Məhkəmə qərarları › İş №2-1(112)-1456/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1456/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1456/2021 22.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X2, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 19.04.2015-ci il tarixindən başlanılmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1958-ci il tarixdə Salyan rayonunun Seydar kəndində doğulmuşdur. O, 1974-1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunun “Texnologiya” fakültəsində poliqrafiya istehsalının texnologiyası ixtisası üzrə təhsil alaraq mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. O, 28.01.1980-ci ildə sabiq Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin “Kommunist” Nəşriyyatına ofset sexinə usta kimi işə qəbul olunmuşdur, 01.06.1983-cü ildə həmin sexdə briqadir vəzifəsinə, 13.07.1983-cü ildə yenidən həmin sexə usta vəzifəsinə, 09.08.1983-cü ildə mühəndis-texnoloq vəzifəsinə, 02.07.1984-cü ildə ofset sexinə müvəqqəti müdir vəzifəsinə, 01.10.1984-cü ildə ofset sexinə müvəqqəti böyük usta vəzifəsinə, 03.12.1984-cü ildə ofset sexinə böyük usta vəzifəsinə, 12.05.1985-ci ildə texniki-kimyəvi laboratoriyaya mühəndis-texnoloq vəzifəsinə, 24.06.1985-ci ildə texnikikimyəvi laboratoriyaya müdir vəzifəsinə, 01.01.1986-cı ildə ofset təbəqələrin hazırlanması sexinə usta vəzifəsinə, 27.07.1986-cı ildə ofset təbəqələrin hazırlanması sexinə böyük usta vəzifəsinə, 01.06.1987-ci ildə ofset təbəqələrin hazırlanması sexinə müdir vəzifəsinə, 01.07.1999-cu ildə reproduksiya mərkəzinə sahə ustası vəzifəsinə təyin edilmişdir. 14.12.1999-cu ildə öz xahişi ilə işdən azad olunmuşdur, hazırda güzəştli şərtlərlə pensiyaya çıxmaq istəyir. Güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün o, cavabdehə 04 iyun 2020-ci il tarixdə yazılı müraciət etmişdir. Cavabdeh tərəfindən onun ərizəsinə verilmiş 01 iyul 2020-ci il tarixli cavabda qeyd edilmişdir ki, onun işlədiyi sahələr və peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda qismən nəzərdə tutulmuşdur, onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil etdiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. Cavabdehin imtinası əsassızdır, müraciətinin əsassız olaraq bugünədək təmin edilməməsi hüquqlarını pozmuşdur, ona görə də məhkəməyə müraciət etmişdir. O, 7 ay kimyəvi laboratoriyada, 14 il isə ofset çap təbəqələri hazırlanması sexində usta, böyük usta, sex rəisinin əvəzedicisi, mütəxəssis kimi fəaliyyət göstərmişdir. Güzəştli iş stajı 12 il 6 aydan çoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 20B bəndində bu Siyahı üzrə fəhlələrin 50%-nin və daha çoxunun güzəştli pensiya almaq hüququna malik olduqları istehsalat sahələrindən: stereotip, sinkoqrafiya və dərinçap üsulunda məşğul olan ustalar, böyük ustalar və 20C bəndində qurğuşun ərintilərinin analizi ilə məşğul olan laborantlar, kinosurətlər çıxaran fabriklərdə məşğul olan kimya məhsulları hazırlayan aparatçılar (kodu:2270000—10729), qalvanotipçilər (kodu:2270000a—11631), poliqrafiya istehsalında çalışan rəhbərlər və mütəxəssislər (kodu:********) olaraq nəzərdə tutulmuşlar. Onun işlədiyi sahələr və peşələr həmin Siyahıda təsbit edilmiş peşələrə uyğundur. Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alması üçün qanunvericilikdə təsbit edilmiş bütün şərtlər mövcuddur, ona görə də hesab edir ki, ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X5 izahatında bildirdi ki, məhkəməyə təqdim olunmuş əmək kitabçasının surətindən görünür ki, iddiaçı 12.05.1985ci ildən 22.08.1985-ci ilədək (3 ay) texniki-kimyəvi laboratoriyada mühəndis-texnoloq vəzifəsində, 22.08.1985-ci ildən 01.01.1986-cı ilədək (4 ay) texniki-kimyəvi laboratoriyada rəis vəzifəsində, 01.01.1986-cı ildən 27.07.1986-cı ilədək (6 ay) çap təbəqələri hazırlanması sexində usta vəzifəsində, 27.07.1986-cı ildən 01.06.1987-ci ilədək (11 ay) çap təbəqələri hazırlanması sexində baş usta vəzifəsində, 01.06.1987-ci ildən 01.02.1999cu ilədək (11 il 8 ay) çap təbəqələri hazırlanması sexində sex rəisi vəzifəsini müvəqqəti icra edən vəzifəsində, 01.02.1999-cu ildən 01.07.1999-cu ilədək (5 ay) çap təbəqələri hazırlanması sexində sex rəisi vəzifəsində, 01.07.1999-cu ildən 14.12.1999-cu ilədək (5 ay) çap təbəqələri hazırlanması sexində sex ustası vəzifəsində işləmişdir. İddiaçının 01.01.1986-cı il tarixdən 14.12.1999-cu il tarixədək olan müddət ərzində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 14 il 6 aylıq yetərli əmək stajı vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 202 saylı 11 iyun 1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 52 saylı qeydiyyat nömrəsi ilə 18 iyun 1997-ci il tarixdə qeydə alınmış “Poliqrafiya istehsalı sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid X1 təsdiq edilməsi haqqında” Təlimatda qeyd edilmişdir ki, fəhlə peşələri və işlərin Vahid X3 mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq, Azərbaycan Respublikasında poliqrafiya sahəsi üzrə bütün müəssisə, idarə və təşkilatlarda fəhlə peşələri və işlərinin tarifləşdirilməsi və dərəcələrə təyin edilməsi üçün nəzərdə tutulmuş vahid normativ sənəddir. Vahid X1 ’Poliqrafiya istehsalının formalama (qəlibləmə) prosesləri (tarif-ixtisas xüsusiyyətləri) Bölməsinin 1-ci paraqrafında qeyd edilir ki, qalvanotipistin işinin xüsusiyyətləri belədir: emal olunmuş formalardan mis, nikel və ya xrom qatının qalvanik üsulla çıxarılması, Qəlib lövhələrinin oksidləşdirilməsi və aşındırılması, Lövhələrin təmizlənməsi və kimyəvi emalı. Lövhələrin tutqaclarda bərkidilməsi və qalvanik vannaya salınması. Lövhələri aşındırmaq və oksidləşdirmək, metal qatı çıxarmaq üçün eloktrolitin hazırlanması, süzülməsi və tərkibinin dəqiqləşdirilməsi. Eloktroliz prosesinin aparılması. Eloktriliz rejiminə cihazlar vasitəsi ilə nəzarət edilməsi. Qalvanik vannaların, ştok və anodların təmizlənməsi. Alüminium folqadan hazırlanmış forma lövhələrində işlək səthlərin elektrokimyəvi üsulla dənəvərləşdirilib bərpa edilməsi. Lövhələrin yağsızlaşdırılması, neytrallaşdırılması, elektrokimyəvi üsulla dənəvərləşdirilməsi, yuyulması və qurudulması. Qalvanik çöküntü almaq üçün materialların hazırlanması işlərinin yerinə yetirilməsi. Matrisanın kənarlarının kəsilməsi, qrafitləşdirilməsi və hamarlanması, onların arxa səthinin qoruyucu lakla, yaxud mumla örtülməsi. Həmin Kitabçada qalvonotipistlərin işləri 6 dərəcə ilə göstərilmişdir. İddiaçı işlədiyi sexin adı ’’Ofset çap təbəqələrinin (formalarının, qəliblərinin) hazırlanması” sexidir. Həmin qeyd iddiaçının əmək kitabçasında və “Azərbaycan Nəşriyyatı” tərəfindən verilmiş 31 mart 2021-ci il tarixli 3/13 saylı arayışla da təsdiq olunur. İddiaçı həmin sexdə yastı çapın bir növü olan “Ofset çapı üçün bimetal ofset çap təbəqələri hazırlayırdı. Bu çap formalarını (qəliblərini, təbəqələrini) hazırlamaq qalvanotipçılərin vəzifəsinə aiddir. ’’Ofset çap təbəqələrinin (formalarının, qəliblərinin) hazırlanması” sexi çapa qədər görülən işlərin icrası ilə məşğul olur. Yəni kimyəvi laboratoriya (fiksaj, aşkarlayıcı, kley, kimyəvi turşular, qələvilər), foto, rəngayırma, kontakt, retus, montaj sahələri, sonda qəlibləmə, yəni formaların metal-hallogen lampalarla çəkilib, aşkarlanaraq ofset çap sexinə təhvil vermək iddiaçının işlədiyi sexin vəzifəsi idi. Həmin vəzifələri yerinə yetirən qalvanotipist Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarına 1 saylı əlavədə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərəli və xüsusilə ağır olan işlərdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”nda “Poliqrafiya, kinosurətlər istehsalı” bölməsinin 2270000a-10729 (kinosurətləri çıxaran fabriklərdə məşğul olan kimya məhlulları hazırlayan aparatçılar), 2270000a-11631 (qalvaotipistlər) və 2270000b (rəhbərlər və mütəxəssislər) bəndində, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda “Poliqrafiya istehsalı” bölməsinin kinosurətləri çıxaran fabriklərdə məşğul olan kimya məhlulları hazırlayan aparatçılar, qalvaotipçilər, rəhbərlər və mütəxəssislər yarımbəndlərində təsbit edilmişdir. Qeyd edilən faktlar “Azərbaycan Nəşriyyatı” tərəfindən verilmiş 31 mart 2021-ci il tarixli 3/13 saylı arayışla da təsdiq olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın poliqrafiya istehsalatı (20) bölməsinin rəhbərlər və mütəxəssislər (20.b) yarımbəndində bu siyahı üzrə fəhlələrin 50%-nin və daha çoxunun güzəştli pensiya almaq hüququna malik olduqları istehsalat sahələrində: stereotip, sinkoqrafiya və dərin çap üsulunda məşğul olan ustalar, böyük ustalar və fəhlələr (20.c) yarımbəndində qalvanotipçilər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının 23.02.1982-ci il tarixli İT-İ seriyalı ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən 12.05.1985-14.12.1999-cu il tarixləri arasındakı dövr ərzində Azərbaycan Komminst Partiyası Mərkəzi Komitəsinin "Komminst” nəşriyyatında kimya laboratoriyasında mühəndis-texnoloq və rəis, ofset təbəqələri hazırlanması sexində sex ustası, böyük usta və rəis, reproduksiya mərkəzi adlandırılan sahədə usta vəzifələrində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının işlədiyi sahələr və peşələr yuxarıda göstərilən sahələrə və vəzifələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Ona görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan VP seriyalı 045837 nömrəli iddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, İddiaçı Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçməmişdir. İş materiallarında olan Q-İ seriyalı 039154 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1974-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1979-cu ildə poliqrafiya istehsalının texnologiyası ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 18.06.1979-cu il tarixli qərarı ilə ona mühəndis-texnoloq ixtisası verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 01.07.2021-ci il tarixli məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın poliqrafiya istehsalatı (20) bölməsinin rəhbərlər və mütəxəssislər (20.b) yarımbəndində bu siyahı üzrə fəhlələrin 50%-nin və daha çoxunun güzəştli pensiya almaq hüququna malik olduqları istehsalat sahələrində: stereotip, sinkoqrafiya və dərin çap üsulunda məşğul olan ustalar, böyük ustalar və fəhlələr (20.c) yarımbəndində qalvanotipçilər vəzifələri nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyiniz 23.02.1982-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızda qeyd olunanlara əsasən 12.05.1985-14.12.1999-cu il tarixləri arasındakı dövr ərzində Azərbaycan Komminst Partiyası Mərkəzi Komitəsinin "Komminst” nəşriyyatında kimya laboratoriyasında mühəndis-texnoloq və rəis, ofset təbəqələri hazırlanması sexində sex ustası, böyük usta və rəis, reproduksiya mərkəzi adlandırılan sahədə usta vəzifələrində işlədiyiniz qeyd edilmişdir. Göründüyü kimi işlədiyiniz sahələr və peşələr yuxarıda göstərilən sahələrə və vəzifələrə uyğun deyil. Bu səbəbdən də Sizin güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İş materiallarında olan «Azərbaycan» Nəşriyyatının 03.06.2020-ci il tarixli arayışında qeyd olunur: İddiaçı 12.05.1985-ci il tarixdən (21.05.1985-ci il, əmr №159) 22.08.1985-ci il tarixədək Azərbaycan KP MK-nın “Kommunist” nəşriyyatının kimya laboratoriyasında mühəndis-texnoloq, 22.08.1985-ci il tarixdən (27.06.1985-ci il, əmr №325) 01.01.1986-cı il tarixədək kimya laboratoriyasının rəisi vəzifəsi həvalə edilmişdir. 01.01.1986-cı il tarixdən (20.01.1986-cı il, əmr №20) 27.07.1986-cı il tarixədək ofset təbəqələri hazırlanması sexində sex ustası, 27.07.1986-cı tarixdən (23.07.1986-cı il, əmr №301) 01.06.1987-ci il tarixədək böyük usta vəzifəsində, 01.06.1987-ci il tarixdən (14.03.1987-ci il, əmr №385) 01.02.1999-cu il tarixədək ofset təbəqələri hazırlanması sexinin rəisi vəzifəsi həvalə edilmişdir. 01.02.1999-cu il tarixdən (02.02.1999-cu il, əmr №07) 01.07.1999-cu il tarixədək müvəqqəti sex rəisi vəzifəsi həvalə edilmişdir. 27.08.1991-ci il tarixdən “Kommunist" nəşriyyatı “Azərbaycan” nəşriyyatı adlanır (27.08.1991-ci il tarixli əmr №01). 01.07.1999-cu il tarixdən (01.07.1999-cu il, əmr №32) 14.12.1999-cu il tarixədək (19.12.1999-cu il, əmr №59) kiçik poliqrafiya-dizayn və ofset təbəqələri hazırlayan sexləri birləşdirib reproduksiya mərkəzi adlandırılan sahədə usta vəzifəsində işləmişdir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarının 2 №-li siyahısında qeyd olunan 2270000a-qalvanotipçilər, 2270000b-rəhbərlər və mütəxəssislər, həmçinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə 20. Poliqrafıya istehsalatı bölməsindəki b) rəhbərlər və mütəxəssislər c) qalvanotipçilər ç) mütəxəssislər İddiaçı işlədiyi vəzifəyə uyğundur. İş materiallarında olan «Azərbaycan» Nəşriyyatının 31.03.2021-ci il tarixli arayışında qeyd olunur: İddiaçı 12.05.1985-ci il tarixindən (21.05.1985-ci il, əmr №159) 22.08.1985-ci il tarixədək Azərbaycan KP MK-nın “Kommunist” nəşriyyatının kimya laboratoriyasında mühəndis-texnoloq, 22.08.1985-ci il tarixdən (27.06.1985-ci il, əmr №325) 01.01.1986-cı il tarixədək kimya laboratoriyasının rəisi vəzifəsi həvalə edilmişdir. 01.01.1986-cı il tarixdən (20.01.1986-cı il, əmr №20) 27.07.1986-cı il tarixədək ofset təbəqələri hazırlanması sexində sex ustası, 27.07.1986-cı tarixdən (23.07.1986-cı il, əmr №301) 01.06.1987-ci il tarixədək böyük usta vəzifəsində, 01.06.1987-ci il tarixdən (14.03.1987-ci il, əmr №385) 01.02.1999-cu il tarixədək ofset təbəqələri hazırlanması sexinin rəisi vəzifəsi həvalə edilmişdir. 01.02.1999-cu il tarixdən (02.02.1999-cu il, əmr №07) 01.07.1999-cu il tarixədək müvəqqəti sex rəisi vəzifəsi həvalə edilmişdir. 27.08.1991-ci il tarixdən “Kommunist” nəşriyyatı “Azərbaycan” nəşriyyatı adlanır (27.08.1991-ci il tarixli əmr №01). 01.07.1999-cu il tarixdən (01.07.1999-cu il, əmr №32) 14.12.1999-cu il tarixədək (19.12.1999-cu il, əmr №59) kiçik poliqrafiya-dizayn və ofset təbəqələri hazırlayan sexləri birləşdirib reproduksiya mərkəzi adlandırılan sahədə usta vəzifəsində işləmişdir. “Ofset çap təbəqələri hazırlanması” sexi əsasən bimetal ofset çap təbəqələrinin hazırlanması, fototexniki plyonkaların çəkilməsi, kimyəvi aşılayıcı və kimyəvi turşu, qələvilərdən istifadə edilməklə zərərli metalları (mis, xrom, nikel, sink, gümüş və s.) qalvanik üsullarla, metal hallogen lampaların vasitəsi ilə işıq alaraq, qalvanik proseslərdən keçərək hazırlanır. Qalvanik proses zamanı ayrılan metal qarışığı olan qazlar insan orqanizminə zərərlidir və həmçinin kimyəvi məhlulların da həmin sexin nəzdində hazırlanması bunun bariz nümunəsidir. Bütün bunları nəzərə alaraq hesab edirik ki, "Ofset çap təbəqələri hazırlanması” sexi qalvanik proseslərin və kimyəvi plyonkaların çəkilməsi, aşılanması kimi insan orqanizmi üçün zərərli sex olduğunu təsdiqləyərək İddiaçı da uzun müddət həmin sexdə sex ustası - mütəxəssis olaraq işlədiyi üçün “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarın 2 №-li siyahısında qeyd olunan 2270000a-qalvanotipçilər, 2270000b-rəhbərlər və mütəxəssislər, həmçinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə 20.Poliqrafiya istehsalatı bölməsindəki b) rəhbərlər və mütəxəssislər c) qalvanotipçilər ç) mütəxəssislər İddiaçı işlədiyi vəzifəyə tam uyğundur. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01.09.1974-cü ildən 01.07.1979-cu ilədək Ç.İldırım adına AzPİ-da təhsil almışdır, 28.01.1980-cı ildə Azərbaycan KP MK “Kommunist” nəşriyyatında Ofset sexinə usta qəbul edilmiş, 01.06.1983-cü ildə həmin sexə 6-cı dərəcəli Briqadir keçirilmiş, 13.07.1983-cü ildə həmin sexə usta keçirilmiş, 09.08.1983-cü ildə İB-nə mühəndis texnoloq keçirilmiş, 02.07.1984-cü ildə müvəqqəti olaraq ofset sexinə rəis vəzifəsinə keçirilmiş, 01.10.1984-cü ildə müvəqqəti olaraq ofset sexinə usta vəzifəsinə keçirilmiş, 03.10.1984-cü ildə Ofset sexinə böyük usta vəzifəsinə keçirilmiş, 12.05.1985-ci ildə Kimya laboratoriyasına mühəndis texnoloq vəzifəsinə keçirilmiş, 24.06.1985-ci ildə -22.08.1985-ci il tarixindən etibarən kimya laboratoriyasının rəisi vəzifəsinə keçirilmiş, 01.01.1986-cı ildə Ofset təbəqələri hazırlayan usta vəzifəsinə keçirilmiş, 27.07.1986-cı ildən Ofset təbəqələri hazırlayan sexdə böyük usta vəzifəsinə keçirilmiş, 01.06.1987-ci ildə Ofset təbəqələri hazırlayan sexin rəisi vəzifəsinə keçirilmiş, 27.08.1991-ci ildə Nəşriyyatın kollektivinin ümumi iclasının 27.08.1991-ci il tarixli qərarına əsasən «Kommunist» Nəşriyyatı «Azərbaycan» Nəşriyyatı adlandırılmışdır, Azərbaycan Respublikası Prezidentinin 16.11.1993-cü il tarixli 49 nömrəli Sərəncamına əsasən «Azərbaycan» Nəşriyyatı Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin tabeliyinə verilmişdir, 01.02.1999-cu ildə müvəqqəti olaraq Z.Quliyevanın analıq məzuniyyəti müddətinə rəis vəzifəsi həvalə edilmiş, 01.07.1999-cu ildə kiçik poliqrafiya-dizayn və ofset təbəqələri hazırlayan sexlərin birləşdirilib reproduksiya mərkəzi adlandırılmış, 01.07.1999-cu ildə həmin Mərkəzə sahə ustası təyin edilmiş, 14.12.1999-cu ildə öz xahişi ilə işdən azad edilmiş, 05.01.2006-cı ildə "xxxx" MMC-ə sex rəisi vəzifəsinə qəbul edilmiş, 01.08.2011-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 01.08.2012-ci ildə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə «Bədii tərtibat və bərpa» şöbəsinə tərtibatçı rəssam təyin edilmiş, 07.02.2019cu ildə «Təhsil» şöbəsinə mütəxəssis vəzifəsinə (0.5 ştat) keçirilmiş (hal-hazırda işləyir), 21.02.2012-ci ildə fiziki şəxs Dilarə Hüseynovanın mətbəəsinə təchizatçı vəzifəsinə qəbul edilmiş, 07.01.2014-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur. İddiaçı 1974-1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. İddiaçı 28.01.1980-cı ildə Azərbaycan KP MK “Kommunist” nəşriyyatında Ofset sexinə usta qəbul edilmiş, 01.06.1983-cü ildə həmin sexə 6-cı dərəcəli Briqadir keçirilmiş, 13.07.1983-cü ildə həmin sexə usta keçirilmiş, 09.08.1983-cü ildə İB-nə mühəndis texnoloq keçirilmiş, 02.07.1984-cü ildə müvəqqəti olaraq ofset sexinə rəis vəzifəsinə keçirilmiş, 01.10.1984-cü ildə müvəqqəti olaraq ofset sexinə usta vəzifəsinə keçirilmiş, 03.10.1984-cü ildə Ofset sexinə böyük usta vəzifəsinə keçirilmiş, 12.05.1985-ci ildə Kimya laboratoriyasına mühəndis texnoloq vəzifəsinə keçirilmiş, 24.06.1985-ci ildə -22.08.1985-ci il tarixindən etibarən kimya laboratoriyasının rəisi vəzifəsinə keçirilmiş, 01.01.1986-cı ildə Ofset təbəqələri hazırlayan usta vəzifəsinə keçirilmiş, 27.07.1986-cı ildən Ofset təbəqələri hazırlayan sexdə böyük usta vəzifəsinə keçirilmiş, 01.06.1987-ci ildə Ofset təbəqələri hazırlayan sexin rəisi vəzifəsinə keçirilmiş, 01.02.1999-cu ildə müvəqqəti olaraq Z.Quliyevanın analıq məzuniyyəti müddətinə rəis vəzifəsi həvalə edilmiş, 01.07.1999-cu ildə kiçik poliqrafiya-dizayn və ofset təbəqələri hazırlayan sexlərin birləşdirilib reproduksiya mərkəzi adlandırılmış və həmin Mərkəzə sahə ustası təyin edilmiş, 14.12.1999-cu ildə öz xahişi ilə işdən azad edilmiş, 05.01.2006-cı ildə "xxxx" MMC-ə sex rəisi vəzifəsinə qəbul edilmiş, 01.08.2011-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 01.08.2012-ci ildə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə «Bədii tərtibat və bərpa» şöbəsinə tərtibatçı rəssam təyin edilmiş, 07.02.2019-cu ildə «Təhsil» şöbəsinə mütəxəssis vəzifəsinə (0.5 ştat) keçirilmiş (hal-hazırda işləyir), 21.02.2012-ci ildə fiziki şəxs Dilarə Hüseynovanın mətbəəsinə təchizatçı vəzifəsinə qəbul edilmiş, 07.01.2014-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Lakin həmin Qanunun 21.2-ci maddəsinə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətlərin daxil edilməsi sadalanmış, təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulduğu isə göstərilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən Vİİ. fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı müddət də sosial sığorta stajına əlavə edilməlidir. Göründüyü kimi, iddiaçının təhsil müddəti və işlədiyi dövr nəzərə alınmaqla, o, 25 ildən çox ümumi sığorta stajına malikdir. İddiaçının 25 ildən çox ümumi sığorta stajına malik olması cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Məhkəmə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı ilə əlaqədar qeyd edir ki, iddiaçı 12.05.1985-ci ildən 14.12.1999-cu ilədək «Azərbaycan» nəşriyyatında Kimya laboratoriyasında mühəndis texnoloq, kimya laboratoriyasının rəisi, ofset təbəqələri hazırlayan usta, böyük usta, rəis, reproduksiya mərkəzində sahə ustası vəzifələrində işləmişdir. Həmin vəzifələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş arayışlarda və iddia tələbində həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahıda XXV. Poliqrafiya, kinosurətlər istehsalı, 2270000a— 10729 kinosurətləri çıxaran fabriklərdə məşğul olan kimya məhlulları hazırlayan aparatçılar, 2270000a—11631 qalvanotipçilər, 2270000b b) rəhbərlər və mütəxəssislər vəzifələri ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda 20. Poliqrafiya istehsalatı, b) rəhbərlər və mütəxəssislər: bu Siyahı üzrə fəhlələrin 50%-nin və daha çoxunun güzəştli pensiya almaq hüququna malik olduqları istehsalat sahələrində: stereotip, sinkoqrafiya və dərin çap üsulunda məşğul olan ustalar, böyük ustalar, c) fəhlələr: ç) mütəxəssislər vəzifələri ilə uyğun olduğu bildirilsə də, qeyd olunan vəzifələrin adından da göründüyü kimi, həmin vəzifələr iddiaçının işlədiyi vəzifələrə uyğun deyil. Bu səbəbdən də qeyd olunan dövrlər güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən staj kimi nəzərə alına bilməz. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı 12 il 6 aydan azdır. Bu səbəbdən də onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar