Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14645/2023 01.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdeh Xudiyev Cəlil Asim oglunun iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 1.350.000 manat məbləğində kompensasiya ödəmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan 0,48 ha torpaq sahəsi dövlət ehtiyacları üçün Fövqəladə Hallar Nazirliyinə verilmişdir. Qeyd edilən torpaq sahəsi Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən qeyri-yaşayış obyektinin tikintisi üçün iddiaçının adına Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli sərəncamı ilə sənədləşdirilərək verilmişdir. Təxminən 6 ay sonra 0,48 ha torpaq sahəsinin 0,30 ha hissəsi 9-cu mikrorayon ərazisində olan torpaq sahəsi ilə əvəzləşdirilərək, sonradan dövlət ehtiyacları üçün satın alınmış və kompensasiya ödənilməsi təmin olunmuşdur. Qalan 0,18 ha torpaq sahəsinin isə nə əvəzləşdirilməsi, nə də ki, əvəzinə kompensasiya ödənilməsi cavabdeh tərəfindən təmin olunmamışdır. Qeyd olunanlar iddiaçının Bakı şəhəri İcra Hakimiyyətinə etdiyi müraciətlərin cavablarında öz əksini tapmışdır (xx.xx.2023-cü il tarixli, 3-52/2-k-13/2-130/2-t/1 /2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 3-52/2-k-13-130/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 3- 52/2-k- 13/3-130/3-t/2/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 3-52/2-k-13/4-130/4/2023 nömrəli məktublar). İddiaçının ona kompensasiya ödənilməsi barədə müraciətinə Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 3-35/2-k-13-130/2023 saylı məktubu ilə imtina edilərək onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsindən tələb olunan müvafiq kompensasiya məbləği ayrıldığı təqdirdə kompensasiyanın verilməsi məsələsinə baxıla bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı yazılı hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin etirazında göstərilmişdir ki, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiya ödənilməsi” barədə tələbinə dair iş üzrə Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş məhkəmənin sərəncam və ona əlavə edilmiş sənədlərinə baxılmışdır. İddiaçı müraciəti əsasında onun Binəqədi rayonu, Novxanı kəndinin bağ massivindəki 0.48 ha torpaq sahəsi əvəzləşdirmə qaydasında Nizami rayonu, M.Əliyev küçəsinin kənarında qeyri-yaşayış tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 19 nömrəli sərəncamına əsasən vətəndaş İddiaçı adına sənədləşdirilmişdir. BŞİH başçısının xx.xx.2016-cı il tarixli 19 nömrəli sərəncamı ilə əvəzləşdirilmiş torpaq sahəsi digər torpaq sahəsi ilə üst-üstə düşdüyündən sözügedən sərəncam BŞİH başçısının xx.xx.2016-cı il tarixli 67 nömrəli sərəncamı ilə ləğv edilmişdir. Daha sonra vətəndaş İddiaçı BŞİH başçısına müraciət edərək, Binəqədi rayonu, Novxanı kəndi, Sarıqaya massivində ona məxsus özəl torpaq sahəsi Fövqəladə Hallar Nazirliyinin regional yanğından mühafizə deposunun tikilməsi üçün verildiyindən, torpağın əvəzləşməsi üçün Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən Binəqədi rayonu ərazisində təklif olunmuş 0.30 ha torpaqla əvəzləşdirilməsinə etiraz etmədiyini və təklif olunmuş yerə müvafiq sərəncam verilməsini xahiş etmiş, BŞİH başçısının xx.xx.2016-cı il tarixli 293 nömrəli sərəncamı ilə torpaq sahəsi əvəzləşdirilmişdir. Bir neçə il sonra BŞİH başçısının xx.xx.2018-ci il tarixli 300 nömrəli sərəncamı ilə vətəndaş İddiaçı dair BŞİH başçısının xx.xx.2016-cı il tarixli 293 nömrəli və xx.xx.2017-ci il tarixli 610 nömrəli sərəncamları ləğv edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, əvəzləşdirmə qaydasında ona ayrılmış torpaq sahəsinin Heydər Əliyev adına məscid kompleksinə verilməsi ilə əlaqədar ******* (bir milyon yeddi yüz əlli min) manat məbləğində kompensasiyanın ödənilməsinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli 2-1(81)- 4512/2018 nömrəli qərarı ilə İddiaçı cavabdeh BŞİH-nə qarşı iddia tələbi təmin edilmiş, ona ******* (bir milyon yeddi yüz əlli min) manat məbləğində kompensasiya ödənilməsi cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Vətəndaş İddiaçı ərizə ilə müraciət edərək, məhkəmə qərarı ilə müəyyən edilmiş ******* (bir milyon yeddi yüz əlli min) manat kompensasiya məbləğinin 850 000 (səkkiz yüz əlli min) manat hissəsindən imtina etdiyini və 900000 (doqquz yüz min) manat hissəsinin ödənilməsini xahiş etmişdir. Vətəndaşın ərizəsi nəzərə alınaraq, onunla BŞİH arasında xx.xx.2018-ci il tarixindən razılaşma protokolu imzalanmış və ******* (bir milyon yeddi yüz əlli min) manat kompensasiya məbləğindən razılaşdırılmış 900000 (doqquz yüz min) manat kompensasiya məbləği onun hesabına ödənilməklə məhkəmə qərarı icra edilmişdir. Həmçinin iddiaçı kompensasiyanın ödənilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmiş və Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının 3-52/2-K-13/5- 130/5/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə vətəndaşa cavab verilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 19 №-li sərəncamının surətindən görünür ki, vətəndaş X6, X7 notarial qaydada təsdiq olunmuş ərizələrini və İddiaçı xx.xx.2015-ci il tarixli, K-100-050 saylı müraciətini nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 143 saylı və xx.xx.2007-ci il tarixli, 218 saylı sərəncamları ilə, Binəqədi rayonu, Novxanı kəndinin bağ massivində ayrılmış torpaq sahələri, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 308 saylı sərəncamı ilə Binəqədi rayonu, Novxanı bağları massivində Fövqəladə Hallar Nazirliyinin X3, Yanğın Depo binalarının tikintisi üçün ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyündən, həmin 0,48 ha torpaq sahəsi əvəzləşdirmə qaydasında Nizami rayonu, M. Əliyev küçəsinin kənarında qeyri-yaşayış tikintisi məqsədilə İddiaçı adına sənədləşdirilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 293 nömrəli "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın deposunun tikintisi ilə əlaqədar vət. İddiaçı, vət. Z.İ.Səmədovaya və vət. S.İ.Əliyevaya ayrılmış torpaq sahələrinin əvəzləndirilməsi haqqında” Sərəncamının surətindən görünür ki, vətəndaş İddiaçı müraciətini, vətəndaş X6 və vətəndaş X7 notarial qaydada təsdiq olunmuş ərizələrini nəzərə alaraq, Binəqədi rayonu, Novxanı kəndinin şimalında, Novxanı bağlar massivində Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 308 saylı sərəncamına əsasən Fövqəladə Hallar Nazirliyinin yanğın deposunun tikintisi ilə əlaqədar olaraq, sözügedən ünvanda Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 143 saylı və xx.xx.2007-ci il tarixli, 218 saylı sərəncamları ilə həmin vətəndaşlara ayrılmış, mülkiyyətlərində olan (Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2009-cu il tarixli, Seriya MN № 0202548, Seriya MN № ******* və xx.xx.2009-cu il tarixli, Seriya MN № ******* saylı Çıxarışlar) torpaq sahələri Binəqədi rayonu, 9-cu mikrorayonun şimal-şərq hissəsində (yeni məsçid kompleksinin yaxınlığı) yerləşən 0,30 ha torpaq sahəsi ilə əvəzləşdirilməsi və orada fərdi yaşayış evlərinin tikintisinin layihələndirilməsi üçün iddiaçı S.S. Kərimova icazə verilmişdir. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının bir sıra sərəncamlarının ləğv edilməsi haqqında” xx.xx.2018-ci il tarixli, 300 saylı sərəncamından çıxarışa əsasən İddiaçı dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 293 saylı və xx.xx.2017-ci il tarixli, 610 saylı sərəncamları ləğv edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 610 nömrəli “Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 293 saylı Sərəncamında qismən dəyişiklik edilməsi haqqında” Sərəncamının surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 293 saylı Sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin Yanğın deposunun tikintisi ilə əlaqədar vətəndaş S.S. Kərimovun, vətəndaş Z.İ. Səmədovanın və vət. S.İ. Əliyevanın mülkiyyətində olan torpaq sahələri əvəzləşdirilərək, onların notariat qaydasında təsdiq olunmuş ərizələri əsasında 0,30 ha torpaq sahəsində fərdi yaşayış evlərinin tikintisinin layihələndirilməsi üçün vətəndaş S.S. Kərimova icazənin verilməsi qərara alınmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 07/24 №-li, 2007-ci il tarixli ayrıc aktından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 308 №-li sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinə Yanğın Depo binalarının tikintisi üçün Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndinin şimalında Novxanı bağlar massivində ayrılmış 0.5000 hektar torpaq sahəsinin cisgidə göstərilən sərhədləri təsdiq edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 16/09 №-li 2016-cı il tarixli ayrıc aktından görünür ki, Bakı Şəhər icra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 19 saylı sərəncamı ilə İddiaçı qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində ayrılmış 0.4800 hektar torpaq sahəsinin cisgidə göstərilən sərhədləri təsdiq edilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 16/77 №-li 2016-cı il tarixli ayrıc aktından görünür ki, Bakı Şəhər icra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 293 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evlərinin tikintisinin layihələndirilməsi üçün Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonun şimalşərq hissəsində (yeni məsçid kompleksinin yaxınlığı) ayrılmış 0.3000 hektar torpaq sahəsinin cisgidə göstərilən sərhədləri təsdiq edilmişdir. - Binəqədi rayonu, 9-cu mikrorayonun şimal-şərq hissəsində (yeni məsçid kompleksinin yaxınlığında) xx.xx.2016-cı il 293 saylı sərəncamın 18237 saylı inşaat pasportuna əsasən İddiaçı məxsus 12 metr hündürlük olmaq şərti ilə fərdi yaşayış evlərinin baş planından görünür ki, layihə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. - İddiaçı, X6 və X7 notariat qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, onlar Novxanı kəndində adına olan bağ sahəsinin torpağının əvəzləşdirilməsi məqsədi ilə müvafiq sərəncamın iddiaçının adına sənədləşdirilməsinə etiraz etməmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4512/2018 saylı, 12 noyabr 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonun şimal-şərq hissəsində əvəzləşdirmə qaydasında İddiaçı ayrılmış 0,30 ha torpaq sahəsinin Heydər Əliyev məscid kompleksinə verilməsi ilə əlaqədar 1750 000 (bir milyon yeddi yüz əlli min) manat məbləğində kompensasiya məbləğinin İddiaçı ödənilməsinin Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4512/2018 saylı, 12 noyabr 2018-ci il tarixli qərarının icra edilməsindən qismən imtina edilməsi haqqında xx.xx.2018-ci il tarixli razılaşma protokolundan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-4512/2018 saylı, 12 noyabr 2018-ci il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətindən kompensasiya olaraq tutulması qərara alınan 1 750 000 (bir milyon yeddi yüz əlli min) manat məbləğində kompensasiya məbləğinin 900 000 (doqquz yüz min) manatı Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait əsasında İddiaçı ödənilir. İddiaçı ona ödənilməli olan yerdə qalan 850 000 (səkkiz yüz əlli min) manat məbləğində kompensasiya məbləğindən imtina etməklə qərarın həmin hissədə icra edilməməsi ilə razılaşır. - xx.xx.2019-cu il tarixli ********** nömrəli, xx.xx.2019-cu il tarixli ********** nömrəli,xx.xx.2019-cu il tarixli ********** nömrəli ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən hər 300.000 manat olmaqla pul vəsaiti ödənilmişdir. - Cavabdehin xx.xx.2023-cü il tarixli 3-52/2-K-13/5-130/5/2023 nömrəli məktubundan görünür ki, “Sizin Nizami rayonu, M.Əliyev küçəsində yerləşən torpaq sahəsinə kompensasiyanın ödənilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, Bakı Şəhər icra Hakimiyyətinin başçısı tərəfindən Sizə və ailə üzvlərinizə məxsus, mülkiyyətinizdə olan 48 sot torpaq sahəsinin sərəncamları ləğv edilərək xx.xx.2006-cı il tarixli 308 saylı sərəncamla Fövqəladə Hallar Nazirliyinin X3, Yanğın Depo binalarının tikintisi üçün verilmişdir. Bakı Şəhər icra Hakimiyyəti xx.xx.2016-cı il tarixli, 19 saylı sərəncamı ilə adı çəkilən torpaq sahəsi Nizami rayonu, M.Əliyev küçəsində ayrıc aktı ilə Sizin adınıza sənədləşdirilməsi ilə bağlı sərəncam imzalanmışdır. Ayrılmış 48 sot torpaq sahəsinin 30 sotu 9-cu mkr ərazisində əvəzləşdirilərək sizə ayrılmış, sonradan məhkəmənin qərarına əsasən 30 sot torpaq sahəsinin kompensasiyası Sizin hesabınıza ödənilmişdir. Qalan 18 sot torpaq sahəsi isə nə əvəzləşdirilmiş, nədə ki, həmin torpaq sahəsinin kompensasiyası Sizə ödənilməmişdir. Nəzərinizə çatdırırıq ki, əvəzi ödənilməmiş 18 sot torpaq sahəsinin kompensasiyası Maliyyə Nazirliyi tərəfindən ayrıldığı təqdirdə Sizin hesabınıza ödəniləcəkdir. Eyni zamanda bildiririk ki, Sizin kompensasiya ödənilməsinə köməklik göstərilməsi ilə bağlı əvvəlki ərizələrinizə dəfələrlə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən cavablar verilmişdir.” - Cavabdehin xx.xx.2023-cü il tarixli 3-52/2-K-13/14-130/4/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, “Sizin Nizami rayonu, M.Əliyev küçəsinin kənarında yerləşən torpaq sahəsinə kompensasiyanın ödənilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 143 saylı və xx.xx.2007-ci il tarixli, 218 saylı sərəncamları ilə Sizə və ailə üzvlərinizə məxsus mülkiyyətinizdə olan 48 sot torpaq sahəsi sərəncamla ləğv edilmiş, onun əvəzində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 19 saylı sərəncamı ilə adı çəkilən torpaq sahəsi Nizami rayonu, M.Əliyev küçəsində əvəzləşdirilmişdir. Sonradan Sizə ayrılmış torpaq sahəsinin 30 sotu Binəqədi rayonu, 9-cu mkr ərazisində ayrılmış və məhkəmənin qərarı əsasında həmin torpaq sahəsinin kompensasiyası Sizə ödənilmişdir. Nəzərinizə çatdırırıq ki, qalan 18 sot torpaq sahəsinin dəyəri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vəsait ayrıldığı təqdirdə Sizin hesabınıza ödəniləcəkdir.” - Cavabdehin xx.xx.2023-cü il tarixli 3-52/2-K-13/3-130/3-t/2/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, “Sizin Nizami rayonu, M.Əliyev küçəsinin kənarında yerləşən torpaq sahəsinə kompensasiyanın ödənilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, Sizə məxsus olan Nizami rayonu, M.Əliyev küçəsində yerləşən 48 sot torpaq sahəsinin 30 sotu Binəqədi rayonu, 9-cu mkr ərazisində əvəzləşdirilmiş, sonradan 30 sot torpaq sahəsinə görə məhkəmə qərarına əsasən kompensasiya ödənilmişdir. Nəzərinizə çatdırırıq ki, 48 sot torpaq sahəsindən qalan 18 sot torpaq sahəsi heç bir torpaq sahəsi ilə əvəzləşdirilməmiş və həmin torpaq sahəsinə kompensasiya ödənilməsi həyata keçirilməmişdir.” - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-23/2-K-3-xxxx/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış və Administrasiyanın 2023-cü il 25 yanvar tarixli 1-1-23/2-K-127-130/2023 nömrəli məktubuna əlavə olunmuş müraciətinizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxaraq bildirir ki, həmin müraciətiniz baxılmaq üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Sizin şəxsi mülkiyyətinizdə olan torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dövlət ehtiyacları üçün geri götürüldüyünü, habelə müvafiq müraciətinizin baxılmaq üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərildiyini nəzərə alaraq, tələbinizlə əlaqədar Bakı Şəhər icra Hakimiyyətinə müraciət etməyiniz tövsiyə olunur.” - "xxxx" MMC tərəfindən verilmiş 20 nömrəli xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, M.Əliyev küçəsinin kənarında yerləşən ümumi sahəsi 0.48 ha torpaq sahəsinin hazırkı satış bazar qiyməti 5.280.000-5.760.000 AZN arasında qiymətləndilir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü Hazırki iddia tələbi ilə iddiaçı ona mülkiyyətində olmuş torpaq sahəsinin əvəzində kompensasiya ödəmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.4 və 2.2.7 maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) və inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası və kompensasiyanın ödənilməsi iddia növlərinə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya Qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası”na dair 1 saylı Protokol 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100.-ci maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “İnzibati icraat haqqında” Qanunun 89.1.-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2.-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Mülkiyyətin müdafiəsi ilə bağlı ümumi prinsiplər Avropa Məhkəməsinin presedent hüququnda ətraflı şəkildə müəyyən edilmişdir (bax Gladysheva, §§ 64-68). Avropa Məhkəməsi qeyd edir ki, “əmlak” anlayışı dövlətdaxili hüququn formal kvalifikasiyasını bildirən müstəqil anlayışdır. Bu o anlama gəlir ki, konkret iş bütün mövcud şərtlərlə birlikdə götürüldükdə ərizəçini Konvensiyanın 1-ci Paraqrafının 1-ci maddəsi ilə qorunan zəruri mənafe sahibinə çevirə bilirmi? (bax, məsələn, Öneryıldız Türkiyəyə qarşı (GC), no: 48939/99, paraqraf 124, CEDH 2004-Xİİ). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alğı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirir: 246.4.1. mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir; 246.4.2. torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür; 246.4.3. satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir. 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. 246.6. Torpağın alınmasından imtina hesab edilən hallarda, imtina edilmiş alınmanın obyekti olan torpağın ən azı 3 (üç) il ərzində alınmasına təkrar başlanıla bilməz. 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 247. Torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən kompensasiya 247.1. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 247.1.1. torpağın bazar qiymətinin müəyyən edilməsi; 247.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə, bərpa qiymətinin müəyyən edilməsi. 247.2. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət ehtiyacları üçün alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən, aşağıdakı amillər nəzərə alınır: 247.2.1. iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin; 247.2.2. ödəniləcək kompensasiya qiymətləndirilərkən, mövcud inflyasiya; 247.2.3. torpağın (tikilinin) “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş bazar qiyməti; 247.2.4. alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər; 247.2.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər; 247.2.6. alınma nəticəsində şəxs yaşayış, sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər. 247.3. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət ehtiyacları üçün alınan torpağa veriləcək kompensasiyanın məbləği müəyyən edilərkən, aşağıdakı amillər nəzərə alınmır: 247.3.1. alınmaya səbəb olan təcililiyin dərəcəsi; 247.3.2. alınmanın təsirinə məruz qalan şəxsin torpaqdan çıxmaqdan boyun qaçırması; 247.3.3. torpağın gələcəkdə istifadəsindən irəli gələ biləcək qiymətinin azalması; 247.3.4. torpağın gələcəkdə istifadəsindən irəli gələ biləcək qiymətinin artması; 247.3.5. alınan torpaqda hər hansı tikilinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri olan yenidən qurulmasına və kənd təsərrüfatı məqsədləri üçün torpaqda məhsulun davamlı becərilməsinə vəsait qoyuluşu halları istisna olmaqla “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq siyahıya alınma tarixindən sonra alınan torpağa sərf edilən yenidənqurma və digər əlavələrlə bağlı xərclər. 247.4. Dövlət ehtiyacları üçün alınan torpaqlara görə kompensasiya aşağıdakı formalarda ödənilir: 247.4.1. itirilmiş torpaqla müqayisə ediləcək keyfiyyətə, ölçüyə, istehsal potensialına malik olan torpaq sahəsi; 247.4.2. itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili; 247.4.3. kənd təsərrüfatı torpaqları itirildikdə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan torpaqdan əlavə kənd təsərrüfatı torpağında istifadə etmək üçün bitkilər və toxumlar; 247.4.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş ümumi istifadədə olan əmlakla bağlı təminatlar; 247.4.5. torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq, müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi; 247.4.6. yerdəyişmə nəticəsində azalmış və ya itirilmiş gəlirin təmin edilməsi və ya əvəz edilməsi üçün müəyyən müddətə ödənişlər; 247.4.7. itirilmiş torpaqda əldə edilən qida məhsullarının və ya əvvəllər belə qida məhsullarını əldə etmək üçün istifadə olunmuş itirilmiş gəlirin əvəzinə müəyyən müddət ərzində qida məhsulları ilə mütəmadi təchizat; 247.4.8. yerdəyişmə nəticəsində itirilmiş iş imkanlarının əvəz edilməsi məqsədi ilə iş əldə etmək üçün alınmanın təsirinə məruz qalan şəxslərə yeni vərdişləri aşılamaqla və ya torpağın alınması layihəsi nəticəsində açılan iş imkanlarından istifadə etməklə əlaqədar təlimin təmin edilməsi; 247.4.9. alınmanın təsirinə məruz qalan şəxslərlə alan orqan arasında müəyyən edilən və ya razılaşdırılan digər kompensasiya formaları. 247.5. Alınmanın təsirinə məruz qalan şəxs ona ödənilməli kompensasiyanın bir və ya daha çox növünü seçə bilər. 3.1. Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması.[4] 3.2. Torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. 6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra — alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. 6.2. Alan orqan müəyyənləşdirilərkən həmin orqanların qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətləri, onların təklif olunan layihənin həyata keçirilməsi üçün tələb olunan maliyyə və digər zəruri imkanları nəzərə alınmalıdır. 6.3. Müvafiq icra hakimiyyəti orqanı alan orqan tərəfindən bu Qanunun tələblərinə riayət olunmasını təmin etmək məqsədilə torpağın alınması ilə bağlı aşağıdakılarla məhdudlaşmayan müəyyən şərtlər irəli sürə bilər: 6.3.1. təklif edilən alınma ilə bağlı ictimai məsləhətləşmələrin keçirilməsi; 6.3.2. iddiaçıya təklif olunan kompensasiyaya əlavə olaraq ödəniləcək kompensasiyaların növlərinin və məbləğlərinin müəyyən edilməsi; 6.3.3. torpaqların dövlət ehtiyacları üçün alınması prosesinin icrası planı və ya onun bir hissəsi; 6.3.4. kompensasiyaların növlərinin, ödəniş formalarının və müddətlərinin müəyyən edilməsi. 6.4. Alan orqan torpağın alınmasının icrası ilə bağlı məsuliyyət daşıyır və torpağın alınması prosesində iştirak edən bütün digər orqanlar (təşkilatlar) tələb olunan müddət çərçivəsində alan orqan tərəfindən onlara edilmiş müraciətləri təmin etməlidirlər. 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.2. alınan torpağın və onunla yanaşı yerləşən torpağın, həmin torpaqlarda olan tikililərin və daşınar əmlakın bərpa qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiya ilə bağlı danışıqlarda köməklik göstərir; 23.1.4. alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; 23.1.6. zəruri hesab etdiyi hallarda bu Qanunun 75.8-ci maddəsinə uyğun olaraq təqdim edilmiş nəzarət orqanının təklifləri əsasında alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləğində dəyişikliklər edilməsi barədə qərar qəbul edir; 23.1.7. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın məbləği barədə qərarını alan orqana göndərir. 23.2. Alan orqan alınmanın təsirinə məruz qalan şəxslərin onlara ödəniləcək kompensasiyanın məbləğinə dair, habelə bu məbləğdə dəyişikliklər edilməsi barədə qiymətləndirmə komissiyasının qərarı ilə tanış olması üçün zəruri şərait yaratmalıdır. 24.1. Müstəqil qiymətləndirici hər bir torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təkliflərini bütün müvafiq sənədlərlə birlikdə qiymətləndirmə komissiyasına və nəzarət orqanına təqdim edir. 24.2. Nəzarət orqanı müstəqil qiymətləndiricinin təkliflərinə dair qiymətləndirmə komissiyasına yazılı qaydada münasibət bildirməli, hər hansı torpaq, torpaqda pay və ya daşınmaz əmlakla bağlı onun tövsiyə etdiyi qiyməti özünün mülahizəsinə görə bazar qiymətinə uyğunlaşdırmaq məqsədi ilə artırılmasını və ya azaldılmasını zəruri hesab etdiyi hallarda isə bu barədə əsaslandırılmış rəyini təqdim etməlidir. 24.3. Müstəqil qiymətləndiricinin təkliflərinə baxarkən nəzarət orqanı: 24.3.1. müvafiq icra hakimiyyəti orqanlarından, alan orqandan və ya torpağın alınması qrupundan özünün müəyyən etdiyi müddətdə əlavə məlumatın təqdim edilməsini tələb etmək; 24.3.2. zəruri hesab etdiyi hallarda alınmanın təsirinə məruz qalan, habelə digər aidiyyəti şəxslərlə və təşkilatlarla görüşmək, qiymətləndirmənin obyekti olan torpağın özü tərəfindən qiymətləndirilməsi məqsədilə onun hər hansı hissəsinə daxil olmaq hüququna malikdir. 24.4. Qiymətləndirmə komissiyasının bu Qanunun 23.1.7-ci maddəsinə uyğun olaraq müstəqil qiymətləndiricinin torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təkliflərinin, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyinin təhlili nəticəsində torpaq və digər əmlakın bazar qiyməti barədə qəbul etdiyi qərarı alan orqan tərəfindən bu Qanuna uyğun olaraq kompensasiyanın ödənilməsində istifadə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 19 №-li sərəncamı ilə vətəndaş X6, X7 notarial qaydada təsdiq olunmuş ərizələrini və İddiaçı xx.xx.2015-ci il tarixli, K-100-050 saylı müraciətini nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 143 saylı və xx.xx.2007-ci il tarixli, 218 saylı sərəncamları ilə, Binəqədi rayonu, Novxanı kəndinin bağ massivində ayrılmış torpaq sahələri, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 308 saylı sərəncamı ilə Binəqədi rayonu, Novxanı bağları massivində Fövqəladə Hallar Nazirliyinin X3, Yanğın Depo binalarının tikintisi üçün ayrılmış torpaq sahəsi ilə üstüstə düşdüyündən, həmin 0,48 ha torpaq sahəsi əvəzləşdirmə qaydasında Nizami rayonu, M.Əliyev küçəsinin kənarında qeyri-yaşayış tikintisi məqsədilə iddiaçının adına sənədləşdirilmişdir. Daha sonra Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 293 nömrəli "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın deposunun tikintisi ilə əlaqədar vət.İddiaçı, vət.Z.İ.Səmədovaya və vət. S.İ.Əliyevaya ayrılmış torpaq sahələrinin əvəzləndirilməsi haqqında” Sərəncamı ilə iddiaçının müraciətini, vətəndaş X6 və vətəndaş X7 notarial qaydada təsdiq olunmuş ərizələrini nəzərə alaraq, Binəqədi rayonu, Novxanı kəndinin şimalında, Novxanı bağlar massivində Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 308 saylı sərəncamına əsasən Fövqəladə Hallar Nazirliyinin yanğın deposunun tikintisi ilə əlaqədar olaraq, sözügedən ünvanda Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 143 saylı və xx.xx.2007-ci il tarixli, 218 saylı sərəncamları ilə həmin vətəndaşlara ayrılmış, mülkiyyətlərində olan (Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2009-cu il tarixli, Seriya MN № 0202548, Seriya MN № ******* və xx.xx.2009-cu il tarixli, Seriya MN № ******* saylı Çıxarışlar) torpaq sahələri Binəqədi rayonu, 9-cu mikrorayonun şimal-şərq hissəsində (yeni məsçid kompleksinin yaxınlığı) yerləşən 0,30 ha torpaq sahəsi ilə əvəzləşdirilməsi və orada fərdi yaşayış evlərinin tikintisinin layihələndirilməsi üçün iddiaçıya icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 610 nömrəli “Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 293 saylı Sərəncamında qismən dəyişiklik edilməsi haqqında” Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 293 saylı Sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin Yanğın deposunun tikintisi ilə əlaqədar vətəndaş S.S. Kərimovun, vətəndaş Z.İ.Səmədovanın və vət.S.İ.Əliyevanın mülkiyyətində olan torpaq sahələri əvəzləşdirilərək, onların notariat qaydasında təsdiq olunmuş ərizələri əsasında 0,30 ha torpaq sahəsində fərdi yaşayış evlərinin tikintisinin layihələndirilməsi üçün vətəndaş S.S. Kərimova icazənin verilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 07/24 №li, 2007-ci il tarixli ayrıc aktından göründüyü kimi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 308 №-li sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinə Yanğın Depo binalarının tikintisi üçün Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndinin şimalında Novxanı bağlar massivində ayrılmış 0.5000 hektar torpaq sahəsinin cisgidə göstərilən sərhədləri təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 16/09 №-li 2016-cı il tarixli ayrıc aktı ilə Bakı Şəhər icra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 19 saylı sərəncamı ilə İddiaçı qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində ayrılmış 0.4800 hektar torpaq sahəsinin cisgidə göstərilən sərhədləri təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 16/77 №-li 2016-cı il tarixli ayrıc aktı ilə Bakı Şəhər icra Hakimiyyətinin xx.xx.2016cı il tarixli, 293 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evlərinin tikintisinin layihələndirilməsi üçün Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonun şimal-şərq hissəsində (yeni məsçid kompleksinin yaxınlığı) ayrılmış 0.3000 hektar torpaq sahəsinin cisgidə göstərilən sərhədləri təsdiq edilmişdir. Binəqədi rayonu, 9-cu mikrorayonun şimalşərq hissəsində (yeni məsçid kompleksinin yaxınlığında) xx.xx.2016-cı il 293 saylı sərəncamın 18237 saylı inşaat pasportuna əsasən İddiaçı məxsus 12 metr hündürlük olmaq şərti ilə fərdi yaşayış evlərinin baş planından görünür ki, layihə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının bir sıra sərəncamlarının ləğv edilməsi haqqında” xx.xx.2018-ci il tarixli, 300 saylı sərəncamı ilə İddiaçı dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 293 saylı və xx.xx.2017-ci il tarixli, 610 saylı sərəncamları ləğv edilmişdir. Bundan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4512/2018 saylı, 12 noyabr 2018-ci il tarixli qərarı ilə iddiaçının tələbi təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonun şimal-şərq hissəsində əvəzləşdirmə qaydasında İddiaçı ayrılmış 0,30 ha torpaq sahəsinin Heydər Əliyev məscid kompleksinə verilməsi ilə əlaqədar 1 750 000 (bir milyon yeddi yüz əlli min) manat məbləğində kompensasiya məbləğinin İddiaçı ödənilməsinin Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4512/2018 saylı, 12 noyabr 2018-ci il tarixli qərarının icra edilməsindən qismən imtina edilməsi haqqında xx.xx.2018-ci il tarixli razılaşma protokoluna görə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4512/2018 saylı, 12 noyabr 2018-ci il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətindən kompensasiya olaraq tutulması qərara alınan ******* (bir milyon yeddi yüz əlli min) manat məbləğində kompensasiya məbləğinin 900000 (doqquz yüz min) manatının Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait əsasında İddiaçı ödənilməsi barədə imzalanmış, İddiaçı ona ödənilməli olan yerdə qalan 850000 (səkkiz yüz əlli min) manat məbləğində kompensasiya məbləğindən imtina etməklə qərarın həmin hissədə icra edilməməsi ilə razılaşmışdır. xx.xx.2019-cu il tarixli ********** nömrəli, xx.xx.2019-cu il tarixli ********** nömrəli,xx.xx.2019-cu il tarixli ********** nömrəli ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən pul vəsaiti iddiaçıya ödənilmişdir. İddiaçı qalan 0,18 ha torpaq sahəsinə ona kompensasiya ödənilməsi ilə baglı müraciət etmiş, lakin cavabdehin imtina məktublarından da göründüyü kimi qalan 18 sot torpaq sahəsinin nə əvəzləşdirildiyi, nədə ki, həmin torpaq sahəsinin kompensasiyasının ona ödənilmədiyi, əvəzi ödənilməmiş 18 sot torpaq sahəsinin kompensasiyasının Maliyyə Nazirliyi tərəfindən ayrıldığı təqdirdə onun hesabına ödəniləcəyi bildirilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddiaçıya məxsus torpaq sahəsinin dəyəri bazar qiymətinə əsasən 0.48 ha alınmaya məruz qalmış torpaq sahəsinə görə tam şəkildə ödənilməli idi. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246-cı maddəsinə əsasən Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərarın qəbul edildiyi, həmin qərarın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıgı, bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərildiyi, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alğı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqanın 90 (doxsan) təqvim günü ərzində mülkiyyətçiyə torpağın dəyərinin tam ödənildiyi, torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirlərin görüldüyü işin hallarından müəyyən edilmir. Bu zaman həmin Məcəllənin 247.-ci maddəsinə görə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği torpağın bazar qiymətinin müəyyən edilməsi və ya torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə, bərpa qiymətinin müəyyən edilməsi üsullarla hesablanmalı idi. Bundan əlavə dövlət ehtiyacları üçün alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən, aşağıdakı amillər nəzərə alınmalı idi: iddiaçıya ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin; ödəniləcək kompensasiya qiymətləndirilərkən, mövcud inflyasiya; torpağın (tikilinin) “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş bazar qiyməti; alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər; alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər; alınma nəticəsində şəxs yaşayış, sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər (m. 247.2.1.- 247.2.6.) Bu zaman iddiaçı hətda 247.5.-cü maddəyə görə alınmanın təsirinə məruz qalan şəxs olaraq ona ödənilməli kompensasiyanın bir və ya daha çox növünü seçə bilərdi. İşin hallarından həmçinin qiymətləndirmə komissiyasının yaradılması və müstəqil qiymətləndiricinin torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təkliflərinin, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyinin təhlili nəticəsində torpaq və digər əmlakın bazar qiyməti barədə qəbul etdiyi qərarın oldugu da müəyyən edilmir. Cavabdeh tərəfindən də bu barədə məhkəməyə hər-hansı sübut təqdim edilməmişdir. Beləliklə hazırki iş üzrə cavabdehin hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetirilir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malikdir. Məhkəmə bir daha qeyd edir ki, iddia ərizəsində irəli sürülən tələbin cavabdehin hərəkəti ilə vurulduğu zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut oldugundan cavabdeh mülki hüquq məsuliyyəti daşıyır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, dəyəri ədalətli olaraq ödənilmədən mülkiyyətin əldən alınması adətən ictimaiyyətin ümumi maraq tələbləri ilə şəxsin fundamental hüquqlarının müdafiəsinə dair tələbləri arasında ədalətli tarazlığın (balansın) yaranmasını qeyri-mümkün edəcək və şəxsin üzərinə qeyri-mütənasib yük salacaq (bax X4rşı, 9 Dekabr 1994, § 71, A Seriyaları, no. 301-A, və Yunanıstanın əvvəlki Kralı və qeyriləri Yunanıstana qarşı (GC), no. 25701/94, § 89, AİHM 2000-Xİİ). Mülkiyyətin alınması ilə bağlı oxşar işlərdə Məhkəmənin presedentinə əsasən, qeyd olunan tarazlıq mülkiyyətçiyə onun əmlakı alınan zaman bazar qiymətinə uyğun hesablanan kompensasiya ödənildikə əldə olunur (bax Pincova və Pinc Çexiya Respublikasına qarşı, no. 36548/97, § 53, AİHM 2002-Vİİİ; Vistins və Perepyolkins Latviyaya qarşı, § 111; və QuisoQalisay İtaliyaya qarşı (GC), no. 58858/00, § 103, 22 Dekabr 2009). Kompensasiyanın məbləği mülkiyyətdən məhrum edilmə tarixində hesablanmalıdır. Vistins və Perepyolkins Latviyaya qarşı işdə (§ 118 və 180) Məhkəmə nəzərə aldı ki, ərizəçi torpaq sahəsini çox ucuz qiymətə əldə etmişdir və dövlət orqanları prinsip etibarı ilə həmin sahənin tam bazar qiymətinin kompensasiya olaraq ödənilməməsi barədə qərar verərkən haqlı olmuşlar. Lakin Məhkəmə hesab etdi ki, 122 Lit məbləğində kompensasiyanın ödənilməsi ərizəçinin əmlakından məhrum olması ilə bağlı neqativ (mənfi) nəticələri kifayət qədər azaltmamışdır (yumşaltmamışdır). Odur ki, iddia üzrə iddiaçının əmlakının qabaqcadan əvəzi ədalətli kompensasiya edilmədən cavabdeh tərəfindən alındıgından iddiaçıya dəymiş zərər aglabat qiymətlərə uyğun olaraq hesablanmalıdır. İddiaçının təqdim etdiyi "xxxx" MMC tərəfindən verilmiş 20 nömrəli xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə görə Bakı şəhəri, M.Əliyev küçəsinin kənarında yerləşən ümumi sahəsi 0.48 ha torpaq sahəsinin hazırkı satış bazar qiyməti 5.280.000-5.760.000 AZN arasında qiymətləndilir. Yəni 1 sotun qiymətinin 110.000 manat oldugu hesablanmışdır. Delikt törətmiş qarşı tərəf bu məbləğə dair hər-hansı etiraz və əkssübut təqdim etməmişdir. Lakin məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən milli qanunvericiliyin normalarına və Avropa Məhkəməsinin present hüququna əsaslanaraq ictimayyətin ümumi maraqları və şəxsin fundamental hüquqlarının müdafiəsi ilə bağlı maraqları arasında “ədalətli tarazlığın” (balansın) əldə olunmalıdır. (Urbarska X1rşı, no. 74258/01, § 126, 27 Noyabr 2007; Pirantiene Litvaya qarşı, § 68; və Albegras və Arlauskas Litvaya qarşı, § 74) Odur ki, əmlakın qiyməti əmlak saytlarında olan həmin ərazidə olan torpaq sahəsinə görə əks olunmuş orta qiymətlər əsas götürülməklə (bina.az, əmlak.az və s. saytlara görə axtarışın nəticələri üzrə 1 sotu 19.444 manat) hesablanmaqla 0,18 ha torpaq sahəsinə görə 350.000 (üç yüz əlli min) manat məbləğində kompensasiya iddiaçıya ödənilməlidir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçıya məxsus olmuş alınmaya məruz qalmış 0,18 ha torpaq sahəsinə görə 350.000 (üç yüz əlli min) manat məbləğində kompensasiyanın İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunmalı, qalan hissədə iddia təmin eilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16-cı, 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
NƏTİCƏVİ HİSSƏ:
İddia tələbi qismən təmin edilsin. Alınmaya məruz qalmış 0,18 ha torpaq sahəsinə görə 350.000 (üç yüz əlli min) manat kompensasiya məbləginin İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan inzibati rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4
Hakim Mehriban Qarayeva