Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1464/2022 19.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı pul tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 9 saylı Cəzaçəkmə Müəssisəsinin 25.06.2021-ci il tarixli 17/24-1202 №li müşayiət məktubu ilə məhkəməyə daxil olmuşdur) məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ödənilməyən son haqqhesab və ona ödənilməyən-verilməyən digər ödənişlərin təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində xidmət etmişdir. Əmək kitabçası ondadır. Son haqqhesab alması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmişdir. 28 aprel 2021-ci il tarixli 045-12332T2F-3221 saylı məktubla ona işdən azad olunmağı bardə əmrdən çıxarış və ******* saylı əmək kitabçasının əsli təqdim olunmuşdur. Həmin müşaiyyət məktubunun 3-cü bəndində göstərilmişdir ki, onun arxiv şəxsi işində hesabat-təhvil vərəqəsi aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, sonuncu məhkəmə iclası 19.01.2022-ci il tarixə təyin edilmiş və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsitərəfindən məhkəməyə təqdim olunmuş 039-12821-1221 saylı 18.09.2021-ci il tarixli yazılı münasibətdə göstərilmişdir ki, iddiaçı Bakı şəhər Baş Polis İdarəsinin 2-ci Post-Patrul Xidməti Alayının şəxsi heyət üzrə 24 dekabr 1993-cü il tarixli 48 nömrəli əmrinə əsasən öz xahişi ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Eyni zamanda, vətəndaş İddiaçı daxili işlər orqanlarında işlədiyi müddətdə son haqq-hesab və əlavə iş saatlarına görə kompensasiyanın ödənilməsi barədə 28.01.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazilriyinə ünvanladığı müraciətinə Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə-plan şöbəsində baxılaraq ona, özünün və va səlahiyyətli nümayəndəsinin son iş yerindən (2-ci Post-Patrul Xidməti Alayının, hazırda Daxili işlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının kadr aparatından) xidmətdən tərxis olunması ilə bağlı müvafiq təhvil-təslim vərəqəsinin və əlavə xidməti iş saatları barədə təsdiqedici sənədləri təqdim etdikdən sonra kompensasiyanın ödənilməsi məsələsinə baxılacağı barədə cavab məktubu göndərilmişdir. Bundan başqa Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 12.04.2016-cı il tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi siyahısının 211-ci bəndinə əsasən əmək haqqı məsrəfləri üzrə məlumatlar, son haqq-hesabların verilməsi və digər Kimi işləri özündə əks etdirən sənədlərin saxlanma müddəti 5 il nəzərdə tutulur. Qeyd olunanlara əsasən iddia tələbinin mümkünsuz sayılması xahiş olunmuşdur. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, İddiaçı isə ərizə ilə məhkəməyə müraciət edərək, cəzaçəkmə müəssisəsində olduğu üçün məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyndən, məhkəmə İPM-nin 62.3 və 16.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 28 aprel 2021-ci il tarixli 045-13232/ƏF-3221 saylı məktubda qeyd olunmuşdur ki, arxiv şəxsi işindəki xidmət siyahısına əsasən tərtib olunmuş əmək kitabçası və işdən azad olunması barədə əmrdən çıxarş ona göndərilir. Eyni zamanda bildirilmişdir ki, arxiv şəxsi işində hesabat-təhvil vərəqəsi aşkar edilməmişdir. xx.xx.1963-cü il təvəllüdlü İddiaçı məxsus 27.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Kadrlar idarəsi tərəfindən doldurulmuş ******* №-li əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı 20.03.1984-cü il tarixdə Daxili İşlər Nazirliyi X3 xidmətə qəbul edilmişdir (DİN 273 BMİ əmr № 273, 17.03.1984-cü il); 20.12.1993-cü il tarixdə X1 xidmətdən xaric edilmişdir (PPXA əmr № 48 ş\h, 24.12.1993-cü il). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 10 iyun 2021-ci il tarixli 045-894F-3221 №li məktubda qeyd olunmuşdur ki, onun arxiv şəxsi işində təhvil-təslim vərəqəsi aşkar olunmamışdır. Qüvvədə olan müvafiq normativ sənədlərə əsasən təhvil-təslim vərəqəsi əməkdaşa xidmətdən xaric edilməsi barədə əmr imzalanan gün xidmət keçdiyi orqanın kadr aparatı tərəfindən verilir. Lakin, daxili işlər orqanlarında xidmətdən 1993-cü il tarixdə xaric edildiyini və həmin vaxtdan uzun müddət keçməsini nəzərə alaraq, xidmət etdiyi orqanın kadr aparatı tərəfindən təhvil-təslim vərəqəsinin ona verilib-verilməməsi ilə bağlı araşdırmanın aparılması imkan xaricindədir. İddia tələbindən məlum olur ki, hazırda iddiaçı cavabdeh inzibati orqan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə 1993-cü ildə X1 xaric olunarkən ona ödənilməyən son haqq hesab və verilməyən digər ödənişlərin ödənilməsi öhdəliyinin qoyulmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inizbati məhkəmə icraatı qaydasında baxılır) nəzərə aldıqda məlum olur ki, iddiaçının bu iddiası öhdəliyin icrası haqqında iddialara aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, "...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM- də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İpM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Lakin hazırki işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi 1993-cü ildə ödənilməyin son haqq hesab və ona verilməyən digər ödənişlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011 -ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının ödənilməyin son haqq hesab və ona verilməyən digər ödənişlərin ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı pul tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1464/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1464/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver