Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1464/2025 15.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteran adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteran adı və vəsiqəsinin verilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci ildə Cəbrayıl rayonunda doğulmuşdur. 1977-1979-cu illərdə hərbi hərbi xidmətdə olmuşdur. xx.xx.2020-xx.xx.2020ci il tarixlərində Vətən müharibəsi zamanı müharibə zonasında ambulans sürücüsü vəzifəsində olmuşdur. Bu barədə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “X7 Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 181 nömrəli arayışdan görünür ki, o, həqiqətən də, ikinci Vətən Müharibəsi uğrunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlərdə əsgər, zabit və şəhidlərin X7 Mərkəzində (müharibə vaxtı X7 Mərkəzi Hərbi Hospital kimi fəaliyyət göstərmişdir) daşınmasında iştirak etmişdir. 2-ci Qarabağ Müharibəsində aparılan əməliyyatlar zamanı yaralı əsgər və zabitlərin döyüş bölgəsindən çıxarılması və təxliyyə olunmasında iştirak etdiyinə görə müvafiq fəxri fərmanlarla təltif edilmişdir. Müharibə veteranı statusunun alınması məqsədi ilə ərizə ilə Müdafiə Nazirliyinə müraciət etmiş və Müdafiə nazirinin Katibliyi tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etmədiyinə, işləmədiyinə, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Hesab edir ki, cavabdehin qəbul etdiyi qərar qanunsuz və əsassızdır.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, işin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də, iddia əsaslı sayıla bilməz. İnzibati iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.2020-xx.xx.2020. xx.xx.2020-xx.xx.2020, xx.xx.2020xx.xx.2020 və xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə X7 Mərkəzinə ezamiyyətə göndərilmiş və ezamiyyətdə olduğu müddətdə sürücüsü olduğu ambulansla yaralı hərbi qulluqçuların diaqnostika mərkəzinə daşınmasında iştirak etmişdir. İddiaçı döyüş əməliyyatları zamanı hərbi qulluqçu statusuna malik olmamış və Müdafiə Nazirliyinin hər hansı bir hərbi hissəsinə ezam edilməmişdir. Bu səbəbdən də, ona “Müharibə veteranı adı və müvafiq veteran vəsiqələrinin verilməsi” üçün sənədlərinin razılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin birinci hissəsinin 8-ci, 9-cu və 10-cu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və ya istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyasının rəyinə əsasən verilir. Bununla yanaşı, Əsasnamənin 1-ci hissəsinin 9-cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Əsasnamənin müvafiq bəndindən də, göründüyü kimi, şəxslərə veteran adı və vəsiqəsi, .... hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin ezam olunduqları yerdən asılı olaraq aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Qeyd edilənlərdən göründüyü kimi, Müdafiə Nazirliyinin sözügedən inzibati işdə cavabdeh qismində iştirak etməsi bu Əsasnamənin tələblərinə ziddir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barəsində hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 2/2-4934 nömrəli məktubla imtina edilmişdir.
8. İddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin 24 və 25-ci səhifələrində qeyd edilmişdir ki, “X7 Mərkəzi”nin SSL-623 saylı, xx.xx.2020-ci il tarixli arayışına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərbi vəziyyətlə əlaqədar yararlı əsgərlərin və şəhidlərin təxliyəsi ilə məşğul olmuşdur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “X7 Mərkəzi” PHŞ-nin direktoru Ş.Şükürovun imzaladığı xx.xx.2021-ci il tarixli 181 nömrəli arayışa əsasən İddiaçı “Vətən müharibəsi” uğrunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlərdə əsgər, zabit və şəhidlərin X7 Mərkəzinə daşınmasında iştirak etmişdir.
9. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “X7 Mərkəzi” PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 78/51 nömrəli arayışa əsasən Bakı şəhər T.T.T.Y stansiyasında sürücü işləyən İddiaçı həqiqətən geniş miqyaslı əks hücum əməliyyatlarının həyata keçirilməsi zamanı 44 günlük vətən müharibəsi dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən yaralı hərbçilərin X7 Mərkəzinə təxliyyəsində nümunəvi xidmət göstərmişdir. Qeyd: xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixə kimi X7 Mərkəzi Vətən müharibəsi ilə əlaqədar olaraq Hərbi Hospotal kimi fəaliyyət göstərmişdir.
10. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “X7 Mərkəzi” PHŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 118 nömrəli arayışa əsasən İddiaçı oğllu həqiqətən xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2020-ci il və xx.xx.2020-xx.xx.2020-ci il tarixlərinə kimi cəbhə bölgəsi olan X7 Mərkəzi PHŞ-nin sərəncamına ezam olunaraq ön cəbhədən yaralı və şəhid hərbiçilərin təxliyyəsi ilə məşğul olmuşdur.
11. Bakı şəhəri Baş Səhiyyə İdarəsi X8 PHŞ-nin 77/K saylı, xx.xx.2020-ci il tarixli; 114/K saylı, xx.xx.2020-ci il tarixli; 87/K saylı, xx.xx.2020-ci il tarixli; 98/K saylı, xx.xx.2020ci il tarixli; 87/K saylı, xx.xx.2020-ci il tarixli əmrlərinə əsasən X8 PHŞ-nin sürücüsü İddiaçı müvafiq olaraq 02-03 oktyabr 2020-ci il tarixdən, 11 oktyabr 2020-ci il tarixdən, 14 oktyabr 2020-ci il tarixdən, 28 oktyabr 2020-ci il tarixdən və 11 noyabr 2020-ci il tarixdən döyüş zonası olan Füzuli, Ağdam və X3 sərəncamına ezam olunmuşdur.
12. Məhkəmənin sorğusuna əsasən “Füzuli Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş 19 mart 2025-ci il tarixli, 18-1-36/2-338/2025 nömrəli məktubla bildirilmişdir ki, X6 44 günlük vətən müharibəsi dövründə X7 Mərkəzinə yaralıların təxliyyəsi üçün ezam olunmuşdur. İşğaldan azad olunmuş ərazilərdən yaralı və şəhid hərbiçiləri Füzuli MDM və digər xəstəxanalara təxliyyə edilməsində iştirak etmişdir. Ezamiyyə və digər sənədlər mövcud olmadığı üçün həmin səndələrin təqdim edilməsi mümkün olmamışdır.
13. Məhkəmənin sorğusuna əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Respublika Təcili və X5 Mərkəzi” PHŞ tərəfindən verilmiş 02 may 2025-ci il tarixli, 18-1- 88/2-1436/2025 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı “Respublika Təcili və X5 Mərkəzi” publik hüquqi şəxsin Avtobazasında 1-ci dərəcəli təcili yardım sürücüsü vəzifəsində xx.xx.2009-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək işləmişdir. xx.xx.2020-xx.xx.2020-ci il və xx.xx.2020-xx.xx.2020-ci il tarixlərinə kimi X7 Mərkəzi PHŞ-nin sərəncamına əsasən ezam olunaraq, ön cəbhə bölgələri olan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində yaralı və şəhid hərbiçilərin təxliyyəsində iştirak etmişdir. Müvafiq əmrlərin surətləri məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə haqqında iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
19. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən müraciətinə hər hansı bir cavab verilməmişdir.
20. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
22. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanun: Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə": 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 1-ci hissəsinin ikinci bəndinin dördüncü yarımbəndində isə deyilir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.
24. Hazırkı işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə yönəlmişdir. İddiaçı Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etmədiyinə, Müdafiə Nazirliyində işləmədiyinə və hərbi hissəyə ezam olunmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur
25. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəməsi araşdırması zamanı müvafiq qurumlara sorğular verilmiş və həmin sorğulara əsasən, iddiaçı 44 günlük Vətən müharibəsi zamanı X8 PHŞ-nin sürücü kimi Füzuli, Ağdam və X2 sərəncamına ezam olunmuş, o. Füzuli. Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrut ərazilərində yaralı hərbiçilərin X7 Mərkəzinə təxliyyə edilməsində iştirak etmişdir. Bu hal, “Respublika Təcili və X5 Mərkəzi” PHŞ tərəfindən verilmiş cavab məktubu və həmin məktuba əlavə edilmiş ezamiyyə barədə əmrlər ilə də, öz təsdiqini tapmışdır. Belə ki, sözügedən əmrlərdən müəyyən edilmişdir ki, İddiaçı müvafiq olaraq 02-03 oktyabr 2020-ci il tarixdən, 11 oktyabr 2020-ci il tarixdən, 14 oktyabr 2020-ci il tarixdən, 28 oktyabr 2020-ci il tarixdən və 11 noyabr 2020-ci il tarixdən döyüş zonası olan Füzuli, Ağdam və X3 sərəncamına ezam edilmişdir. Beləliklə, iddiaçı döyüş bölgələrinə ezam olunaraq, yaralı hərbiçilər döyüş bölgələrindən daşıyaraq döyüş əməliyyatlarının təminatı ilə bağlı müvafiq tapşırıqları yerinə yetirmişdir.
26. Məhkəmə qeyd edir ki, hazırkı qərarın 23-cü bəndində qeyd edilən Əsasnaməyə əsasən, mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da əgər o döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuşdursa ona müharibə veteranı adı verilir.
27. Göründüyü kimi. iş materialları ilə təsdiq olunur ki, iddiaçı döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğundan hazırkı qərarın 23-cü bəndində göstərilən şəxslərin dairəsinə aiddir.
28. Belə olan təqdirdə, iddiaçının tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
29. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
30. Oxşar hüquqi mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)- 3069/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında sərgilənmişdir.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
33. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
34. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva