Məhkəmə qərarları › İş №2-1(112)-14564/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14564/2025

16.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14564/2025 16.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyası təyin edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i : I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərə X5 Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 Filialı tərəfindən ünvanlanmış 3-17- 1/2-M-156166/2025 saylı xx.xx.2025 il tarixli cavab məktubunun qanunsuz hesab edilməsi, cavabdeh təşkilat tərəfindən xx.xx.2025 il tarixdən, 65 yaşı tamam olan gündən əmək pensiyasinın təyin edilməsinin və xx.xx.2025 il tarixdən qərar qanuni qüvvəsini alan tarixə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna həvalə eilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadına əsasən iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə X5 Filialı əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra xx.xx.1978 il tarixdən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2006-cı il tarixə kimi iddiaçının 25 ildən çox ümumi iş stajı olmuşdur. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq ümumi əsaslarla pensiya almaq hüququ xx.xx.2025-ci il tarixdən yaranmışdır. İddiaçıya əmək pensiyasının təyin olunması barədə cavabdeh təşkilata, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fonduna rəsmi ərizə ilə müraciət etmiş və həmin təşkilatdan iddiaçıya ünvanlanmış 3-17-1/2-M-156166/2025 saylı xx.xx.2025 il tarixli cavab məktubunda göstərilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra-Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2027-ci ilin iyul ayının 1-dək yaşa görə əmək pensiyasıtəyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə Mərkəzi Filiala müraciət edərək təqdim etdiyi sənədlər əsasında ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən xx.xx.2025-ci il tarixli 3-17-1/2-M-156166/2025 nömrəli imtina məktubu ilə İddiaçı qanunvericiliklə tələb olunan pensiya hüququna təminat verən kifayət qədər sosial sığorta stajının və pensiya kapitalının olmaması səbəbindən yaşa görə pensiyanın təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İddiaçı iddia ərizəsində hüququnun yarandığı xx.xx.2025-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında' Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin ilirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-cı maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alman iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsində 65 yaşına çatmış kişilərin və 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan - pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. - pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. (Qoyd. Qanunun 7-cı maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci 'İ iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci ıl iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının təcıdim etdiyi sənədlərin surətinə, əmək kitabçasına və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən onun mübahisələndirilməyən əmək fəaliyyəti dövrü 16 il 25 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən-25 ildən azdır- iddiaçının mübahisaləndirilən əmək fəaliyyyəti dövrü xx.xx.1979-cu il tarixində işə daxil olduğu barədə qeyd olsa da. isdən çıxması barədə məlumat yoxdur, eyni zamanda xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək. xx.xx.1998-c il tarixindən xx.xx.2005-ci il tarixinədək olan qeydlərdə qaralmalar olduğundan və xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrdə işdənçıxma qeydi kiril qrafikalı möhürlə təsdiqləndiyi üçün əmək kitabçasının doldurulma qaydası pozulmuş, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi 'Qaydalarına uyğun tərtib edilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 13 il 1 av 25 gün sığorta stajına uyğun olaraq 13544,94 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 2572 manat olmaqla ümumilikdə 16116,94 manat (2025-ci il tarixinə indcksləşdirilmiş) təşkil edir ki. bu məbləğ pensiya yaşının tamam olducu tarixdə qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təyinatına imkan vermir. Bildiririk ki, X8 (PAS) omok pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. “İşçilərin əmək kitabçasının forması və onun tərtib edilməsi" Qaydalarının təsdiq edilməsi barədə 26 dekabr 1996-cı il Nazirlər kabinetinin 186 nömrəli Qərarının 3.1 -ci maddəsinə əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Həmin Qərarın 3.11 -ci maddəsinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir Maddənin məzmunundan göründüyı kimi, əmək pensiyası həmin pensiya təyin olunmazdan öncə alınan əmək haqlarının kompensasiyası hesabına təyin edilir. “Sosial müavinətlər haqqında“ Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa goro müavinət almaq hüququ vardır. Belə ki, xx.xx.2025-ci il tarixdən İddiaçı müddətsiz 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib Beləliklə, İddiaçı əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər sığorta stajı kimi öz təsdiqini tapmadığı və sığorta stajı tələb olunan müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22— 1.1 -ci maddəsinə uyğun olaraq. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda. 2019-2025-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il. 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçının fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi mümkün olmamışdır. "Əmək pensiyaları haqqında Qanunun 7-cı maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığ ndan iddia tələbi təmin edilə bilməz. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında məktubda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra-Qanun) 7ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilən əmək kitabçasının surətində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən ümumi sığorta stajınız 16 il 25 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 13 il 1 ay 25 gün sığorta stajınıza uyğun olaraq 13544,94 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 2572 manat olmaqla ümumilikdə 16116,94 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşınız tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və sizə əmək pensiyasının minimum məbləğinçjən (320 manat) az olmayan pensiya təyinatına imkan vermir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından sizə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Əmək kitabçasının surətində xx.xx.1979-cu il tarixində işə daxil olduğunuz barədə qeyd olsa da, işdən çıxmağınız barədə məlumat yoxdur, eyni zamanda xx.xx.1980ci il tarixindən xx.xx.1981 -ci il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan qeydlərdə qaralmalar olduğundan və xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrdə işdənçıxma qeydi kiril qrafikalı möhürlə təsdiqləndiyi üçün həmin dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə ümumi sığorta stajı 25 ilə tamamlanarsa, əmək fəaliyyəti dövrləriniz araşdırılaraq pensiya təminatı hüququnuza yenidən baxılacaqdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Məlumat üçün bildiririk ki, sizə xx.xx.2025-ci il tarixində yaşa görə müavinət təyin edilib, hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciəti üzrə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. Tədqiq edilən sübutlar İddiaçı məxsus əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. Lerik rayon X3 tərəfindən verilmiş Arayışa əsasən xx.xx.1979-cu il tarixdən etibarən ictimai iaşə kontorunun avtobazasında olan yeməkxanada aşpaz müavini işləyən Məmişev Vaqifin vəzifəsi ixtisara düşdüyündən vəzifədən azad edilmişdir. Lerik rayon X3 tərəfindən verilmiş Arayışa əsasən Məmiyev X4 rayon ictimai iaşə müəssisələr birliyində 12 aprel 1979-cu il tarixində 45 №-li sərəncamla işə girmişdir və 02 iyul 1979-cu il tarixində 78 №-li sərəncamla verdiyi ərizəsinə əsasən işdən azad edilmişdir. İşlədiyi dövr ərzində əmək haqqı almışdır. X1 və Koordinasiya Mərkəzi publik hüquqi şəxi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışa əsasən 1960-cı il təvəllüdlü (FİN: xxxxxxx) İddiaçı həqiqətən Bakı şəhəri Suraxanı rayonunun Ticarət və İctimai iaşə İdarəsinin (Tlll) (keçmiş QT-nin əsasında) xx.xx.1995-ci il tarixli 13 №-li əmri ilə xx.xx.1995-ci il tarixdən 141 N-li mağazanın 3-cü dərəcəli fəhlə vəzifəsindən 83 №-li mağazaya 5-ci kateqoriyalı satıcı vəzifəsinə keçirilmişdir; 22.01 1997-ci il tarixli 03 №-li əmri ilə xx.xx.1997-ci il tarixdən 20 №-ü mağazaya 5-ci kateqoriyalı satıcı vəzifəsinə keçirilmişdir; xx.xx.1998-ci il tarixli 14 №-li əmri ilə xx.xx.1998-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin (DƏK) xx.xx.1999-cu il tarixli 230 №-li sərəncamı və xx.xx.1999-cu il tarixli 24 №-li əmrinə əsasən Bakı şəhəri Suraxanı rayonu Tlll ləğv edilərək, onun arxiv sənədləri DƏK-in “İstehsalat və Təsərrüfat" İdarəsinə verilmişdir. DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinin hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxidir (bundan sonra – Mərkəz). Arayış əməkhaqqı cədvəllndeki qeydlərə və kadr əmrləri əsasında tərtib edilərək, Azərbaycan Respublikası Bakı İnzibati Mehkemesinə təqdim etmək üçün verilir (06 112025-ci il tarixli şəxsi ərizəyə əsasən). Qeyd: Mərkəzin arxivində İddiaçı şəxsi işi və 1994-cü il üzrə kadr əmri yoxdur, eyni zamanda, 1995-ci il üzrə kadr əmrində ata adı "Abasqulu" əvəzinə "Abashüseyn" yazılmışdır. Bakı şəhəri Suraxanı rayonunun Ticarət və İctimai İaşə İdarəsi tərəfindən verilmiş Arayışa əsasən İddiaçı xx.xx.1994-cü il tarixdən 141 N-li mağazada işləməyə başlamışdır. Əmək kitabçasından Çıxarışa əsasən xx.xx.1978-ci il tarixdə İnternat məktəbində 01 yanvar 1978-dən fəhlə təyin edilmişdir. xx.xx.1979-cu il tarixində verdiyi ərizəsinə əsasən fəhləlikdən azad edilmişdir. xx.xx.1979-cu il tarixində İctimai İaşə kontorunda aşpaz müavini təyin edilmişdir. xx.xx.1979-cu il tarixində verdiyi ərizəsinə əsasən azad edilmişdir. IV. İddianın növü və mümkünlüyü Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddia məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2025-ci il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh qeyd edilən məktubun iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə sübut təqdim etmədiyindən, məhkəmə iddiaçının qanunla müəyyən edilmiş müddətdə iddia verməsi qənaətinə gəlir. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Qeyd edilən Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün kimi yaşa görə pensiya təyini üçün iki şərt lazımdır: 1) tələb olunan yaş; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir: 1 iyul 2024 - 30 iyun 2025 kişilər: 65 il qadınlar: 64 il. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən 1 iyul 2024 - 30 iyun 2025-ci il tarixədək olan dövr üçün 65 yaşı tamam olmuş kişilərin yaşa görə əmək pensiyası hüququ yaranmış olur. İş materiallarından görünür ki, iddiaçının xx.xx.2025-ci il tarixdə 65 yaşı tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Vətəndaşın iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi digər sənədər (arayış, əmr və s.) nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçı iş (sosial sığorta) stajını təsdiq edən əmək kitabçasının surətini təqdim etmişdir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı 16 il 25 gün təşkil edir. İddiaçının mübahisəli sosial sığorta stajına münasibətdə müəyyən edilir ki, xx.xx.1979-cu il tarixində işə daxil olduğu barədə qeyd olsa da, isdən çıxması barədə məlumat yoxdur, eyni zamanda xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan qeydlərdə qaralmalar olduğundan və xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixinədək olan dövrdə işdənçıxma qeydi kiril qrafikalı möhürlə təsdiqləndiyi üçün əmək kitabçasının doldurulma qaydası pozulmuş, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına uyğun tərtib edilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə xx.xx.1979-cu il tarixdən ictimai iaşə kontorunda işlədiyi dövrə münasibətdə müəyyən edir ki, Lerik rayon X3 tərəfindən verilmiş Arayışlara əsasən iddiaçı Məmiyev X4 rayon ictimai iaşə müəssisələr birliyində 12 aprel 1979-cu il tarixində 45 №-li əmrlə işə girmişdir və 02 iyul 1979-cu il tarixində 78 №-li əmrlə işdən azad edilmişdir. İşlədiyi dövr ərzində əmək haqqı almışdır. Odur ki, iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək olan olan dövr üzrə əmək fəaliyyəti ilə məşğul olması işlədiyi müəssisə tərəfindən təsdiqlənmişdir. Məhkəmə xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövrə münasibətdə müəyyən edir ki, Bakı şəhəri Suraxanı rayonunun Ticarət və İctimai İaşə İdarəsi tərəfindən verilmiş Arayışa əsasən İddiaçı xx.xx.1994-cü il tarixdən 141 N-li mağazada işləməyə başlamışdır. Eyni zamanda X1 və Koordinasiya Mərkəzi publik hüquqi şəxi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışa əsasən Bakı şəhəri Suraxanı rayonunun Ticarət və İctimai iaşə İdarəsinin (Tlll) (keçmiş QT-nin əsasında) xx.xx.1995-ci il tarixli 13 №-li əmri ilə xx.xx.1995-ci il tarixdən 141 N-li mağazanın 3-cü dərəcəli fəhlə vəzifəsindən 83 №-li mağazaya 5-ci kateqoriyalı satıcı vəzifəsinə keçirilmişdir; 22.01 1997ci il tarixli 03 №-li əmri ilə xx.xx.1997-ci il tarixdən 20 №-ü mağazaya 5-ci kateqoriyalı satıcı vəzifəsinə keçirilmişdir; xx.xx.1998-ci il tarixli 14 №-li əmri ilə xx.xx.1998-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Odur ki, iddiaçının xx.xx.1994-cü il tarixindən xx.xx.1998ci il tarixinədək olan olan dövr üzrə əmək fəaliyyəti ilə məşğul olması işlədiyi müəssisə tərəfindən təsdiqlənmişdir. Məhkəmə xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrə münasibətdə müəyyən edir ki, iddiaçının işlədiyi həmin dövrdə müəssisənin mövcudluğu məhkəmədə hər hansı şübhə yaratmır. Hazırda həmin müəssisə ləğv edildiyindən və arxiv sənədlərinin əldə edilməsi mümkün olmadığından iddiaçının müvafiq dövr üzrə işləməsini təsdiq edən sənəd qismində əmək kitabçası nəzərə alınmalıdır. Məhkəmə nəzərə alır ki, iddiaçıya məxsus əmək kitabçasında müəyyən qaralamaların mövcud olması faktı müəyyən edilsə də, bu hal özlüyündə həmin sənəddə əks olunmuş məlumatların, o cümlədən mübahisə edilən dövr üzrə iş stajının mövcudluğuna şübhə yaratmır. Belə ki, qeyd olunan düzəlişin yalnız texniki xarakter daşıdığı, əmək fəaliyyəti faktını və iş stajının davamlılığını şübhə altına alan dəyişikliklərlə müşayiət olunmadığı müəyyən edilir. Eyni zamanda müvafiq düzəlişin sənədə sonradan qeyri-qanuni müdaxilə nəticəsində daxil edildiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, göstərilən düzəliş mübahisə edilən dövr üzrə iddiaçının əmək fəaliyyətinin həqiqiliyinə əsaslı şübhə yaratmır. Məhkəmə eyni zamanda qeyd edir ki, əmək kitabçasının doldurulması zamanı yanlışlığa yol verilməsi iddiaçının məsuliyyət sferası ilə əhatə olunmur və şəxsi pensiya hüququndan məhrum edə bilməz. Qeyd edilən hal həmin dövr üzrə əmək fəaliyyətinin həyata keçirilməsini araşdırmaq üçün (inzibati icraat zamanı lazımi həcmdə sübutetmə vasitələrindən istifadə etməklə) əsas ola bilər. Lakin cavabdeh tərəfindən inzibati icraatın aparılmaması və qeyd edilən zəruri sübutetmə vasitələrindən istifadə edilməməsi nəticəsində formal yanaşma iddiaçının pensiya hüququndan məhrum edilməsi ilə nəticələnmişdir. Məhkəmə qeyd edilənləri məcmu halına qiymətləndirərək müəyyən edir ki, iddiaçının müvafiq dövrlər üzrə işləməsi əmək kitabçasında əksini tapmışdır və həmin dövrlərdə iddiaçının işlədiyi müəssisələrin mövcudluğu məhkəmədə hər hansı şübhə yaratmır. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair dəlilini məhkəmə əsassız hesab edir. Məhkəmə hesab edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, məhkəmə qeyd olunan halları məcmu halında qiymətləndirərək müəyyən edir ki, iddiaçının mübahisələndirilən dövrlər üzrə işləməsi əmək kitabçasında əksini tapmışdır. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, qeyd edilən dövr nəzərə alındığı təqdirdə xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 27 il 03 ay 15 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 30.5-ci maddəsinə əsasən inzibati orqan qanunla ərizəyə əlavə edilməli olan sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin olunur. Həmin sənədlər bu Qanunun 32.4-cü maddəsinə uyğun olaraq kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər. Cavabdehin imtinasının dəlilləri ilə bağlı qeyd edilməlidir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. Habelə, Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, qanunverici tərəfindən 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmiş, qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Belə olan təqdirdə, həmin dövrdə iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsinin iddiaçının ziyanına təfsir olunması və onun pensiya hüququnun məhdudlaşdırılması qanunvericiliyə ziddir. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı zəruri sığorta stajına malikdir və bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 65 yaşı tamam olduğu xx.xx.2025-ci ildən hesablanmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddia təmin edilsin. İddiaçı 65 yaşı tamam olduğu xx.xx.2025-ci ildən hesablanmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar