Məhkəmə qərarları › İş №2-1(112)-1466/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1466/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1466/2021 17.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 57 yaşının tamam olduğu vaxtdan, yəni xx xxxxxxxx 2018-ci il tarixindən hesablanmaqla ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xx.xx.2018-cı il tarixdə 57 yaşı tamam olmuşdur. O, “xxxx” Qapalı Səhmdar Cəmiyyətində xx.xx.1982-ci il tarixdən xx.xx.2013-cü il tarixinədək işləmişdir, onun xx.xx.2006-cı il dövrə qədər ümumi iş stajı 25 il 10 ay 29 gün, xüsusi stajı isə 23 il 10 ay 29 gün təşkil edir. Buna görə də cavabdeh orqana ona 57 yaşının tamam olduğu tarixdən hesablanmaqla pensiya təyin edilməsi üçün müraciət etmişdir və ona 2020-ci il 12 avqust tarixində poçtla aldığı imtina cavabı verilmişdir. Cavabdeh orqan ona qarşı haqsızlıq edərək qanunazidd imtina edir, xüsusi iş stajının olmadığını bildirir. Cavabdeh orqan bildirmişdir ki, onun işlədiyi vəzifələr xüsusi iş stajına daxil edilmir. Halbuki xx.xx.1982-ci ildən xx.xx.199N-cü ilədək ADYP QSC-nin Biləcəri deposunda buxar təsərrüfatının operatoru, qazanxana maşinisti vəzifələrində işləmişdir, bu vəzifə Azərbaycan Respublikası NK-nin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “21N00000” şifrəli Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlı 13-cü bölməsinin “21N0000a—13785” şifrəli “qazan maşinistləri” bəndinə aiddir. Belə ki, “maşinist-koçeqar” vəzifəsi- qazanxana maşinisti vəzifəsi, qazan maşinistlərinə aid olan vəzifədir. O, həmin işlərdə işləmişdir, ona iş yerindən arayış təqdim edilib, cavabdeh orqan isə gördüyü işlərin nə olduğunu bilmədiyi üçün qanunazidd imtina edir. xx.xx.199N-cü ildən xx.xx.2010-cu il tarixinədək kanalizasiya xətlərinin çirkab sulardan təmizlənməsi işləri ilə məşğul olmuşdur, bu vəzifə Azərbaycan Respublikası NK-nin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahısının “23200000” şifrəli “Ümumi peşələr” adlı 33-cü bölməsinin “23200000— 18NN8” şifrəli “yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərində fəhlələr” bəndinə aiddir. “23200000—18NN7” şifrəli bənd “yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları” adlanır, cavabdeh orqan isə həmin bəndi cavab məktubunda qəsdən təhrif etmişdir. Cavabdeh iddia tələbinə etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddia edir ki, onun işləmiş olduğu peşələr ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsasdır və ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməlidir. İş materiallarından olan “xxxx” QSC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 3 saylı arayışdan qeyd olunur ki, iddiaçı xx.xx.1982-xx.xx.199N-cü illər ərzində “buxar təsərrüfatının operatoru, qazanxana maşinisti”, xx.xx.199N-xx.xx.2010cu illər ərzində “kanalizasiya xətlərinin çirkab sulardan təmizlənməsi üzrə maşinist” peşələrində işləmişdir. xx.xx.1982-xx.xx.199N-cü illər ilə bağlı qeyd edilir ki, iddiaçının işləmiş olduğu sahə qeyd olunan Siyahıda göstərilən sahəyə aid deyil. xx.xx.199Nxx.xx.2010-cu illər ilə bağlı isə iddiaçının işləmiş olduğu peşə (istehsalatların, binalarda və digər obyektlərdə çirkab suların təmizlənməsi) Siyahıdakı peşə (23200000—18NN7 yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa islərinin çilingərləri və ustaları) ilə üst-üstə düşmür. Bundan başqa iddiaçının HT1101820 nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.199N-cü ildən dəmir yolları su təchizatında maşinist işləmişdir. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə tələb edilən güzəştli iş stajı olan 12 il 6 ayı tamamlamamışdır. Bu mənada ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinin müddəalarını iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki. hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. ƏPQ-nin 9.8-ci maddəsi iddiaçıya pensiya təyin edilərkən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiq edilməli olmasını nəzərdə tutmur. Həmin maddə yalnız 2 şərtə/sığorta hadisəsinə münasibətdə tələblərin “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun əsasında müəyyənləşdirilə biləcəyini ehtiva edir. Bunlar yaş və staj şərtləridir/sığorta hadisələridir (57 yaş və 25 il ümumi, 12,5 il güzəştli staj). Bu səbəbdən də qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X6 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər (2 il 1 ay 02 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - “xxxx” QSC-nin Texniki Xidmət və İstismar İdarəsi tərəfindən verilmiş 03 №-li, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı xxxxnın X3 xx.xx.1982-ci il tarixdənxx.xx.199N-cü il tarixinədək buxar təsərrüfatının operator, qazanxana maşinisti vəzifələrində, xx.xx.199N-cü il tarixdən xx.xx.2010-cu il tarixənədək kanalizasiya xətlərinin çirkab sulardan təmizlənməsi üzrə 6-cı dərəcəli maşinisti vəzifəsində işləmişdir. Göstərilən iş yeri, vəzifə və peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 13-cü bölməsinin “a” yarımbölməsinin, 21N0000a şifri ilə operator-fəhlə vəzifəsində, 21NN0000a-13785 şifri ilə qazan maşinisti vəzifəsində, 33-cü bölməsinin 23200000-18NN8 şifri ilə fəhlə vəzifəsində şifri ilə fəhlə vəzifəsində istehsalatların, binalarda və digər obyektlərdə çirkab suların təmizlənməsi işlərini, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 21.N-cü bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, binalarda və digər obyektlərdə çirkab suların təmizlənməsi işlərini, tam iş rejimində işləməsi ilə əlaqədar olaraq İddiaçı güzəştli şərtlə yaşa görə pensiyaya çıxmaq hüququ verir. - “xxxx” QSC tərəfindən verilmiş NÜA-M/N №-li, xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, araşdırılmış arxiv sənədlərinə əsasən İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci ilədək Şirvan Vaqon depo buxar təsərrüfatında 3-cü dərəcəli operator, xx.xx.1982-ci ildən xx.xx.1990-cı ilədək N-cü dərəcəli maşinist-oçaqçı, xx.xx.1990-cı ildən xx.xx.199N-cü ilədək Bakı şöbəsi Baş su təhcizatı distansiyasının qazanxana təsərrüfatında 6-cı dərəcəli maşinist ocaqçı, xx.xx.199N-cü ildən xx.xx.2010-cu ilədək Şirvan qazanxana təsərrüfatında 6-cı dərəcəli maşinist ocaqçı, xx.xx.2010-cu ildən xx.xx.2013-cü ilədək Təmir tikinti departamentinin Bakı-Abşeron su təchizatı sahəsində 6cı dərəcəli maşinist vəzifəsində işləmişdir. - İddiaçı məxsus əmək kitabçasının notarial qaydada surətindən görünür ki, iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək (2 ay 15 gün) xxxx Biləcəri stansiyası vaqon deposunda operator, xx.xx.1982-ci ildən xx.xx.1988-ci ilədək (6 il 3 ay 16 gün) operator, xx.xx.1988-ci ildən xx.xx.1991-ci ilədək (3 il 3 ay 1 gün) ocaqçı, xx.xx.1991-ci ildən xx.xx.199N-cü ilədək (2 il 11 ay 1 gün) maşinist – ocaqçı, xx.xx.199N-cü ildən xx.xx.1997ci ilədək (2 il 10 ay 1 gün) maşinist, xx.xx.1997-ci ildən xx.xx.2010-cu ilədək (12 il 8 ay 1 gün) 6-cı dərəcəli maşinisit, xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək Az DY. Dəmiryollarının və Texniki Qurğularının təmir-tikinti Departamentinin H.Z.Tağıyev çeşidləmə su təchizatı sexinin istilik qazanxanasında 6-cı dərəcəli maşinist (03 il), xx.xx.2016-cı ildən xx.xx.2018-ci ilədək N №-li hərbi hissədə dülgər (02 il N ay N gün), xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək Ekoloqiya və Təbii Sərvətlər Nazirliyinin “xxxx” ASC-nin 6 saylı Yaşıllaşdırma İdarəsində bağban (06 ay 11 gün) vəzifələrində işləmişdir. xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissədə xarici su xətlərinin təmrçi-çilingər vəzifəsinə işə qəbul edilmişdir. - “xxxx” QSC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, N0005 №-li məktubdan görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək “xxxx” QSC-nin Biləcəri lokomotiv deposunun Buxar təsərrüfatında 6-cı dərəcəli operator, xx.xx.1982-ci il tarixindən xx.xx.1990-c il tarixinədək Biləcəri lokomotiv deposunda N-cü dərəcəli qazanxana maşinisti, xx.xx.1990-cı il tarixindən xx.xx.199N-cü il tarixinədək Bakı baş su təchizatı bölməsində 6-cı dərəcəli qazanxana maşinisti, xx.xx.199N-cü il tarixindən xx.xx.2010-cu il tarixinədək Şirvan qazanxana sahəsində 6-cı dərəcəlli qazanxana maşinisti peşəsində işləmişdir. Qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriçilərin Siyahısı”na daxildir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış xx xxxx 2020-ci il tarixli, **********5 №-li məktubdan görünür ki, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli ərizələrinə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirilir ki, idarəyə təqdim etdiyi “xxxx” QSC-nin Texniki Xidmət və İstismar İdarəsinin ona dair xx xxxxxx 2019-cu il tarixli, 3 nömrəli arayışında xx.xx.1982-xx.xx.199N-cü il tarixləri arasındakı dövr ərzində xxxxnın XN buxar təsərrüfatının operatoru, qazanxana maşinisti işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriçilərin Siyahısı”nda göstərilən sahəyə aid deyil. Bundan başqa xx.xx.199N-xx.xx.2010-cu il tarixləri arasındalı dövr ərzində kanalizasiya xətlərinin çirkab sulardan təmizlənməsi üzrə maşinist işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi vəzifə Siyahıda qeyd edilən vəzifəyə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı xx xxxxxx 2006-cı il tarixinədək 12 il 6 aydan az təşkil edir. Eyni zamanda bildirilir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 26509,56 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23021,16 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:

1. İddiaçının 57 yaşının tamam olması;

2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırılması zamanı İddiaçı xx.xx.2006-cı ilədək ümumi iş stajı hərbi xidmət dövrü də daxil olmaqla 25 ildən çox, yəni 26 il 5 gün olsa da güzəştli iş stajı 12 il 6 aydan az, yəni 6 il 2 ay 1 gün olması (əmək fəaliyyəti dövründə işlədiyi yalnız ocaqçı vəzifəsi (xx.xx.1988-xx.xx.199N-cü illər üzrə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriçilərin Siyahısı”nın 21.N-cü bəndinə uyğundur) müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qanunla tələb olunan ümumi iş stajı yaransa da tələb olunan güzəştli iş stajı olmadığından cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 5N0-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar