Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14632/2023 02.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “birdəfəlik müavinətin təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2;14.3.; 33-cü maddəsinə, Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə haqqında qanunun- 1.8, Azərbaycan Respublikasının Prokurorluq haqqında qanunun 4cü, 5-ci; 11-1-ci,17-ci, 20-ci maddələrinin tələblərinə uyğun cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, korrupsiya cinayətlərində iştirakla bağlı şübhə yaradan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeliyində olan X2 vəzifəli şəxslərinin cinayət faktlarının araşdırılması və tədbir görülməsi üçün inzibati aktı qəbul etmək vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, korrupsiya cinayətlərində iştirakla bağlı şübhə yaradan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X2 vəzifəli şəxsləri barədə etibarnamə əsasında iddiaçının nümayəndəsi olan atası X10 Baş Prokurorluğa dəfələrlə və son olaraq 07 iyun 2023-cü il tarixdə şikayət etmişdir. Baş Prokurorluğa edilən şikayətlər 12 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. İddiaçı 2018-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluq idarəsində əmək fəaliyyətinə başlamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi X21 Babayev şəxsən qəbul edib işə qəbul edilməyi ilə bağlı 28 noyabr 2018-ci il tarixli əmr imzalamışdır. 10 ay 250 azn, 10 ay 400 azn əmək haqqı müqabilində xidmət etmiş, 2020ci il avqust ayından əmək haqqı qalxaraq 1300 azn olmuşdur. Məşğulluq agentliyinə rəis təyin olunan, cəzasız qalacağına arxayın olan, Abbasbəyli Mustafa Aslan oğlu korrupsiya ilə işçiləri dəyişməyə başladı. Dövlətə xidmət yox, özünə xidmətdə ona kömək edən, təzə vəzifəyə təyin olunan müavinləri X1, X11, köməkçi və kadrlar idarəsinin müvəqqəti əvəzedicisi X12, 5 saylı ərazi məşğulluq filialının müdiri X13 (vəzifəyə təyin olunanda 2 işçini özü ilə gətirir) Məşğulluq Agentliyinə departament müdiri gedir (özü ilə 4 işçi aparır). İddiaçının 10 noyabr 2021-ci il tarixdə işdən çıxarmışdırlar. Hansıkı 16 oktyabr 2021-ci il tarixdə keçirilən qiymətləndirmə imtahanından 21 bal toplamışdır. Ondan aşağı bal toplayan işçilər isə işdə saxladılar. Məşğulluq Agentliyində işləyərkən 4 mərhələdən ibarət daxili imtahanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST mərkəzinə işə qəbul olunmuşdur. DOST mərkəzinin müvafiq geyim forması ilə təmin edilmiş və işə qəbulla bağlı ərizsi alınımışdır. X3 işdən çıxartmaqla bərabər DOST mərkəzindən də imtina gəlmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST mərkəzinin idarə heyətinin sədri Fərid Məmmədovda bu korrupsiyanın içindədir. Bütün bu korrupsiyaya rəhbərlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri X7 tərəfindən yerinə yetirilir. 16 noyabr 2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi X21 Babayevlə görüş tələb edərkən, vətəndaşların qəbulu şöbəsinin sektor müdiri Malik adlı şəxsin məruzəsindən sonra, Məşğulluq agentliyinin müavinləri X1, X11, Məşğulluq agentliyinin rəisi Abbasbəyli Mustafa Aslan oğlunun köməkçisi və kadrlar idarəsinin müvəqqəti əvəzedicisi X12 iddiaçını qəbul edirlər. Adlarını sadaladığı rəhbər vəzifəli şəxslər İddiaçı işdən çıxarılma səbəbi kimi bacıları X4 özünüməşğulluq proqramı çərçivəsində dizayner sahəsi üzrə (Rəssamlıq Akademiyasını dizayner ixtisası üzrə bitirib) avadanlıqla təmin olunması (sənədlərin surəti əlavə olunur), X8 isə haqqı ödənilən ictimai işə 2 aylıq müddətli müqavilə əsasında müraciət etməsini, küçə təmizləyən (hansıkı heç işə çıxmayıb, sənədlər əlavə olunur) olduğunu bildirmişlər. Dəfələrlə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə haqqında qanunun 11-1.8 maddəsinə əsasən Baş prokurorluğa, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan X2 vəzifəli şəxslərinin korrupsiya cinayətlərindən nümayəndəsı atası X10 şikayət edir. Şikayəti cinayəti törədən quruma göndərirlər. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununun 7.13-cü maddəsinə əsasən Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan X2 vəzifəli şəxslərinin cinayətini araşdırmaq əvəzinə İddiaçı işdən azad olunması ilə bağlı məktub göndərirlər. Azərbaycan Respulikasının Əmək və Əhalinin Sosial Müdafiəsi X21 Babayev şəxsən iddiaçını qəbul edib müvafiq vəzifəyə təyin edib. Cənab Nazirin tösiyyəsi ilə dövlət qulluğu vəzifəsi üzrə test imtahanı verərək keçib və 05165№-li sertifikatı qazandı. Sonrakı dövrlərdə Azərbaycan Respulikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dövlət qulluğuna qəbul olmaq üçün 6 dəfə müsabiqənin müsahibə mərhələsi imtahanını versə də, kimlərinsə mane olması səbəbindən imtahanı keçə bilmədi. 9 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “Dost” mərkəzlərində məsləhətçi vəzifəsinin tutulması üçün elan edilmiş daxili müsabiqədə qeydiyyatdan keçərək, 21 dekabr 2020-ci il tarixdə keçirilən müsabiqədə və digər 3 mərhələni keçərək uğur qazanmışdır. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “Dost” mərkəzinin rəhbəri Fərid Məmmədov iddiaçını qəbul edərək təbrik edir, geyim forması təqdim olunur. 2 dəfə işə qəbulla bağlı ərizəsi alınır. 5 saylı Ərazi Məşğulluq filialının 6 işçisi daxili imtahandan keçib uğur qazandı və 3 nəfəri işə çağırdılar. İddiaçıya isə bir az gözləməyi dedilər. 10 noyabr 2021-ci il tarixdə 5 saylı Ərazi Məşğulluq filialının rəhbəri ona 11 noyabrda Nazirliyə getməyini və “Dost” mərkəzinə keçməyi üçün ərizə verəcəyini bildirir. xx.xx.2021-ci il tarixdə X5 gedərkən xx.xx.2021-ci il tarixdən işdən azad olunduğunu bildirdilər. Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “Dost” mərkəzinin 1 dekabr 2021-ci il tarixli **********7№li müraciətinə cavabında 3 saylı Bakı Dost Mərkəzində məsləhətçi vəzifəsinə təyinatının Müşahidə Şurasının sədri (Azərbaycan Respulikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri) tərəfindən razılıq verilmədiyi bildirilir. İşlədiyi dövr ərzində İddiaçı ilə 9 dəfə 3 aylıq, 1 dəfə 6 aylıq,1 dəfə 2 aylıq davam edən müddətli əmək müqaviləsi bağlanmışdır. Göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 rəhbər vəzifəli şəxsləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Əmək müqaviləsinin müddəti haqqında 45-ci maddəsinin 4-cü bəndi: Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır tələblərini kobud surətdə pozmuşlar. Prokurorluq haqqında Azərbaycan Respublikası qanunun 4-cü, 5-ci; 11-1-ci, 17-ci, 20-ci maddələrinə əməl olunmamışdır.
3. Cavabdeh xx.xx.2023-cü il tarixli məhkəməyə ünvanlanan məktubunda bildirmişdir ki, vətəndaş X6 Baş Prokurorluğa daxil olmuş müraciəti oğlu İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq və DOST Agentliyindən qanunsuz olaraq işdən azad edilməsi barədə olduğundan aidiyyəti üzrə qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən subyektə deyil, «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə uyğun olaraq müraciətdə göstərilmiş xüsusatların araşdırılması və nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi üçün bu sahədə nəzarət funksiyasını həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Həmin qanunun 9.3.1-ci maddəsinə əsasən, dövlət orqanında korrupsiya ilə əlaqədar hüquqpozma ilə bağlı xidməti araşdırma aparıldıqdan sonra cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə, müvafiq sənədlər həmin dövlət orqanı tərəfindən Baş Prokurorluğa göndərilməlidir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi.
II. İddianın mümkünlüyü
6. İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
7. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
9. İddiaçı hazırkı iddia tələbi ilə korrupsiya cinayətlərinin törədilməsində iştirakı şübhə olunan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeliyində olan X2 vəzifəli şəxslərinin hərəkətlərindən şikayət edərək həmin cinayət faktlarının araşdırılması və müvafiq tədbir görülməsi üçün Baş Prokurorluq tərəfindən inzibati akt qəbul edilməsini məhkəmədən xahiş edir.
10. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.
11. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu:
4. Prokurorluğun fəaliyyət istiqamətləri Prokurorluq qanunla nəzərdə tutulmuş hallarda və qaydada: cinayət işi başlayır və ibtidai istintaq aparır, habelə korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirir; cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir; təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir; məhkəmədə iddia qaldırır (ərizə verir), mülki və kommersiya mübahisələrinə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir; məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını müdafiə edir; məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest verir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul edir; məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak edir.
17. Cinayət işinin başlanması, ibtidai istintaqın aparılması və cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi Prokurorluq Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda cinayət işləri başlayır və ibtidai istintaq aparır. Korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyataxtarış fəaliyyətini həyata keçirir. Cinayət təqibinin həyata keçirilməsini təmin etmək məqsədilə prokurorluq cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir, qanunların icrasına və tətbiqinə nəzarət edir, bu sahədə qanunvericilik aktlarının icra vəziyyətini öyrənir və ümumiləşdirir.
12. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1. Bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, qurumlar və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəni həyata keçirirlər. Korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratdıqda, korrupsiyaya qarşı mübarizəni qanunvericiliklə müəyyən edilmiş qaydada hüquq mühafizə orqanları həyata keçirirlər. 11.2. Cinayət tərkibi yaratmayan korrupsiya hüquqpozması törətmiş hüquqi şəxslər qanunla müəyyən edilmiş qaydada cərimə edilir. Cinayət tərkibi yaradan korrupsiya hüquqpozmasına görə hüquqi şəxslər barəsində qanunla müəyyən edilmiş qaydada cərimə və ya digər cinayət-hüquqi tədbirlər tətbiq edilir 11-1.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi formada verilə bilər. 11-1.8. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat idarə, müəssisə və ya təşkilatın rəhbəri ilə bağlı olduqda, məlumat verən şəxs həmin məlumatı idarə, müəssisə və ya təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxsə və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara təqdim etmək hüququna malikdir. Həmin orqanlar bu məlumatın qəbul edilməsini, qeydə alınmasını və bu Qanunda nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.
13. İddia ərizəsinin məzmunundan və iddiaçının izahatından görünür ki, iddia tələbi cavabdeh kimi Azərbaycan Respublikası Baş Prokurorluğuna yönəlmişdir, iddiaçının tələbi inzibati orqanın vəzifəli şəxslərinin cinayət prosessual fəaliyyəti ilə bağlıdır və iddiaçı ilə cavabdeh arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisədən söhbət gedə bilməz.
14. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi:
8. Cinayət mühakimə icraatının vəzifələri 8.0. Cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq;
15. Beləliklə, bu qəbildən olan işlərə məhz cinayət prosesi icraatı qaydasında baxılması müəyyən olunmuşdur. Bu baxımdan hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.
16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.1-ci bəndinə əsasən İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Qərarın 15.2-ci bəndinə əsasən bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Həmin Qərarın 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva