Məhkəmə qərarları › İş №2-1(112)-147/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-147/2020

13.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-147/2020 13.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bаkı İnzibаti Məhkəməsi hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçı Ağayev Elşən Əziz oğlunun (Bakı şəhərində qeydiyyatdadır,hərbçi, işləmir), cаvаbdеhin nümаyəndəsi Kazımov Natiq Lələkişi oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas,hüquq şöbəsinin müdiri ) iştirаkı ilə, iddiaçı Ağayev Elşən Əziz oğlunun cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı üçüncü şəxs qismində Zülfiyev Zəfər Həsən oğlu cəlb edilməklə qərarın ləğv edilməsi tələbi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ağayev Elşən Əziz oğlu cavabdeh Bakı şəhəri Səbail rayon Bələdiyyəsinə qarşı Bakı şəhər Səbail Bələdiyyəsinin vətəndaş Zülfiyev Zəfər Həsən oğluna 600 kv metr torpaq sahəsinin ayrılmasına dair 16 dekabr 2005-ci il tarixli, 142 saylı qərarının və ondan irəli gələn nəticələrin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli, 142 saylı qərarı ilə üçüncü şəxs Zülfiyev Zəfər Həsən oğluna Bakı şəhəri Səbail rayonu Salyan şossesi, 32 ünvanda 600 kv metr torpaq sahəsi ayrılmışdır.Səbail rayon İcra Hakimiyyətinin 1971 saylı, xx.xx.1998-ci il tarixli sərəncamı ilə Səbail rayonu Badamdar qəsəbəsində 600 kv metr torpaq sahəsi fərdi ev tikmək üçün vətəndaş Əfəndiyev Abbas Vaqif oğluna ayrılmışdır.Bundan sonra həmin torpaq sahəsini iddiaçı alqı-atqı müqaviləsinə əsasən almışdır. DƏDRX-nin Bakı Ərazi İdarəsi hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair Əfəndiyev Abbas Vaqif oğluna xx.xx.2017-ci ildə **********82 saylı çıxarış vermişdir.Əfəndiyev Abbas Vaqif oğlu həmin torpaq sahəsini iddiaçıya satmış və torpaq sahəsi hazırda iddiaçının mülkiyyətindədir. Üçüncü şəxs Zülfiyev Zəfər Həsən oğlu iddiaçıya qarşı torpağa dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Səbail rayon məhkəməsinə müraciət etmişdir.Məhkəmə qərardadı ilə məhkəmə ekspertizası təyin edilmiş, ekspertiza rəyinin 3-cü bəndində qeyd olunur ki, Bakı şəhəri, Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli, 142 saylı qərarı ilə Bakı şəhəri Səbail rayonu, Salyan şossesi, 32 ünvanda iddiaçı Zülfiyev Zəfər Həsən oğluna ayrılmış 600 kv metr torpaq sahəsi ilə Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli sərəncamı əsasında Əfəndiyev Abbas Vaqif oğluna ayrılmış hasarlanmış torpaq sahəsinin plan ölçü sənədlərində qeyd edilmiş torpaq sahələri üst-üstə düşür. Qanunla 2018-ci ilə qədər Bakı şəhərində yerləşən rayonların bələdiyyələrinə dövlət tərəfindən torpaq sahələri ayrılmamışdır.Bakı şəhərinin digər rayonları kimi Səbail bələdiyyəsinin də mülkiyyətinə torpaq sahəsi ayrılmamış və torpaq sahələrinə dair cavabdehə çıxarış verilməmişdir.Bu səbəbdən də Səbail Bələdiyyəsi vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsi ayıra bilməzdi. Odur ki, Səbail bələdiyyəsinin qeyd edilən qərarı qanunsuzdur.Göründüyü kimi Səbail rayon İcra Hakimiyyətinin 1971 saylı, xx.xx.1998-ci il tarixli sərəncamı ilə qanuni olaraq Badamdar qəsəbəsində 600 kv metr torpaq sahəsi fərdi ev tikmək üçün vətəndaş Əfəndiyev Abbas Vaqif oğluna ayrılmışdır, bundan yeddi il sonra torpaq sahəsi istifadədə olduğu zaman Səbail bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 142 saylı qərarı ilə bələdiyyənin mülkiyyətində olmayan torpaq sahəsi üçüncü şəxsə ayrılmışdır.Üçüncü şəxs Z.Zülfiyev Səbail rayonunun və Səbail bələdiyyəsinin ərazisində yaşayan vətəndaş deyildir.Onun daimi qeydiyyat və yaşayış yeri Bakı şəhəri, Nizami rayonu, M.X.Şərif küçəsi, ev 25, mənzil 85-dir. 2005-ci ildə bələdiyyə torpaqları hərrac yolu ilə satılmırdı ki, üçüncü şəxs hərracdan həmin torpağı əldə etsin.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Bakı şəhəri Səbail bələdiyyəsi Аzərbаycаn Rеspublikаsının İnzibаti- Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən iddiаyа dаir еtirаzını təqdim еdərək bildirmişdir ki, Bakı şəhər prokurorluğu tərəfindən Səbail bələdiyyəsinin fəaliyyəti dövrünə aid bütün arxiv sənədləri istintaq zərurəti ilə əlaqədar götürüldüyü üçün vətəndaş Zülfiyev Zəfər Həsən oğlunun adına rəsmiləşdirilmiş Salyan şossesi, 32 ünvanda 600 kv metr sahəsinin ünvan 4 qərarının təsdiq olunmuş surətini məhkəməyə təqdim etmək mümkün hesab edilməmişdir.Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2001-ci il tarixli “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” fərmanına qədər torpaq sahələrinin ayrılması və sənədləşdirilməsi yerli icra hakimiyyəti orqanları tərəfindən verilən sərəncamlar və ona əlavə olunmuş eskiz-cizgi layihəsi, ayrıc aktı ilə həyata keçirilmiş olduğundan Səbail rayon İcra Hakimiyyəti Başçısının 1971 saylı, 30 dekabr 1998-ci il tarixli sərəncamı ilə bu qəbildən olan torpaq sahəsi vətəndaş Əfəndiyev Abbas Vaqif oğlunun adına (hal-hazırda Ağayev Elşən Əziz oğluna məxsus olan) rəsmiləşdirilmişdir.Sonradan Əfəndiyev Abbas Vaqif oğlu ona məxsus olan torpaq sahəsini özəlləşdirərək satmışdır. Üçüncü şəxs Zülfiyev Zəfər Həsən oğlu məhkəməyə ərizə ilə müraciət edərək iddianın mümkün sayılmamasını xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları ilə ona ayrılmış torpaq sahəsinin koordinatları müxtəlif olduğundan iddiaçının üçüncü şəxsə torpaq sahəsi ayrılması barədə qərarın ləğv edilməsi haqqında iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir. İddiaçıməhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi N.Kazımov məhkəmə iclasında cavabdehin etirazında göstərilən məzmunda çıxış edərək əlavə onu göstərmişdir ki, Səbail Bələdiyyəsinin qeydiyyat kitabında Zülfiyev Zəfər Həsən oğlunun adına 142 nömrəli sərəncam qeydiyyatdan keçməmişdir. Belə bir sərəncam Səbail bələdiyyəsində yoxdur.Cavabdehin nümayəndəsi çıxışının sonunda mübahisənin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin başçısının 1971 nömrəli, xx.xx.1998-ci il tarixli sərəncamna əsasən fərdi yaşayış evinin tikintisi üçün Əfəndiyev Abbas Vaqif oğluna Badamdar qəsəbəsində 600 kv metr torpaq sahəsi ayrılmışdır. Səbail Bələdiyyəsinin 142 nömrəli, xx.xx.2005-ci il tarixli qərarına əsasən Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 600 kv metr torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında Zülfiyev Zəfər Həsən oğlunun adına sənədləşdirilməsi qərara alınmışdır. “Torpaqların alqı-satqısı”na dair akta və 026960 nömrəli, xx.xx.2006-cı il tarixli kassa mədaxil orderinə əsasən Zülfiyev Zəfər Həsən oğlu tərəfindən Səbail bələdiyyəsinə 2496 manat ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin təsdiqetmə bildirişinə əsasən Əfəndiyev Abbas Vaqif oğlu ona ayrılmış torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı üçün xx.xx.2017-ci ildə müraciət etmiş və ərizəsinə torpaq sahəsinin plan sxemini, arxiv surətini, torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanının sərəncamını, etibarnaməni əlavə etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən həmin sənəd xx.xx.2017-ci ildə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 2018 saylı ünvanda 600 kv metr torpaq sahəsi barədə Ağayev Elşən Əziz oğlunun adına tərtib edilmişdir. AN-İ ******* nömrəli, xx.xx.2017 “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Əfəndiyev Abbas Vaqif oğlu ünvan 5 ünvanda yerləşən ümumi sahəsi, 0,06 ha olan torpaq sahəsini iddiaçıya satmışdır, müqavilədən göründüyü kimi alqı-satqı predmeti olan torpaq sahəsi xx.xx.2017-ci il tarixdə Əfəndiyev Abbas Vaqif oğlunun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Zülfiyev Zəfər Həsən oğlununun Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi,32 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2019-cu ildə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Zülfiyev Zəfər Həsən oğlunun adına xx.xx.2019-cu ildə Bakı şəhəri, Səbail rayonu,Salyan şossesi,32 ünvanda yerləşən torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 7 ünvanda 0,06 ha torpaq sahəsi xx.xx.2017-ci ildə Ağayev Elşən Əziz oğlunun mülkiyyəti kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunda iddiaçıya bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivi ünvanda yerləşən torpaq sahəsinə mütəxəssis tərəfindən texniki baxış keçirilmiş və torpaq sahəsinin koordinatları təyin edilərək naturada (yerdə) ona göstərilmişdir. Torpaq sahəsinin ilkin sənədlərində (rayon icra hakimiyyətinin sərəncamına əlavə edilmiş yerləşmə cizgisində) torpaq sahəsinin yerləşmə mövqeyi Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 2018-ci sahə göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-2976/2019 nömrəli qərardadı əsasında tərtib edilmiş mütəxəssis rəyinə əsasən: 1.X3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 2018 sahə ünvanında yerləşən torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir.Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları haqqında əsasnamənin 19-cu bəndində nəzərdə tutulan qaydada planlama aparılaraq ayrılan torpaq sahəsinin ölçüsündən asılı olaraq tələb olunan miqyasda plan-ölçüsü hazırlanmadığından, həmçinin alqı-satqı müqaviləsi keçmiş DTXK-nın Bakı şəhər şöbəsi tərəfindən qeydiyyata alınmadığından mövcud baza məlumatlarında Bakı şəhəri Səbail bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli, 142 saylı qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında X2 adına torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilmədiyindən Bakı şəhəri Səbail bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 saylı qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında Zülfiyev Zəfər Həsən oğluna ayrılmış torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır.2. Bakı şəhəri Səbail bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 saylı qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanında Zülfiyev Zəfər Həsən oğluna ayrılmış torpaq sahəsi ilə iddiaçının hal-hazırda mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 2018 sahə ünvanında yerləşən torpaq sahəsinin eyni olmasını, həmin sahələrin üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır.3.X3 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 2018 sahə ünvanında yerləşən torpaq sahəsinin Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində olması mülki iş materialının 64-cü səhifəsində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********97 nömrəli məktubunda öz əksini tapmışdır.Mütəxəssis rəyinə mübahisəli torpaq sahəsinin faktiki yerləşmə və döngə nöqtələrinin koordinatlarının göstərildiyi sxem əlavə edilmişdir Zülfiyev Zəfər Həsən oğlunun Bakı şəhər Səbail rayon məhkəməsinə təqdim etdiyi iddia ərizəsinə əsasən qeyd edilən şəxs Ağayev Elşən Əziz oğluna qarşı iddia qaldıraraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən cavabdeh Ağayev Elşən Əziz oğuna verilmiş 04 avqust 2017-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsini, Bakı şəhəri Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli, 142 nömrəli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi,32 ünvanda iddiaçı Zülfiyev Zəfər Həsən oğluna ayrılmış 600 kv metr torpaq sahəsindən Ağayev Elşən Əziz oğlunun çıxarılmasını, sahənin boşaldılaraq iddiaçıya təhvil verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2441 nömrəli, 07 may 2019-cu il tarixli, Səbail rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı əsasında tərtib edilmiş ekspert rəyinin surətinə əsasən Bakı şəhəri Səbail bələdiyyəsinin xx.xx.2005-ci il tarixli,142 nömrəli qərarı ilə Bakı şəhəri, Səbail rayonu,Salyan şossesi, 32 ünvanında iddiaçı Zülfiyev Zəfər Həsən oğluna ayrılmış 600 kv metr torpaq sahəsinin sərhədləri yerində dəqiqləşdirilərkən məlum olmuşdur ki, həmin torpaq sahəsi mübahisələndirilən ərazi ilə üst-üstə düşür.Səbail rayon İcra Hakimiyyətinin 1971 nömrəli, xx.xx.1998-ci il tarixli sərəncamı ilə Əfəndiyev Abbas Vaqif oğluna (hazırda RX-10938968 saylı çıxarışa əsasən Ağayev Elşən Əziz oğlunun mülkiyyətindədir) ayrılmış torpaq sahəsinin ünvanı Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi göstərilməsinə baxmayaraq mübahisələndirilən torpaq sahəsi ilə həmin massiv arasındakı məsafə hava xətti ilə bir neçə kilometrdir.Bakı şəhəri Səbail rayonu Salyan şossesi, 32 və Bakı şəhəri, Səbail, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ərazilərinin sərhədləri yerində müəyyən edilərkən məlum olmuşdur ki, 3-cü yaşayış massivi mübahisələndirilən ərazidən bir neçə km aralıda yerləşir.Bakı şəhəri Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli,142 nömrəli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında iddiaçı Zülfiyev Zəfər Həsən oğluna ayrılmış torpaq sahəsi ilə Səbail rayon İcra Hakimiyyətinin 1971 nömrəli, xx.xx.1998-ci il tarixli sərəncamı ilə Əfəndiyev Abbas Vaqif oğluna (hazırda X5) ayrılmış Badamdar qəsəbəsi, 3-cü Yaşayış Massivi, 20 ünvanda 600 kv metr torpaq sahəsinin plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunur. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin başçısının qərarı ilə 30 dekabr 1998-ci ildə fərdi yaşayış evinin tikintisi üçün Əfəndiyev Abbas Vaqif oğluna Badamdar qəsəbəsində 600 kv metr torpaq sahəsi ayrılmışdır, Əfəndiyev Abbas Vaqif oğlu ona ayrılmış torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı üçün xx.xx.2017-ci ildə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını aparan dövlət orqanına müraciət etmiş, bundan sonra xx.xx.2017-ci ildə Əfəndiyev Abbas Vaqif oğlu tərəfindən qeyd edilən torpaq sahəsi iddiaçıya satılmışdır, xx.xx.2017-ci ildə iddiaçı qeyd edilən torpaq sahəsinin plan və ölçüsünü almış, qeyd edilən torpaq sahəsi (Badamdar qəsəbəsi, 3-cü yaşayış masivi, 2018 saylı sahə ünvanda 0,06 ha torpaq sahəsi) üzərində mülkiyyət hüququ xx.xx.2017-ci ildə Aayev Elşən Əziz oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu tarixdən sonra üçüncü şəxs Zülfiyev X4 rayon məhkəməsinə müraciət edərək Səbail Bələdiyyəsinin 142 nömrəli, xx.xx.2005-ci il tarixli qərarı ilə iddiaçının satın aldığı torpaq sahəsinin vaxtilə ona ayrılmasını, həmin qərar əsasında xx.xx.2019-cu ildə qeyd edilən torpaq sahəsinin üzərində mülkiyət hüququnun qeydə alındığını, torpağın ona məxsus olduğunu iddia edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Ağayev Elşən Əziz oğuna verilmiş 04 avqust 2017-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsini, Bakı şəhəri Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli, 142 nömrəli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi,32 ünvanda iddiaçı Zülfiyev Zəfər Həsən oğluna ayrılmış 600 kv metr torpaq sahəsindən Ağayev Elşən Əziz oğlunun çıxarılmasını, sahənin boşaldılaraq iddiaçıya təhvil verilməsini tələb etmişdir. Həmin iddiadan sonra Ağayev Elşən Əziz oğlu hazırki iddia ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli, 142 nömrəli qərarının və onun nəticələrinin ləğv edilməsini tələb etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Məhkəmə ilkin olaraq onu qeyd edir ki, xx.xx.2012-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 28-ci maddəsində göstərilir:Kənd təsərrüfatı, torpaqdan istifadə və təbiəti mühafizə sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətləri 1. İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır: 1) müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.. 8.0.5. 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Göründüyü kimi iddiaçı Ağayev Elşən Əziz oğlu ünvan 7 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qanuni əsaslarla əldə etmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki,«Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 4.0-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək;4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək... Həmin Qanunun 6.1-ci madəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci bəndində göstərilir: “Bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. Həmin Qanunun 2-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verirlər.Sənədlərin hazırlanması və torpaqların bələdiyyələrə təhvil verilməsi müddəti icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Həmin Qanunun 3-cü bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, habelə onlardan istifadə və onlara dair sərəncam verilməsi sahəsində idarəetmə mülki və torpaq qanunvericiliyinin habelə "Şəhərsalmanın əsasları haqqında" və "Memarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunlarının tələblərinə və bələdiyyənin nizamnaməsinə uyğun həyata keçirilir. Lakin işin faktiki hallarına əsasən mübahisələndirilən qərar ilə üçüncü şəxsə ayrlmış torpaq sahəsinin 16 dekabr 2005-ci ildə Səbail bələdiyyəsində təhvil verilməsi təsdiq olunmamışdır. Bundan əlavə cavabdehin nümayəndəsinin məhkəmədəki çıxışına əsasən Səbail Bələdiyyəsinin qeydiyyat kitabında Zülfiyev Zəfər Həsən oğlunun adına 142 nömrəli sərəncam qeydiyyatdan keçməmişdir. Belə bir sərəncam Səbail bələdiyyəsində yoxdur. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Həmin Əsasnamənin 20-ci bəndinə əasən yerquruluşu işləri (planalma) və ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda hüquqi və fiziki şəxslərin, digər hallarda bələdiyyənin vəsaiti hesabına aparılır. Həmin Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Lakin qeyd edilən sənədlərin mövcud olması işin faktiki halları ilə təsdiqlənmir ki, bu bir daha mübahsiələndirilən qərarın qanunsuz olduğunu təsdiq edir. Məhkəmə onu da qeyd edir ki, məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazirlanması qaydaları haqqında əsasnamənin 19cu bəndində nəzərdə tutulan qaydada planlama aparılaraq ayrılan torpaq sahəsinin ölçüsündən asılı olaraq tələb olunan miqyasda plan-ölçüsü hazırlanmamışdır, alqı-satqı müqaviləsi keçmiş DTXK-nın Bakı şəhər şöbəsi tərəfindən qeydiyyata alınmamışdır, mövcud baza məlumatlarında Bakı şəhəri Səbail bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli, 142 saylı qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında X2 adına torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilməmişdir. Üçüncü şəxs Zülfiyev Zəfər Həsən oğlunun iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları ilə ona ayrılmış torpaq sahəsinin koordinatları müxtəlif olduğundan iddiaçının üçüncü şəxsə torpaq sahəsi ayrılması barədə qərarın ləğv edilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququnun mövcud olmaması barədə bildirdiklərinə gəldikdə isə məhkəmə qeyd edir ki, üçüncü şəxs Zülfiyev Zəfər Həsən oğlunun iddiaçıya qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Ağayev Elşən Əziz oğuna verilmiş 04 avqust 2017-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, Bakı şəhəri Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli, 142 nömrəli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi,32 ünvanda iddiaçı Zülfiyev Zəfər Həsən oğluna ayrılmış 600 kv metr torpaq sahəsindən Ağayev Elşən Əziz oğlunun çıxarılması, sahənin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə Səbail rayon məhkəməsində iddia qaldırması torpaq sahələrinin üst-üstə düşməməsi barədə bildirilənlərin əsassız olduğunu, iddiaçının isə hazırki iddianı qaldırmaq subyektiov hüququnun olmasını göstərir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər:32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt;32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, Bakı şəhər Səbail Bələdiyyəsinin vətəndaş Zülfiyev Zəfər Həsən oğluna 600 kv metr torpaq sahəsinin ayrılmasına dair 16 dekabr 2005-ci il tarixli, 142 saylı qərarı ləğv edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İPM-nin 2-ci,32-ci, 68-ci, 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı Ağayev Elşən Əziz oğlunun Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı iddiası təmin edilsin. Cavabdeh Bakı şəhər Səbail Bələdiyyəsinin üçüncü şəxs Zülfiyev Zəfər Həsən oğluna 600 kv metr torpaq sahəsinin ayrılmasına dair 16 dekabr 2005-ci il tarixli, 142 saylı qərarı ləğv edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar