Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1462/2024 29.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya 2-ci qrup müddətsiz əlilliyin verilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2-ci qrup müddətsiz əlilliyin verilməsi barədə inzibati aktın qəbul edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabiltasiya Agentliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11195/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmamışdır.
3. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadi ilə iddia tələbi “iddiaçıya orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının xx.xx.2023-cü il tarixdən müddətsiz təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 3-cü qrup gözdən əlildir. Müraciətinin səbəbi odur ki, xx.xx.2021-ci ildə görmə sinirinin atrofiyası və yanaşı digər ağır xəstəliklərə görə 3 qrup əlillik dərəcəsi aldı. Qiymətləndirilmədən razı olmayaraq, təkrar xx.xx.2023-cü ildə eyni xəstəliklərlə və daha da ağırlaşma ilə TSEK tərəfindən olaraq 3-cü dərəcə əlillik verdi. Komissyanın müayinə qiymətləndirilməsini əsassız hesab edir. Onsuzda görmə qabiliyyətimin qismən itirilməsinə görə 3-cü dərəcə qrup əlillik meyarına düşür. Əlavə olaraq yanaşı ağır xəstəliklərin nəzərə alınmamağı, eyni qrup üzrə təkrar qiymətləndiriliməyi nə dərəcədə ədalətlidir. Belə ki, sol gözü sıfır dərəcədi, atrofiya, sağ qulaq 4 dərəcəli ağır eşitmə, başında şunt (aparat), sağ əli 50% işləməsi barmaqlarında hissiyat yoxdur, onurğasında 10-cu fəqərədə 8 şurub plastinka, kürəyi skalioz əyrilik, gezəndə sağ tərəfə aşmaları var, baş ağrılar da hər gün olur, saçında sebariya - dəri xəstəliyi qaşınır, qanıyır. Bu vəziyyətdə normal hərəkət edə bilmir, hər kəs kimi eyni ola bilmir. Düşünür ki, komissyanın rəyi əsassız və qərəzlidir və dəfələrlə təkrar eyni dərəcə ilə qiymətləndirməsi qanunvericiliyə əsasən hüquqlarının kobud şəkildə pozulmasıdır. İnzibati orqanın imtina ilə bağlı hərəkətlərini qanunsuz hesab edir və məsələyə obyektiv baxılması üçün məhkəmədən vicdanlılıq, ədalətlilik prinsipləri əsasında baxılmasını xahiş edir.
5. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il rarixli göndərişi əsasında əlavə əyani müayinə edilərək baxılmış və “Səbəbi: Ümumi xəstəlik => Gözdən əlilliyi oları şəxs; Diaqnozun mətni: Görmə sinirinin atrofiyası, OS-Görmə sinirinin atrofiyası. Baş beynin silkələnməsi, - drosefaliya səbəbli qapalı kəllə beyin travması. Arxa kəllə cuxurunun epidural hematoma və təkrari ventrikulo-peritoneal şurıt taxılması əməliyyatından sonrakı vəziyyət. Müştərək xarici çəpgözlük, O - Xar gözlük.,; Meyar: “Gözün və gözün əlavə aparatının xəstəlikləri => Görmə itiliyi -> Görmə itiliyi => Görmə itiliyi bir gözdə tarreksiya ilə 0-0,05, digər gözdə korı 0,3-dən yuxarı ОРТ 50 faiz” olmaqla müddətsiz əlillik dərəcəsi verilmişdir. Bundan əlavə, iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik AR ərazi bütövlüyü ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün deyildir.
6. Məhkəmənin 2-1(112)-11195/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə işin hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədi ilə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti olduğundan məhkəmə tibbi ekspertizası təyin edilərək ekspertin qarşısında suallar qoyulmuşdur: 1. xx.xx.1984-cü il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda halhazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? 2. İddiaçı sağlamlıq vəziyyəti və səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş diaqnoz və ağırlaşmalar İddiaçı oğluna əlillik dərəcəsinin təyininə əsas verirmi? 3. İddiaçı sağlamlıq vəziyyəti və səhiyyə müəssisəsinin göndərişində qeyd olunmuş diaqnoz və ağırlaşmalar İddiaçı əlillik dərəcəsinin təyininə əsas verirsə, iddiaçıya neçənci dərəcə (qrup) əlillik təyin edilməlidir?
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X7 X4” X6 məhkəməyə təqdim etdiyi T601/2023 saylı ekspert rəyinə əsasən komissiyanın gəldiyi nəticə:
1. İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli D0010310FİD nömrəli Forma 088 göndərişində qeyd edilən “Görmə sinirinin atrofiyası. OS- Görmə sinirinin atrofiyası. Baş beyin silkələnməsi. Hidrosefaliya səbəbli qapalı kəllə beyin travması. Arxa kəllə çuxurunun epidural hematoma və təkrari ventrikulo-peritoneal şunt taxılması əməliyyatından sonrakı vəziyyət. Müştərək xarici çəpgözlük. OS-Xarici çəpgözlük” diaqnoz onun hazırkı vəziyyətini əks etdirir. 2.3. Həmin diaqnoz Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması” meyarlarında orqanizmin funksiyasının pozulmasının müddətsiz 50% faiz göstəricisinə uyğun olduğundan ona ümumi xəstəliklə əlaaədar İİİ dərəcəli əlillik düzgün təyin edilmişdir.
8. Məhkəmənin 2-1(112)-11195/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçını əyani müayinədən keçirərək onda olan yanaşı xəstəliklərdən (zədədən) irəli gələn orqanizmin funksiyalarının pozulmasının təsiri dərəcəsinin (faizlə) qeydə alınması barədə rəy verilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəmənin qərardadının icra olunması barədə vətəndaşın əyani müayinə olunmasına dair məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin D00103510FİD nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində 1 nömrəli Tibbi-sosial ekspert komissiyasında qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2023-cü il tarixindən ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə qərardadınıza uyğun olaraq vətəndaş xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2023-cü il tarixindən ümumi xəstəlik gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qüvvədə saxlanılmışdır.
10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 28 dekabr 2023-cü il tarixli qərarına əsasən: Bakı rayon sakini xx.xx.1984-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 8.1.4 bəndinə müvafiq olaraq, ümumi xəstəlik - gözdən əlil səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulması barədə təyin edilmiş qərarla razılaşmayan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən, məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyəti ilk dəfə Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2750003AAENH nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək, ona xx.xx.2021-ci il tarixindən müddətsiz ümumi xəstəlik - gözdən əlil səbəbindən üçüncü dərəcə “ilkin” əlillik təyinatı aparılmışdır. Qərardan narazı olan vətəndaşın müraciəti ilə, Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023cü il tarixli D00103510FİD nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında, 3-17-4/3-3- 3685/2023 nömrəli tərtib olunmuş aktla Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 8.1.4 bəndinə müvafiq olaraq, ümumi xəstəlik - gözdən əlil səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2023-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr aparılmışdır. xx.xx.2023-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri baş ağrısı, baş gicəllənmələri, ağıreşitmə və zəif görməsindən olmuş, anamnestik olaraq xx.xx.2014-cü il tarixində avtoqəza nəticəsində travma aldığını, ona həmin tarixdə başından əməliyyat icra olunduğunu bildirmişdir. Təqdim etdiyi sənədlər arasında, Mərkəzi Klinikanın xx.xx.2014-cü il tarixli epikrizinə əsasən diaqnoz “Politravma (kəllə sümüklərinin sınığı, qapalı kəllə beyin travması, arxa kəllə çuxurunda epidural hematoma, baş beyin əzilməsi, bilateral pnevmotoraks, Th10-da kompression sınıq, boynun ön hissəsindən mediastinuma uzanan emfizema, aspirasiyon pnevmoniya”; “Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzinin” audiometriya müayinəsinin nəticəsi “Sağtərəfli koxlear nevrit, İV dərəcəli neyrosensor ağıreşitmə”; X5 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli tibbi rəyinə əsasən diaqnoz “Görmə sinirinin atrofiyası, müştərək xarici çəpgözlük”; Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli ambulator xəstənin tibbi kartasından 10603 nömrəli çıxarışına əsasən diaqnoz “Sağtərəfli İV dərəcəli neyrosensor ağıreşitmə” şəklində göstərilmiş, burada aparılmış BERA test müayinəsinin nəticəsi “Sağtərəfli İV dərəcəli xroniki neyrosensor ağıreşitmə, sol tərəfli normal eşitmə” kimi qiymətləndirilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal olmuş, periferik ödem izlənilməmiş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 130/90 mm civ.süt., nəbz ritmik (1 dəqiqədə 95 vurğu), dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmiş, həkim-oftalmoloq müayinəsinin nəticəsinə əsasən VİS OD = 1,0 (bir), VİS OS = “0” (sıfır) olmuş, diaqnoz “OS - Xarici çəpgözlük, görmə sinirinin atrofiyası” kimi qiymətləndirilmiş, həkim-surdoloq müayinəsinin nəticəsi “Sağ qulaqda total karlıq, sol qulaqda normal eşitmə (15 dB)” kimi müəyyən edilmiş, həkim nevroloq müayinəsinin nəticəsinə əsasən əlillik təyininə əsas verən heş bir nevroloji defisit aşkarlanmamışdır. Anamnestik məlumatlar, obyektiv və intrumental müayinə nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədləri əsasında vətəndaşın əlillik vəziyyəti yenidən qiymətləndirilərək hazırda qüvvədə olan əlillik təyinatına əsaslı olduğu müəyyən edilmiş və Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 8.1.4 bəndinə müvafiq, ümumi xəstəlik - gözdən əlil səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulması barədə qərar qüvvədə saxlanılsın.
11. Məhkəmənin 2-1(112)-1462/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə işin hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədi ilə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti olduğundan məhkəmə tibbi ekspertizası təyin edilərək ekspertin qarşısında suallar qoyulmuşdur: 1. İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəliklər və ağırlaşmalar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodları qeyd etməklə və həmin kodlara uyğun göstərilməklə) aşkar olunur? 2. İddiaçı sol qulağında eşitmə dərəcəsi eşitmənin praktiki itirilməsi hesab edilirmi? 3. İddiaçı İİİ-İV eşitmə zəifliyi ilə birgə tam (total) və ya praktiki görmənin itirilməsi mövcuddurmu? 4. İddiaçı yüksək dərəcəli zəifgörmə (görmə itiliyi (yaxşı görən gözlə korreksiya ilə) 0,1-0,05) tam və ya praktiki eşitmənin tam itirilməsi ilə birgə halı mövcuddurmu? 5. İddiaçı beyin maddəsində yad cismin olması aşkar edilirmi? 6. İddiaçı təzahür edən əzələ zəifliyi (əzələ gücünün 2-3 bala qədər azalması, yuxarı ətraflarda aktiv hərəkətlərin amplitudasının 10-20 dərəcəyə qədər məhdudlaşması, barmaqların yumruğa yığılmasının təzahür edən dərəcədə məhdudlaşması (barmaqların distal falanqalarının ovuca 3-4 sm çatması), yuxarı ətrafın əsas funksiyasının pozulması (xırda cisimlərin tutulması, böyük cisimlərin isə uzunmüddətli və səlis tutulmasının qeyri-mümkünlüyü) və ya aşağı ətrafların bütün oynaqlarında aktiv hərəkətlərin amplitudasının təzahür edən məhdudlaşması ilə (budçanaq oynağında 20 dərəcəyə, diz oynağında 10 dərəcəyə, aşıq-baldırda 6-7 dərəcəyə qədər), əhəmiyyətli təzahür edən statodinamik pozuntular aşkar edilirmi? 7. İddiaçı aşağı ətrafların təzahür edən paraparezi - çanaq orqanlarının (sidik kisəsi və düz bağırsaq) funksiyalarının mülayim pozuntusu ilə onurğa sütununun döş, bel və ya büzdüm səviyyəsində hissəvi zədələnmələri aşkar edilirmi? 8. İddiaçı əhəmiyyətli təzahür edən tetraparez, paraplegiya və ya aşağı ətrafların və yuxarı ətrafın əhəmiyyətli təzahür edən paraparezi - çanaq orqanlarının (sidik kisəsi və düz bağırsaq) funksiyalarının təzahür edən dərəcədə pozuntusu ilə onurğa sütununun boyun, döş, bel və ya büzdüm səviyyəsində hissəvi zədələnmələri aşkar edilirmi?
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X7 X4” X6 məhkəməyə təqdim etdiyi T407/2024 saylı ekspert rəyinə əsasən komissiyanın gəldiyi nəticə:
1. Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından İddiaçı hazırda konkret olaraq hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin onun iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində XBT 10 kodu ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli D0010310FİD nömrəli Forma 088 göndərişində qeyd edilən “H47.2- Görmə sinirinin atrofiyası. OS- Görmə sinirinin atrofiyası. Baş beyin silkələnməsi. Hidrosefaliya səbəbli qapalı kəllə beyin travması. Arxa kəllə çuxurunun epidural hematoma və təkrari ventrikulo-peritoneal şunt taxılması əməliyyatından sonrakı vəziyyət. Müştərək xarici çəpgözlük. OS- Xarici çəpgözlük” diaqnoz onun hazırkı vəziyyətini əks etdirir. Həmin diaqnoz Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması” meyarlarının 8.1.4 bəndinin orqanizmin funksiyasının pozulmasının müddətsiz 50% faiz göstəricisinə uyğun olduğundan ona ümumi xəstəliklə əlaqədar İİİ dərəcəli əlillik təyinatı düzgün olmuşdur.
2. İddiaçı sol qulağında eşitmə dərəcəsinin normal, sağ qulaqda ağır dərəcəli sensonevral tipli eşitmə azlığının olması, eşitmənin praktiki itirilməsi deyil, eşitmənin bir tərəfli neyrosensor tipli itirilməsi deməkdir. 3.4. İddiaçı Akad. Z.Əliyeva adına Milli Oftalmologiya İnsitutunda tərtib edilmiş Tibbi Rəyə əsasən xx.xx.2020-ci il tarixdə müayinəsi zamanı “Monokulyar korluq. Mürəkkəb xarici çəpgözlük, xarici çəpgözlük” diaqnoz müəyyən edilmişdir. Bu isə İİİ-İV eşitmə zəifliyi ilə birgə tam (total) və ya praktiki görmənin itirilməsi demək deyildir. Onun sağ gözünün görmə itiliyi =1,0 (vahid), sol gözündə isə işıq duyğusu müəyyən edilir.
5. İddiaçı xx.xx.2021-ci il tarixdə baş beyinin MRT müayinəsi zamanı şunt kateteri müəyyən edilmişdir. 6.7.8. Qərardadın (6.7.8,-ci) bəndlərində sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, TSEK-in mütəxəssis ekspertlərinin səlahiyyətlərinə aiddir.
13. TSEK-in müayinələrə dair məlumatlarına əsasən: xx.xx.2021-ci il tarixdə aparılmış ilkin qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2021ci il tarixdə “X2: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H46-H48 - Görmə sinirinin və görmə yollarının xəstəlikləri => H47 - Görmə sinirinin (2-d) və görmə yollarının digər xəstəliklin = > H47.2.... Diaqnozun mətni: H47.2 Görmə sinirinin atrofiyası,. Ağırlaşma H54.4 Monokulyar korluq. Vis OD = 1.0(vahid).Vis OS = işıq duygusu.TİBBİ RƏY 4892 Yanaşı xəstəliklər G83.2 Yuxarı ətrafların monoptegiyası, Sag yuxarı ətrafın distal parezi. Yanaşı xəstəliklər S22.0 Döş fəqərəsinin sınığı, Th10 fəqərə sınığına görə laminektomiya və transpedikulyar biksasiyadan sonrakı vəziyyət. Yanaşı xəstəliklər S06.0 Baş beynin silkələnməsi. Hidrosefaliya səbəbli qapalı kəllə beyin travması. Arxa kəllə çuxurunun epidural hematoma və təkrari ventrikulo-peritoneal şunt taxılması əməliyyatından sonrakı vəziyyət. Yanaşı xəstəliklər H90.4 Eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan bir tərəfli neyrosensor tipli itirilməsi, Sağ tərəfdə ağır dərəcədə sensonevral tipdə eşitmə azlığı.. Meyar: 2.3 Üçüncü dərəcə əlillik = > 2.5.14. bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4);.” üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə aparılmış təkrar qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2023-cü il tarixdə 3-17-4\3-3-3685/2023 nömrəli qərara əsasən “Diaqnozun mətni: Görmə sinirinin atrofiyası, OS- Görmə sinirinin atrofiyası. Baş beynin silkələnməsi, Hidrosefaliya səbəbli qapalı kəllə beyin travması. Arxa kəllə cuxurunun epidural hematoma və təkrari ventrikulo-peritoneal şunt taxılması əməliyyatından sonrakı vəziyyət. Muştərək xarici çəpgözlük, OS- Xarici çəpgözlük.. Orqanizmin funksiyalarının pozulması faizi - 50%. Meyar: 8.1.4. H47.2 – Əsas. Gözün və gözün əlavə aparatının xəstəlikləri = > Görmə itiliyi => Görmə itiliyi => Görmə itiliyi bir gözdə korreksiya ilə 0-0,05, digər gözdə korreksiya ilə 0,3-dən yuxarı.” üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir.
14. Məhkəməni iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə iclasında onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. İİ. İddianın növü və mümkünlüyü
16. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
17. İddia tələbi İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. 2.2 İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
18. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilib-verilməməsi yoxlanılmalıdır. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
19. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh qurum tərəfindən xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 8.1.4. bəndinə müvafiq olaraq ümumi xəstəlik - gözdən əlil səbəbindən orqanizmin funksiyaların 50% pozulmasına görə müddətsiz 3-cü qrup əlillik təyin edilmişdir.
20. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
22. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
İV. Məhkəmənin mövqeyi
23. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
26. Məhkəmə tərəfindən müəyyən edilmişdir: - xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2021-ci il tarixdə “H47.2 Görmə sinirinin atrofiyası,. Ağırlaşma H54.4 Monokulyar korluq. Vis OD = 1.0(vahid).Vis OS = işıq duygusu.TİBBİ RƏY 4892 Yanaşı xəstəliklər G83.2 Yuxarı ətrafların monoptegiyası, Sag yuxarı ətrafın distal parezi. Yanaşı xəstəliklər S22.0 Döş fəqərəsinin sınığı, Th10 fəqərə sınığına görə laminektomiya və transpedikulyar biksasiyadan sonrakı vəziyyət. Yanaşı xəstəliklər S06.0 Baş beynin silkələnməsi. Hidrosefaliya səbəbli qapalı kəllə beyin travması. Arxa kəllə çuxurunun epidural hematoma və təkrari ventrikulo-peritoneal şunt taxılması əməliyyatından sonrakı vəziyyət. Yanaşı xəstəliklər H90.4 Eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan bir tərəfli neyrosensor tipli itirilməsi, Sağ tərəfdə ağır dərəcədə sensonevral tipdə eşitmə azlığı..” diaqnozu ilə üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. - xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində idddiaçıya “Görmə sinirinin atrofiyası, OS-Görmə sinirinin atrofiyası. Baş beynin silkələnməsi, - drosefaliya səbəbli qapalı kəllə beyin travması. Arxa kəllə cuxurununepidural hematoma və təkrari ventrikuloperitoneal şurıt taxılması əməliyyatından sonrakı vəziyyət. Müştərək xarici çəpgözlük, O - Xar gözlük.” diaqnozu ilə üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir.
27. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinə olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 8.1.4. bəndinə uyğun olaraq ümumi xəstəlik - gözdən əlil səbəbindən orqanizmin funksiyaların 50% pozulmasına görə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır.
28. Qərardan narazı qalan iddiaçı məhkəməyə müraciət etmiş, 28 dekabr 2023-cü tarixində məhkəmə qərardadı əsasında iddiaçı DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 8.1.4-cü bəndinə müvafiq, ümumi xəstəlik - gözdən əlil səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulması barədə qərar qüvvədə saxlanılmışdır.
29. Həmin qərardan narazı qalan iddiaçı hazırda orqanizmin funksiyalarının müddətsiz 61-80 faiz pozulmasının təyin edilməsini xahiş edir.
30. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizası nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, iddiaçıda “H47.2- Görmə sinirinin atrofiyası. OS- Görmə sinirinin atrofıyası. Müştərək xarici çəpgözlük. OS- Xarici çəpgözlük” xəstəliyi ilə yanaşı “Baş beyin silkələnməsi. Hidrosefaliya səbəbli qapalı kəllə beyin travması. Arxa kəllə çuxurunun epidural hematoma və təkrari ventrikulo-peritoneal şunt taxılması əməliyyatından sonrakı vəziyyət.” xəstəliyi mövcuddur. Həmçinin, xx.xx.2021-ci il tarixdə baş beynin MRT müayinəsi zamanı şunt kateteri müəyyən edilmişdir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 6-cı bənd Sinir sistemi xəstəlikləri - 6.1.7-ci bənd - beyin maddəsində yad cismin olması əlillik (orqanizmin funksiyalarının 80 faiz müddətsiz pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.
32. Beləliklə, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 8.1.4-cü bəndinə müvafiq olaraq ümumi xəstəlik - gözdən əlil səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulmasına görə müddətsiz təyin edilmiş üçüncü dərəcə əlillik onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Belə ki, 1984-cü il təvəllüdlü İddiaçı gözdən əlilliyi ilə yanaşı “Arxa kəllə cuxurunun epidural hematoma və təkrari ventrikulo-peritoneal şunt taxılması əməliyyatından sonrakı vəziyyət” xəstəliyindən əziyyət çəkmiş, başqa sözlə baş beyninə əməliyyat nəticəsində yad cisim - şunt yerləşdirilmişdir. Lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır.
33. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
34. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının xx.xx.2023-cü il tarixdən müddətsiz təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının xx.xx.2023-cü il tarixdən müddətsiz təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva