Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1471/2024 05.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat X3 qarşı “hesablanmış pensiya məbləğinin ödənilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat X3 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona təyin edilmiş və hesablanmış, lakin ödənilməmiş 32.407,52 (otuz iki min dörd yüz yeddi manat, əlli iki qəpik) manat pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 25 noyabr 2019-cu il tarixli müraciəti və məlumat vərəqəsi əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun hərbi qulluqçular və xüsusi şərtlərlə iş bölməsi tərəfindən 22 yanvar 2019-cu il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya məbləği hesablanaraq adına olan müvafiq karta köçürülmüşdür. Lakin sonradan pensiya kartı bloklanmış və pensiya məbləğini kartdan çıxara bilməmişdir. Səbəbini soruşduqda bildirilmişdir ki, pensiyanın təmin ediliməsi və pensiya məbləğinin hesablanması yeni məlumat vərəqəsinə əsasən həyata keçiriləcəkdir. Lakin, 32.407,52 (otuz iki min dörd yüz yeddi manat, əlli iki qəpik) ödənilməmişdir. Sonradan iddiaçı yaşayış yerini Bakı şəhərinə dəyişməsilə əlaqədar olaraq pensiya işi Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun hərbi qulluqçular və xüsusi şərtlərlə iş bölməsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X3 göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun hərbi qulluqçular və xüsusi şərtlərlə iş bölməsi tərəfindən iddiaçıya 22 yanvar 2019-cu il tarixdən pensiyanın təyin edilməsi, hesablanması, lakin iddiaçının 32.407,52 (otuz iki min dörd yüz yeddi manat, əlli iki qəpik) manatı almaması təsdiq edilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun hərbi qulluqçular və xüsusi şərtlərlə iş şöbəsi tərəfindən pensiya ödənişinin dürüstləşmiş formada həyata keçirilməsi məqsədi ilə aylar üzrə pensiyanın haqq-hesab cədvəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X3 göndərilmişdir. Buna dair müvafiq məktubda göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun hərbi qulluqçular və xüsusi şərtlərlə iş şöbəsi tərəfindən İddiaçı ehtiyata buraxıldığı tarixdən 30 sentyabr 2020-ci il tarixədək (pensiya işinin Xüsusi Şərtlərlə Təyinat X4 köçürüldüyü tarix) olan dövr ərzində ona aylar üzrə ödənilib və ödəniliməli olan pensiya məbləği barədə cədvəl məktuba əlavə olunmuş və cədvəldə qeyd olunan cəmi ödənilməyən pul vəsaitinin İddiaçı ödənilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Haqq-hesab cədvəlində İddiaçı ödənilməyən məbləğ 32.407,52 (otuz iki min dörd yüz yeddi manat, əlli iki qəpik) manat göstərilmişdir. Həmçinin iddiaçı özü də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X3 müraciət edərək, ona ödənilməyən 32.407.52 manat pensiya məbləğinin ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən mənə ünvanlanmış 22 fevral 2023-cü il tarixli, məktubla bildirilmişdir ki, «Siz 25 noyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun hərbi qulluqçular və xüsusi şərtlərlə iş bölməsinə yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etmisiniz. Bununla əlaqədar olaraq sözügedən bölmə tərəfindən sizə 22 yanvar 2019-cu il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilib. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün əmək pensiyasının alınmamış məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir». Göstərilənlərə, yəni «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələrinə əsaslanmaqla iddiaçıya hesablanmış, lakin ödənilməyən 32.407,52 (otuz iki min dörd yüz yeddi manat, əlli iki qəpik) manat pensiya məbləğinin ödənilməsinin təmin edilməməsi əsassızdır. Belə ki, 22 fevral 2023-cü il tarixli məktubdan da göründüyü kimi, göstərilən məktubla iddiaçıya bildirilir ki, «Siz, 25 noyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun hərbi qulluqçular və xüsusi şərtlərlə iş bölməsinə yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etmisiniz. Bununla əlaqədar olaraq sözügedən bölmə tərəfindən sizə 22 yanvar 2019-cu il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək penstiyası təyin edilmişdir. Göründüyü kimi, iddiaçının əmək pensiyasının təyin edilməsinə dair müraciəti 25 noyabr 2019-cu il tarixdə olmuşdur. Odur ki, işin bu cür halında iddiaçıya ödənilməyən pensiyanın ödənilməsi tarixi hazırkı tarixdən deyil, müraciətinin edildiyi 25 noyabr 2019-cu il tarixdən hesablanmalıdır. Ödənilməyən pensiya məbləğinin ödənilməsini tələb etdiyi müddət isə müraciətinin edildiyi 25 noyabr 2019-cu il tarixdən üç il əvvəlki dövrü keçmir. Lakin cavabdehin 09 iyun 2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətində göstərdiyi ödənilməmiş 32.407.52 (otuz iki min dörd yüz yeddi manat, əlli iki qəpik) manat pensiya məbləğinin ödənilməsi məsələsinə ümumiyyətlə münasibət bildirilmədən cavab verilmişdir. Beləliklə, cavabdeh inzibati orqan mənə ödənilməmiş 32.407.52 (otuz iki min dörd yüz yeddi manat, əlli iki qəpik) manat pensiya məbləğinin ödənilməsini təmin etməmişdir. Buna görə də məhkəməyə müraciət etmək zəurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İş materiallarına əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-S-132718/2023 nömrəli məktubuna əsasən pensiya məbləğinin yenidən hesablanması haqqında məlumat verilmişdir. Bundan narazı qalan iddiaçı məhkəməyə müraciət etmişdir. Bildirilir ki, Mərkəzi Filialda mövcud olan məlumatlara əsasən iddiaçı 25 noyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş bölməsinə yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət etmişdir. Bununla əlaqədar olaraq, sözügedən iş bölməsi tərəfindən İddiaçı 22 yanvar 2019-cu il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Pensiya işinə dair sənədlərin köçürülməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya 1 oktyabr 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında" Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq təminat xərcliyinin 100 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim olunmuş 11 noyabr 2022-ci il tarixli 18 nömrəli yeni məlumat vərəqinə əsasən əmək pensiyasının təminat xərcliyinin (3580,00 manat) 100 faizi-3580,00 manat məbləğində müəyyən edilmiş və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsi tərəfindən təqdim edilmiş müvafiq “haqq-hesab cədvəli” nəzərə alınmaqla keçmiş üç il müddət üçün iddiaçıya ödənilməli olan 27026,60 manat pul vəsaiti hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 -ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 27026,60 manat fərq məbləği cari ilin fevral ayından etibarən “Əmək pensiyaları haqqında" Qanunun 32.1 -1 -ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 444,48 manat) pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Eyni zamanda bildirilir ki, "Əmək pensiyaları haqqında" Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyasının həmin tarixdən 3938,00 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 4516,89 manata artırılaraq ödənilir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə yazılı izahat təqdim edərək bildirmişdir ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən ümumilikdə 59434 manat 12 qəpik ödənilməmişdir. Belə ki, iyul 2021-ci il tarixdə verilmiş təyinat vərəqəsi ilə 11 noyabr 2022-ci ildə verilmiş təyinat vərəqəsi əsasında yaranmış fərq: 01 avqust 2021-ci ildən 31 dekabr 2021-ci ilədək aylar üzrə 933 manat, cəmi: 5x933=4665 manat, 01 yanvar 2022-ci ildən 31 dekabr 2022-ci ilədək aylar üzrə 1085 manat 96 qəpik, cəmi 12x1085,96=13031 manat 60 qəpik təşkil etmişdir. Bundan əlavə Naxçıvan MR DSMF publik hüquqi şəxsin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinin xx.xx.2022-ci il ildə Mərkəzi filiala ünvanladığı məktuba əlavə edilən haqq-hesab cədvəlində ona ödənilməyən məbləğin cəmi 41737 manat 12 qəpik təşkil etdiyi öz əksini tapır və həmin məbləğin ona ödənilməsi xahiş olunur. Ödənilməyən məbləğin açıqlaması aşağıdakı kimidir: İddiaçıya pensiya təyin olunduğu 22 yanvar 2019-cu ildən 31 yanvar 2019-cu ilədək 954 manat 52 qəpik, 01 fevral 2019-cu ildən 31 avqust 2019-cu ilədək hər ay üçün 2959 manat, cəmi 7x2959=20713 manat, 01 sentyabr 2019-cu ildən 30 noyabr 2019-cu ilədək ay üçün 3580 manat, cəmi 3x3580=10740 manat təşkil etmişdir. Ümumilikdə 32407 manat 52 qəpik ödənilməmişdir. Bundan əlavə iddiaçı tərəfindən fondun büdcəsinə 9330 manat geri qaytarılmışdır. Bütün bunlar haqq-hesab cədvəlində öz əksini tapır. 32.407,52+9330=41737,52 manat. Fond tərəfindən iddiaçıya 2023-cü ilin fevral ayından iki təyinat vərəqi arasında yaranan fərq, yəni 17696 manat 60 qəpik və iddiaçı tərəfindən fondun büdcəsinə qaytarılmış haqq-hesab cədvəlində əksini tapan 9330 manat hissə-hissə müvafiq kart hesabına köçürülür. Haqqhesab cədvəlində qeyd olunan 2019-cu il üçün almadığı 32407 manat 52 qəpik isə ona ödənilmir. Nəyə görə haqq-hesab cədvəlində göstərilən və iddiaçıya ödənilməsi xahiş olunan 41737 manat 52 qəpiyin iddiaçı tərəfindən fondun büdcəsinə geri qaytarılan 9330 manat hissə-hissə ödənilir, qalan 32407 manat 52 manat isə ödənilmir. Qeyd olunanları nəzərə alaraq iddiaçı Fond tərəfindən iddiaçıya ödənilməmiş 32407 manat 52 qəpiyin ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda imtina verilmişdir. -İddiaçının pensiya işinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş əmək pensiyası təminatı üçün hərbi qulluqçu (general-mayor) haqqında 07 noyabr 2019-cu il tarixli məlumat vərəqindən görünür ki, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi işləmiş, hərbi rütbəsi general mayor olan İddiaçı 38 il 07 ay 19 gün təqvim üzrə xidmət ili, 06 il 06 ay 09 gün güzəştli xidmət illəri olmaqla, cəmi iş stajı və xidmət illəri 45 il 01 ay 25 gün, cəmi pul təminatı 2959,00 (iki min doqquz yüz əlli doqquz manat) təşkil etmişdir. xx.xx.2019-cu il tarixdə "Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.2-ci maddəsinə uyğun olaraq tərxis olunmuşdur. -İddiaçının pensiya işində olan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş bölməsinin əmək pensiyası təyin edən komissiyasının 29 noyabr 2019-cu il tarixli 2038 nömrəli Qərarından görünür ki, İddiaçı 22 yanvar 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.5.1 və 20.14.1-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə müddətsiz 2959 manat məbləğində əmək pensiyası təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X5 şəxsin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsi üzrə pensiya ödənişinin dürüstləşdirilmiş formada həyata keçirtilməsi məqsədilə əmək pensiyaçısının aylar üzrə aldığı pensiyanın haqqhesab cədvəlindən görünür ki, əmək pensiyaçısı İddiaçı 2019-cu ulin yanvar ayından həmin ilin noyabr ayınadək hesablanmış pensiya məbləği ödənilməmişdir. Cədvəldə ödənilməmiş məbləğin 32407,52 manat olduğu qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X5 şəxsin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinin müdiri tərəfindən cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat X3 ünvanlanmış məktubda bildirilmişdir ki, "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş İddiaçı (FİN: xxxxxxx) adına tərtib edilən 11 noyabr 2022-ci il tarixli 18 nömrəli məlumat vərəqi onun pensiyasında yenidən hesablama aparılması üçün Sizə göndərilir. Məlumat üçün bildiririk ki, "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsi tərəfindən İddiaçı ehtiyata buraxıldığı tarixdən 30 sentyabr 2020-ci il tarixədək (pensiya işinin Xüsusi Şərtlərlə Təyinat X4 köçürüldüyü tarix) olan dövr ərzində yuxarıda qeyd olunan məlumat vərəqinə əsasən ona aylar üzrə ödənilib və ödənilməli olan pensiya məbləği barədə cədvəl məktuba əlavə olunmuşdur. Cədvəldə qeyd olunan cəmi ödənilməyən pul vəsaitinin İddiaçı ödənilməsinə göstəriş verilməsi Sizdən xahiş olunur. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. "Əmək pensiyaları haqqında” Qanundan: -1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; -1.0.5. təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. -9.5.1. Hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər hesab edilir. -20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla (01 yanvar 2024-cü il tarixədək olan redaksiya). -32.1.Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. - 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İşin məhkəmə araşdırması ilə müəyyən edilən hallarına əsasən, iddiaçıya 25 noyabr 2019-cu il tarixli müraciəti əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş bölməsi tərəfindən hərbi qulluqçu kimi 22 yanvar 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.5.1 və 20.14.1-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə müddətsiz 2959 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Lakin pensiya qurumu tərəfindən iddiaçıya həmin ilin yanvar-noyabr aylarında hesablanmış 32407,52 manat pensiya məbləğinin ödənilməsi həyata keçirilməmişdir. Sonradan iddiaçı yaşayış yerini Bakı şəhərinə dəyişdiyindən onun pensiya işi 30 sentyabr 2020-ci ildə DSMF-in Xüsusi Şərtlərlə Təyinat X3 göndərilmiş və ödənilməli olan pensiya məbləği barədə cədvəl məktuba əlavə olunaraq cəmi ödənilməyən pul vəsaitinin İddiaçı ödənilməsinə göstəriş verilməsi xahiş edirilmişdir. Lakin cavabdeh pensiya qurumu tərəfindən iddiaçının Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim olunmuş 11 noyabr 2022-ci il tarixli 18 nömrəli yeni məlumat vərəqinə əsasən əmək pensiyası yenidən hesablanaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsi tərəfindən təqdim edilmiş “haqq-hesab cədvəli” nəzərə alınmaqla keçmiş üç il müddət üçün iddiaçıya ödənilməli olan 27026,60 manat pul vəsaiti hesablanmış və ödənilməsinə başlanılmışdır. İddiaçının hüquqi marağı və mədsədi hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə 2019-cu ilin noyabr ayındakı müraciəti əsasında Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş bölməsi tərəfindən hərbi qulluqçu kimi 22 yanvar 2019-cu il tarixdən təyin edilmiş , lakin həmin ilin noyabr ayınadək ödənilməmiş 32407,52 manat peniya məbləğinin alınmasına yönəlmişdir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırda iddiaçı tərəfindən əvvəlki 3 il üçün ödənilməli olan pensiya məbləği mübahisələndirilmir. Belə ki, ƏPQ-nin 32.1-1-ci maddəsinin məzmunu pensiya hüququ yaranan lakin bu hüququ hər hansı bir səbəbdən realizə edə bilməyən şəxsə münasibətdə şamil edilir. Halbuki, hazırkı mübahisənin mahiyyətindən görünür ki, iddiaçı pensiya hüququnun yarandığı tarixdən, yəni 2019-cu ilin 25 noyabr tarixində müraciətini etmiş və onun müraciəti təmin edilərək 29 noyabr 2019-cu il tarixli qərarla 22 yanvar 2019-cu il tarixdən hesablanmaqla ona pensiya təyin edilmişdir. İddiaçının tələb etdiyi məbləğ Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş əmək pensiyası təminatı üçün hərbi qulluqçu (general mayor) haqqında 07 noyabr 2019-cu il tarixli məlumat vərəqinə əsasən pensiya orqanı tərəfindən ona hüququ yarandığı 22 yanvar 2019-cu il tarixdən təyin olunan, lakin 8 ay ərzində ödənilməyən (2019-cu ilin yanvar ayı üçün 954 manat 52 qəpik, 01 fevral 2019-cu ildən 31 avqust 2019-cu ilədək hər ay üçün 2959 manat, cəmi 7x2959=20713 manat, 01 sentyabr 2019-cu ildən 30 noyabr 2019-cu ilədək ay üçün 3580 manat, cəmi 3x3580=10740 manat) ümumilikdə 32.407,52 manat məbləğin ödənilməsi ilə bağlıdır. Cavabdeh tərəfindən həmin məbləğin düzgün hesablanmaması, yaxud tələb olunan məbləğin iddiaçıya ödənilməsi ilə bağlı hər hansı dəlil təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 11 noyabr 2022-ci il tarixli məlumat vərəqəsinə istinad etməklə münasibətlər düzgün araşdırılmamış, qanunvericiliyin normaları düzgün tətbiq edilməmişdir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilərək İddiaçı hesablanmış, lakin ödənilməmiş 32.407,52 (otuz iki min dörd yüz yeddi manat, əlli iki qəpik) manat pensiya məbləğinin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X3 həvalə edilməlidir. “İnzibati icraat haqqında” Qanunun: -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı hesablanmış, lakin ödənilməmiş 32.407,52 (otuz iki min dörd yüz yeddi manat, əlli iki qəpik) manat pensiya məbləğinin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X3 həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-1471/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1471/2024
05.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver