Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14642/2024 28.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı Şəhər İdarəsinə qarşı “məzuniyyət pulunun hesablaşdırılması və d” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı Şəhər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmək Məcəlləsini kobud şəkildə pozan "xxxx" MMC-nin qanun pozuntusuna yol verdiyi üçün qanuni cəzalandırılması və ona xəbərdarlıq edilmədən müqavilə müddəti bitməzdən qabaq qanunsuz işdən hesablaşdırılmadan hesablamadan (raşot pulu) məzuniyyət pulunun hesablaşdılırılmasını və yenidən işinin qanuni araşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02.11,2022-ci il tarixində "xxxx" MMC aramızda əmək müqaviləsi bağlayaraq montaj ustası kimi işləmişdir. Sözügedən şirkətdə 19 ay (bir il 7 ay) işlədiyi müddətdə heç bir əmək pozuntusuna yol verməmişdir. İşini layiqincə və vicdanla yerinə yetirmişdir. xx.xx.2024-cü il tarixində müqavilə müddətinin bitməsinə baxmayaraq "xxxx" MMC rəhbərliyi kobud şəkildə xx.xx.2024-cü il tarixində zəng edərək işdən çıxarılmağını və əmək müqaviləsinə xitam verilməsini ona bildirmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 rəsmi olaraq şikayə ünvanlamağına baxmayaraq, 11 sentyabr 2024-cü il tarixdə ona rəsmi qaydada məhkəməyə müraciət etməyi barədə məktub verildi. Həmin məktuba nəzər saldıqda görünür ki, Əmək Müfəttişliyi tərəfindən qanuni olaraq düzgün araşdırılma aparılmamışdır. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin bir bəndində əsasən əmək müqaviləsinin vaxtı qurtardıqdan 68-ci maddə əsasında müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinin müddətinin qurtarması xx.xx.2024-cü ildə bitirdi. Müqavilə müddəti bitməmişdən öncə müqavilə bağlayan işçiyə işə götürən qabaqcadan işinə müqaviləsinə xitam verilməsi barədə xəbərdar etməlidir. Bu barədə Əmək müqaviləsinə xitam verərkən işçilərin əmək məcəlləsinin Maddə 77 işçilərin təminatları haqqında qanuna nəzər salsaq Əmək məcəlləsinə əsasən işçiyə işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda belə işə götürən tərəfindən işçiyə rəsmi qaydada xəbərdar etməlidir. "xxxx" MMC-nin birinci pozuntusu onun müqavilə vaxtından qurtarmamışdan öncə onu xəbərdar etmədən onun işinə qanunsuz xitam vermişdir. Pozuntunun biri də bundan Əmək məcəlləsinə riayət etməyən "xxxx" onun heç bir əmək pozuntusu olmadan Əmək Məcəlləsinin 68-ci və 73-cü maddəsini rəhbər tutaraq müqaviləsinin vaxtı tamam olmadan qanunsuz şəkildə işinə xitam verilmişdir. Əmək məcəlləsinə əsasən işəgötürən tərəf müqaviləyə xitam Əmək məcəlləsinin 62-ci və 68-ci maddə 70 və 71-ci maddə 72-ci maddələrə əsasən işə götürən tərəfindən müqavilə müddəti çatmamış işçinin işinə xitam verə bilər. Əmək məcəlləsinin kobud şəkildə pozmadığı halda əmək müqavilənin vaxtından əvvəl xitam verilməsi qanunazidd və qeyri-qanunidir. Xəbəri olmadan razılaşmadan heç bir sənədlərə imza atmadan qanunsuz olaraq "xxxx" MMC onu Əmək Məcəlləsini kobud şəkildə pozaraq onu işdən çıxararaq işinə qanunsuz xitam verilmişdir. Bu barədə elektron sənədləri məhkəməyə təqdim edirəm. xx.xx.2024-cü il tarixində ona qarşı edilən haqsızlıq və Əmək Məcəlləsinə riayət etməyən "xxxx" MMC-dən əmək müfəttişliyinə şikayət etdi ki, cavabdeh orqan hüquqları kobud şəkildə pozulmuşdur, hüquqlarının müdafiə olunması üçün köməklik edilsin. Köməklik etmək əvəzinə araşdırmasını uzadaraq heç bir köməklik göstərilmədi və bildirildi ki, bu barədə məhkəməyə müraciət etsin. "xxxx" MMC tərəfindən kobud şəkildə Əmək Məcəlləsini pozaraq əmək müqaviləmin vaxtı bitmədən əvvəl əmək müqaviləsinə ona xəbərdarlıq etmədən xitam verilməsi və işçini işə götürən tərəfindən çıxarıldığı halda Əmək Məcəlləsinə uyğun olaraq haqq-hesab (raşot pulu) və məzuniyyətə çıxmayan işçiyə məzuniyyətə çıxmamışdırsa, məzuniyyət pulu ilə birlikdə hesablaşma ödəməlidir. "xxxx" MMC isə onun adına olan karta 500 manat cəmi haqq-hesab yəni (raşot pulu) hesablayıb ödəmişdir. "xxxx" MMC Əmək Məcəlləsinin qanunlarını kobud şəkildə pozmuşdur. "xxxx" MMC törətdiyi bu pozuntuya görə qanuni şəkildə cəzalanmalı və onun pozulmuş hüquqlarını məhkəmə tərəfində müdafiə olunaraq ödəniləsi olan məzuniyyət və raşot pulu hesablanıb ödənilməli olan məbləğ barəsində və "xxxx"-i qanuni cərimələnməsini öhdəliyi Əmək müfəttişliyinə həvalə edilsin. "xxxx" MMC-nin ona qarşı etdiyi qanunsuzluğun biri də onun əmək haqqı kartından xəbəri olmadan və əməkhaqqı kartını ona verilməzdən qabaq adına olan karta dəfələrlə 908 və 1293 manat dəfələrlə pul vurulub və çıxarılmışdır. Bankdan hesabdan çıxarışıda məhkəmədə təqdim edir. Əmək müfətdişliyindən aldığı məktuba nəzər salınsa "xxxx" MMC bildirmişdir ki, qısa müddətli guya müqavilə bağlanılıb. Sözügedən qısa müddətli müqavilələrə imza atmamışdır. Həmin müqavilələrdən onun xəbəri olmayıbdırsa, sənədlərə o imza atmamışdır. Təqdim etdiyi sənədlər əsasında məhkəmə xüsusi qərardad qəbul etməli və həmin qərardadı prokurorluğa göndərməli və sənədlərə saxta razılıq edən şəxslər cinayət məsuliyyətinə cəlb olunaraq prokurorluq tərəfindən cəzalandırılmalıdır. "xxxx" MMC-nin bir qanun pozuntusu da budur ki, onu və onun kimi işçiləri, deyil artıq saat işlədilməsi və artıq saat işlədib pulunun verilməməsidir. Buna dair şahidlərim də var, lazım olarsa şahidlər məhkəmə tərəfindən çağırılıb bu barədə "xxxx" MMC-nin ona qarşı etdiyi qanunsuzluq barədə Əmək Müfəttişliyinə şikayət etməyinə baxmayaraq Əmək Müfəttişliyi tərəfindən düzgün araşdırma aparılmamışdır. Əmək Müfəttişliyindən ona verilən cavaba nəzər salınsa, "xxxx" MMC Əmək Məcəlləsinin 68-ci maddəsinə uyğun olaraq düzgün qaydada çıxarıblar. "xxxx" MMC ilə bağladığı əmək müqaviləsi xx.xx.2024-cü ildə bitirdi. Həmin tarix vaxt çatmamış qanunsuz olaraq işdən çıxarılmışdır. "xxxx" MMC onu Əmək Məcəlləsinin 73-cü maddəsinə əsas gətirib çıxarılmışdır. 73-cü maddədən qabaq 72-ci maddə pozuntu olmalıdır və sonra 73-cü maddə əsasında işçiyə tədbir görülüb işdən çıxarılır. AA seriyalı 255298 saylı xx.xx.2012-ci il tarixli məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı 1992-ci il dən Laçın rayonundan məcburi köçkündür (hazırda məskunlaşdığı ünvan – Sabirabad rayonu). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-17-5/2-A-61998/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, ətraflı izahatı və əmək haqqı bank hesabından çıxarışı tərəfindən araşdırmaya təqdim edilmişdir. Müraciət ilə əlaqədar "xxxx" MMC-nin Bakı şəhəri, ünvan 4 ünvanına 3-17-5/2-56962/2024 nömrəli, xx.xx.2024-cü il tarixli (SS909118001 AZ) məktub göndərilmiş və araşdırmaya dair sənədlərin "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Lakin göndərilmiş məktub poçt xidmətinə məxsus F-20 formasında “köçüb” qeyd edilərək məktub geri qaytarılmışdır. Tərəfindən "PROES” MMC-nin Bakı şəhəri, Ələsgər Qayıbov küçəsi 10Q-də yerləşdiyi barədə verilən məlumatlar əsasında həmin ünvana 3-17-5/2-60263/2024 nömrəli. xx.xx.2024-cü il tarixli məktubla müraciət olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirən zaman "PROES” MMC arasında xx.xx.2022-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 3 ay müddətinə bağlanmış əmək müqaviləsinə müxtəlif vaxtlarda dəyişiklik edildiyi və həmin müqaviləyə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi, tərəfindən təqdim olunan əməkhaqqı bank hesabından çıxarışdan isə 522.39 manat son haqq-hesabının sonuncu iş günü ödənildiyi məlum olmuşdur. Lakin son haqq-hesabının düzgün hesablanıbödənilməsinə tərəfindən münasibət bildirmək mümkün olmamışdır. "xxxx" MMC tərəfindən tələb edilən sənədlər təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılaraq nəticəsi barədə məlumat veriləcəkdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 01.01,2025-ci il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının cavabdehə ünvanladığı, hazırkı iddia tələbinin əsasını təşkil edən müraciəti cavabdeh tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə cavablandırılmışdır. Bu hal iddiaçının özü tərəfindən iddia ərizəsinə əlavə etdiyi işin materialları ilə öz təsdiqini tapır. Məhkəmə müəyyən edir ki, cavabdeh inzibati orqan olsa belə, ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən deyil, iddiaçı ilə işəgötürəni arasındakı əmək münasibətlərindən irəli gəlir. Belə ki, X2 Xidmətinin Bakı Şəhər İdarəsiniun hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki tələblə məhkəmə müdafiəsi hüququ qanunvericiliklə müəyyən edilməmişdir. Belə ki, iddia tələbi cavabdeh inzibati orqanın üzərinə onun vətəndaş müraciəti əsasında vəzifələrinə (vətəndaşların müraciəti və tələbi əsasında işəgötürənin pozuntusuna yol verdiyi üçün qanuni cəzalandırılması və ya məzuniyyət pulunun hesablaşdılırılması) aid edilməyən öhdəliyin qoyulması ilə bağlıdır. Həmçinin iddiaçının hazırki tələblə iddia qaldırmaq üçün subyektiv hüququ (hüquqi marağı) müəyyən edilmir. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən olmadığından iddia mümkün sayılmamalıdır. İddiaçıya hüquq və azadlıqlarını pozan şəxslər və hallarla bağlı müki və cinayət hüququ ilə tənzimlənən hüquqi müdafiə vasitlərinin olması izah edilsin. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-14642/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14642/2024
28.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver