Məhkəmə qərarları › İş №2-1(112)-14557/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14557/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14557/2023 29.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil uçotu işinin köçürülməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil uçotu işinin köçürülməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 noyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 2.10.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmidir. Şəki Şəhər İcra Hakimiyyəti başçısının 49 №-li, xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən ünvan 9-də qeydiyyatda olan ünvan 1 ünvanında yaşayan 2-ci dərəcəli Qarabağ müharibəsi əlili İddiaçı özü və 3 nəfər ailə üzvü ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. İddiaçıya məxsus AO ******* №-li hərbi biletin 25-ci səhifəsindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsində uçotdan çıxarılmış və həmin tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsində uçota alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən X2 xx.xx.2003-cü il tarixdən Şəki rayonu, Kübər Zəyzid kəndində, xx.xx.2011-ci il tarixdən ünvan 2 ünvanında, xx.xx.2019cu il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. X3 xx.xx.2004-cü il tarixdən Şəki rayonu, Baş Göynük kəndində, xx.xx.2008-ci il tarixdən Şəki rayonu, Kübər Zəyzid kəndində, xx.xx.2011-ci il tarixdən ünvan 2 ünvanında, xx.xx.2022-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 6 ünvanından qeydiyyatdan çıxaraq 24 iyul 2023-cü il tarixdən ünvan 7 ünvanında qeydiyyata düşmüş, İİ dərəcəli Qarabağ müharibəsi əlili İddiaçı Şəki Şəhər İcra Hakimiyyətinə müraciət edərək (xx.xx.2023-cü il № 5-7/1-S-89-174/2023) yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəliliyi sənədlərinin Nizami RİH-yə göndərilməsini xahiş etmişdir. Müraciət əsasında Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 49 nömrəli sərəncamı həmçinin aidiyyəti mənzil növbəliyi sənədləri baxılması üçün sizə göndərilir. Cavabdeh tərəfindən Şəki Şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 9 ünvanında qeydiyyatda olmuş İddiaçı Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 49 №-li sərəncamına əsasən İİ dərəcəli Vətən müharibəsi əlili kimi mənzil növbəsinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdən İddiaçı ünvan 3 ünvanına qeydiyyata alınmışdır. Mənzil Məcəlləsinin 55.1.3-cü maddəsinə əsasən vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsinə yaşamağa çıxdıqda yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılırlar. Həmin vətəndaşların mənzil uçotunun Bakı şəhərinin hər hansı bir rayonuna köçürülməsi isə mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. “ünvan 11xşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinin 2-ci abzasına əsasən Bakı şəhərində azı son 7 il ərzində fasiləsiz daimi qeydiyyatda olan vətəndaşlar mənzil növbəsinə dayanmaq hüququnu əldə edirlər. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mənzil növbəsinə dayanmaq üçün mənzil-uçot işinin Şəki Rayon İcra Hakimiyyətindən Bakı şəhəri Cavabdehnə köçürülməsi barədə sərəncam vermə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Vətən müharibəsində qəhrəmancasına döyüşmüş və ağır yaralanmışdır, ikinci dərəcəli əlildir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 3-cü dərəcəli “vətənə xidmətə görə”, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Səhhəti ilə əlaqədar olaraq Bakı şəhərinə köçməli olmuşdur. xx.xx.2023-cü il tarixdən ünvan 3 ünvanına qeydiyyatda alınmışdır. Cavabdehin istinad etdiyi “ünvan 11xşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları” Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”na əsasən hazırlanmış və XX çağırış Bakı Soveti Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il tarixli 8 aprel tarixli qərarı ilə təsdiq edilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” isə öz növbəsində qüvvədən düşmüş Azərbaycan SSR Mənzil Məcəlləsinin 50-ci maddəsinə əsasən qəbul edilmişdir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli 845-İİİQ №-li Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindiyi gündən Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1982-ci il, № 13, maddə 121) qüvvədən düşmüş hesab edilmişdir. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Cavabdehin istinad etdiyi Qaydaların 8-ci bəndinin 2-ci abzasında qeyd olunan “daimi qeydiyyat anlayışı” nə Azərbaycan Respublikası Mənzil Məcəlləsində, nə də qeydiyyat üzrə münasibətləri tənzimləyən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 4 aprel 1996-cı il 55-İQ №-li Qanununda nəzərdə tutulmamışdır. Həmin Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53.1-ci maddəsinə əsasən bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (maddə 53.1.1) və müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə (maddə 53.1.2.) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya yol verilir. Həmin Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin siyahısında isə daimi qeydiyyatla bağlı hər hansı bir göstəriş nəzərdə tutulmur. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı münasibət bildirməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş (müraciəti birbaşa cavabdeh inzibati orqana olmasa da, onun Şəki rayon İcra Hakimiyyətinə müvafiq müraciəti baxılması üçün cavabdehə göndərilmişdir), sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitutisya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir. Şəki Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli Sərəncamı ilə iddiaçı özü və 3 nəfər ailə üzvü ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Lakin iddiaçı xx.xx.2022-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Həmçinin xx.xx.2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsində uçotdan çıxarılmış və həmin tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsində uçota alınmışdır. Hazırda iddiaçı mənzil uçotu işinin köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Cavabdeh isə mənzil uçotunun Bakı şəhərinin hər hansı bir rayonuna köçürülməsi isə mövcud qanunvericilikdə nəzərdə tutulmadığını və “ünvan 11xşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinin 2-ci abzasına əsasən Bakı şəhərində azı son 7 il ərzində fasiləsiz daimi qeydiyyatda olan vətəndaşların mənzil növbəsinə dayanmaq hüququnu əldə etdiyini əsas gətirərək iddiaçının müraciətini təmin etməkdən imtina edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinası əsassızdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 51.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir; 51.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər; 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir; 53.1-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin” xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericiliyin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Mənzil Məcəlləsinin 51.7-ci maddəsi ilə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi nəzərdə tutulsa da, hazırkı halda uçota alınma ilə bağlı yeganə və mövcud qüvvədə olan qanunvericilik yuxarıda adıçəkilən “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” və “ünvan 11xşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”ndan ibarətdir. Adları çəkilən Qaydaların yuxarıda qeyd edilən müddəalarından da müəyyən olunur ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. ünvan 11xşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar azı son 5 il ərzində Bakı şəhərində yaşamış olduqları halda, Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar isə yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Daimi yaşamağın müddəti isə Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilir Məhkəmə qeyd edir ki, bu tələb iddiaçıya münasibətdə tətbiq edilməməlidir. Belə ki, işin mübahisələndirilməyən hallarına görə iddiaçı hərbi qulluqçu olmuş və Azərbaycn Respublikasının ərazi bütovlüyü uğrunda xəsarət alaraq əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı da məhz bu kateqoriyadan olan şəxs kimi mənzil növbəsinə alınmışdır. Odur ki, iddiaçının Bakı şəhərində 7 il ərzində yaşamaması onun iradəsindən asılı olan hal deyildir. Hərbi qulluqçu, hərbi xidmətini harada həyata keçirirsə, hansı hərbi hissəyə təhkim olunursa, onun yaşayış yeri də həmin hərbi hissənin yerləşdiyi yer olur. Şəki şəhərində hərbi xidmətini həyata keçirən şəxsin, Bakı şəhərində yaşaması və ya pasport qeydiyyatına alınması mümkün ola bilməz. Təsadüfi deyildir ki, cavabdehin istinad etdiyi, ünvan 11xşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci maddəsində 5 illik və 7 illik müddətin tətbiq edilmədiyi şəxslərin kateqoriyası qeyd edilmişdir. Belə ki, 8-ci maddənin 4-cü abzasına görə, Bakı şəhərində nə qədər yaşamasından və şəhərdə pasport qeydiyyatı olub-olmasından asılı olmayaraq, aşağıdakılar mənzil şəratinin yaxşılaşdırılması üçün oçota götürülürlər: a) müddətdən artıq xidmət edən hərbi qulluqçular, praporşiklər, miçmanlar və SSR silahlı qüvvələrinin, SSR Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsi qoşunlarının zabit heyətindən olan, ehtiyata buraxılan, yaxud səhhətinə, yaşına və ya ştatların ixtisarına görə, istefaya buraxılıb Bakı şəhərinə gələn və mənzil sahəsi olmayan vətəndaşlar... Göründüyü kimi, qaydalarda hərbi qulluqçuların Bakı şəhərində nə qədər yaşamasından və pasport qeydiyyatından asılı olmayaraq Bakı şəhərində mənzil şəratinin yaxşılaşdırılması üçün uçota götürülmək hüququ təsbit edilmişdir. Belə olan halda, iddiaçı onun mənzil növbəsinin Bakı şəhərinə köçürülməsini tələb etməkdə haqlı olmuş, cavabdeh isə bu hala istinad etməkdə qanunvericiliyin normalarını düzgün tətbiq etməmişdir. Digər tərəfdən cavabdeh iddiaçının müraciətini təmin etməkdə imtina edərkən həmçinin Mənzil Məcəlləsini 55.1.3-cü maddəsinə istinad etmişdir. Həmin normaya görə, vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda, yaşayış sahəsinə ehtiyacı olan şəxs qsimində uçotdan çıxarılırlar. Göründüyü kimi həmin norma yaşayış yerinin dəyişməsi ilə bağlı uçotdan çıxmanın halını tənzimləyir. Hazırkı işdə isə, iddiaçı yaşayış yerini dəyişdiyindən mənzil uçotunun köçürülməsini xahiş edir. Qeyd etmək lazımdır ki, iddiaçının mənzil uçotuna alınması barədə Şəki rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ləğv edilməmiş, dəyişdirilməmiş və etibarsız hesab edilməmişdir. Cavabdehin məktubunda qeyd etdiyi digər hal, yəni şəxsin mənzil uçotunun köçürülməsi ilə bağlı qaydaların təsdiq edilməməsi iddiaçının qazanılmış hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Yuxarıda qeyd olunduğu kimi, qaydaların tələbinə görə, iddiaçının Bakı şəhərində mənzil uçotuna götürülməsi barədə hüququ olduğundan, onun mənzil uçotunun köçürülməsi barədə tələbi də təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İPM-in: 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin İddiaçı mənzil-uçot işinin Şəki Rayon İcra Hakimiyyətindən Bakı şəhəri Cavabdehnə köçürülməsi barədə sərəncam vermə öhdəliyi Cavabdeh üzərinə qoyulsun Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar