Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1470/2022 21.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi İslamov Tamerlan Cəlil oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “məcburi işəburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə (mətndə - birinci iş) və İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “məcburi işəburaxma dövrünün sığorta stajına əlavə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə (mətndə - ikinci iş) məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Birinci iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.02.2018-ci il tarixdən 08.05.2021-ci il tarixədək məcburi işəburaxma dövrü üzrə ödənilməmiş əmək haqqının ödənilməsi, 21.02.2018-ci il tarixdən 08.05.2021-ci il tarixədək məcburi işəburaxma dövrünün onun sığorta stajına əlavə edilməsi və mənəvi zərərin əvəzi kimi 10.000 manat pulun ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2000-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yanğın Təhlükəsizlik İdarəsində, 2006-cı ildən isə Azərbaycan Respublikası Cavabdeh Yanğından Mühafizə Xidmətində çalışmış, 22.01.2018-ci il tarixdə müəyyən səbəblərdən ərizə yazaraq fövqəladə hallar orqanlarında xidmətkeçməyinə xitam verilməsini xahiş etmiş, lakin 25.01.2018-ci il və 26.01.2018-ci il tarixlərdə cavabdehə teleqram göndərərək xidmətkeçməyinə xitam verilməsinə dair yazdığı ərizəsinin geri götürülməsini xahiş etmişdir. Lakin göndərdiyi teleqramlara heç bir münasibət bildirilməmiş və 21.02.2018-ci il tarixli əmrlə onun fövqəladə hallar orqanlarında xidmətkeçməyinə xitam verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2070/2018 saylı 10.07.2018-ci il tarixli qərarı ilə onun cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2469/2018 saylı, 20.11.2018-ci il tarixli qərarı ilə, apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 10.07.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1527/2019 saylı 30.05.2019-cu il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 20.11.2018- ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1940/2019 saylı 01.10.2019-cu il tarixli qərarı ilə, apellyasiya şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Cavabdeh 0299 saylı 21.02.2018-ci il tarixli əmri ləğv edilmiş, onun Azərbaycan Respublikası Cavabdeh X1 Xidmətinin Xidmətin təşkili və peşə hazırlığı şöbəsinin Döyüş və fiziki hazırlıq sektorunun mühəndis-inspektoru vəzifəsinə xidmətə bərpa olunması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-794/2020 saylı 04.03.2020-ci il tarixli qərarı ilə, cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 01.10.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə qərarı qanuni qüvvəyə minmiş və cavabdeh Azərbaycan Respublikası Cavabdehnə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən 19.08.2020-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Bildirişdə Azərbaycan Respublikası Cavabdeh 21.02.2018-ci il tarixli 0299 saylı əmrinin (iddiaçıya münasibətdə) ləğv edilməsi və onun Azərbaycan Respublikası Cavabdeh X1 Xidmətinin Xidmətin təşkili və peşə hazırlığı şöbəsinin Döyüş və fiziki hazırlıq sektorunun mühəndis-inspektoru vəzifəsinə bərpa olunması tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin 19.08.2020-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişinə məhəl qoymamış, Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə qərarlarını icra etməmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi təkrar cavabdeh Azərbaycan Respublikası Cavabdehnə 26.10.2020-ci il tarixli məktubla müraciət etmiş və cavabdeh Azərbaycan Respublikası Cavabdehndən icra sənədinin icrasını təmin edilməsi və nəticəsi barədə məlumat verilməsi tələb etmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh 0580/ş saylı 08.05.2021-ci il tarixli əmri ilə iddiaçı, fövqəladə hallar orqanlarına xidmətə qəbul edilərək Nazirliyin Yanğından Mühafizə Xidmətinin təşkili və peşə hazırlığı şöbəsinin Döyüş və fiziki hazırlıq sektorunun mühəndis inspektoru vəzifəsinə daxili xidmət mayoru xüsusi rütbəsi verilməklə təyin edilmişdir. Xidmətə bərpa olunsa da, 21.02.2018-ci il tarixindən 08.05.2021-ci il tarixinə kimi qanunsuz və əsassız işdən çıxarıldığı müddətdə məcburi iş buraxmaya görə əmək haqqı ödənilməmişdir. 08.05.2021-ci il tarixli Əmrin surətini alan kimi, dərhal cavabdeh Azərbaycan Respublikası Cavabdehnə 24.05.2021-ci il tarixli ərizə ilə müraciət edərək, fövqəladə hallar orqanlarında xidmət keçməyə xitam verilməsi haqqında 0299 saylı 21.02.2018-ci il tarixli əmr ləğv olunduğu üçün, həmin tarixdən bu günə kimi ona ödənilməli əmək haqqının verilməsini xahiş etmiş, lakin ona bildirilmişdir ki, o, Azərbaycan Respublikası Cavabdeh 08.05.2021-ci il tarixli əmrin ilə fövqəladə hallar orqanlarına xidmətə qəbul edilmiş və xidmətə qəbul edildiyi tarixdən qanunla müəyyən edilmiş qaydada əməkhaqqı və sair ödənişlər ona ödənilməkdədir. Həmçinin, 21.02.2018-ci il tarixindən 08.05.2021-ci il tarixinə kimi məcburi işburaxma dövrü iddiaçının sığorta stajına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Birinci iş üzrə İddiaçı 06.09.2021-ci il tarixdə, məhkəmə iclasında “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, 21.02.2018-ci il tarixdən 08.05.2021-ci il tarixədək məcburi işəburaxma dövrü üzrə ödənilməmiş əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 31 yanvar 2022-ci il tarixli qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-3422/2022 saylı (İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “məcburi işəburaxma dövrünün sığorta stajına əlavə edilməsi” tələbinə dair) inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-1470/2022 saylı (İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “məcburi işəburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair) inzibati işlə birləşdirilməsi, ddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “məcburi işəburaxma dövrünün sığorta stajına əlavə edilməsi” tələbinə dair iş 2-1(112)-1470/2022 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlərin davam etdirilməsi qərara alınmışdır. İkinci iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.02.2018-ci il tarixdən 08.05.2021-ci il tarixədək məcburi işəburaxma dövrünün onun sığorta stajına əlavə edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi birinci iş üzrə iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizələrinin dəlillərinə uyğun izahat verərək, hər iki iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qüvvədə olan məhkəmə qərarı cavabdeh tərəfindən icra olunmadığına görə, digər sektorda əvvəlki vəzifəsinə bərabər vəzifəyə bərpa olunması barədə ərizə yazmağa məcbur olmuşdur. Lakin bərpa olunması barədə ərizə yazsa da, qeyd etdiyi vəzifəyə bərpa deyil, təyin edilmiş və məcburi işəburaxma dövrünə görə əmək haqqı ödənilməmiş və onun sığorta stajına əlavə edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 hər iki iş üzrə iddianın təmin edilməməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, məhkəmə qərarından sonra iddiaçının əvvəl işlədiyi vəzifə vakant olmadığına görə digər sektorda ona bərabər vəzifəyə öz ərizəsinə əsasən təyin edilmişdir. Məhkəmə hər iki iş üzrə iddia tələbləri ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizələri onların mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, hər iki iş üzrə irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, hər iki iş üzrə iddia təmin edilməlidir. İş materiallarında olan sənədlərdən və məhkəmə aktlarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Cavabdeh Yanğından Mühafizə Xidmətində Xidmətin təşkili və peşə hazırlığı şöbəsinin Döyüş və fiziki hazırlıq sektorunun mühəndis-inspektoru vəzifəsində çalışmış, 21.02.2018-ci il tarixli əmrlə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmiş, daha sonra məhkəmə qərarına əsasən, həmin əmr iddiaçıya münasibətdə ləğv edilmiş, onun Azərbaycan Respublikası Cavabdeh Yanğından Mühafizə Xidmətində Xidmətin təşkili və peşə hazırlığı şöbəsinin Döyüş və fiziki hazırlıq sektorunun mühəndis-inspektoru vəzifəsinə xidmətə bərpa edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cavabdeh 08.05.2021-ci il tarixli əmri ilə, iddiaçı Azərbaycan Respublikası Cavabdeh Yanğından Mühafizə Xidmətində Xidmətin təşkili və peşə hazırlığı şöbəsinin Peşə hazırlığı sektorunun mühəndis-inspektoru vəzifəsinə təyin edilmişdir. İstinad olunan məhkəmə qərarları qəbul edilərkən, həllini tapmadığından, iddiaçı hazırda məcburi işəburaxma dövrü üzrə ödənilməmiş əmək haqqının ödənilməsi və həmin dövrün onun sığorta stajına əlavə edilməsi tələblərini irəli sürür. Məhkəmə vurğulayır ki, iddiaçının fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilməsi barədə inzibati akt hazırkı məhkəmə baxışının predmeti ola bilməz. Çünki həmin inzibati aktın ləğv edilməsi ilə bağlı artıq qüvvədə olan məhkəmə aktları vardır. Hazırkı məhkəmə baxışının predmetini 21.02.2018-ci il tarixdən 08.05.2021-ci il tarixədək olan dövrün məcburi işburaxma dövrü kimi qiymətləndirilməklə ödənilməmiş əmək haqqının ödənilməsi və həmin dövrün onun sığorta stajına əlavə edilməsi təşkil edir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər iki iş üzrə iddia tələbi ilə eyni faktiki əsasa söykəndiyindən, başqa sözlə, iddiaçının 21.02.2018-ci il tarixdən 08.05.2021-ci il tarixədək məcburi işburaxma dövrü ilə əlaqədar olduğundan işlər üzrə ayrı-ayrılıqda hüquqi əsaslandırma aparılması zərurət görmür və hər iki iş üzrə iddia tələblərini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun: 34.0-cı maddəsinə əsasən, fövqəladə hallar orqanları əməkdaşının xüsusi rütbəsinin, vəzifəyə və fövqəladə hallar orqanlarına bərpa edilməsinin əsasları aşağıdakılardır: 34.0.1. xidməti yoxlamanın nəticəsinə dair müsbət rəy; 34.0.2. məhkəmənin qərarı. 35.1-ci maddəsinə əsasən, fövqəladə hallar orqanları əməkdaşının xüsusi rütbəsinin, vəzifəyə və fövqəladə hallar orqanlarına bərpa edilməsi ilə əlaqədar məsələlərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən baxılır. 35.2-ci maddəsinə əsasən, fövqəladə hallar orqanlarına bərpa olunmuş şəxs əvvəllər tutduğu vəzifəyə, yaxud bərabər vəzifəyə təyin edilir. Göründüyü kimi, məhkəmə qərarı fövqəladə hallar orqanları əməkdaşının xüsusi rütbəsinin, vəzifəyə və fövqəladə hallar orqanlarına bərpa edilməsinin əsaslarından biridir və fövqəladə hallar orqanlarına bərpa olunmuş şəxs əvvəllər tutduğu vəzifəyə, yaxud bərabər vəzifəyə təyin edilməlidir. Hazırkı işin mübahisələndirməyən hallarındandır ki, iddiaçının xidmətkeçməsinə xitam verilməsi barədə əmr məhkəmə qanuni qüvvəsini almış qərarı ilə ləğv edilmişdir. İddiaçının irəli sürdüyü iddialar isə həmin inzibati aktın ləğvinin nəticəsidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə sözügedən əmr ləğv olunduğu halda, həmin məhkəmə qərarının vəzifəyə bərpa edilmə hissəsində icra edilməməsi (cavabdeh tərəfindən təkzib edilməmişdir və iddiaçının vəzifəyə təyin edilməsi barədə 08.05.2021-ci il tarixli əmrin əsası qismində məhkəmə qərar göstərilməmişdir), şəxsin əvvəllər tutduğu vəzifəyə deyil, ona bərabər başqa vəzifəyə öz ərizəsi əsasında (iddiaçı ərizəsində bərpa edilməsini xahiş edir) təyin edilməsi, şəxsi məcburi işburaxma dövrü üzrə hüquqlardan məhrum etməməldir. Başqa sözlə, qeyd edilənlər vəziyyəti iddiaçının ziyanına dəyişmir və hazırkı iddiaların əsaslılığına təsir etmir. Məhkəmə, bir hala da diqqəti cəlb edir ki, iddiaçının Azərbaycan Respublikası Cavabdeh Yanğından Mühafizə Xidmətində Xidmətin təşkili və peşə hazırlığı şöbəsinin Döyüş və fiziki hazırlıq sektorunun mühəndis-inspektoru vəzifəsi üzrə xidmətkeçməsinə xitam verilməsi barədə inzibati akt ləğv olunduğundan, artıq hüquqi cəhətdən həmin vəzifəyə bərpa olunmuşdur və faktiki olaraq bərabər digər vəzifəyə təyin olunana qədər olan dövr iddiaçının əvvəl çalışdığı vəzifə üzrə məcburi işburaxma dövrü kimi qiymətləndirilməli, ödənilməmiş əmək haqqı və sosial sığorta stajı ilə bağlı həmin vəzifə əsas götürülməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, hər iki iş üzrə iddia təmin edilməli, İddiaçı 21.02.2018-ci il tarixdən 08.05.2021-ci il tarixədək Azərbaycan Respublikası Cavabdeh Yanğından Mühafizə Xidmətində Xidmətin təşkili və peşə hazırlığı şöbəsinin Döyüş və fiziki hazırlıq sektorunun mühəndis-inspektoru vəzifəsi üzrə məcburi işəburaxma dövrü üçün ödənilməmiş əmək haqqının hesablanaraq ödənilməsi və həmin dövrün onun sosial sığorta stajına daxil edilməsi vəzifəsi Azərbaycan Respublikasının Cavabdehnə həvalə edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “məcburi işəburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası və “məcburi işəburaxma dövrünün sığorta stajına əlavə edilməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı 21.02.2018-ci il tarixdən 08.05.2021-ci il tarixədək Azərbaycan Respublikası Cavabdeh Yanğından Mühafizə Xidmətində Xidmətin təşkili və peşə hazırlığı şöbəsinin Döyüş və fiziki hazırlıq sektorunun mühəndis-inspektoru vəzifəsi üzrə məcburi işəburaxma dövrü üçün ödənilməmiş əmək haqqının hesablanaraq ödənilməsi və həmin dövrün onun sosial sığorta stajına daxil edilməsi vəzifəsi Azərbaycan Respublikasının Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-1470/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1470/2022
21.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver