Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14566/2023 26.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru, 1 dərəcəli ədliyyə qulluqçusu Pərviz Babayev tərəfindən № e- 126053/2023-5-33 nömrəli xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu və Nəsimi rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarı ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 92a saylı yaşayış evinin zirzəmisində yerləşən 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan (6 saylı qarajın) boşaldılmasına dair həmin icra işinin icraatının dayandırılması barədta qərar qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, icra məmuru bildirir ki, icra sənədi xx.xx.2023-cü ildə Nəsimi rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafıq qaydada icraya yönələrək icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər göndərilmişdir. Sonra icra məmuru qeyd edir ki, icraatında Nəsimi rayon Məhkəməsinin 2(006)-5/2019-017 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən tələbkar X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 92a saylı yaşayış evinin zirzəmisində yerləşən 18.0 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi olan (6 saylı qaraj) boşaldılmalı və borclu İddiaçı istifadəsindən alınaraq iddiaçı X1 istifadəsinə verilməlidir. İcra sənədi xx.xx.2023-cü ildə Nəsimi rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafıq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər iddiaçıya göndərilmişdir. Lakin "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş 10 gün müddətə icra sənədində olan tələb könüllü olaraq iddiaçı tərəfindən tam şəkildə təmin edilməmiş və bu da iş üzrə tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Odur ki, Bakı şəhəri,Nəsimi rayonu,Səməd Vurğun küçəsində yerləşən 92a saylı yaşayış evinin zirzəmisində yerləşən 18.0 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi olan (6 saylı qarajı) könüllü olaraq boşaldılmağı iddiaçıdan tələb olunmuşdur. İddiaçı bildirir ki, bu işlə bağlı icra məmuru xx.xx.2023 il tarixində ona aid telefona SMS göndərmişdir. İcra məmuru bununla bağlı bildiriş və icraata başlamaq haqqında qərarını iddiaçıya göndərməmişdir. Həmin gün Nəsimi rayon İcra Şöbəsinə gedərək iddiaçı kimi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə konstitusiya şikayəti verdiyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanunsuz və əsassız çıxardığı 01 iyun 2022-ci il tarixli, 2(103)-61/2022 saylı qərardadını və qətnaməsinin, Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 2(102)-6328/2022 nömrəli qərarının ləğv edilməsini və Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 03 aprel 2023-cü il tarixli, 2(102)-1001/2023 nömrəli qərarının ləğv edilməsini, X4 tərəfindən verilmiş iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan "qeyri-yaşayış sahəsinin boşaldılması" tələbinə dair mülki işin təmin edilməməsini, konstitusiya şikayətimin təmin edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Ona görədə Nəsimi icra Şöbəsinin icra məmurundan və onun rəisindən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 92a saylı yaşayış evinin zirzəmisində yerləşən 18.0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan (6 saylı qarajın) boşaldılmasına dair bu icra işinin icraatının dayandırılmasını xahiş etmişdim. İddiaçı Nəsimi icra Şöbəsinin icra məmuru Pərviz Babayevin qanunsuz hərəkətlərinə etiraz edir. Qanunsuz və əsassız olaraq iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 “a” nömrəli binanın zirzəmisində 18 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 6 saylı qarajımı saxta sənədlərdən istifadə edərək X1 adma keçirməklə rəsmiləşdirilməsi barədə verilən 17/70 № 182/3 saylı 17 yanvar 2013-cü il tarixli təklifin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 may 2011-ci il tarixli 2(102)-1480/2011 saylı icra vərəqəsinin icrası çərçivəsində borc tələbi əvəzinə X2 verilməsi barədə Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru (şöbənin keçmiş icra məmuru Səbuhi Məmmədov) tərəfindən qanunsuz qəbul edilmiş 22 may 2013-cü il tarixli qərarın etibarsız sayılması və ləğv edilməsi, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən qanunsuz qəbul edilmiş 22 may 2013-cü il tarixli qərardan irəli gələn hüquqmüəyyənedici sənədlərin etibarsız hesab olunaraq ləğv edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş sənədlərin ləğv edilməsi və icra məmurunun hərəkətlərinin qanunsuz sayılması tələbi Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdim. İddiaçı bildirir ki, 05 noyabr 2008-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu Səməd Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92“a” nömrəli binanın zirzəmisindəki 18,0 kv. metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi olan 6 saylı qarajın həmin anda mülkiyyətçisi olmuşdur, həmin qarajı alqı-satqı müqaviləsi ilə "X9 Turizm Sənaye və Ticarət" Limited Şirkətdən almışam və 05 noyabr 2008-ci il tarixdə adına verilmiş MH seriyalı, № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı adına rəsmiləşdirmişdir. İddiaçı həmin qarajın mülkiyyətçisi və vicdanlı sahibi olmasına baxmayaraq, ona məxsus MH seiyalı № ******* saylı Çıxarışı, cavabdehlər tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin bir qrup əməkdaşları ilə icra məmuru əlbir olaraq, iddiaçının mülkiyyət hüququnu pozaraq, iddiaçının qarajını onun xəbəri və razılıq ərizəsi və məhkəmə qərardadı olmadan, ilkin qiymətləndirmə aktı və rəyi olmadan, hərracın keçirilməsi barədə heç bir protokolu və sifariş məktubu vermədiyi barədə araşdırma aparılmadan, Nəsimi rayon İcra Şöbəsinin keçmiş icra məmuru X6 tərəfindən saxta sənədlərlə qəbul edilmiş 22 may 2013-cü il tarixli qərarla qanunsuz və əsassız olaraq qeyri-qanuni yollarla Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28 iyun 2013-cü il tarixli, RX seriyalı № ******* nömrəli Çıxarışı X1 adına vermişlər. Nəsimi rayon İcra Şöbəsinin keçmiş böyük icra məmuru X6 tərəfindən (qiymətləndiricinin dəvət edilməsi haqqında) xx.xx.2012-ci il tarixli qərar qəbul etmişdir. Belə ki, icra məmuru qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1480 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən tələb etdiyi 2000 (iki min) manat pul olmuşdur. Göstərilən pulu iddiaçı tam şəkildə Nəsimi rayon İcra Şöbəsinin h/hesabına 2012-ci ilin oktyabr ayında ödəmişdir. İddiaçının xəbəri olmadan cavabdehlər altı aydan sonra borcu olmadığı halda icra məmuru iddiaçıya qarşı qanunsuz hərəkətlər edərək, qeyri-yaşayış sahəsi olan əmlakını qərəzli şəkildə, maddi marağı əsasında başqasının adına keçirmişlər. "Sərraf” MMC tərəfindən mənə məxsus Bakı şəhəri, Nəsimi rayonu S.Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92“a” nömrəli binanın zirzəmisindəki 18,0 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi olan 6 saylı qarajın qiymətləndirilməsi üçün mütəxəssis göndərilməmişdir. Cavabdeh Nəsimi rayon İcra şöbəsinin keçmiş rəisi Nazim Nərimanov və keçmiş icra məmuru Səbuhi Məmmədov qanunsuz olaraq vəzifəli şəxs kimi səlahiyyət lərini aşaraq, vəzifəli şəxs kimi tamah niyyətilə hüquq verən rəsmi sənədləri bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı edirlər, Azərbaycan Respublikası Ali Məhkəmənin MK-nın 2.000 (iki min) manat olan icra vərəqəsini məqsədli şəkildə dəyişərək, bilərəkdən 29.020 (iyirmi doqquz min iyirmi) manat, 28.020 (iyirmi səkkiz min iyirmi) manat, 27.020 (iyirmi yeddi min iyirmi) manat 26020 (iyirmi altı min iyirmi) manat, 25.020 (iyirmi beş min iyirmi) manat və s. pul yazaraq, həmin saxta qiymətləndirmə aktından və s.sənədlərdən istifadə edərək, ona məxsus Bakı şəhəri Nəsimi rayonu, S. Vurğun küçəsində istifadədə olan 0,2799 ha torpaq sahəsində yerləşən 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsini X3 adma rəsmiləşdirilməsi barədə yenidən xx/xx-2969/3 saylı xx.xx.2013-cü il tarixli məktubla Nəsimi rayon Məhkəməsinə təqdimat göndərmişlər. İddiaçı cavabdehlər Nəsimi rayon İcra şöbəsi, Nəsimi rayon İcra şöbəsinin keçmiş rəisi Nazim Nərmanov, Nəsimi rayon İcra şöbəsinin keçmiş icra məmuru X7, və AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı "qərarın, təklifin, çıxarışın, digər sənədlərin və s. ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 21 dekabr 2022-cı il tarixli, 2(102)-6328/2022 nömrəli qərarı və Ali Məhkəmənin Mülki Kollegiyasının 03 aprel 2023-cü il tarixli, 2(102)-1001/2023 saylı qərarı qüvvədən düşmüş hesab edilməlidir, müvafiq məhkəmə aktı icra edilməməli və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılmalıdır. İddiaçı cavabdehlər Nəsimi rayon İcra şöbəsi, Nəsimi rayon İcra şöbəsinin keçmiş rəisi Nazim Nərmanov, Nəsimi rayon İcra şöbəsinin keçmiş icra məmuru Məmmə dov Səbuhi Eldar oğlu, və AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı "qərarın, təklifin, çıxarışın, digər sənədlərin və s. ləğv edilməsi" tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 21 dekabr 2022-cı il tarixli qərarı və Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2023-cü il tarixli, 2(102)-1001/2023 saylı qərarı Konstitusiyanın 29-cu maddəsi nin İ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə, Mülki Prosessual Məcəllənin 416.1, 418.1 və 418.2-ci maddələrinə uyğun olmayan hesab edilməli, müvafiq məhkəmə aktı icra edilməməli və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmasına görə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2022-ci il tarixli, 2(103)-61/2022 saylı qərardadından və qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 2( 102)-6328/2022 saylı qərarından və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiya sının 03 aprel 2023-cü il tarixli, 2(102)-1001/2023 saylı qərarından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə konstitusiya şikayəti ilə müraciət edərək, həmin qərarların ləğv edilməsinə görə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Hazıda məhkəmədə araşdırma aparılır. Qeyd olunanlara əsasən iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 a nömrəli binanın zirzəmisindəki 18,0 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 6 saylı qarajın boşaldılması üzrə icra işinin dayandıırılmasına köməklik edilməsini və icra işinin dayandırılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda qeyd olunmuşdur ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5/2019-017 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədin əsasən tələbkar X1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 92a saylı yaşayış evinin zirzəmisində yerləşən 18,0 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi (6 saylı qaraj) boşaldılsın və borclu İddiaçı istifadəsindən alınaraq iddiaçı X1 istifadəsinə verilməlidir. İcra sənədi xx.xx.2023-cü ildə Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər Sizə göndərilmişdir. Lakin “İcra haqqında" Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş 10 gün müddətə icra sənədində olan tələb könüllü olaraq tərəfinizdən tam şəkildə təmin edilməmiş və bu da iş üzrə tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Odur ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 92 a saylı yaşayış evinin zirzəmsində yerləşən 18,0 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi (6 saylı qarajı) könüllü olaraq boşaldmağınız Sizdən tələb olunur. Əks təqdirdə, yaşayış sahəsinin boşaldılması “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 72.3-cü maddəsinə əsasən, iştirakı olmadan həyata keçiriləcəkdir. Həmçini, “İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikası Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
II. Məhkəmə aidiyyatı ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarından
5. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarına əsasən: - Məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin; - Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir.
6. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən: - “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. - İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.
7. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ... icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir...
III. İddianın mümkünlüyü
8. Məhkəmə icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, icra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.
9. X10 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X10 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın).
10. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 1.3 və 1.4-cü bəndlər)
11. İddiaçı faktiki olaraq icra məmurunun hərəkətlərindən şikayət edərək Nəsimi Rayon Məhkəməsinin 2(006)-5/2019-017 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Nəsimi rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv olunmasını tələb edir. Odur ki, məhkəmə hesab edir ki, icra məmurunun hərəkətlərindən və qəbul etdiyi qərardan şikayətə aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəmə tərəfindən baxılmalıdır.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
13. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).
14. İddiaçıya müvafiq şikayətlə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun.
15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva