Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1459/2024 01.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 1 mart 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Daxili İşlər Nazirliyi Daxili Qoşunların Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 47 № li qərarına əsasən SHXÇDX-nin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən xx.xx.1992-ci il tarixdə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı (bundan sonra – iddiaçı) hərbi xidmət dövründə aldığı və X7 Xəstəxanasında xx.xx.1993-cü il tarixdən xx.xx.1993cü il tarixədək müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: «Sol budun aşağı 1/3-nin arxa səthinin dəlib-keçən güllə yaralanması». (Daxili İşlər Nazirliyinin X4 R/10510 nömrəli xx.xx.2015-ci il tarixli göndərişi. SHXÇDX-nin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixli 4387 nömrəli göndəriş və arayış. X7 Xəstəxanasından çıxarış epikrizi. DQBi Arxivindən 1364 nömrəli xx.xx.2015-ci il tarixli arayış. Hərbi biletin surəti.). «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır». İddiaçı Bakı şəhər 13 saylı Şəhər Poliklinikasında qeydiyyatdadır və onun adına açılmış X6 Kartasında görünür ki, 2015-ci il tarixdən davamlı olaraq müayinə və müalicələrdə olur. İddiaçı xx.xx.2017-ci il tarixdə Bakı Baş Səhiyyə İdarəsinin Bakı Sağlamlıq Mərkəzində xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək müayinə olunmuşdur. Sol budun aşağı 3/1 - nin arxa səthinin dəlib keçən güllə yaralanmasından sonrakı gecikmiş geridönməz ağırlaşması - Sol aşağj ətrafın mono parezi “sallanan pəncə” və hərəkətin məhdudlaşması və daimi ağrı sindromu. Sağ saidin ön səthinin dəlib keçən güllə yarası, sağ əlin İ - İİ barmaqlarının hərəkət məhdudluğu və hissiyat pozğunluğu ilə. Yanaşı: ÜİX, gərginlik stenokardiyası, tez - tez baş verən krizlərlə. Qan dövranı çamamazlığı – İİ stadia diaqnozu qoyulmuşdur. İddiaçıya xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, 5 il müddətində İİ dərəcə əlillik təyin edilmiş əlilliyin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Diaqnoz - Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya. ÜİX. Gərginlik stenokardiyası, tez-tez baş verən krizlərlə. Budun açıq yarası. Sağ baldırın aşağı 3/1-nin arxa səthinin dəlib keçən güllə yarasından sonrakı gecikmiş geridönməzağırlaşması. Sol aşağı ətrafın monaparezi "sallanan pəncə",”hərəkatin məhdudlaşması və daimi ağrı sindromu. Sağ saidin ön səthinin dəlib keçən güllə yarası, sağ əlin l-ll barmaqlarının hərəkət məhdudluğu və hissiyyat pozğunluğu ilə. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar. QDÇ İİ dərəcə. İddiaçının adına “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” Phş-də tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı arayışda qeyd edilmişdir ki, ona komissiya tərəfindən aşağıdakı diaqnoz müəyyən edilmişdir. Diaqnoz: Odlu silah yaralanması, sol budun orta A-nin arxa səthinin dəlib-keçən güllə yaralanması, posttravmatik kobud kelloid çapıqlar, sol diz oynağının bükücü-açıcı kontrakturası: açma- 150 dərəcə, bükmə-115 dərəcə, sol saidin orta A-nin odlu silah yaralanması, mil sümüyünün köhnəlmiş, bitişmiş sınığı, oynaq səthinin nahamarlığı, mil sinirinin nevriti, milbilək oynağının kontrakturası, saidin aşağı A-də arxa səthdə kobud kelloid çapıq, sağ əlin funksiya pozğunluğu, daimi ağrı sindromu ilə (W-32, W-33, Y36.4, M24.5, S52, L91.0, R52.0, R26.8). İddiaçıya “Bakı Baş Səhiyyə İdarəsi” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, H00075620QZM saylı Forma 088 göndərişi əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Komissiyası tərəfindən əlillik təyin edilməsindən imtina edilmişdir. İmtina əsası kimi diaqnozun əlillik təyin etməməsi göstərilmişdir. Həmin xx.xx.2023-cü il tarixli göndərişdə qeyd edilmişdir: “Xəstəliyin başlanma tarixi: xx.xx.2022-ci il, gedişi xronikidir. XBT 10 kodu ilə; Əsas diaqnoz: G63*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı polinevropatiya, sağ ulnar və medial sinirlərinin posttravmatik neyropatiyası; Ağırlaşma: R29-sinir və sümük əzələ sisiteminə aid olan digər simptomlar və sağ yuxarı ətrafın distal hissəsinin hipotrofıyası; Z74-yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar problemlər. Qismən kənar şəxsin qulluğuna ehtiyacı var. Yanaşı xəstəliklər: R36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, odlu silahla sol budun aşağı A-nin arxa səthinin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət (1993); İddiaçının adına tərtib edilmiş qiymətləndirmə nəticələrində qeyd edilmişdir: “Müayinə tarixi: xx.xx.2023-ci il; Akt nömrəsi: xxxxxxx0005; Müvəqqəti əmək qabiliyyəti itirilməməişdir. Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silahla sol budun aşağı A-nin arxa səthinin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət (1993); digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı polinevropatiya, sağ ulnar və medial sinirlərinin posttravmatik neyropatiyası; Mərkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçı cavabdehin Ekspert Komissiyasında xx.xx.2023-cü il tarixdə əyani müayinə olunmuşdur. Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-2127/2023-cü il saylı qərarında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixli əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 47 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol budun aşağı 1/3-nin arxa səthinin dəlib-kecən güllə yaralanması" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, sol aşağı ətrafda və sağ əlin hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sağ budun aşağı 1/3-də, sağ saidin orta 1/3-də çapıq toxuma izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst, əzələ inkişafı paralel, reflekslər canlı alınmış, D=S, atrofiya, parez, iflic izlənilməmişdir. Arterial təzyiqi 180/100 mm.cc.s müəyyənləşdirilmişdir. Bakı şəhər Baş Səhiyyə idarəsinin 15 nömrəli Şəhər Poliklinikasının xx.xx.2023 cü il tarixli Tibbi Rəyində diaqnoz Odlu silah yaralanmasından sonrakı Sağ ulnar və medial sinirlərin posttravmatik, sol oturaq sinirin posttravmatik nevropativası. Sağ yuxarı ətrafın monoparezi. Sağ əlin funksiyasının kəskin pozulması, çoxsaylı çapıqlar” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi- Tədqiqat Travmatologiya və Ortopediya institutunun PHŞ xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışda qeyd olunmuş diaqnoz Odlu silah yaralanması. Sol budun orta 1/3-nin dəlib keçən güllə yaralanması. Posttravmatik kobud-kelloid çapıqlar. Sol diz oynağının bükücü-açıcı kontrakturası açma 150 dərəcə, bükmə 115 dərəcə. Sol saidin aşağı 1/3-nin odlu silah yaralanması, mil sümüyünün köhnəlmiş bitişmiş sınığı, oynaq səthinin nahamarlığı mil sinirin nevriti. Mil-bilək oynağının kontrakturası. Saidin asağı 1/3-də arxa səthində kobud kelloid çapıq. Sağ əlin funksiyasının pozğunluğu. Daimi ağrı sindromu ilə" kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Sol qulaqcıq genişlənib (4.4 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=61%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Min MR. Min AR. Perikard təmizdir* kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir" barədə qərar qəbul edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2023-cü il tarixli göndəriş əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlillik dərəcəsinin verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1992-ci il tarixdə DİN-in Daxili Qoşunlarında hərbi xidmətə başlayıb. Hərbi xidmət zamanı Ağdərə bölgəsində ermənilərə qarşı döyüşlərdə iştirak edib. Müharibə zamanı dələlərlə yaralanıb. xx.xx.1993-cı il tarixdə ayağından güllə yarası, 1993-cü ilin axırlarında isə Füzuli rayonunun müdafiəsi zamanı sağ qolundan qəlpə yarası alıb. Hal-hazırda da bədən müxtəlif nahiyələrində güllə və çoxsaylı qəlpə yaraları vardır. Bunun nəticəsində 2ci qrup Qarabağ müharibəsi əlili olub. Axırıncı dəfə xx.xx.2017-ci il tarixdə 5 illik müddətlə komissiyadan keçib. Buna baxmayaraq 13 mart 2023-cü il tarixdə tibbi komissiya tərəfindən onu yenidən müayinə etdikdən sonra xəbəri olmadan hətta səhhətində ağırlaşmaların olduğu (sinir ağrıları) müəyyən edilsə də, xx.xx.2023-cü il tarixli qərarla əsassız olaraq ona rəsmi qaydada əlillik əlamətinin təyin olunmaması diaqnoz qoyulmuş və bu barədə səhhətində hətta ağırlaşmaların olduğu müəyyən olunsa da, komissiya tərəfindən əlilliyin təyin olunması üçün əsas olmadığı göstərilmişdir. Komissiya tərəfindən həmin qərar ona may ayının ortalarında (2-ci yarısında) verilmişdir. Səhhətində olan ağırlaşmalarla bağlı mütəmadi olaraq müayinələr və müalicələr almağına baxmayaraq, cavabdeh ona 2-ci qrup əlilik verilməsindən əsassız olaraq imtina edilmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları"nın müvafiq normaları sadalanmış, lakin etiraz əsaslandırılmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçıya əlilliyin verilməsindən xx.xx.2023-cü il tarixli qərarla imtina edilmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə iddia verməklə iddia müddətinə də riayət etmişdir. Belə ki, həmin qərarın iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə cavabdeh sübut təqdim edə bilməmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı Daxili Qoşunların əməkdaşı kimi İ Qarabağ müharibəsinin iştirakçısı olmuş və xəsarət almışdır. Bu əsasla iddiaçıya 2017-ci il tarixdə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra “Bakı Baş Səhiyyə İdarəsi” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, H00075620QZM saylı Forma 088 göndərişi əsasında əlillik təyin edilməsindən imtina edilmiş, imtinaya əsas kimi göndərişdə göstərilmiş diaqnozun əlillik təyinatına əsas vermədiyi qeyd edilmişdir. İddiaçı hazırda bu imtina ilə razılaşmır və xx.xx.2023-cü il tarixli göndəriş əsasında ona əlillik təyin edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə əlillik təyinatının aparılmasının cavabdehin diskression səlahiyyət və ya qiymətləndirmə azadlığına aid olması bağlı qeyd edir ki, bu məsələyə Ali Məhkəmənin qərarlarında ifadə edilmiş hüquqi mövqeyə əsasən qiymət verilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının (sədrlik edən S.Ə.Kərimov, hakimlər Z.M.Quliyev və İ.K.Hüseynovdan ibarət məhkəmə tərkibi) 2-1(102)- 1513/2023 saylı qərarında məhkəmə tərkibinin cavabdehin şikayətinin “diaqnoz əsasında şəxsin əlil olub-olmamasının müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz” məzmunlu dəlilinə münasibətdə ifadə etdiyi hüquqi mövqe ondan ibarət olmuşdur ki, “əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbiinstrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etmişdir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Belə yanaşma müvafiq sahəvi qanun normalarının mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi). Bu mənada, kassasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir”. Məhkəmə işin halları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçıda olan diqanozlar xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı öz əksini tapmışdır. Belə ki, göndərişdə əsas diaqnoz: G63-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı polinevropatiya, sağ ulnar və medial sinirlərinin posttravmatik neyropatiyası; Ağırlaşma: R29-sinir və sümük əzələ sisiteminə aid olan digər simptomlar və sağ yuxarı ətrafın distal hissəsinin hipotrofıyası; Z74-yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar problemlər, qismən kənar şəxsin qulluğuna ehtiyacı var. Yanaşı xəstəliklər: R36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, odlu silahla sol budun aşağı 1/3-nin arxa səthinin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət” kimi qeyd edilmişdir. Lakin cavabdeh iddiaçıya əlillik təyin edilməsinə, göndərişdə göstərilən diaqnozun əlillik təyinatına əsas vermədiyi qənaətindədir. Məhkəmə qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizasının keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, “.ekspert rəyi iddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib olunmuş göndərişdə qeyd olunan diaqnoz onun stasionarda müayinə və müalicələri zamanı anamnestik, klinik, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. İddiaçının adına müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, H00075620QZM saylı Forma 088 göndərişinə əsasən XBT 10 kodu ilə ona qoyulmuş “Əsas diaqnoz: G63-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı polinevropatiya, sağ ulnar və medial sinirlərinin posttravmatik neyropatiyası; Ağırlaşma: R29-sinir və sümük əzələ sisiteminə aid olan digər simptomlar və sağ yuxarı ətrafın distal hissəsinin hipotrofiyası; Z74-yardım və qulluq göstərən şəxsdən asılı olma ilə əlaqədar problemlər, qismən kənar şəxsin qulluğuna ehtiyacı var. Yanaşı xəstəliklər: R36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, odlu silahla sol budun aşağı 1/3-nin arxa səthinin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət (1993)” diaqnozdakı xəstəliklər Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar gedən döyüşlər zamanı alınmışdır (Əsas: DİN DQ-ın HHK- nın xx.xx.2015-ci il, 47 №-li qərarı) Yuxarıda qeyd edilən diaqnozla ona xx.xx.2017-ci il tarixdə əlillik dərəcəsi təyin olunduğu diaqnoz arasında olan fərq “Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX, gərginlik stenokardiyası, tez-tez baş verən krizlərlə, qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları, QDÇ İİ dərəcə” xəstəlikləri olmuşdur ki, bu xəstəliklərlə də əlaqədar ona ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi müayinədən keçərkən X1 göndərilmiş və xx.xx.2024-cü il tarixdə müayinəsi zamanı “İ51.4-miokarditdən sonrakı vəziyyət. İİ 1.0-arterial hipertoniya İİ mərhələ, İ20.8-ÜİX, gərginlik stenokardiyası İ (bir) FS. İ50.0- xroniki ürək çatmamazlığı İİ (iki) dərəcə, EF=40% (qırx)” diaqnozu qoyulmuşdur. O, həmin xəstəliklərdən hazırda da əziyyət çəkir. İddiaçının xəstəliklərinin reabilitasiyası müalicə ilə mümkün deyildir. Ekspert rəyindən göründüyü kimi, iddiaçıya 2017-ci il tarixdə təyin edilmiş əlillik zamanı diaqnoz ilə xx.xx.2023-cü il tarixli göndərişdə olan diaqnozda olan fərq, “Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX, gərginlik stenokardiyası, tez-tez baş verən krizlərlə, qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları, QDÇ İİ dərəcə” xəstəlikləri olmuşdur ki, bu xəstəliklərlə də əlaqədar ona ikinci dərəcə əlillik təyin edilmişdir. Rəydən həmçinin müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi müayinədən keçərkən X1 göndərilmiş və xx.xx.2024-cü il tarixdə müayinəsi zamanı “İ51.4miokarditdən sonrakı vəziyyət. İİ 1.0-arterial hipertoniya İİ mərhələ, İ20.8-ÜİX, gərginlik stenokardiyası İ (bir) FS. İ50.0- xroniki ürək çatmamazlığı İİ (iki) dərəcə, EF=40% (qırx)” diaqnozu qoyulmuşdur. O, həmin xəstəliklərdən hazırda da əziyyət çəkir. Cavabdehin imtinası iş materiallarında olan digər sübutlarla, yəni tibbi sənədlər, hərbi həkim komissiyasının qərarı və ekspert rəyi ilə uzlaşmır. Ona görə də, cavabdehin iddiaçıya əlillik təyin edilməsindən imtinası əsassızdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli göndəriş əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlillik dərəcəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-1459/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1459/2024
01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver