əlavə əmək haqqı almışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xocalı rayon Təhsil şöbəsinin Xocalı şəhər 2 nömrəli tam orta məktəbinin 53 nömrəli, xx.xx.2019-cu il tarixli arayışına əssaən İddiaçı Xocalı şəhər 2 nömrəli tam orta məktəbində xx.xx.1993-cü il tarixdən hal-hazıra kimi müəllim işləyir. İT-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1993-cü il tarixdən bu günə kimi Xocalı şəhər 2 nömrəli orta məktəbdə müəllim işləyir. AA 040763 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən X1 məcburi köçkündür. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Şuşa şəhərində qeydiyyatdadır,məcburi köçkündür, əmək kitabçasına və təqdim edilmiş arayışlara əsasən xx.xx.1993-cü ildən bu günə kimi Xocalı şəhər 2 nömrəli tam orta məktəbdə müəllim işləyir, hazırda iddiaçı 1993-cü ildən 2004-cü ilə qədər Xocalı şəhər 2 saylı tam orta məktəbində işlədiyi müddətdə yüksəkliyə görə 20% əlavə əmək haqqı aldığını, 2004-cü ildə Maliyyə Nazirliyinin yoxlaması nəticəsində ona verilən 20% əlavə əmək haqqının verilməsinin qeyri-qanuni olaraq dayandırılmasını göstərərək 20% əmək haqqına əlavənin verilməsinin yenidən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137 №li, xx.xx.2002-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqında hündürlük 1200 metrdən 1500 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,1; 1500 metrdən 2000 metrədək olduqda, artımın (əmsalın) minimum miqdarı 1,2,; 2000 metrdən yuxarı olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,3 məbləğində müəyyən edilmişdir. Həmin Qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək, 1500 metrdən 2000 metrədək və 2000 metrdən yuxarıda yerləşən yaşayış məntəqələrinin siyahısı 1 və 2 nömrəli əlavələrə uyğun olaraq müəyyən edilmişdir. Həmin Qərara 1 saylı əlavənin qeydinə əsasən əraziləri işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında çalışan məcburi köçkünlərin əmək haqlarına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) minimum miqdarı həmin müəssisələrin və təşkilatların yerləşdiyi ərazilərdən asılı olmayaraq saxlanılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli qərarına 1 nömrəli əlavədə Xocalı şəhərinin özü Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrə qədər və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələri siyahısına daxil edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli, 137 nömrəli qərarına 1 nömrəli əlavədə qeyd edilməmiş Xocalı şəhərinin 2 nömrəli orta məktəbində işlədiyi üçün onun iddia tələbində qeyd edilən əmək haqqına əlavəni almaq tələbinin hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Məhərrəmova Nəzakət Bulud qızının cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı əmək haqqına verilməsi dayandırılmış əlavənin yenidən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İPM-nin 2,34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Məhərrəmova Nəzakət Bulud qızının cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı əmək haqqına verilməsi dayandırılmış əlavənin yenidən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar