Məhkəmə qərarları › İş №2-1(112)-1459/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1459/2020

06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1459/2020 06.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Suraxanı rayonu Cavabdeh nümayəndəsi X3 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Suraxanı rayonu Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Suraxanı rayonu Cavabdehnəqarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli, № 7/30 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, № 7/30 saylı qərarına əsasən iddiaçıdan 52 manat məbləğində əmlak vergisinin tutulması qərara alınmışdır. Cavabdeh tərəfindən qəbul edilmiş həmin qərarın surəti iddiaçıya təqdim olunmamışdır. Qərar barədə iddiaçı 2019-cu ilin avqust ayında Suraxanı rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun icrasına başlanması haqqında qərar qəbul edilməsinə dair məlumat verildikdən sonra xəbər tutmuşdur. Bundan sonra isə həmin qərarın surətinin iddiaçıya verilməsi barədə cavabdehə xx.xx.2019-cu il tarixdə rəsmi ərizə ilə müraciət olunmuş, lakin cavabdeh qərarı iddiaçıya təqdim etməkdən imtina edərək qərarın surətini Suraxanı rayon İcra Şöbəsindən almağını məsləhət görmüşdür. Bununla da Cavabdeh tərəfindən “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamənin 5.8, 5.9 və 5.10cu maddələrinin tələbləri pozulmuşdur. Belə ki, həmin Əsasnaməyə görə bələdiyyə qərarının surəti və tələbnamə ödəyiciyə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Ödəyicinin və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində bələdiyyənin qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim edilmirsə, bu sənədlər sifarişli məktubla göndərildiyi gündən sonraki gün təqdim edilmiş hesab edilir. Bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Qanunun tələbindən görünür ki, qərar iddiaçıya təqdim edilmədiyinə görə cavabdeh tərəfindən ləğv edilməsi üçün əsas verir. Qanunun tələbindən görünür ki, qərar iddiaçıya təqdim edilmədiyinə görə cavabdeh tərəfindən qeyd olunan Əsasnamənin tələbləri pozulmuş və ona görə də bu pozuntu iddiaçı barəsində olan inzibati akt qərarının ləğv edilməsi üçün əsasdır. Bundan başqa cavabdehin qərarından görünür ki, iddiaçıdan əmlaka vergisinin tutulmasına səbəb mülkiyyətçisi olduğu ünvan 5 mənzil 64-dür. Yəni əmlak vergisi bu mənzilə görə tutulmuşdur. Halbuki, mənzilinin yerləşdiyi ərazi Yeni- Günəşli qəsəbəsində yerləşdiyi üçün Cavabdeh həmin mənzilə görə əmlak vergisi tutma səlahiyyəti yoxdur və ümumiyyətlə Yeni-Günəşli qəsəbəsindən cavabdehin vergi tutmaq səlahiyyətini təsdiq edən heç bir qanunvericilik və ya normativ aktı yoxdur. Belə ki, Azərbaycan Respublikasının xx xxx 2009-cu il tarixli, 827-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasında “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa “Əlavə”-dəki Bələdiyyələr siyahısının 1.10.4-cü bəndində Cavabdeh ərazisi Qaraçuxur qəsəbəsi göstərilmiş, həmçinin, Cavabdeh iclasının 02 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş Nizamnaməsinin 1.5-ci bəndində Cavabdeh yalnız Qaraçuxur qəsəbəsinin ərazi sərhədləri daxilində özünüidarəetmə formasında fəaliyyət göstərməsi qeyd edilmişdir. Göstərilən qanunda və eləcə də Cavabdeh nizamnaməsində Yeni-Günəşli qəsəbəsinin adı qeyd edilməmişdir. Yeni-Günəşli qəsəbəsi ayrıca bir qəsəbə olduğuna görə o, Cavabdeh deyil, yalnız Suraxanı Rayon İcra Hakimiyyətinin inzibati tabeçiliyinə aiddir. Belə ki, sözügedən Suraxanı rayonu, Yeni-Günəşli qəsəbəsinə hələ sovetlər vaxtında qəsəbə statusu verilmiş və həmin vaxt vətənaşlara həmin ərazidə verilən mənzillərin orderlərində Yeni-Günəşli qəsəbə olaraq qeyd olunmuşdur. Hal-hazırda da isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən vətəndaşların mənzillərinə verilən (eləcə də əvvələr verilmiş) reyestrlərdən çıxarışlarda, o, cümlədən də iddiaçıya dair çıxarışda Yeni-Günəşli qəsəbəsi qəsəbə olaraq qeyd edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Suraxanı rayonu Cavabdeh yazılı etiraz təqdim edərək bildirmişdir ki, Cavabdeh inzibati ərazisi Qaraçuxur qəsəbəsi və Yeni Günəşli yaşayış sahəsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4, 8, 198, 200.1, 203-cü maddələrinə əsasən Cavabdehndə qeydiyyatda olan fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan əmlak və torpaq sahələrinə görə hesablanmış vergilərə, yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 101 saylı qərarına əsasən hesablanır. İddiaçı məxsus əmlaka görə ödəməli olduğu vergi barədə hər il üçün tədiyə bildirişi və xəbərdarlıq göndərilmiş, ancaq hər dəfə müxtəlif bəhanələr göstərərək, əsasən də Yeni Günəşli yaşayış sahəsinin Qaraçuxur qəsəbəsinə (Cavabdehnə) aidiyyatının olmadığını qeyd edərək vergini ödəməkdən yayınmışdır. İddiaçı Rəsulzadə X2 Bələdiyyəsinə inzibati aktın surətini xx.xx.2019-cu il tarixində ərizə ilə müraciət etsə də, Cavabdeh tərəfindən tərtib edilmiş inzibati aktın surəti xx.xx.2019-cu il tarixində vətəndaş İddiaçı Azərpoçt vasitəsilə göndərilmiş və ərizə cavablandırılmışdır. Cavabdeh iddia tələbini əsassız hesab edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək,cavabdehin onun mənzilinə dair vergi hesablamaq səlahiyyəti olmadığından iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Suraxanı rayonu Cavabdeh nümayəndəsi X4 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq iddiaçı tərəfindən 2010cu ilə kimi əmlak vergisi ödənildiyi, son dövrlərdə məhz bələdiyyənin səlahiyyəti olmaması əsası ilə hesablanmış əmlak vergisinin ödənilməsindən yayındığını bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan sənədlər: - AZE 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1970-ci il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsində istifadədə olan 0.14596 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 9 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində, 60,72 kv.m ümumi, 42.62 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 64 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 815 nömrəli reyestr kitabının 75983 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Yerlı (Bələdiyyə) vergilərin və ödənişlərin qəbulu üçün 362658 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən Suraxanı rayonu Cavabdehnə 2010-cu ildə 25 manat məbləğində əmlak vergisi ödənilmişdir. -Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 956 saylı, xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yeni Günəşli “V” yaşayış sahəsinin 1 saylı evin 64-cü mənzilində yaşayır. - Bakı şəhəri Cavabdeh 3565/x saylı, xx xxxxxxx 2018-ci il tarixli məktubu ilə, İddiaçı hesablanmış 52 manat məbləğində əmlak vergi borcunun 5 gün müddətində ödənilməsi, əks təqdirdə ödəmə müddətindən sonraki hər bir gecikdirilmiş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi və ya cari ödəməsi məbləğinə yaranmış 0,1% əlavə hesablanaraq vergi borcunun məcburi qaydada alınması üçün barəsində məhkəmə orqanları qarşısında iddia qaldırıcağı bildirilmişdir. - Suraxanı rayonu Cavabdeh sədri İ.A.Nəcəfov tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli 7/30 saylı qərarı ilə Bakı şəhəri, Yeni Günəşli “V” yaşayış sahəsinin 1 saylı evin 64cü mənzili ilə bağlı İddiaçı 2019-cu ilə qədər 52 manat məbləğində əmlak vergisi hesablanmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, iclasın protokoluna əsasən 52 manat məbləğində vergi borcunu təsdiq edən xəbərdarlıq və bələdiyyə bildirişinin verilməsinə baxmayaraq vergi ödəyicisi İddiaçı əmlak vergi borcunu ödəməkdən imtina etmişdir. - Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli bildirişdən və icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərarından görünür ki, borclu İddiaçı 52 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar Cavabdeh hesabına ödənilməsi ilə bağlı icra sənədinin icrasının 10 gün müddətində könüllü təmin edilməsi İddiaçı təklif olunmuşdur. - Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 245 saylı məktubu ilə, ünvan 2 mənzil 64 ünvanının 52 manat məbləğində əmlak vergisi tutulması haqqında xx.xx.2019-cu il tarixdə qəbul edilmiş və Suraxanı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş inzibati aktın surəti İddiaçı göndərilmişdir. - Bakı şəhəri Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 370 saylı arayışdan görünür ki, Cavabdeh inzibati ərazisi Qaraçuxur qəsəbəsi və Yeni Günəşli yaşayış sahəsindən ibarətdir. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinə sorğu göndərilmiş və sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Yeni Günəşli “AB”, “V”, “Q” və “D” yaşayış sahəsindən ibarət olmaqla Cavabdeh ərazi vahidliyinə aiddir. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu göndərilmiş və sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, MH seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan ünvan 3 ünvanındaki 64 nömrəli mənzilin yerləşdiyi bina Bakı şəhəri, Cavabdeh hüdudları daxilindədir. Məhkəmə araşdırılması zamanı Baki şəhəri Cavabdehnə sorğu göndərilmiş və sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Cavabdeh inzibati ərazisi Qaraçuxur qəsəbəsi və Yeni Günəşli yaşayış sahəsindən ibarətdir. İddiaçı məxsus əmlaka görə ödəməli olduğu vergi barədə hər il üçün tədiyyə bildirişi və xəbərdarlıq göndərilmiş, ancaq hər dəfə müxtəlif bəhanələr göstərərək, əsasən də Yeni Günəşli yaşayış sahəsinin Qaraçuxur qəsəbəsinə (Cavabdehnə) aidiyyatının olmadığını qeyd edərək vergini ödəməkdən yayınmışdır. Mövcud qanunvericiliyə uyğun olaraq 2015-ci il yanvarın 1-dən fiziki şəxslər əmlak vergisini onların xüsusi mülkiyyətində olan binaların sahəsindən asılı olaraq ödəyir. O vaxta qədər əmlak vergisi binaların hesablanmış inventarlaşdırılmış dəyərinə görə tutulurdu. Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən əmlak vergisi 30 m2 –dən artıq olan sahənin hər kvadratmetrinə görə hesablanır. Məcəlləyə edilmiş dəyişikliyə görə Bakı şəhəri üzrə vergi dərəcəsi 0.4-dür. Bina Bakı şəhərində yerləşdikdə həmin dərəcələrə müvafiq olaraq Nazirlər Kabinetinin müəyyən etdiyi 0.7-dən aşağı və 1.5-dən yuxarı olmayan əmsallar tətbiq edilir. Belə ki, Qaraçuxur qəsəbəsi və Yeni Günəşli yaşayış sahəsi 8-ci zonada yerləşdiyi üçün əmsal 0.9 götürülür.İddiaçı evinin mülkiyyətini təsdiq edən sənədi bələdiyyəyə təqdim etmədiyi üçün bələdiyyənin inzibati ərazisində yerləşən 3 otaqlı evlər müxtəlif proyektlər olduğu üçün evinin ümumi sahəsi orta hesabla 66.11 kv.m götürülmüşdür. Odur ki, 2016-2019-cu illər üçün vergi borcu 52 manat təşkil edir (1 ilə 13 manat hesabı ilə) (66.11-30) x 0.4 x 0.9 = 13 manat. İşdə olan sənədlərdən məlum olur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli inzibati aktı (qərarı) ilə, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni-Günəşli qəsəbəsi 1 saylı evin 64 mənzilinə dair bələdiyyənin xx.xx.2019-cu il tarixli 7/30 saylı qərarına əsasən 2016-cı ildən 2019-cu ilədək dövr üzrə 52 manat əmlak vergisinin tutulması qərara alınmış və qərar icra edilməsi üçün Suraxanı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İddiaçı bələdiyyənin onun barəsində qəbul etdiyi sənədlər barəsində xəbəri olmadığından, surəti ona təqdim edilmədiyi halda məcburi icraya yönəldilməsi mövcud qanunvericiliyin tələblərinə zidd olduğu üçün, həmçinin, Yeni-Günəşli qəsəbəsinin Cavabdeh ərazi vahidi olmadığına əsaslanaraq, həmin qərarın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçı Cavabdehnə 2010-cu ilədək əmlak vergisini ödədiyini bildirərək, son dövrlər əmlak vergisi ödəməməsinin yeganə səbəbinin onun mənzilinin Yeni Günəşli qəsəbəsində yerləşməsi və Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası Qanununa əlavə edilmiş Siyahıda Cavabdeh yalnız Qaraçuxur qəsəbəsinin ərazi vahidini əhatə etməsi, bu səbəbdən də Cavabdeh səlahiyyətli orqan olmamasıdır. Məhkəmə tərəfindən araşdırılmalı hal odur ki, Suraxanı rayonu Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yeni Günəşli “V” yaşayış sahəsinin 1 saylı evin 64-cü mənzilinə dair əmlak vergisinin hesablanması səlahiyyətinin olub-olmamasıdır. Fiziki şəxslərə əmlak vergisinin hesablanması isə bələdiyyələrin ərazi vahidlərinə uyğun olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunun normaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4.4-cü maddəsinə əsasən, yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən, fiziki şəxslərin əmlak vergisi yerli vergilərinə (bələdiyyə vergiləri) aiddir. Həmin Məcəllənin 196-ci maddəsinə əsasən, bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 197.1.1-ci maddəsinə əsasən, rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri vergitutma obyektləri sayılır. Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş X1 1-ci maddəsinin 2-ci bəndinə əsasən, yerli vergilərin və ödənişlərin müəyyən edilməsi bələdiyyə iclaslarında həll edilir. Həmin Nizamnamənin 6-cı maddəsinə əsasən, bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bələdiyyə aktları dərc və ya əhaliyə digər üsulla elan edildiyi gündən qüvvəyə minir. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanunun 43-cü maddəsinin 1-ci bəndinə əsasən, yerli vergiləri, ödənişləri, habelə onların ödənilməsi üzrə güzəştləri bələdiyyələr Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və qanunlarına uyğun müəyyənləşdirirlər. Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ-ci bəndinə görə, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Konstitusiyasının 144-cü maddəsinin 4-cü bəndinə görə, bələdiyyələrin iclaslarında yerli vergilərin və ödənişlərin müəyyən edilməsi bələdiyyələrin iclaslarında həll edilir. Konstitusiyanın 145-ci maddəsinin 3-cü bəndinə görə, yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Şərh olunan maddələrin normalarına görə, vergi ödəyiciləri olan fiziki şəxslərdən vergitutma obyektlərinə görə əmlak vergisinin və ödənişlərin müəyyən edilməsi bələdiyyələrin səlahiyyətindədir. Bələdiyyələr isə əhatə etdiyi ərazi vahidlərinə uyğun olaraq, təşkil olunmuş bələdiyyə iclaslarında bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə vergilər və ödənişlərə dair qərarlar qəbul edirlər. “Bələdiyyələrin ərazilər və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş Əlavəyə görə, Qaraçuxur qəsəbəsi – Cavabdeh (1.10.4) ərazi vahididir. Bakı şəhəri Suraxanı rayonunun Cavabdeh Nizamnaməsinin 1.5-ci bəndinə görə, Suraxanı rayonunun Cavabdeh Qaraçuxur qəsəbəsinin ərazi sərhədləri daxilində özünüidarəetmə formasında fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 04 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnaməsinə görə, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq rayon, şəhər və digər yaşayış məntəqələrinin və bələdiyyələrin sərhədləri daxilində elektron kadastr uçotu işlərini aparmaq (3.0.18); Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq rayon, şəhər və digər yaşayış məntəqələrinin və bələdiyyələrin sərhədlərini naturada müəyyən etmək, elektron daşıyıcıda və kağız üzərində xəritələşdirilməsini həyata keçirmək (3.0.23); bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədlərini aidiyyəti orqanlarla birlikdə müəyyən etmək və torpaqları müvafiq bələdiyyələrə təhvil vermək, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy verilməsində iştirak etmək (3.0.24) xidmətin vəzifələrinə aiddir. Məhkəmə iddiaçının mülahizələrini təkzib edərək, bildirir ki, qüvvədə olan qanunvericilikdə Cavabdeh ərazi sərhədləri kimi Qaraçuxur qəsəbəsi göstərilsə də, həmin bələdiyyənin sərhədlərinə həmçinin, Yeni Günəşli qəsəbəsi də daxildir. Belə ki, Məhkəmə araşdırılması zamanı Suraxanı rayonu İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinə göndərilmiş sorğular əsasında məlum olmuşdur ki, Cavabdeh inzibati ərazisi Qaraçuxur qəsəbəsi və Yeni Günəşli “AB”, “V”, “Q” və “D” yaşayış sahəsindən ibarətdir. Məhkəmə belə nəticəyə gəlir ki, ünvan 5 mənzil 64 ilə bağlı İddiaçı əmlak vergisini tələb etmək və bununla bağlı qərar qəbul etmək Cavabdeh səlahiyyətindədir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, İddiaçı barəsində olan xx.xx.2019-cu il tarixli, № 7/30 saylı inzibati aktın (qərar) qəbul edilməsi Cavabdeh səlahiyyətində olsa da, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mülkiyyətində olan əmlakı ilə bağlı əmlak vergisinin hesablanması düzgün aparılmamışdır. Əmlaka (evə) görə hesablamanın aparılma qaydası üzrə Məhkəmə qeyd edir ki, əvvəlcə həmin əmlakın yaşayış sahəsinin ölçüsü müəyyən edilməli, bundan sonra, yaşayış sahələrinə münasibətdə - onların 30 kv.m-dən artıq olan hissəsinin hər kv.m-nə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində qeyd edilən cədvəldə göstərilən dərəcələr tətbiq olunmaqla (bina Bakı şəhərində yerləşdikdə həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə) hesablama aparılmalıdır. Qeyd edilən maddədə göstərilən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallarla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx.xx.2015-ci il tarixdə “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə 101 saylı qərar qəbul edilmişdir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”a əlavə olaraq qeyd edilən qərarla Bakı şəhəri üzrə müəyyən edilən zonalar və onların sərhədləri təsdiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 200.1-ci maddəsinə əsasən, binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Həmin Məcəllənin 200.4-cü, 200.5-ci və 200.6-cı maddələrinə əsasən, bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. İddiaçının mülkiyyətində olan yaşayış evinin ünvanının ünvan 5 mənzil 64 olduğunu nəzərə alaraq, həmin evin 8-ci zonaya aid olduğu müəyyən edilir ki, bununla bağlı 0,90 əmsalı tətbiq edilməlidir. İşdə olan mübahisələndirilən qərarda isə yuxarıda göstərilən əsaslar üzrə qanunvericiliyə uyğun hesablama aparıldığını, lakin mənzilin ümumi sahəsi 60.72 kv.m olduğu təqdirdə, hesablamanın ümumi sahə 66.11 kv.m olmaqla aparıldığı müəyyən edilmişdir. İşin bu halı qəbul edilmiş qərarının qismən ləğv edilməsi nəticəsinə gəlmək üçün məhkəməyə əsas verir. İddiaçının mülkiyyətində və ümumi sahəsi 60.72 kv.m olan mənzilə görə hesablamanın aparılma qaydası üzrə Məhkəmə qeyd edir ki, hər il üçün (60.72 kv.m – 30 kv.m) x 0,4 x 0,9 = 11,05 manat torpaq vergisi hesablanmalıdır. 2016-2019-cı illər üçün isə iddiaçı tərəfindən ödənilməmiş əmlak vergisi 44,2 manat təşkil edir. Məhkəmə işin faktiki hallarına və işdə olan sənədlərə məcmu halda qiymət verərək, hesab edir ki, Cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq ərazi üzrə səlahiyyətləri çərçivəsində İddiaçı barəsində əmlak vergisinin ödənilməsi ilə bağlı qərar qəbul etməzdən əvvəl müvafiq olaraq tədiyyə bildirişi və xəbərdarlıq məktubu ilə iddiaçıya müraciət etmiş, əmlak vergisi ödənilmədiyi təqdirdə, onun barəsində qərar qəbul etmiş və həmin qərarın surətini iddiaçıya göndərmişdir. Cavabdeh tərəfindən əmlak vergisi hesablanarkən, iddiaçının mülkiyyətində olan əmlakın ümumi sahə ölçüləri düzgün götürülməmiş, 2016- 2019-cu dövr üzrə 44,2 manat əmlak vergisi hesablanmalı olduğu halda, ona 52 manar vergi (7,8 manat fərq məbləği) hesablanmışdır. Cavabdeh inzibati icraatı düzgün aparmadığından və qəbul etmiş qərarı ilə iddiaçıya artıq əmlak vergisi hesabladığı üçün, qərar qismən ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Bütün göstərilənlərə əsasən Məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 5 ev 64 ünvanında yerləşən iddiaçıya məxsus əmlaka görə yaranmış ötən dövrlər üzrə əmlak vergi borcunun ödənilməsi ilə bağlı qəbul edilmiş Suraxanı rayonu Cavabdeh xx.xx.2019-cu il tarixli, № 7/30 saylı qərarı qismən ləğv edilməli, İddiaçı əmlak vergisinə görə 44,2 manat məbləğin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 73.1 və 85.1-ci maddələrini rəhbər tuturaq, Məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. ünvan 5 ev 64 ünvanında yerləşən iddiaçıya məxsus əmlaka görə yaranmış ötən dövrlər üzrə əmlak vergi borcunun ödənilməsi ilə bağlı qəbul edilmiş Suraxanı rayonu Cavabdeh xx.xx.2019-cu il tarixli, № 7/30 saylı qərarı qismən ləğv edilsin. İddiaçı əmlak vergisinə görə 44,2 manat məbləğin tutulması hissəsində qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar