Məhkəmə qərarları › İş №2-1(112)-146/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-146/2021

08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-146/2021 08.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi X1 (ünvan: Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 2945/46, məhəllə 63; ixtisası: Mühasibat işi; iş yeri və vəzifəsi: İddiaçındə mühasib), cavabdehin nümayəndəsi X3 (ünvan: ünvan 2əsi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baş hüquqşünas) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən vergilərin hesablanması barədə xx xxxxx 2019-cu il tarixli **********755400 saylı qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. xx.xx.2019-cu il tarixli məhkəmə iclasında iddiaçının “cavabdehin Vergilərin, sosial sığorta haqlarının hesablanması barədə xx xxxx 2019-cu il tarixli **********491500 nömrəli qərarının ləğv edilməsi”nə dair iddia tələbinin həcminin azaldılması barədə ərizəsi icraata qəbul edilmişdir. (hakim X.İmanov) Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. (hakim X.İmanov) xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 30550 nömrəli Ekspert Rəyi məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının hüquqi ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə, o cümlədən prosessual müddətə əməl etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı PTM vergi orqanından aldığı ********** saylı vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi əsasında fəaliyyət göstərir. Mərkəzin fəaliyyəti əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta və tam orta təhsil bazasında müxtəlif sənətlər və kütləvi peşələr üzrə ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. 2018-ci ilin illik X2 xx.xx.2019 - cu il tarixdə vergi orqanına təqdim edilmişdir. 29 mart, 04 və xx xxxxx 2019 - cu il tarixlərində mərkəzin elektron poçtuna Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında **********484800, **********631300 və **********353800 saylı məktubları daxil olmuşdur. xx xxxxx 2019-cu il tarixli məktub əsasında vergilərin hesablanması barədə qərar qəbul olunmuşdur. 29 mart və xx xxxxx 2019-cu il tarixlərdəki məktublara izahat məktubu yazıb vergi orqanına dəqiqləşdirilmiş bəyannamə göndərməyimizə baxmayaraq, vergi orqanı dəlillərimizə əhəmiyyət verməmişdir. xx xxxxx 2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, 1. mənfəət vergisi bəyannaməsinin 239-cu (keçmiş illərin çıxılası zərəri) sətrindəki 238494,30 manat məbləği (uyğun olaraq 2015-ci il - 119993,42 manat, 2016-cı il 61604,47 manat, 2017-ci il 56896,41 manat) sizin əvvəlki illərdə təqdim etdiyiniz bəyannamələrə və ya səyyar vergi yoxlama aktlarının nəticələri ilə (uyğun olaraq 2015 il,2016 il və 2017 il -0,00 manat) fərqli olduğu üçün. 2.Təqdim etdiyiniz bəyannamənin 200-203-cü sətrlərinin cəmi üzrə hesabat dövrü üçün 614900,0 manat məbləğində gəlir göstərməyinizə baxmayaraq bəyannamənin aid olduğu ilin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bu məbləğdən 17721,88 manat artıq, yəni 632621,88 manat məbləğində dövriyyə məbləğləri əks etdirməyinizə baxmayaraq bəyannamənin 1 nömrəli əlavəsinin 1.4.2-ci sətrində (sair debitor borcları) əks etdirilmiş debitor borcların məbləği hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda əksinə 6000,0 manat azalmışdır. Bununla əlaqədar olaraq dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi tələb edilmişdir. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə ətraflı izahat məktubu və müvafiq bəyannamələr vergi orqanına təqdim edilmişdir. Bütün bunlara vergi orqanı tərəfindən əhəmiyyət verilməmiş və xx xxxxx 2019-cu il tarixdə Lokal Gəlirlər Departamenti tərəfindən vergilərin hesablanması barədə **********755400 saylı qərar qəbul edilmiş və mərkəzə əsassız olaraq 52.443,24 manat mənfəət vergisi hesablanmışdır. Qərarda bəyannamədə göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat bölməsində təqdim etdiyiniz bəyannamənin 200-203-cü sətirlərinin cəmi üzrə hesabat dövrü üçün 614900,0 manat məbləğində gəlir göstərməyinizə baxmayaraq bəyannamənin aid olduğu ilin müvafiq ayları üzrə təqdim edilmiş hesabat dövrü üçün 614900,0 manat məbləğində gəlir göstərməyinizə baxmayaraq bəyannamənin aid olduğu ilin müvafiq ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində bu məbləğdən 17721,88 manat artıq, yəni 632621,88 manat məbləğində dövriyyə məbləğləri əks etdirməyinizə baxmayaraq bəyannamənin 1 nömrəli əlavəsinin 1.4.2-ci sətrində (sair debitor borcları) əks etdirilmiş debitor borcların məbləği hesabat ilinin əvvəli ilə müqayisədə hesabat dövrünün sonunda əksinə 6000,0 manat azalmışdır. Vergi orqanının qərarda göstərdiyi dəlilləri tam əsassızdır. Belə ki, vergi orqanına təqdim edilmiş bəyannamə məlumatları əsasında mərkəzin zərəri xx xxxxxx 2015-ci il tarixə 73730,24 manat, xx xxxxxx 2016-cı il tarixə 304185,73 manat, xx xxxxxx 2017-ci il tarixə 264.276.35 manat, xx xxxxxx 2018-ci il tarixə 181.597.89 manat təşkil etmişdir. 2016-cı ilin mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilən zaman 101513,85 manat mənfəət 73740,24 manatı 2014-cü il üzrə tam və 27773,61 manatı 2015-ci il üzrə bir hissəsi Vergi Məcəlləsinin 121-ci maddəsinin tələbinə əsasən kompensasiya edilmişdir. Həmin hesabat vergi orqanı tərəfindən qəbul edilmiş və kompensasiya edilmiş məbləğ nəzərə alındığından xx xxxxxx 2017-ci il tarixə zərərin məbləği azalaraq 264276,35 manat təşkil etmişdir. Eyni proses 2017-ci ildə də baş vermişdir. Belə ki, 2017-ci ilin illik mənfəət vergisi bəyannaməsi üzrə mənfəət 82678,46 manat olmuş və həmin məbləğ Vergi Məcəlləsinin 121-ci maddəsinin tələbinə uyğun olaraq kompensasiya olunmuşdur. Buna baxmayaraq qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq kompensasiya olunmalı məbləğ heç bir əsas olmadan vergi orqanı tərəfindən nəzərə alınmamış və əsassız olaraq vergilərin hesablanması barədə qərar qəbul edilmiş və mərkəzin üzərinə 16535,69 manat əsassız vergi ödəmək öhdəliyi qoyulmuşdur. Vergi orqanı tərəfindən vergilərin hesablanması barədə qəbul edilmiş xx xxx 2018-ci il tarixli **********198100 saylı qərarı əsassız olduğundan ləğv edilməsi tələbi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə mübahisələndirmə haqqında iddia verilmiş və iddia tələbi təmin edilərək xx xxx 2018-ci il tarixli qərar ləğv edilmişdir. Eyni proses 2018-ci ildə də baş vermişdir. Belə ki, 2018-ci ilin illik X2ndə mərkəzin mənfəəti 238.494.30 manat olmuşdur. Həmin mənfəətin bir hissəsi, yəni xx xxxxxx 2018-ci il tarixə olan zərəri 181.597.89 manat məbləğində Vergi Məcəlləsinin 121-ci maddəsinə uyğun olaraq mənfəət hesabına kompensasiyası qəbul edilməmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu qəbul edilmişdir. Həmin qanunla Vergi Məcəlləsinin 106.1.7-ci maddəsi aşağıdakı redaksiyada verilmişdi “106.1.7. təhsil müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrin mənfəəti - mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla;” Belə bir dəyişikliklə əlaqədar təhsil müəssisələrinin əldə etdikləri mənfəət, mənfəət vergisindən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Konstitusiya dəyərləri nəzərə alınmaqla, həmin qanunun qüvvəsi geriyə şamil edilməli və hesablanmış mənfəət vergisi üzrə çıxarılmış qərar ləğv edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.7-ci maddəsinin tələbinə əsasən, vergi ödəyicisinin vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək hüquqları vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.9-cu maddəsinə əsasən, vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinin tələbinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinin tələbinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.2-ci maddəsinə əsasən, vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydadfa yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.2-ci maddəsinin tələbinə əsasən, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci bəndinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 5-ci bəndinə əsasən, məhkəmənin hökmü olmadan kimsə, cinayətdə təqsirli sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.6-cı maddəsinə əsasən, vergi ödəyicilərinin vergi orqanları tərəfindən həyata keçirilən yoxlamaları üzrə və 63.2-ci maddəsinə əsasən, vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda məhkəməyə şikayət verə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə 2018-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi təqdim edilmişdir. Həmin bəyannamə üzrə 2015-ci, 2016-cı, 2017-ci illər üzrə zərər məbləğinin düzgün qeyd edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuş və bu barədə vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********151700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş **********470800 nömrəli müraciətində 2018-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin 217-ci bəndində qeyd edilən 17721,88 manat məbləği 217-ci bəndən çıxarılaraq, bəyannamənin 200.2-ci bəndinə islərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir maddəsinə əlavə etməsini və ümumilikdə 200.2-ci bəndində işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir maddəsində 632621,88 manat məbləğin qəbul edilməsini xahiş etmiş və 2018-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi təqdim etmişdir. Vergi ödəyicisinin yuxarıda qeyd olunan müraciəti nəzərə alınmış, lakin zərər məbləğinin illər üzrə düzgün qeyd edilməməsi səbəbindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 238494,30 manat zərər məbləği azaldılmaqla hesablanmış 52443,24 manat əlavə vergi məbləğinin 4744,38 manat hissəsi azaldılmış və bu barədə vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********491500 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş qərarla bağlı bildiririk ki, iddiaçı tərəfindən 2018-ci ilin mənfəət vergisi bəyannaməsində 2015-ci il üzrə zərər məbləğinin qeyd edilərək cari ilin mənfəəti hesabına kompensasiya edilməsi qanuni deyildir, vergi qanunvericiliyinin tələblərinə birbaşa ziddir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin “Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr” adlanan 10-cu fəslində yer almış 121.1-ci maddəsinin tələblərinə əsasən müəssisənin gəlirlərdən çıxarılmasına vol verilən xərclərinin gəlirdən artığ olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Qeyd edirik ki, gəlir və mənfəət vergisi ödəyicilərindən fərqli olaraq vergi qanunvericiliyində sadələşdirilmiş vergi ödəyicisinə münasibətdə gəlirlərin əldə edilməsi ilə bağlı “xərc”, eyni zamanda “zərər” anlayışı nəzərdə tutulmamışdur. Təsadüfi deyil ki, vergi ödəyicisinin sadələşdirilmiş vergi öhdəliyi onun hesabat dövrü ərzində ümumi hasilatından heç bir xərc nəzərə alınmadan hesablanır. Beləliklə, vergitutma məqsədləri üçün sadələşdirilmiş vergi ödəyicilərinin xərcləri Vergi Məcəlləsinə əsasən nəzərə alınmadığından, bu növ vergi ödəyicilərində vergitutma baxımından zərərinin yaranması da qeyri mümkündür. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə görə rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən hesabat dövri ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. Həmçinin bildiririk ki, xx xxxxxx 2018-ci il tarixli 1356 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə vergi ödəyicisinin mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlərini növbəti ilin gəlirləri hesabına kompensasiya etməsini birbaşa qadağan edən maddə əlavə edilmişdir. Vergi Məcəlləsinin 121.3-ci maddəsinə əsasən bu Məcəllənin 157.3.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlər, habelə bu Məcəllənin 114-cü və 115-ci maddələrində nəzərdə tutulan amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilmir. Vergi ödəyicisi bəyannaməsində həmçinin 2016-cı və 2017-ci illərin zərərlərini də qeyd edərək, cari ilin mənfəəti hesabına kompensasiya etmişdir. İddiaçı 2016-cı və 2017-ci ildə mənfəət vergisi ödəyicisi olmasına baxmayaraq, həmin illərin zərərinin 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsində qəbul edilməməsi, 2016-cı və 2017-ci illər üzrə təqdim edilmiş bəyannamələrdə həmin illərin zərərinin göstərilməməsi ilə bağlıdır. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2016-cı və 2017-ci ilin bəyannaməsinin 238-ci sətrində (zərər) heç bir məbləğ qeyd edilməmişdir, (bəyannamələr etiraza əlavə olunur). Yəni iddiaçının mənfəət vergisinin ödəyicisi olduğu 2016-cı və 2017-ci illərdə zərəri mövcud olduğu halda, bu bəyannamənin 238-ci sətrində öz əksini tapmalı idi. Belə ki, cari ilin zərəri bəyannamələrin qeyd edilən sətrində qeyd olunduğu halda, təsdiq oluna və növbəti illərin mənfəəti hesabına kompensasiya edilə bilər. Lakin iddiaçının özü tərəfindən təqdim edilən bəyannamələrdə zərərin qeyd edilməməsi həmin illərdə vergi ödəyicisinin zərəri olmadığı anlamına gəlir. Odur ki, iddiaçı bəyan etmədiyi, öz təsdiqini tapmayan, dolayısı ilə mövcud olmayan zərəri kompensasiya edə bilməz. Həmçinin iddiaçı iddia ərizəsində Vergi Məcəlləsinə edilmiş xx xxxxxx 2018-ci il tarixli dəyişikliyə istinad edərək, qanunun qüvvəsinin geriyə şamil olunmalı olduğunu bildirmişdir. Qeyd edilən dəyişiklik ilə Vergi Məcəlləsinin 106.1.7-ci maddəsinə əsasən təhsil müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti (mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla) mənfəət vergisindən azaddır. İddiaçının qeyd edilən mövqeyi ilə bağlı bildiririk ki, qeyd edilən maddə dərc olunduğu gündən yəni, xx xxxxxx 2018-ci il tarixdən qüvvəyə minir və qüvvəyə mindikdən sonrakı münasibətlərə şamil olunur. Lakin iddiaçının mənfəət vergisi üzrə öhdəliyi 2018-ci ili əhatə edir. Yəni qanun qüvvəyə minənədək iddiaçının vergi öhdəliyi artıq yaranmışdır. Digər tərəfdən vergi qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə, daimi olaraq vergi qanunvericiliyinə vergi ödəyiciləri üçün güzəşt və azadolmalar nəzərdə tutan maddələr əlavə olunur. Lakin bu güzəştlərin hər bir halda geriyə şamil olunması vergi ödəyicilərində vergi öhdəliklərini yerinə yetirməmə tendensiyası yarada bilər. Bu hal da öz növbəsində arzuolunmaz inzibati praktikanın yaranmasına gətirib çıxara bilər. Halbuki qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin konstitusion vəzifəsidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” x xxxxxx 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1- ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxxx 2011-ci il tarixli Qərarı). Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi Məcəlləsinin 219.5-ci maddəsinə görə sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDVnin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV- nin ödəyicisi deyil. Vergi Məcəlləsinin 83.3-cü maddəsinə görə vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəlləsinin 78-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Qeyd olunanlara əsasən hesab edirik ki, vergi orqanı tərəfindən hesablanmış əlavə vergi məbləği vergi qanunvericiliyinin tələblərinə uyğun hesalandığından iddiaçının xx.xx.2019cu il tarixli **********491500 saylı “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsinə dair iddia tələbi əsassızdır. Daha sonra xx.xx.2019-cu il tarixdə iddiaçı cavabdeh orqanın yazılı etirazına qarşı təqdim etdiyi mülahizəni onunla əsaslandırmışdır ki, cavabdeh işin mahiyyətinə istinad edərək 2018-ci ilin X2ndə 2015, 2016, 2017-ci illər üzrə zərər məbləğlərinin düzgün qeyd edilməməsini əsas gətirmiş və bununla bağlı bildirmişdir ki, iddiaçı tərəfindən 2018-ci ilin mənfəət vergisi bəyannaməsində, 2015-ci il üzrə zərər məbləğinin qeyd edilərək cari ilin mənfəəti hesabına kompensasiya edilməsi qanuni deyildir. Məhkəmənin nəzərinə çatdırıram ki, vergi orqanı iddiaçı tərəfindən 2016-cı ilin mənfəət vergisi bəyannaməsi təqdim olunan zaman həmin bəyannamənin əlavəsində göstərilmiş xx xxxxxx 2016-cı il tarixə gəlirdən artıq olan xərclərini (zərərini) 304185,73 (üç yüz dörd min yüz səksən beş) manat məbləğində kameral yoxlayaraq qəbul etmiş və 2016-cı ilin X2ndə həmin zərərin 101513,85 (yüz bir min beş yüz on üç) manatını, o cümlədən 73740,24 manat məbləğində 2014-cü ilin zərəri tam və 27773,61 manat məbləğində 2015-ci ilin zərəri üzrə bir hissəsi (mənfəətin qalan hissəsi) qismən Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən kompensasiya edilərək 2016-cı ilin mənfəəti vergiyə cəlb edilməmişdir. 2017-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə isə 82678,46 manat mənfəətin keçmiş illərin (2015-ci ilin) zərəri hesabına kompensasiya edilməsindən vergi orqanı tərəfindən əsassız imtina edilmiş və əlavə vergi hesablanmışdır. Cavabdehin qərarından 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə şikayət verilmiş və məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 2-1(82)- 160/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmiş və vergi orqanının vergilərin hesablanması barədə qərarı ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2-1(103)-1493/2019 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Belə bir qərar qəbul edilərkən kollegiya nəzərə almışdır ki, cavabdehin etirazında və apellyasiya şikayətində göstərdiyi maddələr üzrə kompensasiyanın qadağan edilməsini nəzərdə tutan bir müddəa (mübahisələndirilən dövrdə) mövcud deyildir. Bundan əlavə, 2017-ci ildə 2016-cı il üçün təqdim edilən mənfəət vergisi bəyannaməsində keçmiş illərin zərəri əldə olunmuş mənfəət hesabına kompensasiya edildiyi və cavabdeh vergi orqanı tərəfindən həmin bəyannamə qəbul olunduğu halda, sonuncunun əvvəlki praktikasına zidd şəkildə 2017-ci il üçün mənfəət vergisi bəyannaməsi qəbul edilərkən, onun 239-cu sətrində əks olunan göstəriciyə irad tutulması əsassız hesab olunmuşdur. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə iş üzrə alınmış məhkəmə ekspertizasının rəyində iddiaçı tərəfindən vergidənyayınma halının müəyyən edilmədiyinin qiymətləndirilməsi işin hallarına uyğun nəticə hesab edilmişdir. Cavabdehin 2016-cı və 2017-ci illər üzrə təqdim edilmiş bəyannamələrdə həmin illərin zərərinin göstərilməməsi ilə bağlı bildirir ki, mərkəz mənfəətdən vergi ödəyicisi kimi vergi orqanında xx xxxx 2016-cı il tarixdən qeydiyyata alındığından 2016-cı ilin bəyannamə məlumatları özündə 2016-cı ilin 2-ci yarımilliyinin gəlir və xərclərini özündə əks etdirmiş və bu dövr üzrə X2 vergi orqanına təqdim edilmiş, həmin bəyannamənin əlavəsi isə illik dövr üzrə vergi orqanına təqdim edilmiş, hər iki bəyannamə vergi orqanı tərəfindən kameral yoxlanılaraq qəbul edilmişdir. 2016-cı ilin 1-ci yarımilliyində mərkəzin zərəri 61604,47 manat təşkil etmiş və həmin məbləğ X2nin əlavəsində əks etdirilmişdir. Buna görə də, həmin məbləğ 2016-cı il üzrə 2018-ci ilin X2nin 239-cu sətrində əks etdirilmişdir. 2017-ci ilin zərərinə gəldikdə isə həmin məbləğ mövcud olmamışdır. Məhkəmənin nəzərinə çatdırıram ki, 2018-ci ilin Mənfəətdən vergi bəyənnaməsinin tərtibatında Vergi Məcələsinin 106-cı maddənin (Azadolmalar və güzəştlər) 106.1.7. təhsil müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti - mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla bəndində qeyd edilən güzəşt nəzərə alınmadığı üçün bu güzəşt bəyannamənin 239-cu bəndində 2017-ci il üçün öz əksini tapmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin etirazda qeyd etdiyi Vergi Məcəlləsinin 121.3-cü maddəsi Vergi Məcəlləsinə xx xxxxxx 2018-ci il tarixli 1356- VQD nömrəli Azərbaycan Respublikası qanunu ilə əlavə edilmiş və həmin qanun xx xxxxxx 2019-cu il tarixdən qüvvəyə minmişdir. Cavabdehin Vergi Məcəlləsinin 121.3-cü maddəsini etiraza daxil etməsi ilə əlaqədar bildirir ki, bu Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vll-ci bəndinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vll-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu baxımdan cavabdehin özünə sərfəli, lakin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə zidd olan Vergi Məcəlləsinin 121.3-cü maddəsini ağırlaşdırıcı halda geriyə şamil etməklə etiraza daxil etdiyi halda, iddiaçıya münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vll-ci bəndinin tələblərini nəzərə almır, hətta bu normanı nəzərə almadan etirazda öz hüquq və səlahiyyətlərini aşaraq onların əsassız izahatına geniş yer ayırır. Bildirir ki, Vergi orqanının vergi öhdəliklərinin mövcud olması ilə əlaqədar etirazda qeyd etdiyi dəlliləri əsassızdır. Belə ki, 2018-ci il ərzində Mənfəətdən vergi öhdəlikləri halhazırda məhkəmə mübahisəsi aparılan 16535.69 manat məbləğində şəxsi vərəqədə mövcud olmuşdur. Məhkəmə prosesi başa çatmadığından və qanuni qüvəsini almış məhkəmə qərarı olmadığından (işin Ali Məhkəmədə baxılması xx/xx/2019 tarixinə təyin edilmişdir) həmin məsələ hələlik mübahisəlidir. Bundan başqa 2018-ci ilin X2 vergi orqanına 2019-cu ilin mart ayının 31-dək təqdim edilmişdir. Vergi Məcəlləsinin 106.1.7 maddəsi xx xxxxxx 2019-cu il tarixindən qüvəyə minməsinə baxmayaraq, cavabdeh tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinin tələbləri nəzərə alınmamış və bu norma hüquqi şəxsin hüquqi vəziyyətini ağırlaşdıran halda geriyə şamil edilərək mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 3.3-cü maddəsinin tələbinə əsasən, heç kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneəçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. Vergi Məcəlləsinin 6.1.2-ci maddəsində hüquqi şəxslərin mənfəət vergisi dövlət vergilərinə aid edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunan qanunvericilik aktı ilə xx xxxxxx 2019-cu il tarixdən təhsil müəssisələrinin mənfəəti-mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla mənfəət vergisindən azad edilmişdir. Belə bir normativ hüquqi aktın qəbulu ilə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin tələbinə əsasən vergi ödəyicisi olan hüquqi şəxsin hüquqi vəziyyəti yaxşılaşdığından və hüquqi məsuliyyəti aradan qalxdığından Vergi Məcəlləsinin 106.1.7-ci maddəsinin qüvvəsinin geriyə şamil edilməsi ilə bağlı məhkəmədə bu hüquq norması nəzərə alınmalı və tətbiq edilməlidir. Bütün yuxarıda qeyd olunanları nəzərə aldıqda, sual yaranır- cavabdehin etirazda "bu güzəştlərin hər bir halda geriyə şamil olunması vergi ödəyicilərində vergi öhdəliklərini yerinə yetirməmə tendensiyası yarada bilər" cümləsi qanunlarımıza,konstitusiyamıza hörmətsizlik deyilmi? Vergi orqanlarının hüquqlarını müəyyən edən Vergi Məcəlləsinin 23.1.16-cı maddəsinə əsasən, onların bu Məcəllə ilə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq nəzərdə tutulmuş başqa hüquqları həyata keçirmək səlahiyyəti verilmişdir. Vergi Məcəlləsinin müddəalarında vergi orqanının vəzifəli şəxslərinin Azərbaycan Respublikasının qanunvericilik aktlarından və konstitusiyasından irəli gələn hüquqları müzakirə edib qanuna zidd nəticə çıxarmaq yox, birbaşa onları həyata keçirmək hüquqları verilmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh orqan iddiaçının yazılı mülahizəsinə dair təqdim etdiyi münasibətini onunla əsaslandırmışdır ki, iddiaçının qeyd etdiyi 304185,73 manat mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinin “Digər aktivlər” adlanan 1.10-cu sətrində qeyd edilmişdir. Əlavənin sözügedən sətrində qeyd edilən məbləğ vergi ödəyicisinin bəyannamə təqdim edilən dövrə zərərini ifadə etməməklə, müəssisənin həmin dövrə sahib olduğu bütün maddi varlıqları əhatə edən göstəricisidir. Yəni iddiaçının 2016cı ilin zərəri kimi bəyannamədə qeyd etdiyini iddia etdiyi məbləğ əslində zərərin qeyd edilməli olduğu sətirdən tamamilə fərqli sətirdə əks etdirilmiş, hüquqi şəxsin zərərlə heç bir əlaqəsi olmayan fərqli göstəricisidir. Odur ki, iddiaçının heç bir əsas olmadan 2016-cı ilin mənfəət vergisi bəyannaməsinin əlavəsində zərəri göstərməsi ilə bağlı mövqeyi həqiqəti əks etdirmir və tam əsassızdır. Belə ki, cavabdeh tərəfindən iddia ərizəsinə təqdim edilmiş etirazda da qeyd edildiyi kimi 2016-cı il üzrə zərər mövcud olduğu təqdirdə, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2016-cı ilin mənfəət vergisi bəyannaməsinin 238-ci sətrində (“Zərər”) qeyd edilməli idi. Zərərin həmin sətirdə qeyd edilməməsi vergi ödəyicisinin 2016cı il üzrə zərərinin mövcud olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Digər tərəfdən iddiaçı mülahizədə bildirir ki, onun tərəfindən təqdim edilən 2016-cı ilin mənfəət vergisi bəyannaməsində 2016-cı il üzrə zərərin 101513,85 manat hissəsini, o cümlədən 2014-cü il üzrə zərərin tam məbləğini, yəni, 73740,24 manat məbləği və 2015-ci il üzrə zərərin 27773,61 manat hissəsini kompensasiya etmişdir. İddiaçının qeyd edilən arqumenti ilə bağlı bildiririk ki, təqdim edilən 2016-cı il mənfəət vergisi bəyannaməsinə əsasən iddiaçı 2014-cu il üzrə 73740,24 manat və 2015-ci il üzrə 27773,61 manat olmaqla, cəmi 101513,85 manat zərərini kompensasiya etmişdir. Yəni, həmin bəyannamə üzrə iddiaçı 2014-cü və 2015-ci illərin zərərini kompensasiya etmişdir. Vergi ödəyicisinin təqdim etdiyi 2016-cı il üzrə mənfəət vergisi bəyannaməsinə əsasən iddiaçının həmin dövr üzrə göstəriciləri aşağıdakı kimi olmuşdur: Göstərici Məbləğ Gəlir 274,763.20 Xərc 173,249.35 Vergiyə cəlb edilən mənfəət 101,513.85 keçmiş illərin çıxılası zərəri 101,513.85 2014-cü il üzrə 73,740.24 2015-ci il üzrə 27,773.24 Qeyd edilən cədvəldən göründüyü kimi iddiaçının 2016-cı il üzrə vergiyə cəlb olunan mənfəəti 101,513.85 manat olmuş və 2014-cü və 2015-ci illər üzrə zərər məhz həmin məbləğ hesabına kompensasiya edilmişdir. Belə olan halda iddiaçının 2016-cı il üzrə zərərinin mövcud olmasına və həmin zərərin növbəti illərin gəliri hesabına kompensasiya edilməli olmasına dair iddiası tamamilə absurddur və iddiaçının özünün bəyan etdiyi bəyannamədəki göstəricilərə uyğun gəlmir. Qeyd edirik ki, zərər dedikdə xərclərin gəlirdən artıq olan hissəsi nəzərdə tutulur. Lakin iddiaçının özü tərəfindən təpdim edilən bəyannaməyə əsasən onun 2016-cı il üzrə vergiyə cəlb olunan gəliri mövcud olmuş və həmin gəlir hesabına da keçmiş illərin zərəri kompensasiya edilmişdir. Belə olan halda iddiaçının 2016-cı il üzrə hansı zərərdən bəhs etdiyi aydın deyildir. Həmçinin iddiaçının təqdim etdiyi 2017-cı il üzrə mənfəət vergisi bəyannaməsinin göstəricilərinə də nəzər saldıqda müəyyən olunur ki, iddiaçının 2017-ci il üzrə də zərəri mövcud olmamış, əksinə 82,678.46 manat vergiyə cəlb edilən mənfəəti olmuş və 2015-ci il üzrə mövcud olmuş zərər həmin gəlir hesabına kompensasiya edilmişdir: Göstərici Məbləğ Gəlir 406,653.71 Xərc 323,975.25 Vergiyə cəlb olunan mənfəət 82678.46 keçmiş illərin çıxılası zərəri 82,678.46 2015-ci il üzrə zərərin məbləği 82,678.46 Odur ki, vergi ödəyicisinin özünün bəyan etdiyi məlumatlara əsasən qeyd edə bilərik ki, vergi ödəyicisinin 2016-cı və 2017-ci illər üzrə zərəri mövcud olmadığından 2018-ci ilin mənfəəti hesabına mövcud olmayan zərərin kompensasiya edilməsi də absurddur. İddiaçı həmçinin mülahizədə 2016-ci ilin İ yarımilliyində mərkəzin zərərinin 61604,47 manat təşkil etməsi və həmin məbləğin mənfəət vergisi bəyannaməsinin əlavəsində əks etdirildiyini qeyd etməklə ziddiyyətli mövqe nümayiş etdirmişdir. Belə ki, mülahizədə əvvəlcə vergi ödəyicisinin 2016-cı il üzrə zərərinin 304185,73 manat olduğu bildirilmiş, həmin məbləğin bəyannamədə əks etdirildiyi qeyd edilmişdir. Bildiririk ki, 2016-cı ilin bəyannaməsi üzrə iddiaçının qeyd etdiyi nə 304185,73 manat, nə də 61604,47 manat onun zərərini ifadə etmir. Bəyannamənin 1 nömrəli Əlavəsinin digər aktivlər bölməsində əks etdirilən fərqli məbləğlərə zərər kimi istinad etməklə iddiaçı öz mövqeyinin əsassızlığını bir daha təsdiq edir. Mülahizədə həmçinin Vergi Məcəlləsinə sonuncu redaksiyada edilmiş xx xxxxxx 2018-ci il tarixli dəyişiklik və əlavələrə əsasən cavabdehin mənafeyinə uyğun olan maddələrə istinad edildiyi iddiaçının xeyrinə olan halların isə nəzərə alınmadığı bildirilmişdir. Vergi Məcəlləsinin 121.3-cü maddəsinə əsasən Bu Məcəllənin 157.3.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlər, habelə bu Məcəllənin 114-cü və 115-ci maddələrində nəzərdə tutulan amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilmir. Vergi Məcəlləsinə sonuncu redaksiyada əlavə edilmiş 121.3-cü maddəyə istinad etməklə, cavabdeh heç bir şəkildə qanunvericiliyin tələblərini pozmamışdır. Belə ki, vergi qanunvericiliyinin tələbinə əsasən mənfəət vergisi üzrə vergi öhdəliyinin yerinə yetirilməsi və bəyannamənin təqdim edilməsi öhdəliyi növbəti ilin mart ayının 31-dək müəyyən edilmişdir. Yəni, vergi qanunvericiliyinə edilən sonuncu dəyişikliklər qüvvəyə mindikdən 3 ay müddət ərzində vergi ödəyiciləri mənfəət vergisi üzrə öhdəliklərini yerinə yetirməli və bəyannaməni vergi orqanına təqdim etməlidirlər. Odur ki, 2018-ci ilin mənfəət vergisinə münasibətdə Vergi Məcəlləsinin 121.3-cü maddəsinə istinad edilməsi heç bir ziddiyyət doğurmur, belə ki, qanun qüvvəyə mindikdən sonra yaranan münasibətlərə şamil olunur. Bunun əksinə iddiaçının iddia etdiyi kimi vergi qanunvericiliyinə edilən sonuncu dəyişikliklə mənfəət vergisindən azadolmanın ona şamil olunmasını tələb etmək vergi qanunvericiliyinin geriyə şamil olunması halına aid olur. Belə ki, qanunvericilik x xxxxxx 2019- cu il tarixdən qüvvəyə minən dəyişikliyə əsasən mənfəət vergisi ilə bağlı azadolmanı nəzərdə tutursa, sözügedən azadolma vergi ödəyicisinin 2019-cu ildən etibarən mənfəət vergisi üzrə vergi öhdəliyinə şamil olunur (əgər qanunun özündə bu barədə fərqli göstəriş nəzərdə tutulmamışdırsa). xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən təqdim edilmiş iş üzrə ekspert rəyinə Mülahizə onunla əsaslandırılmışdır ki, iş ilə bağlı xx.xx.2019-cu il tarixli 2-1(82)-2188/2019 saylı qərardad ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə xx.xx.2020-ci il tarixli 30550 saylı ekspert rəyi tərtib edilmişdir. Cavabdeh aşağıda qeyd edilən hallara əsasən ekspert rəyi ilə razılaşmır və rəyin mötəbər sübut kimi qiymətləndirilməməsini məhkəmədən xahiş edir: Belə ki, ekspert qarşısında qoyulmuş ilk sual üzrə ekspertdən xx.xx.2019-cu il tarixli **********755400 saylı “Vergilərin hesablanması barədə” qərar əsasında vergi ödəyicisinə 2018-ci ilin mənfəət vergisinin düzgün hesablanıb hesablanmaması məsələsinə münasibət bildirməsi xahiş edilmişdir. Ekspert qarşısında qoyulmuş ilk sual üzrə vergi ödəyicisinin 2018-ci il üzrə 238494,30 manat mənfəətinin olduğunu və keçmiş illərin zərəri ilə bağlı yalnız 2017-ci il üzrə vergi ödəyicisi tərəfindən bəyan edilən zərərin olması faktının öz təsdiqini tapmadığını müəyyən edərək, 2018-ci il üzrə vergiyə cəlb edilməli mənfəətin məbləğinin 56896,41 manat təşkil etdiyini bildirmişdir. Ekspertin qeyd edilən mövqeyinə münasibətdə bildirirlər ki, rəydə keçmiş illər üzrə hansı məbləğdə zərərin əsaslı olduğu hesab edilərək, vergiyə cəlb edilən ümumi mənfəətin 56896,41 manat təşkil etməsi barədə qənaətə gəlinməsi aydın şəkildə ifadə olunmamışdır. Belə ki, ekspert 2018-ci il üzrə ümumi mənfəətin vergi ödəyicisinin bəyannaməsində qeyd etdiyi məbləğlə eyni olmasını, yəni 238494,30 manat təşkil etməsini təsdiq etmiş, eyni zamanda bəyannamənin 1 nömrəli Əlavəsində yaranmış zərər məbləğinin 61604,47 manat və kompensasiya olunmuş məbləğin 101513,85 manat şəklində bəyan edilməsinin vergi ödəyicisi tərəfindən düzgün əks etdirildiyini bildirmişdir. Halbuki vergi ödəyicisinin 2018-ci ilin mənfəəti hesabına kompensasiya etmək istədiyi məbləğlər ekspert rəyində göstərilənlərlə eynilik təşkil etməyərək 2015-ci il üzrə zərər məbləği 119993,42 manat, 2016-cı il üzrə zərər məbləği 61604,47 manat, 2017-ci il üzrə zərər məbləği isə 56896,41 manat bəyan edilməklə, ümumilikdə 238494,30 manat kompensasiya edilmişdir. Digər tərəfdən cavabdeh tərəfindən təqdim edilən iddia ərizəsinə etirazda da qeyd edildiyi kimi vergi ödəyicisinin mənfəət vergisinin tədiyyəçisi olmadığı dövrdə yaranmış zərəri mənfəət vergisi ödəyicisi olduğu dövrdə cari dövrün mənfəəti hesabına kompensasiya etməsi qanunvericiliklə qadağan olunmuşdur. Sözügedən halın hüquqi əsası Vergi Məcəlləsinin 121.3-ci maddəsində (Vergi Məcəlləsinə edilmiş xx xxxxxx 2018-ci il tarixli dəyişiklik) öz əksini tapmışdır. Həmin maddənin tələbinə əsasən Vergi Məcəlləsinin 157.3.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlər, habelə bu Məcəllənin 114-cü və 115-ci maddələrində nəzərdə tutulan amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbig edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilmir. Başqa sözlə 2016-ci ildə yaranmış zərərin 2018-ci ilin mənfəəti hesabına kompensasiya edilməsinin yolverilməziyi vergi ödəyicisinin zərərin aid olduğu dövrdə mənfəət vergisinin ödəyicisi olmaması ilə bağlıdır. Digər dövrlərə münasibətdə isə vergi ödəyicisinin mənfəət vergisi ödəyicisi olmasına baxmayaraq həmin dövrlər üzrə təqdim etdiyi bəyannamədə zərəri göstərmədiyindən, yəni, həmin illər üzrə zərər öz təsdiqini tapmadığından kompensasiya edilməsinə yol verilmir. Lakin yuxarıda qeyd edilən hallar işin hüquqi hallarını təşkil etdiyindən və həmin hallara qiymət verilməsi ekspertin deyil, məhkəmənin səlahiyyətinə aid olduğundan həmin hallar ekspert tədqiqatının predmetini təşkil etməməlidir. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən iş üzrə xx.xx.2020-ci il tarixli 30550 saylı ekspert rəyinin iş üzrə mötəbər sübut kimi qəbul edilməməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2014-cü il tarixdə ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, cavabdeh orqan tərəfindən vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********151700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. İş materiallarından görünür ki, cavabdeh orqan tərəfindən vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********151700 nömrəli məktubuna əsasən iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli məktub və müvafiq bəyannamə təqdim edilmişdir. İş materiallarından görünür ki, cavabdeh orqan tərəfindən kameral vergi yoxlaması ilə 2018-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 238494,30 manat zərər məbləği azaldılmaqla hesablanmış 52443,24 manat əlavə vergi məbləğinin 4744,38 manat hissəsi azaldılmış və bu barədə vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********491500 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. İş materiallarından görünür ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 30550 nömrəli Ekspert Rəyində göstərilmişdir: “ 1-ci sual üzrə: Rəyin tədqiqat hissəsində göstəridiyi kimi, təqdim edilmiş sənədlər əsasında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergilərin, sosial sığorta işsizlik sığortası haqlarının hesablanması barədə “xx xxxx 2019-cu il tarixli **********491500 nömrəli qərarına əsasən İddiaçı PTM-nin 2018-ci il üzrə vergiyə cəlb edilməli olan mənfəətin məbləği 56.896.41 manat təşkil edir. Yəni hazırki tədqiqatla 2018ci il üzrə İddiaçınə 47.698.86 manat məbləğində mənfəətdən verginin düzgünlüyü müəyyən edilmir və hesablanmalı olan verginin məbləği 11379.28 (on bir min üç yüz yetmiş doqquz) manat məbləğində təşkil edir. 2-ci sual üzrə: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir məsələsi hüququn tətbiq edilməsi xarakteri daşıdığından və məhkəmənin səlahiyyətinə aid olduğundan ekspertiza qarşısında qoyulan 2-ci sualın cavabı “veridən yayınma hissəsini” nəzərdə tutduğundan ekspert tərəfindən hazırkı sual üzrə nəticəyə gəlinmədi. İddia tələbində qeyd olunanların araşdırılması ilə əlaqədar olaraq qeyd edilir ki, Vergi Məcəlləsinin 106.1.7-ci maddəsinə əsasən, təhsil müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti - mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla mənfəət vergisindən azaddır. 2018-ci ilin mənfəətinin bir hissəsi, yəni 181.597.89 manatı müəssisə tərəfindən kompensasiya edilmiş, qalan 56896.41 manat məbləğində mənfəətdən isə dividend ödənilməmişdir.” İş materiallarından görünür ki, cavabdeh inzibati orqan Vergi Məcəlləsinin tələblərinə əsasən iddiaçının sadələşdirilmiş verginin tədiyyəçisi olduğu zaman, yəni 2015ci ildəki sahibkarlıq fəaliyyəti zamanı yaranmış zərərinin onun 2018-ci ilin mənfəəti hesabına kompensasiya edilməsini qeyri-qanuni hesab edir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh vergi orqanın iddiaçı tərəfindən təqdim edilmiş 2018-ci il üçün mənfəət vergisi bəyannaməsində göstərilmiş 2015-ci ilə aid zərər məbləğinin cari ilin mənfəəti hesabına kompensasiya edilməsinin qeyri-qanuni hesab etməsi Vergi Məcəlləsinin tələblərinə ziddir. Belə ki, Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Vergi Məcəlləsinin 2018-ci ildə qüvvədə olan redaksiyasında vergi ödəyicisinin mənfəət vergisinin tədiyyəçisi olduğu tarixədək fəaliyyəti zamanı, yəni digər, o cümlədən sadələşdirilmiş vergi növünün tədiyyəçisi olan zaman yaranmış zərərinin cari ildə əldə etdiyi mənfəəti hesabına kompensasiya edilməsini qadağan edən hər hansı norma mövcud olmamışdır. Nəzərə almaq lazımdır ki, vergi ödəyicisinin mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlərini növbəti ilin gəlirləri hesabına kompensasiya etməsini birbaşa qadağan edən norma xx xxxxxx 2018-ci il tarixli 1356 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş və Qanun həmin hissədə xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir. Belə ki, qeyd edilən Qanunla Vergi Məcəlləsinə yeni məzmunda 121.3-cü maddə əlavə edilmişdir və həmin maddəyə əsasən bu Məcəllənin 157.3.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, vergi ödəyicisi mənfəət (gəlir) vergisinin ödəyicisi olduğu tarixədək yaranmış zərərlər, habelə bu Məcəllənin 114-cü və 115-ci maddələrində nəzərdə tutulan amortizasiya və təmir xərcləri normalarından aşağı norma tətbiq edilməsi nəticəsində yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilmir. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdehlə iddiaçı arasında 2017-ci ilin mənfəət vergisi üzrə də eyni mübahisə predmeti ilə bağlı məhkəmə çəkişməsi olmuşdur. Belə ki, İddiaçı tərəfindən təqdim edilmiş 2017-ci il üçün mənfəət vergisi bəyannaməsində göstərilmiş 2015-ci ilə aid zərər məbləğinin 2017-ci ilin mənfəəti hesabına kompensasiya edilməsi vergi orqanı tərəfindən qəbul edilməmiş və nəticədə vergi ödəyicisinə əlavə vergi hesablanması barədə inzibati akt qəbul edilmiş, eləcə də İddiaçı tərəfindən qeyd edilən hesablama məhkəmədə mübahisələndirilmişdir. Qeyd edilən məhkəmə işinin yekununda vergi orqanının əlavə vergi məbləğinin hesablanması barədə inzibati aktı ləğv edilmişdir. Həmin məhkəmə işi ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(102)-2996/2019 saylı qərarında qeyd edilmişdir ki, verginin digər (o cümlədən, sadələşdirilmiş) növü üzrə tədiyyəçisi olan vergi ödəyicisinin mənfəət vergisinin tədiyyəçisinə çevirildiyi halda, keçmiş dövr üzrə yaranmış zərərinin cari ildə əldə etdiyi mənfəəti hesabına kompensasiya edilməsini nəzərdə tutan hər hansı bir müddəa olmasa da, belə kompensasiyanın qadağan edilməsini nəzərdə tutan bir müddəa da mövcud deyildir. Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. İş materiallarından görünür ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2016-cı ilin mənfəət vergisi bəyannaməsində də keçmiş illərin zərərinin əldə olunmuş mənfəətin hesabına kompensasiya edilmiş və vergi orqanı tərəfindən həmin bəyannamə qəbul olunmuşdur. Vergi ödəyicisi tərəfindən 2016-cı ilin mənfəət vergisi bəyannaməsində də keçmiş illərin zərərinin əldə olunmuş mənfəətin hesabına kompensasiya edildiyi və vergi orqanı tərəfindən həmin bəyannamənin qəbul olunduğu, eləcə də 2017-ci ilin mənfəət vergisi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının olduğu və həmin qərarda da keçmiş illərin zərərinin əldə olunmuş mənfəətin hesabına kompensasiya edilməli olduğu bildirildiyi halda, vergi orqanı tərəfindən təkrar olaraq eyni məsələ üzrə əvvəlki praktikalara zidd şəkildə qərar qəbul edilməsi əsassız hesab olunmalıdır. Beləliklə, mübahisələndirilən inzibati aktın aid olduğu dövr üzrə qanunvericilikdə bu cür qadağanedici normaların mövcud olmadğı halda cavabdeh vergi orqanı tərəfindən iddiaçının sadələşdirilmiş vergi növünün tədiyyəçisi olan zaman yaranmış zərərinin onun 2018-ci ilin mənfəəti hesabına kompensasiya edilməsini qəbul edilməməsi əsassız hesab olunmalıdır. Həmçinin iddiaçının iddia ərizəsində, eləcə də cavabdehin yazılı etirazına qarşı təqdim etdiyi mülahizəsində qeyd etdiyi digər əsas ondan ibarət olmuşdur ki, 2018-ci ilin mənfəət vergisi bəyannaməsində 2016-cı və 2017-ci illər üzrə yaranmış zərərin nəzər alınmaması əsassızdır. Öz növbəsində cavabdeh mübahisələndirilən inzibati aktı qəbul edərkən hesab etmişdir ki, 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsində 2016-cı və 2017-ci illər üzrə yaranmış zərərin məbləği düzgün qeyd edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 30550 nömrəli Ekspert Rəyinin nəticələri əsas götürülməli və vergilər qeyd edilən rəyə uyğun hesablanmalıdır. Belə ki, Ekspert Rəyinə (1-ci sual üzrə) əsasən hazırki tədqiqatla 2018-ci il üzrə İddiaçınə 47.698.86 manat məbləğində mənfəətdən verginin düzgünlüyü müəyyən edilmir və hesablanmalı olan verginin məbləği 11379.28 (on bir min üç yüz yetmiş doqquz) manat məbləğində təşkil edir. Azərbaycan Respublikasının İnzibati prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə işin yuxarıda sadalanan hallarını araşdıraraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 30550 nömrəli Ekspert Rəyini mötəbər sübut kimi qəbul edir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının ”Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunun qüvvəsinin geriyə şamil edilərək Vergi Məcəlləsinin 106.1.7-ci maddəsinin onun 2018-ci ildəki fəaliyyətinə tətbiq edilməsi barədə tələbi əsassızdır. Yuxarıda da qeyd edildiyi kimi, Qanun həmin hissədə xx.xx.2019-cu il tarixdən qüvvəyə mindiyindən və Qanunda onun geriyə qüvvəsinə dair müvafiq qeydlər olmadığından, Qanun qüvvəyə mindiyi tarixdən sonrakı münasibətləri tənzimləyir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən inzibati aktın aid olduğu dövr üzrə qanunvericilikdə yaranan və növbəti illərə keçirilən məbləğlər növbəti ilin gəlirləri hesabına kompensasiya edilməsinə dair qadağanedici normaları mövcud olmadığından, iddiaçı tərəfindən təqdim edilmiş 2016-cı ilin mənfəət vergisi bəyannaməsində də keçmiş illərin zərərinin əldə olunmuş mənfəətin hesabına kompensasiya edilməsi və vergi orqanı tərəfindən həmin bəyannamənin qəbul olunması məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin ekspert rəyinə (1-ci sual üzrə) əsasən hazırki tədqiqatla 2018-ci il üzrə İddiaçınə 47.698.86 manat məbləğində mənfəətdən verginin düzgünlüyü müəyyən edilmədiyindən və hesablanmalı olan verginin məbləği 11379.28 (on bir min üç yüz yetmiş doqquz) manat məbləğində təşkil etməli olduğundan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx xxxx 2019-cu il tarixli **********491500 nömrəli vergilərin hesablanması barədə qərar 11379,28 manat hissə istisna olmaqla qalan hissədə ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən, “cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx xxxx 2019-cu il tarixli **********491500 nömrəli vergilərin hesablanması barədə qərar 11379,28 manat hissə istisna olmaqla qalan hissədə ləğv edilməsi” hissəsində təmin, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx xxxx 2019-cu il tarixli **********491500 nömrəli vergilərin hesablanması barədə qərar 11379,28 manat hissə istisna olmaqla qalan hissədə ləğv edilir. İddia qalan hissədə təmin edilmir. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar