Məhkəmə qərarları › İş №2-1(112)-14680/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14680/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14680/2023 28.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X8) qarşı “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 hazırda qeydiyyatının formal xarakter daşıdığını və başqa ünvanda (massiv 3) 2011-ci ildən faktiki yaşadığını nəzərə alınaraq onun qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Qaradağ rayon Polisə İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə X8 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, hazırda yaşadığı və qeydiyyatda olduğu ev 1983-cü ildən şəxsi mülkiyyyət hüquqi ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport əsasında nənəsi X3 məxsus olmuşdur. X1 ailəsi və anası X6 ilə həmin ünvanda qeydiyyatda olmaqla yaşamışlar və iddiaçı da həmin ünvanda xx.xx.1968-ci ildə anadan olmuşdur. Həmin ünvanda hazırda iddiaçı və ailə üzvüləri qeydiyyatdadırlar. Bundan əlavə, qeyd edilən ünvanda X8 və onun həyat yoldaşı, yəni əmisi X18 qeydiyyatda olmuş və yaşamışlar. Həyətdə şərti olaraq “A” və “B” tikililər mövcud olmuşdur. Mərhum əmisi və arvadı Umnisə 1986-cı ildə həmin ünvana pasport qeydiyyatına alınmış və atasının razılığı ilə həmişə “B” tikilisində yaşamışlar. Əmisinin vəfatından sonra da Umnisə Bayramova həmin mənzildə 2011-ci ilə kimi yaşamaqda davam etmişdir. Bütün kommunal xərcləri ayrı olmuşdur. Həyətdə yerləşən hər iki tikili (“A” və “B") nənəsi X3 məxsus olmuşdur. Umnisə Bayramova bu ünvana gəlin köçmüşdür. Həmin mənzilin ayrıca giriş və çıxışı vardır. Umnisə Bayramova 2009-cu ildə Qaradağ rayon məhkəmsinə müraciət edərək qeydiyyatda olduğu ünvanda yerləşən və ailəsi ilə yaşadığı “A” mənzilə köçürülməsi barədə iddia qaldırmışdır. Lakin Qaradağ rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(002)-34/09 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Atası və nənəsi vəfat etmişdir. Umnisə Bayramovanın yaşadığı mənzil köhnə və yararsız olduğundan mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə öz təşəbbüsünə əsasən Sənqəcal bələdiyyəsindən xx.xx.2007ci il tarixdə alqı-satqı ilə 600 kv.m torpaq sahəsi almış və həmin torpaq sahəsi Sənqəcal qəsəbəsində 3-cü massivdə yerləşir. Umnisə Bayramova qeyd edlən ünvanda ev tikərək 2011-ci ildə həmin evə köçmüş və orada yaşayır. X11 rəsmi qeydiyyatda olduğu ünvanla, tikili ilə heç bir əlaqəsi yoxdur və qeydiyyat formal xarakter daşıyır. Umnisə Bayramovanın 2011-ci ilə kimi yaşadığı mənzil (tikili) bərbad vəziyyətdədir. Onun iddiaçı ilə eyni ünvanda formal qeydiyyatda olması bir sıra çətinliklər, o cümlədən kommunal xərclərin artıq ödənilməsinə, yaşadığı evin özəlləşdirilməsinə çətinliklər yaradır.

4. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, qəbul zamanı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə nəzərdə tutulmuş şəxsin qeydiyyatdan çıxarılmasına əsas olan hallar iddiaçıya izah edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən müraciətdə göstərilən məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur.

5. Şəxsi mülkiyyyət hüquqi ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna əsasən Bakı şəhəri, Sənqəçal qəsəbəsi, massiv 2, 6 ünvanında yerləşən ev X3 məxsus olmuşdur

6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixində verilmiş Yaşayış yeri üzrə qeydiyyatı haqqında ******* nömrəli arayışda qeyd edilmişdir ki, X9 (xx.xx.1950-ci il təvəllüdlü), X18 (X.X.1935-ci il təvəllüdlü), X5 (xx.xx.1974-cü il təvəllüdlü), X13 (xx.xx.2001-ci il təvəllüdlü), X10 (xx.xx.1997-ci il təvəllüdlü), X7 (xx.xx.1995-ci il təvəllüdlü) ünvan 3 ünvanına qeydiyyatdadırlar.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.

8. Azərbaycan Respublikası Bakı şəhəri Qaradğ arayon İcra Hakimiyyəti Başçısının Sənqaçal qəsəbəsi inzibati ərazi dairəsiüzrə nümyəndəliyinin xx.xx.2023-cü il tarixli 687 nömrəli arayışda qeyd edilmişdir ki, X14 ünvan 3 qeydiyyatdadır və hal-hazırda Bakı şəhəri, Sənqəçal qəsəbəsi, massiv 3-də fərdi evdə yaşayır.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun numayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

10. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

II. İddianın növü və mümkünlüyü

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

12. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

13. İddiaçının qeyd edilən mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Bunu qeyd edərkən məhkəmə həm də nəzərə alır ki, iddiaçının yaşayış sahəsinə hüquqlarının tanınmasına əsas olaraq istinad etdiyi şəxsi mülkiyyyət hüquqi ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna əsasən X3 məxsus olmuşdur. Nəticə etibarilə iddiaçı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan üçüncü şəxslə eyni hüquqi vəziyyətdədir. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.

14. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın mümkün sayılmaması onun məhkəməyə çatımlılıq hüququnu pozmur.

15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar