Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14652/2025 10.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair üzrə iş materiallarına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “Əmək Müfəttişliyi tərəfindən müraciəti üzrə tədbir görülməməsinin və hərəkətsizliyin qanunsuz hesab edilməsinə; Hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətləndirilməsi üçün təkrar təhqiqat aparılması barədə cavabdehə göstəriş verilməsinə; İşəgötürənin məsuliyyətə cəlb edilməsinin tanınmasına dair cavabdehin konkret hüquqi qiymətləndirmə verməsinin təmin edilməsinə; Əmək Müfəttişliyi tərəfindən işəgötürənə qarşı tətbiq edilmiş inzibati tənbeh (cərimə) aktının və əlaqəli sənədlərin ona təqdim olunmamasının qanunsuz hesab edilməsinə; Cavabdehin məlumat verməkdən imtinasının qanunsuzluğunun tanınmasına; müvafiq sənədlərin ona rəsmi surətdə təqdim olunması barədə cavabdehə göstəriş verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, 21 aprel 2025-ci il tarixində əmək fəaliyyəti zamanı - iş prosesində Kürdəmir rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır. Hadisə zamanı xidməti vəzifəsini yerinə yetirirdi. Bu səbəbdən həmin hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətləndirilməlidir. Bununla bağlı X4 Xidmətinə rəsmi müraciət etmişdir. Aldığı məlumata görə, qurum tərəfindən işəgötürənə qarşı inzibati xəta üzrə cərimə tətbiq olunub. Lakin bütün müraciətlərinə baxmayaraq, cavabdeh bu qərarı və əlaqəli sənədləri ona təqdim etməkdən imtina edir. ƏƏSMN, Əmək Müfəttişliyində dəfələrlə qəbulda olmuşdur, lakin nəticə yoxdur. Yaxınlaşan kimi polisi çağırıb onu ordan uzaqlaşdırırlar. Belə ki, hələ 21 yanvar, 11 fevral, 12 fevral, 2 mart tarixlərində qrup rəhbərinə, digərlərinə təkərlə bağlı müraciətlər ünvanlasa da bildiriblər ki, təkər yoxdur. Bu şəkildə təhlükəsizlik qaydaları pozulmaqla, bir parça çörək qazanmağa məcbur buraxılmışlar. İstismar müddəti bitmiş avadanlıqlar vasitəsilə sürücülərin həyat təhlükəyə girməklə insanın həyatı bu ölkədə bu məmurlar tərəfindən dəyərsizləşdirmişlər. Həmçinin şirkət öz xərclərini azaldıb çox qazanmaq üçün digər qanun pozuntularına da yol verib. Belə ki, dəfələrlə yük avtomobilin "Vegol" adlandırılan hissəsi qızıdırılaraq təmir edilmişdir. Lakin bu hissəninn qızdırılması qanunusuzdur və əslində yenisi ilə əvəz olunmalıdır. Buna görə də 2-3 dəfə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Bundan əlavə qanun pozuntusu odur ki, bu şirkətin yük avtomobilləri günün istənilən saatında qoyulan şəhərə daxil olma daydalarını pozaraq daxil olmuş, bildirmişdirlər ki, problem yoxdu, onlara olar. Bunu təsdiq edən sübutu var. Hadisə zamanı xəsarət aldığı üçün 24 aprel 2025-ci ildə "Yeni klinikaya " gedib yoxlamadan keçdiyi halda sonradan qarnında yırtıq olması ilə bağlı uzinin cavabını götürməyə getsə də bildirdilər ki, rəy yoxdur. Rəy kimin vasitəsilə, necə yoxa çıxarılıb heç kim demədi. Bununla bağlı Yeni klinikanın rəhbərliyi susdu. Şirkətin qanunsuz olaraq “Qaçqınkomla “ əlbir olan korrupsiya faktları, şirkətin yük maşınlarının günün istənilən vaxtında səhərə daxil olmaları və s. Bütün bunlar həm də Əmək Müfəttişliyi tərəfindən araşdırılıb. Əmək Müfəttişliyinin məktubunda göstərilir ki; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin tabeliyində olan X2 dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/1-41640/2025 nömrəli məktubunda Sizin yol- nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı üzrə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə məlumat daxil olmadığı və qeyd edilənlərlə bağlı hər hansı bir araşdırma aparılmadığı qeyd olunmuşdur. “Yeni Klinika" X9inin xx.xx.2025-ci il tarixli 3- 17-5/1-42826/2025 nömrəli məktubunda onların təngənəfəslik, qarında məhdud şişkinlik şikayəti ilə xx.xx.2025-ci il tarixdə Klinikaya müraciət etdiyi, müvafiq müayinələrdən sonra "R10.4 Qarın nahiyəsinin digər və dəqiqləşdirilməmiş ağrıları" ilə yanaşı diaqnozu qoyulduğu və idarəetdiyi yük avtomobilinin aşması nəticəsində başqalarının köməyi ilə avtomobildən çıxarıldığını ilk öncə özünü yaxşı hiss etsədə daha sonra təngənəfəslik, qarında məhdud şişkinlik şikayətlərinin yarandığını bildirdiyi və onun Klinikada müayinə olunarkən alkoqollu içkilər, narkotik vasitələr, psixotrop, toksik və digər zəhərli maddələr aşkar olunmadığı, "Əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqəsi"nin açılmadığı qeyd edilmişdir. “Respublika Təcili və X1 Mərkəzi” X9inin xx.xx.2025-ci il tarixli 3-17-5/1- 42906/2025 nömrəli məktubda adına 21 aprel 2025-ci il tarixdə Mərkəzi Çağrı Xidmətinə (103) çağırış daxil olmadığı qeyd edilmişdi. Düşünür ki, video DİN arxivində hələ də mövcuddur və tələb edilsə gətirilə bilər. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Mərkəzi Aran regional şöbəsi iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-17-5/2-B-66382/2025 nömrəli görünür ki, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli 73/25 nömrəli məktub və ona əlavə edilmiş sənədlərdə Cəmiyyətin işəgötürəni ilə arasında xx.xx.2024-cü tarixdə sürücü vəzifəsinə işə qəbul edildiyini, xx.xx.2025-ci il tarixdə yönləndirilmiş sifarişin icrası məqsədi ilə istifadəsində olan “X8 Yük” markalı 99 GE894 dövlət qeydiyyat nişanlı yəhərli dartıcı tipli nəqliyyat vasitəsi ilə hərəkətdə olan idarəetməsi nəticəsində yol nəqliyyat hadisəsi törətdiyini və nəticədə 166 şirkətin nəqliyyat vasitəsinə və eyni zamanda digər nəqliyyat vasitələrinə xəsarət yetirdiyini və beləliklə şirkətə maddi ziyan vurulduğu qeyd olunmuşdur. Həmçinin məktubda baş verən hadisədə təqsirli olmağı ARİXM-nın 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə İXP7065282 saylı, xx.xx.2025-ci il tarixli protokol ilə öz təsdiqini tapdığını və xəsarət almağı ilə bağlı qeyd etdiyi məlumat həqiqəti əks etdirmədiyini, Cəmiyyət tərəfindən təcili yardımın çağırılması təklif olunsada səhhətində heç bir problem olmadığını, buna görədə təcili tibbi yardımın çağırılmasında heç bir zərurətin olmadığını qeyd etmişdir. Nazirliyin 4 saylı Dost Mərkəzinə verdiyi xx.xx.2025-ci il tarixli izahatında xx.xx.2025-ci il tarixində saat 18:40 radələrində hadisənin Kürdəmir rayonunun Qarabucaq kənd ərazisində baş verdiyini yüklənmiş kübrəni Şəmkir rayonunda olan digər şirkətə çatdırmalı olduğunu, həmin tarixdə Güzdək ərazisində Cəmiyyətə məxsus anbara 12:00-da çatdığını, nəqliyyat vasitəsinin yükləndiyini heç bir heç bir texniki baxış keçirilmədən həmin istiqamətdə yola düşdüyünü, hadisənin baş vermə səbəbinin yük maşının təkərin partlaması olduğunu xx.xx.2025-ci il tarixdə yol patrul xidmətinin əməkdaşları tərəfindən evə yola saldığını, xx.xx.2025-ci il tarixdə saat 19:55 radələrində səhhətinin pisləşməsinə görə təcili tibbi yardım mərkəzinin 103 qaynar xəttinə müraciət etdiyini, Sabunçu rayon tibb mərkəzinə göndərəcəklərini bildiklərinə görə özü imtina etdiyini və xx.xx.2025-ci il tarixdə “Yeni klinika” PHŞ-yə müraciət etdiyini qeyd etmişdir. Yeni klinika” PHŞ-nin xx.xx.2025-ci il tarixli 3-17-5/1-42826/2025 nömrəli məktubunda tənginəfəslik qarnında məhdud şişkinlik şikayəti ilə xx.xx.2025-ci il tarixdə Klinikaya müraciət etdiyini, müvafiq müayinələrdən sonra “R10.4 Qarın nahiyəsinin digər və dəqiqləşdirilməmiş ağrıları” ilə yanaşı diaqnoz qoyulduğu və onun bildirildiyinə görə idarəetdiyi yük avtomobilinin aşması nəticəsində başqalarının köməyi ilə avtomobildən çıxarıldığını ilk öncə yarandığını bildirdiyi və klinikada müayinə olunarkən alkoqollu içkilər narkotik vasitələr psixotrop , toksik və digər zəhərli maddələr aşkar olunmadığı, “Əmək qabiliyyətinin müvəqqəti olmaması vərəqəsi” nin açılmadığı qeyd edilmişdir. Respublika Təcili və X1 Mərkəzi phş-nın xx.xx.2025-ci il tarixli 3-17-5/1-42906/2025 saylı məktubda adına xx.xx.2025-ci il tarixdə Mərkəzi Çağrı Xidmətinə çağırış daxil olmadığını qeyd etmişdir. Kürdəmir rayon Mərkəzi Xəstəxanası phş xx.xx.2025-ci il tarixli 3-17-5/1-34529/2025 nömrəli məktubunda xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Kürdəmir rayon Mərkəzi Xəstəxanası phşə e-təbib portalı xəstəxana idarəetmə sistemində ambulator və ya stasionar müraciətinin olmaması qeyd etmişdir. ARİXM 555.1-ci maddəsinə əsasən işəgötürən X3 barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamışdır. ARDİN Baş İstintaq və Təhqiqat idarəsinin tabeliyində olan X2 dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/1-41640/2025 nömrəli məktubla yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı üzrə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə məlumat daxil olmadığı və qeyd qeyd edilənlərlə baölı hrə hansı bir araşdırma aparılmadığı qeyd olunmuşdur. Toplanmış sənədlərə və alınmış izahata əsasən aldığı xəsarət nəticəsində əmək qabiliyyətini bir gündən artıq müddətdə itirmədiyindən və ya tibbi rəy əsasında gündən artıq müddətə başqa işə keçirilmədiyindən baş vermiş hadisə ARNK-nın xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş ”İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 2.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə iz formalı aktla rəsmiləşdirilmir və uçota alınmır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 016052 nömrəli yükə dair əmtəə nəqliyyat qaiməsindən görünür ki, 166 nömrəli daşıma şirkətinin 99GE894 nişanlı avtombili ilə İddiaçı Bərdə-Ağdam istiqamətində mal daşıması həvalə olunmuşdur. İş materiallarında olan Bakı yeni Klinikanın Ambulator xəstənin tibbi kartasından xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, R10.4 –Qarın nahiyəsinin digər və dəqiqləşdirilməmiş ağrıları diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 xx.xx.2025-ci il tarixli 18-1-86/2-B-42-275/2025 saylı məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı xx.xx.2025-ci il tarixdə X5 Yardım Poliklinika şöbəsinə müraciəti zamanı TTTY həkimi Fəxriyyə Quliyevanın qəbulunda olmuş, müvafiq müayinələrdən sonra Ona "R06.0 - Təngnəfəslik (töyşümə)’ diaqnozu və “R10.4 - Qarın nahiyəsinin digər və dəqiqləşdirilməmiş ağrıları" ön diaqnozu qoyulmuş, barəsində Tam Abdomen USM müayinəsi icra olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından göründüyü kimi, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Kürdəmir Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, "... inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. ” Göründüyü kimi, İPM-in 12.1 -ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1 -ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı müraciəti üzrə tədbir görülməməsinin və hərəkətsizliyin qanunsuz hesab edilməsinə, hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətləndirilməsi üçün təkrar təhqiqat aparılması barədə cavabdehə göstəriş verilməsinə; İşəgötürənin məsuliyyətə cəlb edilməsinin tanınmasına dair cavabdehin konkret hüquqi qiymətləndirmə verməsinin təmin edilməsinə; Əmək Müfəttişliyi tərəfindən işəgötürənə qarşı tətbiq edilmiş inzibati tənbeh (cərimə) aktının və əlaqəli sənədlərin ona təqdim olunmamasının qanunsuz hesab edilməsinə; cavabdehin məlumat verməkdən imtinasının qanunsuzluğunun tanınmasına; müvafiq sənədlərin ona rəsmi surətdə təqdim olunması barədə cavabdehə göstəriş verilməsinə dair qarışıq tələblər irəli sürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın təsdiq edilməsi haqqında 28 fevral 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 2.1-ci bəndinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatı müvafiq komissiya tərəfindən aparılır. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən təhqiqat komissiyasının yaradılmasına əsas bədbəxt hadisə barədə X4 Xidmətinə işəgötürən tərəfindən verilən məlumat ola bilər. Əgər gizlədilmiş bədbəxt hadisə halı dövlət nəzarət orqanları, həmkarlar təşkilatı tərəfindən aşkar edilərsə və yaxud belə məlumat mətbuatdan, radio və televiziya proqramlarından, digər mənbələrdən daxil olarsa, bədbəxt hadisənin gizlədilmə səbəbləri X4 Xidməti tərəfindən araşdırılır və lazımi hallarda işəgötürənin iştirakı olmadan bu Qaydalara müvafiq bədbəxt hadisənin təhqiqatının aparılmasını təşkil edir İş materialından göründüyü kimi, işəgötürən tərəfindən hadisə barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə məlumat verilmədiyindən, barəsində inzibati xəta üzrə müvafiq icraat başlanmışdır. İddiaçının hüquqi marağı, yəni konkret halda hüquqi müdafiəyə ehtiyacı nəqliyyat hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətləndirilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, əhqiqat aktı işəgötürənlə işçi arasında əmək müqaviləsi münasibətlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi zamanı baş vermiş bədbəxt hadisə zamanı işəgötürən (onun vəzifəli şəxsləri) və zərərçəkən (zərərçəkənlər) tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericilik aktlarının, qaydaların, vəzifə (peşə) üzrə təlimatların hansı nisbətdə pozulmasını müəyyən etdiyinə görə, bununla razılaşmayan tərəflərin həmin aktla bağlı iddialarına mülki mühakimə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Tesnifatı»na müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu halın özüdə hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmasına əsas ola bilməz. Çünki, həmin qurumun tərtib etdiyi təhqiqat aktı ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmadığından və həll etmədiyindən, həmin sənəd inzibati akt hesab olunmur. Təhqiqat aktının iddiaçı üçün müəyyən öhdəliklər yarada biləcəyi həqiqətdir. Lakin həmin təhqiqat aktı əsasında yarana biləcək hər hansı öhdəlik tərəflər arasında münasibətləri nizama salan əmək qanunvericiliyinin pozulmasından yaranan mülki hüquqi öhdəlik ola bilər. Bu hal özüdə onu göstərir ki, təhqiqat aktı tərəflər arasında yaranan mülki-hüquqi münasibətlərin həll edilməsində (təqsirkarın olub-olmaması və ya kim olması) əhəmiyyət kəsb edir. Məhz elə qeyd olunan səbəblərdən adı çəkilən akta dair iddialara baxmaq umumi məhkəmələrinin səlahiyyətlərindəndir. Məhkəmə hesab edir ki, iddianın mümkün sayılmaması iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1, 2, 3, 16 və 35- ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aydın Babayev
Məhkəmə qərarları › İş №2-1(112)-14652/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14652/2025
10.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver