Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1457/2025 13.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X12 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydində dəyişikliyin edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun soyadının “Yusifov”dan “Yusifli”yə dəyişməsini, adının doğum şəhadətnaməsində “Habil” yazılmasına baxmayaraq və bütün sənədlərdə “Yusifli” soyadında və “Qabil” adında olduğunu nəzərə alaraq Ağdamkənd soveti tərəfindən xx.xx.1957-ci il tarixli İИ-E 382422 nömrəli doğum haqqında şəhadətnamədə soyadının “Yusifli”, adının isə “Qabil” olaraq tanınmasını və bunun əsasında ona yeni doğum haqqında şəhadətnamənin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1957-ci ildə Azərbaycan SSR-nin Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Bu barədə ona Ağdamkənd soveti tərəfindən xx.xx.1957-ci il tarixli 1-ИЕ 382422 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Anadan olarkən ad soyadı Yusifov Habil olmuşdur. Sonradan onun bütün sənədlərində Yusifli soyadı dəyişdirilməsi təsdiqləndikdən sonra adı Qabil kimi yazılmışdır. Səbail Rayonu Qeydiyyat İdarəsində “Yusifov”dan “Yusifli”yə dəyişmiş, adı isə “Qabil” olaraq qeyd edilmiş, daha sonra isə xx.xx.2009-cu il tarixində Səbail RPİ tərəfindən mənə İddiaçı ad-soyadım ilə AZE 0******* saylı şəxsiyyət vəsiqəsi verilmişdir. Soyadının və adının dəyişilməsilə əlaqədar doğum şəhadətnaməmdə qeyd aparılmış, möhür vurulmasına baxmayaraq sənədin laminasiya olması və möhürün və yazıların silinməsi səbəbindən doğum haqqında şəhadətnaməmin surətini əldə etmək istədikdə Səbail Rayon Qeydiyyat Şöbəsi bundan imtina etmiş, edilmiş dəyişikliyi qəbul etməyərək yalnız məhkəmə qərarı əsasında ona yeni doğum haqqında şəhadətnamənin verilə biləcəyini bildirilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-371/13 nömrəli yazılı mülahizəsində göstərilmişdir ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar nəzərdən keçirilərkən İddiaçı doğumu Ağdam rayon Ağdamkənd icra nümayəndəliyi tərfindən xx.xx.1957-ci ildə 150 saylı aktla doğum haqqında akt qeydi müəyyən olunmuşdur. Doğum haqqında akt qeydində vət soyadı Yusifli deyil Yusifov adı Qabil deyil Habil yazılmışdır Bu səbəbdən ziddiyyət olduğuna gərə vətəndaşa doğum haqqında şəhadətnamə vermək mümkün olmamışdır. Vətəndaşa Qabil və Habil adının fərqli adlar olması izah olunaraq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Cavabdeh yazılı mülahizədə iddianın təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10041/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsinə qarşı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “soyadının “Yusifov”dan “Yusifli”yə dəyişdirilməsi və barəsində tərtib edilmiş doğum haqqında akt qeydində adının “Habil”dən “Qabil”ə dəyişdirilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1457/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbi “onun barəsində Ağdam rayon Ağdamkənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1957-ci il tarixli, 150 saylı doğum haqqında akt qeydində soyadının Yusifovdan Yusifliyə, adının Habildən Qabilə dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia rədd edilməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı doğum haqqında akt qeydində düzəlişin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu bundan imtina etmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: İddiaçıya aid 150 nömrəli Doğum haqqında akt qeydindən görünür ki, X15 xx.xx.1957-ci il tarixdə Ağdam rayonunda doğulmuşdur. X2, anası X3r. 7 nömrəli nikah haqqında akt qeydindən görünür ki, X17 ilə X6 arasında xx.xx.1984-cü ildə nikah bağlanmışdır. Doğum haqqında şəhadətnaməyə əsasən X15 xx.xx.1957-ci il tarixdə Ağdam rayonunda doğulmuşdur. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1957-ci il təvəllüdlü Yusifli X19 rayonunda doğulmuşdur. Atalığın müəyyən edilməsi haqqında 66 nömrəli akt qeydinə əsasən xx.xx.1999-cu il təvəllüdlü X7 valideynləri X4 və X11r. Doğum haqqında 636 nömrəli akt qeydinə əsasən xx.xx.1999-cu il təvəllüdlü X8 valideynləri X15 və X1r. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-225/69 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Ədliyyə nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində anadan olma barədə axtarış aparılarkən Ağdam rayon Ağdamkənd icra nümayəndəliyi tərəfindən xx.xx.1957-ci ildə 150 saylı aktla doğum haqqında akt qeydi müəyyən edilmişdir. Doğum haqqında akt qeydində onun soyadı Yusifli deyil Yusifov, adı isə Qabil deyil Habil yazılmışdır. Bu səbəbdən ziddiyyət olduğu üçün doğum haqqında şəhadətnamə vermək mümkün deyildir. İddiaçıya izah olunmuşdur ki, Habil və Qabil adlrı fərqli adlar olduğuna görə onun adının Habil-dən Qabil -ə düzəliş edilməsi qeydiyyat şöbəsində mümkün olmadığı halda ona məhkəməyə müraciət edilməsi tövsiyə edilir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı Hadi oğlunun digər ölkələrdən deportasiya olunması barədə Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən xx.xx.1957-ci il təvəllüdlü İddiaçı Hadi oğlunun xarici ölkələrdən deportasiya olması barədə İAMAS bazasında məlumat qeydə alınmamış və Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. Səbail Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 47/2-18722 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş iddiaçıya aid fərdi uçot kartoçkasında onun adı İddiaçı olaraq göstərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində baxış keçirilərkən valideynləri Pərvin Piriyev və Liyana Hacıyeva olan xx.xx.2012-ci il təvəllüdlü Məryəm Piriyevanın xx.xx.2014-cü il təvəllüdlü Məryəm Piriyevanın doğumunun 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydə alındığı müəyyən edilmişdir. Həmin valideynlər X18 və X9 olan xx.xx.1957-ci il təvəllüdlü Qabil Yusifovun doğumunun Ağdam rayonu Ağdamkənd icra nümayəndəliyi tərəfindən qeydə alındığı məlum olmuşdur (akt qeydində adı “Habil” kimi qeyd edilmişdir). Qabil Yusifov xx.xx.1984-cü ildə Ağdam rayon qeydiyyat şöbəsində X6 ilə nikaha daxil olmuş, nikahın pozulması xx.xx.1986-cı ildə həmin qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. X5 və Cəmilə Babayeva olan Hadi Yusiflinin doğumu və onun barəsində atalığın müəyyən edilməsi xx.xx.1999-cu ildə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Məhkəmə araşdırması nəticəsində əldə edilmiş və surəti iş materiallarına əlavə olunmuş Türkiyə Respublikasının Ədliyyə Nazirliyindən daxil olmuş Adana 12. Ağır Cəza Məhkəməsinin X10 ifadəsinin alınmasına dair tapşırığının materiallarında da iddiaçının adı Qabil, soyadı Yusifli olaraq göstərilmişdir. Yuxarıda da göstərildiyi kimi, iş materiallarına əlavə edilmiş müxtəlif sənədlərdə, o cümlədən iddiaçıya aid şəxsiyyət vəsiqəsində onun soyadı Yusifli, adı isə Qabil olaraq göstərilməsinə baxmayaraq iddiaçının adının və soyadının sonradan dəyişdirilməsini təsdiq edən hər-hansı akt qeydi və ya sənəd aşkar edilməmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Əsasnamənin 2.2-ci bəndinə görə vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının soyadı Yusifov, adı isə doğum akt qeydində Habil olaraq qeyd edilmiş, iddiaçının şəxsiyyət vəsiqəsində isə soyadı və adı İddiaçı kimi göstərilmişdir. Mövcud sənədlərin təhlili nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının ad və soyadı doğum haqqında akt qeydi və şəxsiyyət vəsiqəsi ilə yanaşı həmçinin, digər sənədlərlə də uyğunsuzluq təşkil etməkdədir. Belə ki, nikah haqqında akt qeydində, həmçinin atalığın müəyyən olunması haqqında akt qeydində də eyni uyğunsuzluqlar olmuş, soyad “Yusifov” “Yusifli”, ad isə “Habil” və “Qabil” kimi göstərilmişdir. Məhkəmə araşdırması ilə iddiaçının soyadının və adının dəyişdirilməsi və ya bunu təsdiq edən hər-hansı qərar, akt qeydi, yaxud inzibati akt aşkar edilməmişdir. İlkin sənəd qismində məhz doğum haqqında akt qeydi çıxış etdiyindən və iddiaçıya münasibətdə ilkin olaraq ИЕ seriyalı 382422 nömrəli doğum haqqında şəhadətnamə verildiyi müəyyən olunduğundan, sonradan isə doğum haqqında akt qeydinə düzəliş edilməsini təsdiq edən sənədlər aşkar edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi və akt qeydində göstərilən şəkildə düzəlişin edilməsi mümkün deyildir. Belə ki, qanunvericiliyin tələblərində ilkin sənədlərin deyil sonrakı sənədlərin ilkin sənədlərə uyğun olması dəqiq olaraq təsbit edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı “Ağdam rayon Ağdamkənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1957-ci il tarixli, 150 saylı doğum haqqında akt qeydində soyadının Yusifovdan Yusifliyə, adının Habildən Qabilə dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X14.
Məhkəmə qərarları › İş №2-1(112)-1457/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1457/2025
13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver