Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-14660/2025 15.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin “əmək pensiyasının yenidən hesablanması” haqqında **********7 nömrəli, xx.xx.2021-ci ilin tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçıdan pulun tutulmasının cavabdehə qadağan edilməsi, tutulmuş pul vəsaitinin geri qaytarılması” tələbi barədə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin “əmək pensiyasının yenidən hesablanması” haqqında **********7 nömrəli, xx.xx.2021-ci ilin tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçıdan pulun tutulmasının cavabdehə qadağan edilməsi, tutulmuş pul vəsaitinin geri qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, eləcədə formalaşmış məhkəmə təcrübəsinə zidd olaraq **********7 nömrəli, xx.xx.2021-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması” barədə qərarın qəbul edilməsi olmuşdur. Belə ki, keçmiş həyat yoldaşı X12 2016-cı il 11 may tarixdə vəfat etmişdir. Onların birgə nikahdan Esmiralda adlı övladları doğulmuşdur. Uşaq hazırda onun himayəsindədir. O sabiq dövlət qulluqçusunun övladı kimi uşağa ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh orqan müraciətinin təmin olunmasından imtina etmişdir. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 04 sentyabr tarixli, 2-1(112)-4340/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, mərhum X1 dövlət qulluqçusu olması nəzərə alınaraq yetkinlik yaşına çatmayan övladı 2014-cü il 05 dekabr tarixdə doğulmuş X6 ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanaraq təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021 -ci il 11 mart tarixli, 2-1(103)- 315/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 04 sentyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra cavabdeh həmin qərardan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1171/21 saylı, 30.06.21-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmayaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021 -ci il 11 mart tarixli, 2-1 (103)-315/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra cavabdeh inzibati orqan qanunsuz olaraq **********7 nömrəli, xx.xx.2021-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması” barədə qərar qəbul etmişdir. Həmin qərarda qeyd edilmişdir ki, hazırkı pensiya məbləği 355,02 manatdır, yenidən hesablanmış pensiya məbləği 279,40 manat təşkil edir. Hesab edir ki, cavabdehin pensiyasının yenidən hesablanması barədə qərar qanunsuz və əsassızdır. Cavabdehə bununla əlaqədar müraciət olunmuş, cavabdeh tərəfindən müraciətə cavab məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli 2-1 (102)-1171 /2021 nömrəli qərarına uyğun olaraq 11 may 2016-cı il tarixindən övladı X3 görə ödənilən əmək pensiyası 11 may 2016-cı il tarixindən yenidən hesablanmış, nəticədə xx.xx.2016-xx.xx.2017- ci il tarixləri arasındakı dövr ərzində 9315,25 manat, xx.xx.2017xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə 3057,24 manat artıq pul vəsaiti ödənildiyindən ümumilikdə 12372,49 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin pul vəsaitinin 2196,72 manat hissəsi xx.xx.2017-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hər ay 40,68 manat olmaqla əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilmişdir. Hazırda qalıq artıq ödəmə 10175,77 manat təşkil edir. Pensiyanın yenidən hesablanması zamanı azaldılmasından öncə, cavabdeh tərəfindən inzibati icraat barədə məlumatlandırılmamış, inzibati icraatda iştirakı, həmçinin mənim dinlənilmə hüququm təmin edilməmiş, aparılan icraat “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparılmamış, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı dəyişdirmiş, bu barədə ona yalnız müraciətindən sonra məktubla məlumat verməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pul vəsaitinin geri qaytarılmasını tələb etmiş, bununla da qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Halbuki, cavabdeh iddiaçıya ödənilən pensiya ödənişinin məbləğinin azaldılması məsələsini həll edərkən “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Göründüyü kimi pensiya məbləği heç bir əsaslı səbəb olmadan azaldılmış, tutulmalar aparılmışdır. Halbuki, azaldılmanın nə ilə bağlı olduğu ona məlum olmamışdır. Odur ki, pensiyanın azaldılması və tutulma aparılması qanunsuz və əsassızdır. Cаvаbdеh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.7.1-ci və 20.7.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyalarına əsasən hakim kimi yaşa görə və ya əlilliyə görə əmək pensiyası hakim vəzifəsində 5 il və daha yuxarı iş stajı olan şəxsə münasibətdə təyin edilirdi. İddiaçı mərhum həyat yoldaşı X7 hakim kimi iş stajı 5 ildən az (2 il 7 ay 7 gün) olduğu halda qanunvericiliyə zidd olaraq iddiaçının Fondun Nəsimi rayon şöbəsi tərəfindən 11 may 2016-cı il tarixindən övladına X4 görə Qanunun 20.7-1-ci maddəsinə əsasən sabiq hakimin ailə üzvü kimi ailə başçısını itirməklə əlaqədar əmək pensiyası təyin edilmişdir. Bununla əlaqədar sözügedən rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2016-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində 8198,79 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin pul vəsaiti 1 sentyabr 2017-ci il tarixindən hər ay 40,68 manat olmaqla əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının 30 iyun 2021-dı il tarixli 2-1 (102)-1171/2021 nömrəli Qərarına uyğun olaraq 11 may 2016-cı il tarixindər İddiaçı övladı E.Həsənovaya görə ödənilən əmək pensiyası 11 may 2016-cı il t rixindən yenidən hesablanmışdır. Nəticədə xx.xx.2016-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində ona artıq ödənilmiş pul vəsaitinin 8198,79 manat deyil, 9315,25 manat olduğu müəyyən edilmişdir. Bundan başqa, 11 may 2016-cı il tarixində mərhum X12 vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 295,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 29.50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat, müavinətlərin cəminə görə əlavəsi 110,63 manat olmaqla orta aylıq əmək haqqısı 490,13 təşkil etmişdir. Bununla əlaqədar mərhuma ödənilməli olan əmək pensiyası Qanunun 20.11.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 9 il 4 ay 8 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (490,13 manat) 53 faizi-259,77 manat məbləğində hesablanmalı olduğu halda, Qanunun 20.13-cü maddəsinə əsasən əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının (259,77 manat) 80 faizi-207,81 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2017-xx.xx.2018-ci tarixləri arasındakı dövr ərzində ümumilikdə 1246,86 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 3013,86 manat ödənilmişdir. Buna görə də həmin dövr üzrə ona 1767,00 manat artıq pul vəsaiti ödənilmişdir. Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək teyin edilmmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası'nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zaman, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqca (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla, onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavs ıi almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar mərhum M.Qasımovanın 9 il 4 ay 8 gün dövlə qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 31,11 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən mərhum M.Qasımovanın vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 325,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 32,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 121,88 manat olmaqla orta aylıq əmək haqqısı 534,38 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək mərhumun vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (490,13 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (534,38 manat) arasındakı fərq məbləğinin (44,25 manat) 31,11 faizi-13,76 manat 1 mart 2018-ci il tarixinədək hes, blanmış pensiyasının (259,77 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 273,53 manat müəyyən edilmişdir. Həmin Qanunun 20.13-cü maddəsinə əsasən əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının (273,53 manat) 80 faizi-218,83 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2018-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üzr; 256,16 manat, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üzrə isə 215,45 manat məbləğində müəyyən edilmişdir. Buna görə də həmin dövr üzrə iddiaçıya 102,00 manat artıq pu vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən mərhum M.Qasımovanın vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 490,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 49,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 183,75 manat olmaqla orta aylıq əmək haqqısı 777,75 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci i 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək mərhumun vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (534,38 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (777,75 manat) arasındakı fərq məbləğinin (243,37 manat) 31,11 faizi-75,71 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (273,53 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 349,4 manat müəyyən edilmişdir. Həmin Qanunun 20.13-cü maddəsinə əsasən əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının (349,24 manat) 80 faizi- 279,40 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr üzrə 273,32 manat, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövr üzrə 318,69 manat, xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə isə 355,02 manat məbləğində müəyyən edilmişdir. Buna görə də həmin dövrlər üzrə ümumilikdə 1188,24 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2016-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində 9315,25 manat, xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə 3057,24 manat artıq pul vəsaiti ödənildiyindən ümumilikdə 12372,49 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin pul vəsaitinin 2196,72 manat hissəsi xx.xx.2017-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hər ay 40,68 manat olmaqla iddiaçının əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilmişdir. Hazırda iddiaçıya qalıq artıq ödəmə 0175,77 manat təşkil edir. İddiaçı M.X18 xx.xx.2021-ci il tarixli **********7 nömrəli əmək pensiyasının yenidən hesablanması barədə Qərarın ləğv edilməsini xahiş etmişdir. 11 may 2016-cı il tarixində mərhum X12 vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 295,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 29,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 110,63 manat olmaqla orta aylıq əmək haqqısı 490,13 manat təşkil etmişdir. Qanunun 11 may 2016-cı il tarixində qüvvədə olan redaksiyasına əsasən dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanmalıdır. Belə ki, mərhuma ödənilməli olan əmək pensiyası 9 il 4 ay 8 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (490,13 manat) 53 faizi-259,77 manat mabləğində hesablanmalıdır. X19 tərəfindən Qanunun 20.13-cü maddəsinə əsasən əmək mərhuma ödənilməli olan əmək pensiyasının (259,77 manat) 80 faizi-207,81 manat məbləğində hesablanmışdır. Odur ki, Mərkəzi Filial əvvəlki qərarı yanlış olduğundan, əmək pensiyasının düzgün hesablanması üçün **********7 nömrəli xx.xx.2021-ci ilin tarixli yenidən hesablama qərarı ilə qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının əmək pensiyasını düzgün hesablanmışdır. Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 8.1. –ci maddəsinə əsasən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu, iddiaçının yaşayış yeri üzrə qeydiyyatı və cavabdehin olduğu yer Bakı şəhəri olduğundan, tərəflər arasında mübahisəyə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı tərəfindən iddia müddətinə əməl edilmiş sayılır, beləki mübahisələndirdiyi qərar iddiaçıya məhkəmə prosesi gedişatında təqdim edilmişdir. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. Cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İnzibati iş materiallarında olan: AZE seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. AZ-İ seriyalı 932974 №-li “nikah haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı və X12 arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Həsənov, qadına Qasımova soyadı verilmişdir. AZ-İİİ seriyalı 465153 №-li “doğum haqqında şəhadətnamə”dən görünür ki, X9 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası X10r. AZ-İ seriyalı 773612 №-li “ölüm haqqında şəhadətnamə”dən görünür ki, X12 xx.xx.2016-cı ildə ölmüşdür. Bakı İnzibati Məhkəməsinin 201(112)-4330/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən, mərhum X2 dövlət qulluqçusu olması nəzərə alınaraq yetkinlik yaşına çatmayan övladı 5 dekabr 2014-cü il tarixdə doğulmuş X6 ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanaraq təyin edilməsi öhdəliyi DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İddiaçının müraciətinə əsasən cavabdeh inzibati orqan tərəfindən verilmiş 25 fevral 2022-ci il tarixli **********6 №-li cavab məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1 -ci və 20.7.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyalarına əsasən hakim kimi yaşa görə və ya əlilliyə görə əmək pensiyası hakim vəzifəsində 5 il və daha yuxarı iş stajı olan şəxsə münasibətdə təyin edilirdi. Mərhum həyat yoldaşı X7 hakim kimi iş stajı 5 ildən az (2 il 7 ay 7 gün) olduğu halda qanunvericiliyə zidd olaraq ona Fondun Nəsimi rayon şöbəsi tərəfindən 11 may 2016-cı il tarixindən övladı X3 görə “Əmək pensiyaları haqqında” Qanunun 20.7-1 -ci maddəsinə əsasən sabiq hakimin ailə üzvü kimi ailə başçısını itirməklə əlaqədar əmək pensiyası təyin edilmişdir. Bununla əlaqədar sözügedən rayon şöbəsi tərəfindən ona xx.xx.2016-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində 8198,79 manat məbləğində artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin pul vəsaiti 1 sentyabr 2017-ci il tarixindən hər ay 40,68 manat olmaqla əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli 2-1(102)-1171/2021 nömrəli Qərarına uyğun olaraq 11 may 2016-cı il tarixindən ona övladı X3 görə ödənilən əmək pensiyası 11 may 2016-cı il tarixindən yenidən hesablanmışdır. Nəticədə xx.xx.2016-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində ona artıq ödənilmiş pul vəsaitinin 8198,79 manat deyil, 9315,25 manat olduğu müəyyən edilmişdir. Bundan başqa, 11 may 2016-cı il tarixində mərhum X7 vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 295,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 29,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 110,63 manat olmaqla orta aylıq əmək haqqısı 490,13 manat təşkil etmişdir. Bununla əlaqədar mərhuma ödənilməli olan əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinin 1 iyul 2017- ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 9 il 4 ay 8 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (490,13 manat) 53 faizi- 259,77 manat məbləğində hesablanmışdır. Həmin Qanunun 20.13-cü maddəsinə əsasən əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının (259,77 manat) 80 faizi- 207,81 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən ona xx.xx.2017xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 1246,86 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 3013,86 manat ödənilmişdir. Buna görə də həmin dövr üzrə ona 1767,00 manat artıq pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasfnm 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar mərhum Mətanət Qasımovanın 9 il 4 ay 8 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 31,11 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən mərhum Mətanət Qasımovanın vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 325,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 32,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 121,88 manat olmaqla orta aylıq əmək haqqısı 534,38 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2017-ci il tarixinədək mərhumun vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (490,13 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (534,38 manat) arasındakı fərq məbləğinin (44,25 manat) 31,11 faizi-13,76 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (259,77 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 273,53 manat müəyyən edilmişdir. Həmin Qanunun 20.13-cü maddəsinə əsasən əmək pensiyanız mərhuma ödənilməli olan əmək pensiyasının (273,53 manat) 80 faizi- 218,83 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2018-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üzrə 256,16 manat, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr üzrə isə 215,45 manat məbləğində müəyyən edilmişdir. Buna görə də həmin dövr üzrə ona 102,00 manat artıq pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən mərhum Mətanət Qasımovanın vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 490,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 49,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 183,75 manat olmaqla orta aylıq əmək haqqısı 777,75 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək mərhumun vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (534,38 manat) ilə 1 sentyabr 2017-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (777,75 manat) arasındakı fərq məbləğinin (243,37 manat) 31,11 faizi-75,71 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (273.53 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 349,24 manat müəyyən edilmişdir. Həmin Qanunun 20.13-cü maddəsinə əsasən əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının (349.24 manat) 80 faizi- 279,40 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr üzrə 273,32 manat, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövr üzrə 318,69 manat, xx.xx.2021- xx.xx.2021 -ci il tarixləri arasındakı dövr üzrə isə 355,02 manat məbləğində müəyyən edilmişdir. Buna görə də həmin dövrlər üzrə ümumilikdə 1188,24 manatartıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2016-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində 9315,25 manat, xx.xx.2017xx.xx.2021 -ci il tarixləri arasındakı dövr ərzində isə 3057,24 manat artıq pul vəsaiti ödənildiyindən ümumilikdə 12372,49 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin pul vəsaitinin 2196,72 manat hissəsi xx.xx.2017-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hər ay 40,68 manat olmaqla əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilmişdir. Hazırda ona qalıq artıq ödəmə 10175,77 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2016-cı il tarixli, 1174 nömrəli qərarına əsasən İddiaçı ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********7 №-li “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən, İddiaçı DSMF Nəsimi rayon şöbəsi tərəfindən təyin olunmuş (hazırki məbləğ – 355,02 manat) ABİ-yə görə (dövlət qulluğu) pensiya vətəndaşın müraciəti əsasında yenidən hesablanmış və yenidən hesablanmış pensiya məbləği 279.40 manat təşkil edir. Məhkəmənin mövqeyi Məhkəmə cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 1.1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və yaonları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə ilkin olaraq yuxarıda sadalanan “İnzibati icraat haqqında” Qanunun normalarına əsasən qeyd edir ki, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar və Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur, habelə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludurlar. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə cavabdeh tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edildiyi tarixdən (xx.xx.2016-ci il) 5 ildən artıq müddət keçdikdən sonra iddiaçı barəsində pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə (inventarizasiya zamanı) araşdırma apararaq “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmadan, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçı tərəfindən hal-hazırda mübahisələndirilən inzibati aktları qəbul etsə də, qərarları iddiaçıya təqdim etməmişdir. Bundan başqa qeyd edilməlidir ki, sözügedən inzibati aktlar əsaslandırılmamış, onda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmişdir. Halbuki “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt yuxarıda göstərildiyi kimi qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan əmək pensiyasının təyin edilməsi barədə qərarı ləğv etməsi ilə iddiaçını əlverişsiz vəziyyətə gətirən qərar qəbul etmiş və həmin qərar “İnzibati icraat haqqında” Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda istinad edilən normalarına əsasən pensiya təminatı ilə hərəkətlər pensiya alan şəxsin razılığı və ya məhkəmə qərarı əsasında icra edilə bilər. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 3135/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqe aşağıdakı kimi olmuşdur: “56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur.Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********7 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının pensiya məbləğindən tutulmalar cavabdehə qadağan edilməli və pensiya məbləğindən tutulmuş pul vəsaitinin geri qaytarılması vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,32,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********7 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı pensiya məbləğindən tutulmalar qadağan edilsin və pensiya məbləğindən tutulmuş pul vəsaitinin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-14660/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14660/2025
15.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver