Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1459/2021 31.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı “pensiyanın təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ona 21.07.76-cı ildən xx.xx.1979-cu ilə qədər Türkan üzümçülük sovxozunda, 02.06.80-ci ildən xx.xx.2003-cü ilə qədər X4 tərkibində yaradılmış “Nord” İstehsalat Birliyində ayrı-ayrı işlərdə işləməyinə görə ona əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 21.07.76-cı ildən 24.07.79-cu ilə qədər Türkan üzümçülük sovxozunda, 02.06.80-ci ildən 16.11.81-ci ilə qədər Bakı Akkumlyator zavodunda, 24.05.82-ci ildən xx.xx.2003-cü ilə qədər X4 tərkibində yaradılmış “Nord” X5 ayrı-ayrı işlərdə əmək fəaliyyəti ilə məşğul olmuş. Ona hal hazırda əmək pensiyası təyin edilməlidir. Ona pensiya təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Suraxanı rayon Şöbəsinə(AR ƏƏSMN yanında DSMF) müraciət etmiş. Lakin AR ƏƏSMN yanında DSMF-nin Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsindən ona pensiya təyin edilməsindən xx.xx.2020-ci il tarixli məktubla imtina edilmiş və onun əmək pensiyası almaq hüququnun olmaması bildirilmişdir. AR ƏƏSMN yanında DSMFN-nin Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli imtinası qanunsuz və əsassızdır. Sonda qeyd edilənlərin nəzərə alınmasını və iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X3 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, vətəndaş İddiaçı 3 saylı Bakı DOST Mərkəzinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən vətəndaşın müraciətinə pensiya təyin edilməsinin mümkün olmaması haqqında imtina cavabı verilmişdir. İddiaçıya imtina verilməsinin səbəbi xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması və ümumi iş stajının 25 ildən az olmasıdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İcraatda olan 2-1(112)-5963/2020 saylı iş üzrə iddia tələbi aşağıdakı faktiki və hüquqi əsaslara görə qanunaziddir və rədd edilməlidir. “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçıya imtina verilməsinin səbəbi xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması və ümumi iş stajının 25 ildən az olmasıdır. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyi “xxxx” Elmi-İstehsalat Müəssisəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli 5/123 nömrəli arayışın məzmunundan aydın olur ki, iddiaçı 2001-ci ilin iyulundan etibarən əmək haqqı almamışdır. Beləliklə, işçi ilə işəgötürən arasında faktiki əmək münasibətləri mövcud olmamışdır. Buna görə də hesab edillər ki, İddiaçı qızının "pensiyanın təyin edilməsi" barədə iddia tələbi təmin olunmamalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X3 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu qeyd edərək, rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 2 şərtə riayət etməklə yaranır: İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya qanunla tələb edilən zəruri sığorta stajına sahib olması. İddiaçının xx.xx.1958-ci il təvəllüdlü olmaqla hazırda 62 yaşı var. Deməli, iddiaçı qanunla tələb olunan pensiya yaşına çatmışdır. Cavabdehin imtina əsası onunla bağlıdır ki, iddiaçının ümumi stajı 25 ildən azdır, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Məhkəmə cavabdehin imtina əsasını araşdırır. İş materiallarına əlavə edilmiş əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı: -xx.xx.1976-ci ildən xx.xx.1979-cu ilədək Türkan üzümçülük sovxozunda, -xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilədək Bakı Akkumlyator zavodunda, - xx.xx.1982-ci ildən xx.xx.2003-cü ilədək X4 tərkibində yaradılmış “Nord” X5 işləmiş, - xx.xx.2003-cü il tarixli 16 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Dövlət Arxivinin H-45 nömrəli xx.xx.2021ci il tarixli məktubundan görünür ki, İddiaçı şahrza qızı Türkan üzümçülük sovxozunun direktorunun 24 iyul1976-cı il tarixli 95 saylı əmri ilə kadrlar şöbəsinə katibə -maşınıstka qəbul edilmiş, Türkan üzümçülük sovxozu direktorunun xx xxxx 1979-cu il tarixli 64 saylı əmri ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyi “xxxx” Elmi-İstehsalat Müəssisəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli 5/123 nömrəli arayışında iddiaçıya 1992-ci ildən işdən azad olunduğu dövrədək (2003-cü il) əmək haqqı barədə məlumatlar verilmişdir. Həmin arayışın məzmunundan görünür ki, iddiaçı 2001-ci ilin iyulundan etibarən əmək haqqı almamışdır. “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyas! hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Normaların məzmunundan göründüyü kimi, qanunvericiliklə əmək (iş) dövrlərinin yalnız o hissəsi (hissələri) sosial sığorta stajı kimi nəzərə alınır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. Cavabdehin etiraz dəlillərini əsaslı hesab edən Məhkəmə qeyd edir ki, "Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd' olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. Lakin, iddia olunan məzmunda ödənişsiz məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbit olunmamışdır. Odur ki, iddiaçının xx.xx.2001-ci ildən xx.xx.2003-cı il tarixinədək X4 tərkibində yaradılmış “Nord” X5 ödənişsiz məzuniyyətdə olduğu müddəti iş stajına daxil edilə bilməz. Nəticə etibarı ilə iddiaçının pensiyasının hesablanması üçün tələb olunan 25 il ümumi iş stajı toplanmamışdır. Məhkəmə araşdırması zamanı da iddiaçı son iş yerinin Nord” X1, 2001-ci ildən özhesabına məzuniyyətə buraxıldığını, 2003-cü ildən isə öz xahişi ilə işdən azad edildiyini qeyd etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunan əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunun 22-1.2-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: Qanunun 22-1.2.1-ci maddəsinə əsasən, 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Maddələrin tələblərinin tətbiqi onu ehtiva edir ki, 2019-2022-ci illərdə yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən, sığortaolunanın xx xxxxxx 2006-cı ilə qədər sığorta stajı 25 ildən az olduqda, lakin onun xx xxxx 2018-ci il tairixinə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olduğu halda, sığortaolunanın xx xxxxxx 2006-cı il tarixədək sığorta stajı 25 il kimi qəbul edilir. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi, iddiaçının 2006-cı ildən pensiya kapitalı da mövcud olmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının müvafiq iş stajının olmaması, həmçinin, pensiya kapitalının mövcud olmaması əsası ilə cavabdehin imtina əsası əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir... Həmçinin, həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Konstitusiya prinsipi olan bərabərlik prinsipi isə bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrı-seçkiliyin tətbiq olunmasını qadağan edir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1459/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1459/2021
31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver