Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1454/2024 08.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə qarşı “qeydiyyat hərəkətlərinin aparılması” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan “Mercedes Benz E 240” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən də göründüyü kimi o, xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında “Mercedes Benz E 240” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı 1998-ci il buraxılışlı gümüşü rəngli avtomobili alaraq, mülkiyyətinə keçirmişdir. 2022-ci ilin mart ayında İddiaçı məxsus “Mercedes Benz E 240” markalı, A-531 dövlət qeydiyyat nişanlı avtomobilin mühərriki sıradan çıxdığı üçün həmin avtomobilin mühərriki dəyişdirilmişdir. xx.xx.2022-ci il tarixdə dəyişdirilmiş mühərrikin qeydiyyata alınması üçün Baş Dövlət Yol Polis İdarəsinə elektron qaydada müraciət edilmişdir. Daha sonra avtomobilə BDYPİ-nə baxış keçirilən zaman avtomobilin ban nömrəsi ətrafında qaynaq işlərinin aparılması və mühərrikin dəyişdirilməsi məlum olmuş və bu səbəbdən avtomobil qeydiyyata alınmamışdır. Qeyd edək ki, "Mercedes Benz E 240” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən satın alındıqdan sonra ban nömrəsi ətrafında heç bir qaynaq işləri aparılmamışdır. Həmin ban nömrəsi ətrafında olan qaynaq işləri avtomobil iddiaçının mülkiyyətinə keçmədən əvvəldən olmuşdur. İddia ərizəsinə əlavə edilmiş elektron talonlardan da görünür ki, ona məxsus “Mercedes Benz E 240” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərində növbəti texniki baxışdan keçmişdir. Lakin həmin texniki baxışdan keçərkən ban nömrəsi ətrafında qaynaq işlərinin aparılması müəyyən edilməmişdir. Görünür ki, həmin qaynaq işlərinin aparılması ciddi nöqsan deyil. Əks halda 2019-cu ildə alqı-satqı edilən zaman, eləcə də 2021 və 2022-ci illərdə texniki baxışdan keçən zaman ban nömrəsi ətrafında qaynaq işlərinin aparılması səbəbindən qeydiyyat hərəkətlərinin aparılması mümkün olmazdı. Azərbaycan Respublikasının DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-Q-64090 nömrəli məktubunda avtomobil üzərində başqa mühərrikin aşkar edilməsi və ban nömrəsi ətrafında qaynaq işlərinin aparılması səbəbindən həmin avtomobilin qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə tərəfindən nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün olacağı bildirilmişdir. Hal-hazırda avtomobilin mühərrikinin dəyişdirilməsi ilə bağlı qeydiyyat aparılması mümkün olmadığından iddiaçı sözügedən avtomobilini idarə etmək üçün etibarnamə verə bilmir və həmçinin həmin avtomobili sata bilmir. Bu hal, onun avtomobilə dair sərəncam hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin iddiaya dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İşin hallar. İş materiallarında olan: AD seriyalı 678604 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Sedan tipli, buraxılış ili 1998-ci il, mühərrik №-si **********0800, Ban №-si WDB2100611A701028, rəngi gümüşü olan ** VA *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E 240” minik markalı avtomobilə dair Bakı şəhəri, Qaradağ rayonu, PUTA-1, H/Ş, 600 Lİ ünvanında qeydiyyatda olan İddiaçı adına xx.xx.2019-cu il tarixdə şəhadətnamə verilmişdir. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğuya əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin 3-B-5/2-14131/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-Nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində “Mercedes Benz E240” markalı, ** VA *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı cinayət xarakterli araşdırma materialı olmamışdır. Lakin Baş X9 İdarəsinin qeyd edilən avtomobildə qüsur aşkar olunmasına dair müraciətinə dair münasibət xarakterli cavab məktubu göndərilmişdir. Məktuba əlavə olunmuş Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin: 005-14403-1222 saylı məktubunda qeyd olunmuşdur ki, 02 iyun 2022-ci il tarixdə Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə müraciət edilərək Bakı şəhəri, Qaradağ rayonu PUTA-1 Ş/Ş, 600 Lİ, H/H ünvanında qeydiyyatda olan İddiaçı mülkiyyətində olan “Mercedes Benz E240” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********0800 mühərrik nömrəli, WDB2100611A701028 ban nömrəli, gümüşü rəngli, 1998-ci il buraxılışlı avtomobilin qeydiyyat şəhadətnaməsində qeyd edilənlərdən fərqli olaraq avtomobilin üzərində **********3641 nömrəli mühərrik olması və ban nömrəsi ətrafında qaynaq işləri aparılması ilə bağlı olaraq araşdırma aparılması xahiş edilmişdir. Daxil olmuş material üzrə araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Mercedes Benz E240” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********0800 mühərrik nömrəli, WDB2100611A701028 ban nömrəli, gümüşü rəngli, 1998-ci il buraxılışlı avtomobilin mühərriki zavod istehsalı zamanı quraşdırılmış mühərrik deyil, başqa bir mühərrikdir. Ban nömrəsi ətrafında da qaynaq işləri aparılmışdır. Avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması zərurəti əvvəlcədən BDYPİ-nə bildirilməyib və bu fakt sənədləşdirilməmişdir. Qəbul edilmiş standartlara əsasən avtomobilin növündən asılı olaraq ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar hərf və ya rəqəm şəklində stasionar olaraq avtomobilin banı və ya şassisi üzərinə zavod üsulu ilə həkk edilməklə yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olur ki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi yəni ban və ya şassi nömrəsi üzrə göstəricilər qüsurlu olur. Hansıki qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin fərqli olmasına dəlalət edir. Nəqliyyat vasitəsinin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və təkrar qeydiyyat hərəkətlərinin aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən həyata keçirilir. Göründüyü kimi “Mercedes Benz E240” minik markalı **-VA-*** dövlət qeydiyyat nişanlı 1998-ci il buraxılışlı avtomobilin mühərriki dəyişdirilmiş, həmçinin ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobildə ban və ya şassi nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və ya oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Odur ki, bu hal nəzərə alınmalıdır. 005-23653-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, 03 oktyabr 2022-ci il tarixdə Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə müraciət edilərək Bakı şəhəri, Qaradağ rayonu PUTA-1 Ş/Ş, 600 Lİ, H/H ünvanında qeydiyyatda olan İddiaçı mülkiyyətində olan “Mercedes Benz E240” minik markalı, 9P-VA-531 dövlət qeydiyyat nişanlı, sedan tipli, **********0800 mühərrik nömrəli, WDB2100611A701028 ban nömrəli, gümüşü rəngli, 1998-ci il buraxılışlı avtomobilin qeydiyyat şəhadətnaməsində qeyd edilənlərdən fərqli olaraq avtomobilin üzərində **********3641 nömrəli mühərrik olması və ban nömrəsi ətrafında ətrafında qaynaq işləri aparılması ilə bağlı olaraq araşdırma aparılması xahiş edilmişdir. Daxil olmuş material üzrə araşdırma araşdırma aparılmışdır. X3 izahatında göstərmişdir ki, “Mercedes Benz E240” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********0800 mühərrik nömrəli, WDB2100611A701028 ban nömrəli, gümüşü rəngli, 1998-ci il buraxılışlı avtomobil etibarnamə əsasında təmsil etdiyi bacısı oğlu İddiaçı məxsusdur. Elçin həmin avtomobili 13 dekabr 2019-cu il tarixdə adına qeydiyyat etdirmişdir. Təxminən 4-5 ay əvvəl avtomobilin mühərrikində nasazlıq yarandığı üçün avtomobilin mühərrikini dəyişmişdirlər. Həmin mühərriki işlənmiş ehtiyyat hissələri bazarından almışdırlar. Mühərrikin ölkəyə gətirilməsi barədə gömrük sənədi vardır. Mühərriki də avtomobil təmiri sexində dəyişmişdirlər. Mühərrikin dəyişdirilməsini aparan təmir sexi də sənəd vermişdir. Avtomobilin mühərriki dəyişəndən sonra yaranmış zərurətlə bağlı olaraq satmaq üçün avtomobili BDYPİ-nə təqdim etmişdirlər. Orada avtomobilə baxış keçirilmiş və avtomobilin ban nömrəsində qaynaq olması və mühərrikin dəyişdirilməsi məlum olmuşdur. Bu səbəbdən də avtomobil qeydiyyata alınmamışdır. Avtomobilin banında qanaq nə vaxt olub, kim tərəfindən edilib bu barədə heç bir məlumatları yoxdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Mercedes Benz E240” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********0800 mühərrik nömrəli, WDB2100611A701028 ban nömrəli, gümüşü rəngli, 1998-ci il buraxılışlı avtomobilin mühərriki zavod istehsalı zamanı quraşdırılmış mühərrik deyil, başqa bir mühərrikdir. Ban nömrəsi ətrafında da qaynaq işləri aparılmışdır. Avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması zərurəti əvvəlcədən BDYPİ-nə bildirilməyib və bu fakt sənədləşdirilməmişdir. Qəbul edilmiş standartlara əsasən avtomobilin növündən asılı olaraq ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar hərf və ya rəqəm şəklində stasionar olaraq avtomobilin banı və ya şassisi üzərinə zavod üsulu ilə həkk edilməklə yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olurki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi yəni ban və ya şassi nömrəsi üzrə göstəricilər qüsurlu olur. Hansıki qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin fərqli olmasına dəlalət edir. Nəqliyyat vasitəsinin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və təkrar qeydiyyat hərəkətlərinin aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən həyata keçirilir. Göründüyü kimi “Mercedes Benz E240” minik markalı, 99-VA-53L dövlət qeydiyyat nişanlı 1998-ci il buraxılışlı avtomobilin mühərriki dəyişdirilmiş, həmçinin ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobildə ban və ya şassi nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və ya oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Odur ki, bu hal nəzərə alınmalıdır. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 3-13-16/2.132545/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “MERCEDES BENZ E240” markalı **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparıldığı aşkar edilməsi səbəbindən sözügedən nəqliyyat vasitəsinə dair DİN Baş X9 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində İddiaçı mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Məktuba əlavə olunmuş; AD seriyalı 997353 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Sedan tipli, buraxılış ili 1998-ci il, mühərrik №-si **********0800, Ban №-si WDB2100611A701028, rəngi gümüşü olan “Mercedes Benz E 240” minik markalı avtomobilə dair ünvan 3 ünvanında qeydiyyatda olan X2 adına xx.xx.2017-ci il tarixdə şəhadətnamə verilmişdir. xx.xx.2019-cu il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsinin surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında qeydiyyatda olan X4 xx.xx.2019-cu il tarixdə DYP tərəfindən verilmiş AC 997353 №-li qeydiyyat şəhadətnaməsi ilə ona məxsus olan “MERCEDES BENZ E 240” Minik markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı, 1998-ci il buraxılışlı, mühərrik №-si **********0800, ban №-si WDB2100611A701028 nəqliyyat vasitəsini Bakı şəhəri, Qaradağ rayonu, PUTA-1 H/Ş, 600 Lİ H/H ünvanında qeydiyyatda olan İddiaçı 8000 manata satmışdır. Məhkəmənin müvafiq sorğusu əsasında Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 3-13- 16/2-176580/23 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş DİN Baş İstintaq və Təhqiqat İdarəsinin BDYPİ-nin Qİİ-nin rəis müavini polis polkovnik-leytenantı cənab Afyəddin Leysanova ünvanladığı 005-14403-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, 02 iyun 2022-ci il tarixdə Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə müraciət edilərək Bakı şəhəri, Qaradağ rayonu PUTA-1 Ş/Ş, 600 Lİ, H/H ünvanında qeydiyyatda olan İddiaçı mülkiyyətində olan “Mercedes Benz E240” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********0800 mühərrik nömrəli, WDB2100611A701028 ban nömrəli, gümüşü rəngli, 1998-ci il buraxılışlı avtomobilin qeydiyyat şəhadətnaməsində qeyd edilənlərdən fərqli olaraq avtomobilin üzərində **********3641 nömrəli mühərrik olması və ban nömrəsi ətrafında ətrafında qaynaq işləri aparılması ilə bağlı olaraq araşdırma aparılması xahiş edilmişdir. Daxil olmuş material üzrə araşdırma ona həvalə edilmiş və material üzrə tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Mercedes Benz E240” minik markalı, **- VA-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********0800 mühərrik nömrəli, WDB2100611A701028 ban nömrəli, gümüşü rəngli, 1998-ci il buraxılışlı avtomobilin mühərriki zavod istehsalı zamanı quraşdırılmış mühərrik deyil, başqa bir mühərrikdir. Ban nömrəsi ətrafında da qaynaq işləri aparılmışdır. Avtomobilin ban nömrəsi ətrafında qaynaq işləri aparılması zərurəti əvvəlcədən BDYPİ-nə bildirilməyib və bu fakt sənədləşdirilməmişdir. Qəbul edilmiş standartlara əsasən avtomobilin növündən asılı olaraq ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar hərf və ya rəqəm şəklində stasionar olaraq avtomobilin banı və ya şassisi üzərinə zavod üsulu ilə həkk edilməklə yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olurki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi yəni ban və ya şassi nömrəsi üzrə göstəricilər qüsurlu olur. Hansıki qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin fərqli olmasına dəlalət edir. Nəqliyyat vasitəsinin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və təkrar qeydiyyat hərəkətlərinin aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 idarəsi tərəfindən həyata keçirilir. Göründüyü kimi “Mercedes Benz E240” minik markalı, ** VA *** dövlət qeydiyyatı nişanlı 1998-ci il buraxılışlı avtomobilin mühərriki dəyişdirilmiş, həmçinin ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobildə ban və ya şassi nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və ya oğrulanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/1981saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş “Mercedes-Benz E240” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin WDB2100611A701028 ban nömrəsini bildirən hərf və rəqəmlər, ***********3641* mühərrik nömrəsi zavod üsulu ilə həkk edilmişdir, birka isə zavod üsulu ilə yapışdırılmışdır. Lakin ban nömrəsi həkk edilmiş detalın bir hissəsində qaynaq izi müşahidə edilir. Bu da həmin avtomobilin ban nömrəsinin dəyişdirilməsinə dəlalət etmir. - Təqdim edilmiş “Mercedes-Benz E240” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobildə aşkar edilmiş ban nömrəsi ilə ona məxsus qeydiyyat şəhadətnaməsində olan ban nömrəsi uyğundur, mühərrik nömrəsi isə fərqlilik təşkil edir. Mülkiyyətçi İddiaçı ilə usta X1 iştirakı ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktda (surətində) qeyd olunur ki, xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus ** VA *** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********0800 mühərrik nömrəli, WDB2100611A701028 ban nömrəli, gümüşü rəngli, 1998-ci il buraxılışlı Mercedes Benz E240 markalı avtomobildə mühərrikin tökülməsi problemi ilə bağlı özü tərəfindən ustaya müraciət edilmişdir. Usta maşına baxış keçirmiş və mühərrikin istifadəyə yararsız olduğunu müşahidə etdiyindən, dəyişdirilməsinin vacib olduğunu mülkiyyətçiyə bildirmişdir. Mülkiyyətçinin razılığı ilə təmiri mümkün olmayan **********0800 nömrəli istifadəyə yararsız mühərrik, saz vəziyyətdə olan **********3641 nömrəli mühərriklə əvəz edilərək, maşına yığılmışdır. Mülkiyyətçi görülmüş işin və verilmiş xidmətin dəyərini ödəmişdir. İddiaçının hazırkı tələbinə dair müraciətinə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 3-13-16/2 Q-64090 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, "Mercedes Benz E240" markalı **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı DİN Baş X9 idarəsinə ünvanladığı müraciətə baxılmışdır. Qeyd olunan "Mercedes Benz E240" markalı **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində **********0800 göstərildiyi halda nəqliyyat vasitəsinin üzərində **********641 nömrəli başqa mühərrikin aşkar edilməsi və ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması səbəbindən xahişlərinin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X9 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq Qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Tətbiq edilən hüquq. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı İ. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. V. Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (bu Qanunun 27-ci maddəsinin Vİ-İİ hissəsinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. V-İİ. Nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Vİ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. XV. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”: 1.2. Mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində; 1.3…. Nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. 1.5. Nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texnikiuçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. 1.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. 2.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Göründüyü kimi, mübahisə predmeti avtomobildə quraşdırılmış mühərrik nömrəsi ilə avtomobilin qeydiyyat şəhadətnaməsində qeyd olunmuş mühərrikin nömrəsi fərqlidir. İddiaçı avtomobilində olan mühərrikin tam yararsız hala düşməsi səbəbindən dəyişdirildiyini göstərsə də, hazırda mübahisə predmeti olan avtomobildə quraşdırılmış mühərrikə dair heç bir sənəd təqdim etməmişdir. Yuxarıda sadalanan normalardan görünür ki, nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın qeyd olunan əsaslarla imtinası əsaslı olmuşdur və belə olan halda iddiaçı – İddiaçı mülkiyyətində olan “Mercedes Benz E 240” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 110 (bir yüz on) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və İPM-nin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 110 (bir yüz on) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE**********00********) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1454/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1454/2024
08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver