Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-146/2025 10.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə ona yaşa görə təyin edilmiş əmək pensiyası vəzifə maaşının 580 manat müəyyən edilməklə, qulluq stajına görə vəzifə maaşıma 30% əlavə edilməklə, orta aylıq əmək haqqının məbləğini 1074.38 manat kimi müəyyən edilməklə yenidən hesablanaraq təyin edilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergilər Nazirliyinin Bakı səhəri üzrə strukturuna daxil olan orqanlarda uzun illər qulluq etdiyi və 07 iyul 2021-ci il tarixində yaşa görə əmək pensiyası almaq üququm yarandığı üçün ona pensiya təyinatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun “Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı” tərəfindən təyin edilmişdir. Təyin edilmiş pensiya məbləği ilə razı olmadığı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciət etməyinə baxmayaraq müraciətinə səthi yanaşılmış, konkret cavab verilməmiş və aşağıdakı qeyd olunan tələbləri təmin edilməmişdir. Yaşa görə əmək pensiyası təyin edilərkən qüvvədə olan “Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 sentyabr 2019-cu il tarixli 421 saylı Qərarı ilə təsdiq edilmiş əlavələrdəki aylıq vəzifə maaşları əsas götürülmüşdür. Sözü gedən qərarın bütün əlavələrində şöbə rəisinin 540 manat məbləğində vəzifə maaşı ümumiyyətlə yoxdur və vaxtilə qulluq keçdiyi vergi orqanındakı vəzifənin vəzifə maaşına uyğun gəlmir. Belə ki, 540 manat yuxarıda qeyd etdiyim qərarın 2 nömrəli əlavəsində qeyd olunmuş “Vergi orqanının tərkibində idarə və şöbə rəisinin müavini" vəzifəsinə bərabər tutulmuşdur. Lakin, pensiya almaq üçün seçdiyi 1994-cü ilin sentyabr ayından xx.xx.1999-cu ilədək olan dövrdə (60 ardıcıl ay) Nəsimi rayonu X4ndə fasiləsiz olaraq, yalnız şöbə rəisi vəzifəsində çalışmışdır. Bu da yuxarıda qeyd etdiyi qərarın 1 №-li əlavəsinin 2-ci cədvəlində “Vergi orqanının tərkibində idarə və şöbə rəisi”nin vəzifə maaşına uyğundur (yəni 580 manat). Ona görə də hesab edir ki, vəzifə maaşımın 580 manat müəyyən edilməklə venidən hesablanaraq təvin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi” Qaydasının 4-cü bəndində əsasən dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq dövlət qulluğunda qulluq stajı 15 ildən yuxarı olduqda hər ay aylıq vəzifə maaşına əlavə haqq ödənilir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 17 noyabr 2021ci il tarixli **********7 saylı məktubunda da təsdiq olunmuşdur ki, onun 35 il 15 gün qulluq stajı vardır. Lakin məlum olmayan səbəbdən ona yaşa görə əmək pensiyası təyinatı zamanı qulluq stajına görə vəzifə maaşının 30% əvəzinə cəmi 10% miqdarında əlavə hesablanmışdır. Ona görə də hesab edir ki, qulluq stajına görə vəzifə maaşına 30% əlavə edilməklə yenidən hesablanaraq təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır. Ona əmək pensiyası hesablanarkən dövlət məvacibinin tərkibində mükafatlar da düzgün hesablanmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları»nın 12-ci bəndinə əsasən dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. Qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayışa əsasən ona 1994-cü ilin sentyabr ayından xx.xx.1999-cu ilədək olan dövrdə (60 ardıcıl ay) 2.576.435 manat rüblük, 5.584.057 manat bayram mükafatları olmaqla cəmi 8.160.492 manat mükafat, 5.603.797 manat vəzifə maaşı, 840.572 manat xüsusi rütbəyə görə əlavələr və 1.022.525 manat məzuniyyət pulu hesablanmışdır (vergi orqanının verdiyi arayışa əsasən tərəfindən hazırlanmış hesablama cədvəli əlavə olunur). Aylar üzrə mükafatların vəzifə maaşına nisbəti 11114.3 % təşkil etdiyi, vəzifə maaşının 580 manat olduğu halda orta aylıq əmək haqqım məbləği 1074.38 manat (580 x 11114.3% : 60 ay) təşkil etdiyi halda, ona aydın olmayan səbəblərdən ünvanlanmış məktubda “mükafatlarla müavinətlərin cəminə görə əlavə 937,92 manat” göstərilməklə 136.46 manat az nəzərə alınmışdır. Ona görə də hesab etmişdir ki, orta aylıq əmək haqqının məbləğini 1074.38 manat kimi müəyyən edilməklə yenidən hesablanaraq təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi 1994-1999-cu illər üzrə işlədiyi vəzifənin Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan yerli bölmələrin aparatında mövcüd olan sektor meediri vəzifəsinə uyğunlaşdırmaqla, İddiaçı təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “vəzifə maaşının 570 manat hesab edilməklə, qulluq stajına görə vəzifə maaşına 30% əlavə edilməklə İddiaçı təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli protokol qərardadı ilə iş üzrə iddia tələbi “onun aylıq vəzifə maaşının düzgün - vəzifə maaşı Bakı şəhər üzrə hesablanmaqla, həmçinin vəzifə maaşına dövlət qulluqçusu kimi 30% əlavə nəzərə alınmaqla pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdehin yazlı etirazından görünür ki, Bakı İnzibati Məhkəməsinin icraatında İddiaçı (FİN xxxxxxx) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1 (112)-15194/2022 nömrəli inzibati iş vardır. Hesab edilir ki, 2-1 (112)-15194/2022 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və 47-ci maddələrini rəhbər tutaraq işə dair etiraz təqdim edilmişdir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, mərkəzi filial tərəfindən iddiaçıya verilmiş cavab məktubuna əsasən müraciətin Müsbət həlli mümkün olmamışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdən vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi 1259.14 manat məbləğində yaşa görə əmək pensiyası təyin olunmuşdur. “X2 xidmət haqqında Əsasnamənin təsdiq edilməsi” barədə Qanunun 78-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanında xidmət edən vəzifəli şəxslərin pensiya təminat, xüsusi üçün “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasan Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir Vergi orqanlarında dövlət qulluğunda çalışan vəzifəli şəxslərə dövlət qulluqçuları üçün “Əmək pensiyaları haqqında " Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş pensiya təyinatı şamil edilir. İddiaçının qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 540,00 manat (xx.xx.1994- xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində qurumun statusuna uyğun olaraq) hesablanmışdır. “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci bəndinə əsasən, dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin etməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci ddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. ‘Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi” Qaydasının təsdiq edilməsi barədə Fərmana əsasən, dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq dövlət qulluğunda qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq əlavə haqq ödənilir. İddiaçının qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əiavə 54,00 manat (orta aylıq əmək haqqı hesablanarkən əsas götürülən xx.xx.1994-xx.xx.1999-cu ii tarixləri arasındakı qulluq illərinə uyğun olaraq), rütbəyə görə əlavə 42,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 937,92 manat olmaqla orta aylıq əmək haqqı 1573,92 manat təşkil etmişdir.“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.11.2-ci bəndinə əsasən, dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxan qulluq stajının hər iü (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmarnaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Bununla əlaqədar iddiaçının 35 il 15 gün qulluq stajına uyğun olaraq orta aylıq ərnək haqqının (1573,92 manat) 80 faizi-1259,14 manat pensiya məbləği müəyyən edilmişdir. Eyni zamanda iddiaçıya Mərkəzi Filial tərəfindən 30 avqust 2021-ci il tarixdə təyinat getdiyindən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci bəndinə uyğun olaraq keçmiş üçün alınmamış əmək pensiyasının məbləği ötən dövrdəki ayların sayına görə aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Hesablamalara əsasən iddiaçının iyul (25 gün üçün) və avqust ayları üzrə aylar, ümumilikdə 2274,56 manat pensiya məbləği cari ilin sentyabr və oktyabr aylarında hər ay 1137.28 manat olmaqla əmək pensiyasının (1259,14 manat) üzərinə əlavə (1259, 14+1137,28=2396,42 manat) müvafiq kart hesabına köçürülmüşdür .Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına 2022-ci ildə aylıq pensiya məbləğlərinin (qulluq stajına görə əlavələr da nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım ödənilir. Maddi yardım 2022-ci ilin 1 yanvarından hesablanmaqla hər ay əmək pensiyasının məbləği ilə birgə ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur.Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmədən, İddiaçı 2-1(112)- 15194/2022 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialın iddiaya dair yazılı etiraza əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında İddiaçı (FİN xxxxxxx) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(112)-622/2024 nömrəli inzibati iş vardır. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, mərkəzi filial tərəfindən iddiaçıya verilmiş cavab məktubuna əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdən vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.“X2 xidmət haqqında Əsasnamənin təsdiq edilməsi” barədə Qanunun 78-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanında xidmət edən vəzifəli şəxslərin pensiya təminatı xüsusi rütbəli şəxslər üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Vergi orqanlarında dövlət qulluğunda çalışan vəzifəli şəxslərə dövlət qulluqçuları üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş pensiya təminatı şamil edilir.İddiaçının qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 540,00 manat (xx.xx.1994- xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində qurumun statusuna uyğun olaraq) hesablanmışdır.“Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci bəndinə əsasən, dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır.İddiaçının qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 54,00 manat (orta aylıq əmək haqqı hesablanarkən əsas götürülən xx.xx.1994-xx.xx.1999-cu il tarixləri arasındakı qulluq illərinə uyğun olaraq) müəyyən olunmuşdur.“X2 xidmət haqqında Əsasnamə”nin 73-cü bəndinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödənilir: 1ildən 5 ilədək - vəzifə maaşının 5 faizi məbləğində; 5 ildən 10 ilədək - vəzifə maaşının 10 faizi məbləğində; 10 ildən 15 ilədək - vəzifə maaşının 20 faizi məbləğində; 15 ildən yuxarı - vəzifə maaşının 30 faizi məbləğində.Qeyd olunan normanın məzmunundan aydın olur ki, əlavə haqq vergi orqanlarındakı xidmət illərinə münasibətdə tətbiq edilir. İddiaçı xx.xx.1990-cı ildə vergi orqanlarında əmək fəaliyyətinə başladığından əlavə haqq 10 % məbləğində müəyyən olunmuşdur.İddiaçıya rütbəyə görə əlavə 42,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 937,92 manat olmaqla orta aylıq əmək haqqı 1573,92 manat təşkil etmişdir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci bəndinə əsasən, dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.Bununla əlaqədar iddiaçının 35 il 15 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1573,92 manat) 80 faizi-1259,14 manat pensiya məbləği müəyyən edilmişdir.Eyni zamanda iddiaçıya Mərkəzi Filial tərəfindən 30 avqust 2021-ci il tarixdə təyinat getdiyindən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci bəndinə uyğun olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilmişdir.Qeyd olunanlara əsasən iddiaçının iyul (25 gün üçün) və avqust ayları üzrə hesablanmış ümumilikdə 2274,56 manat pensiya məbləği 2021-ci ilin sentyabr və oktyabr aylarında hər ay 1137,28 manat olmaqla əmək pensiyasının (1259,14 manat) üzərinə əlavə edilərək (1259,14+1137,28=2396,42 manat) müvafiq kart hesabına köçürülmüşdür.Hazırda iddiaçıya 1766.58 manat əmək pensiyası ödənilir.Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur.Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı).Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmədən, İddiaçı inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. İddiaçı dair ET-İ seriyalı ******* nömrəli xx.xx.1977-ci il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1993-cü il tarixdə Dövlət Müəsisələri üzrə bölməyə baş dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmişdir xx.xx.1994-cü il tarixdə Dövlət Müəsisəsində vergi qanunvericiliyinə nəzarət və dövlət qiymət intizamına nəzarət şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.1999-cu il tarixli Qeyri-dövlət müəssisələrində vergi dövlət müəsisələrində vergi qanunvericiliyi və dövlət qiymət inkişafına nəzarət şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir.xx.xx.1999-cu il tarixli Azərbyacn Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən öz xahişinə görə tutduğu vəzifələrdən azad edilmişdir. xx.xx.2000-ci il tarixdə Yasamal rayonu üzrə Vergilər İdarəsinin hüquq təminat və vergi borclarının məcburi alınması idarəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmişdir.xx.xx.2001-ci il tarixdə Yasamal rayonu üzrə Vergilər İdarəsinin Struktur qurumu ilə əlaqədar qeyri vergi ödəyicilərinin vergiyə cəlb edilməsi şöbəsinə baş dövət vergi müfəttişi vəzifəsinə təyin edilmişdir. xx.xx.2001-ci il tarixdə Bakı şəhəri Baş Vergilər İdarəsinin “Bəyənnamələrin yoxlanılması və uçotun təşkilinə nəzarət” şöbəsinin Baş Dövlət Vergi müfəttişi vəzifəsinə keçirilmişdir.xx.xx.2001-ci il tarixdə bəyannamənin yoxlanılması və uçotun təşkilinə nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir. xx.xx.2002-ci il tarixli audit idarəsinin Audit təşkili şöbəsinin rəisi vəzifəsinə keçirilmişdir.xx.xx.2002-ci il tarixdə vergi borclarının məcburi alınması işinə məzarət şöbəsinin rəisi vəzifəsi keçirilmişdir. xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur.xx.xx.2002-ci il tarixdə Bakı şəhəri Vergilər Departamenti Vergi borcları şöbəsinə müvəqqəti olaraq baş dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmişdir. xx.xx.2003-cü il tarixdə vergi borcları şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmişdir.xx.xx.2004-cü il tarixdə Vergilər Nazirliyinin Daxili audit baş idarəsinin Təşkilati analtik şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir. xx.xx.2004-cü il tarixdə Vergilər Nazirliyinin Daxili Audit baş idarəsinin Təşkilati-analtik şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir.(Əmr K-458) xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Vergi Departamentinin Vergi borcları şöbəsinin rəisi vəzifəsinə keçirilir.xx.xx.2007-ci il tarixdə AR ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir.xx.xx.2008-ci il tarixli Vergi Nazirliyinin Tədris və Mərkəzinin Elmi-tədqiqt bölməsinin elmi işçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2008-ci il tarixli həmin nazirliyin Bakı şəhəri vergilər Departamentinin Audit İdarəsinin 2 saylı flial üzrə audit şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir. xx.xx.2009-cu il tarixdə həmin nazirliyin Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin Nağdsız hesablaşmaların audit idarəsinin ƏDV ödəyicilərinin 2-ci audit şöbəsinin dövlət Vergi müfəttişi vəzifəsinə keçirilmişdir. xx.xx.2010-cu il tarixdə Həmin idarənin 4-cü şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir. xx.xx.2010-cu il tarixdə həmin departamentin İstehsal Sahəsi üzrə audit idarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir.xx.xx.2014-cü il tarixdə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin İstehsal Sahəsi üzrə audit idarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir. xx.xx.2016-cı il tarixdə həmin Departamentin digər fəaliyyət sahələri üzrə audit idarəsinin 2-ci şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir.xx.xx.2016-cı il tarixdə həmin Departamentin Bank sığorta, təhsil, nəqliyyat, səhiyyə sahələri üzrə audit idarəsinin 1-ci şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respubikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə və X2 Xidmət haqqında Əsasnamənin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iddiaçıya ünvanlanmış **********587200 nömrəli xx.xx.2021-ci il tarixli müraciətə baxılması haqqında məktubdan görünür ki, yaşa görə pensiyasının təyinatı ilə əlaqədar olaraq rüblük, eyni zamanda bayram mükafatlarının büdcə, yaxud büdcədənkənar vəsaitlər hesabına ödənilməsi barədə müraciətə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Müraciətə cavab olaraq Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin müvafiq arayışı təqdim edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********7 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 21 oktyabr 2021-ci il tarixində daxıl olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, Mərkəzi Filial tərəfindən 30 avqust 2021-ci il tarixində (7 iyul 2021ci il tarixindən hesablanmaqla) vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 540 manat (xx.xx.1994-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində qurumun statusuna uyğun olaraq), qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 54 manat (orta aylıq əmək haqqı hesablanarkən əsas götürülən xx.xx.1994-xx.xx.1999-cü il tarixləri arasındakı qulluq illərinə uyğun olaraq), rütbəyə görə əlavəsi 42,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 937.92 manat olmaqla orta aylıq əmək haqqı 1573,92 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 35 il 15 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1573,92 manat) 80 faizi-1259,14 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə iyul (25 gün üçün) və avqust ayları üzrə hesablanmış ümumilikdə 2274,56 manat pensiya məbləğinin cari ilin sentyabr və oktyabr aylarında hər ay 1137,28 manat olmaqla əmək pensiyası (1259,14 manat) üzərinə əlavə edilərək (1259,14+1137,28=2396.42 manat) müvafiq kart hesabına köçürülmüşdür. xx.xx.1994-cu ildən xx.xx.1999-cu ilədək olan dövrdə hesablanmış əmək haqqı və digər ödənişlərə əsasən əmək pensiyasının hesablanması cədvəlindən görünür ki, cəmi hesablanmış pensiya 1496.30 manat olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondnun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixdə **********6 saylı məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-15194/2022 nömrəli sərəncamına əsasən İddiaçı müraciəti əsasında aparılmış inzibati icraat materiallarının təsdiq edilmiş surətləri aidiyyəti üzrə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iddiaçıya ünvanlanmış **********034700 nömrəli xx.xx.2021-ci il tarixli müraciətə baxılması haqqında məktubdan görünür ki, pensiya yaşına çatmağı ilə əlaqədar olaraq əmək haqqı və digər gəlirlər barədə arayışın verilməsi ilə bağlı müraciətə Dövlət Vergi Xidmətində baxılmışdır. Müraciətə cavab olaraq Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin və Tədris Mərkəzinin müvafiq arayışları təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin Vergi Nazirliyinin X5 tədqiqat bölməsinin sabiq elmi işçisi, vergi xidməti müşaviri İddiaçı 1991-2018-ci illər üzrə əmək haqqı, mükafat və digər əlavələr barədə məlumatdan görünür ki, əmək haqqı, mükafat və digər əlavələr cəmi 19351.20 manatdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyası yenidən hesablanaraq 1259.14 manat müəyyən edilmişdir. Yenidən hesablama səbəbi vətəndaşın müraciətinə əsasən. Hazırki pensiya məbləği 349.98 manatdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********14300 saylı məktubundan görünür ki, vətəndaş İddiaçı aid məlumatların təqdim edilməsi barədə sorğuya əsasən müvafiq sənədlər göndərilmişdir. İddiaçı dair Azərbaycan Respublikası VXO əməkdaşının xidmət siyahısı məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-16/03/2- 6xx/xx/2023 saylı məktubundan görünür ki, Dövlət Vergi Xidmətinin 1990-2000-ci il tarixlərdə hüquqi statusuna dair nazirlikdə mövcud olan sənədlərin surəti göndərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-48692/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 1 mart 2023-cü il tarixində daxil olmuş 2-1(112)-4654/2023 nömrəli sorğuya aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, vətəndaş İddiaçı Mərkəzi Filiala müraciəti əsasında onun dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası xx.xx.1994-xx.xx.1999-cu il tarixləri arasındakı dövrdə aldığı dövlət məvacibi əsasında yenidən hesablanıb. Əlavə olaraq bildiririlir ki, adıçəkilən şəxsin həmin dövrdə Nəsimi rayonu vergi inspeksiyasında işlədiyi şöbə rəisi vəzifəsi Rayon vergilər şöbələri üzrə Vergi orqanının tərkibində şöbə rəisi vəzifəsinə uyğundur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q- 41521/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 8 fevral 2023-cü il və 22 fevral 2023-cü il tarixlərində daxil olmuş müraciətlərə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, əmək pensiyasının hesablanması zamanı orta aylıq əmək haqqı müraciətdə göstərdiyi xx.xx.1994-xx.xx.1999-cu il tarixləri arasındakı dövr əsas götürülməklə müəyyən edilib. Eyni zamanda "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan müddəalarına əsasən sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, həmin Qanunun 20- ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indekslışdirilir. Bununla əlaqədar cari ayda (1 yanvar 2023-cü il tarixindən hesablanmaqla) əmək pensiyanız 1588,65 manat məbləğində müəyyən edilib, həmçinin cari ilin yanvar ayı üzrə ödənilməli olan 203,60 manat pul vəsaiti hesablanıb. Həmin 203,60 manat vəsait cari ayda aylıq ödənişin üzərinə əlavə edilərək müvafiq kart hesaba köçürülüb. Əlavə olaraq əmək pensiyanın hesablanması haqqında sizə 2 sentyabr 2021-ci il tarixli **********0 nömrəli, 14 oktyabr 2021-ci il tarixli **********7 nömrəli, 17 noyabr 2021- ci il tarixli **********7 nömrəli, 28 dekabr 2021-ci il tarixli **********3 nömrəli və 28 oktyabr 2022-ci il tarixli **********0 nömrəli məktublarla ətraflı məlumat verilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********865800 nömrəli məktubundan görünür ki, Bakı İnzibati- İqtisadi Məhkəməsinin İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə 2-1(112)-4654/2023 nömrəli 12 iyul 2023-cü il tarixli məktubuna İqtisadiyyat Nazirliyi yanın Dövlət Vergi Xidmətində baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin yaradılması haqqında 11 fevral 2000-ci il tarixli 281 saylı Fərmanı və Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 47s saylı Sərəncamından irəli gələn tədbirlərin görülməsi ilə əlaqədar Vergilər Nazirliyinin 29 fevral 2000-ci il tarixli A-02 nömrəli əmri ilə Bakı şəhəri rayon vergi idarələrinin siyahısı və strukturu yenidən təsdiq edilmiş, Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsi yaradılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********249300 nömrəli məktubundan görünür ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair məhkəmə işi üzrə Dövlət Vergi Xidmətinin 1994-1999-cu illərdə olan strukturunu (aparatı, şöbələri, idarələri və tabeliyində olan digər qurumları) müəyyən edən sənədlərin təqdim edilməsi barədə Bakı İnzibati Məhkəməsinin sorğusuna Dövlət Vergi Xidməti tərəfindən baxılmışdır. Bildirilir ki, “Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, Milli arxiv fondunun daimi saxlama müddətli sənədlərinin respublika dövlət hakimiyyət orqanlarının idarə arxivlərində müvəqqəti mühafizə müddətinin 15 il müəyyən edildiyini nəzərə alaraq, ləğv edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Aparatının müvafiq sənədləri, habelə 1994-1999-cu illər üzrə olan saxlama vahidləri dövlət mühafizəsinə qəbul edilməsi üçün xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Arxivinə təhvil verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-DA/2-00029/2024 saylı məktubundan görünür ki, 01 noyabr 2023-cü il tarixli 2- 1(112)-4654/2023 №-li Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində daxil olan sorğuya cavab olaraq bildirilir ki, “Azərbaycan Respublikası Baş Vergi Müfəttişliyi” arxiv fondunda mühafizə edilən 1994-1999-cu illərə dair əmrlərdə və kollegiya qərarlarında X1 strukturu barədə bir sıra sənəd aşkar edilmişdir. Aşkar olunan sənədlərin təsdiq olunmuş surətlərini təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın sənədlərlə iş şöbəsinin məlumatından görünür ki, ümümi iş stajı 35 il 15 gün xx.xx.1994-xx.xx.1999-cu il tarixlər arasındakı dövrdə pensiya məbləği 1259.14 manatdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-154957/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 28 iyun 2024-cü il tarixində daxil olmuş 2-1(112)-622/2024 nömrəli sorğuya aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, vətəndaş İddiaçı xx.xx.1981-xx.xx.1994-cu il tarixləri arasındakı dövr ərzində Maliyyə Nazirliyində işlədiyi müddət ona əmək pensiyası təyin edilərkən nəzərə alınıb. X6 İspeksiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 sentyabr 421 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavədə qeyd edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturuna daxil olan yerli bölmələri işçilərinin aylıq vəzifə maaşları siyahısından görünür ki, “vəzifələrin adı ... 4. Vergi orqanının tərkibində idarə və şöbə rəisi- Baş İdarələr və idarələr üzrə: -Bakı şəhəri üzrə-570, -Gəncə, Sumqayıt şəhərləri üzrə- 565, -digər şəhər və rayonlar üzrə 555; Rayon vergilər şöbələri üzrə 540 ...” müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli 3-21-2-1/2-68/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işlə bağlı xx.xx.2024-cü il tarixli 2-1(112)- 622/2024 nömrəli məktubuna İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Qeyd edilir ki, arxiv sənədləri araşdırılmış və həmin dövrdə Bakı şəhəri üzrə X1 mövcud olduğu, Bakı şəhərinin Nəsimi rayonu üzrə X1 sözügedən qurumun tabeliyində olduğu müəyyən edilmişdir. Tələb olunan məlumata cavab olaraq bildirilir ki, İddiaçı 1990- 1999-cu illərdə çalışdığı Bakı şəhərinin Nəsimi rayonu üzrə X4, Azərbaycan Respublikası Nazirlər Kabinetinin (2019-cu il 26 sentyabr 421 nömrəli Qərarı qüvvədən düşmüşdür) 2021-ci il 28 oktyabr 319 nömrəli Qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavədə göstərilən “Baş idarələr və idarələr üzrə” “Digər şəhər və rayonlar üzrə” hissəsinə uyğun gəlir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. I. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. II. Məhkəmənin mövqeyi İşin mübahisəsiz halıdr ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci bəndinə əsasən, dövlət qulluğu vəzifəsində 35 il 15 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının 80 faizi məbləğində qulluq stajına görə əmək pensiyasına əlavə müəyyən edilmişdir. Hazırda iddiaçının iddia tələbi aylıq vəzifə maaşının düzgün - vəzifə maaşı Bakı şəhər üzrə hesablanmaqla, həmçinin vəzifə maaşına dövlət qulluqçusu kimi 30% əlavə nəzərə alınmaqla pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barıdıdir. Məhkəmə qeyd edir ki, iddia tələbi iki hissədən ibarətdir. İddia tələbinin birinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı arxiv sənədləri araşdırılmış və həmin dövrdə Bakı şəhəri üzrə X1 mövcud olduğu, Bakı şəhərinin Nəsimi rayonu üzrə X1 sözügedən qurumun tabeliyində olduğu müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, iddiaçının 1990-1999-cu illərdə çalışdığı Bakı şəhərinin Nəsimi rayonu üzrə X4, Azərbaycan Respublikası Nazirlər Kabinetinin (2019-cu il 26 sentyabr 421 nömrəli Qərarı qüvvədən düşmüşdür) 2021-ci il 28 oktyabr 319 nömrəli Qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavədə göstərilən “Baş idarələr və idarələr üzrə” “Digər şəhər və rayonlar üzrə” hissəsinə uyğun gəlir (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli 3-21-2-1/2-68/2025 nömrəli məktubu). Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində qeyd edildiyi kimi, iddiaçının Nəsimi rayonu vergi inspeksiyasında işlədiyi şöbə rəisi vəzifəsi, Baş İdarələr və idarələr üzrə: -Bakı şəhəri üzrə (570) hesablanmasını tələb etməkdə haqlı olmamışdır. Bununla belə, cavabdeh qurumun da iddiaçının Nəsimi rayonu vergi inspeksiyasında işlədiyi şöbə rəisi vəzifəsini Rayon vergilər şöbələri üzrə vergi orqanının tərkibində şöbə rəisi vəzifəsinə uyğun hesab edərək vəzifə maaşının həmin vəzifəyə uyğun hesablanması düzgün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi birinci hissədə qismən təmin edilməli, İddiaçı aylıq vəzifə maaşı hesablanarkən işlədiyi vergi orqanının tərkibində şöbə rəisi vəzifəsi – “Baş idarələr və idarələr üzrə, digər şəhər və rayonlar üzrə” kimi nəzərə alınmaqla pensiyanın yenidən hesablanması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İddia tələbinin ikinci - vəzifə maaşına dövlət qulluqçusu kimi 30% əlavə nəzərə alınmaqla pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində məhkəmə aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Qanundan: Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.1.9. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq Azərbaycan Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı), Azərbaycan Respublikası Audiovizual Şurasının, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvləri; 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. “X2 xidmət haqqında Əsasnamə”nin 73-cü bəndinə əsasən
73. Vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödənilir: 1 ildən 5 ilədək – vəzifə maaşının 5 faizi məbləğində; 5 ildən 10 ilədək – vəzifə maaşının 10 faizi məbləğində; 10 ildən 15 ilədək – vəzifə maaşının 20 faizi məbləğində; 15 ildən yuxarı – vəzifə maaşının 30 faizi məbləğində. İddiaçıya dövlət qulluğunun ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla əmək pensiyası təyin edilmiş, iddiaçının seçiminə görə həmin dövr 1994-cü ilin sentyabr ayından xx.xx.1999-cu ilədək olan dövrdə (60 ardıcıl ay) Nəsimi rayonu inspeksiyasında fasiləsiz olaraq şöbə rəisi vəzifəsində çalışdığı dövr nəzərə alınmışdır. Hazırda iddiaçı həmin dövr üçün xidmət illərinə vəzifə maaşının 30 faizi məbləğində əlavənin nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını tələb edir. Məhkəmə nəzərə alır ki, həmin dövr üçün iddiaçının qulluq stajının 5-10 il arası olması və hazırda cavabdeh qurum tərəfindən vəzifə maaşının 10 faizi məbləğində əlavə də nəzərə alınmaqla əmək pensiyasının hesablanaraq iddiaçıya ödənilməsi işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, iddiaçı 1994-cü ilin sentyabr ayından xx.xx.1999-cu ilədək olan dövrdə vergi orqanında 15 ildən yuxarı xidməti olmadığından vəzifə maaşının 30 faizi məbləğində əlavə nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması hissəsində iddia tələbi əsassızdir və təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏRARAALDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı aylıq vəzifə maaşı hesablanarkən işlədiyi vergi orqanının tərkibində şöbə rəisi vəzifəsi – “Baş idarələr və idarələr üzrə, digər şəhər və rayonlar üzrə” kimi nəzərə alınmaqla pensiyanın yenidən hesablanması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova