Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14724/2023 13.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi və torpaq sahəsinə dair planın hazırlanması və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət torpaq kadastrının, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları və aparılacaq yerquruluşu işlərinin nəticələri əsasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının və onlar arasındakı məsafələrin göstərildiyi, habelə torpaq sahəsinin kateqoriyası barədə, qeyri- yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşib-yerləşmədiyi, torpaq sahəsinin mülkiyyət növü, xüsusi mülkiyyətdə olduqda mülkiyyətçisi, istifadədə və ya icarədə olduqda - müvafiq olaraq, istifadəçisi və ya icarəçisi barədə, həmin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planın hazırlanması və elektron qaydada Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə, habelə İddiaçı göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, sözügedən əmlak barəsində ilk hüquqmüəyyənedici sənəd Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 469 nömrəli sərəncamı olmuşdur. Həmin sərəncama əsasən Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, Tağızadə küçəsi 62 nömrəli evin yan tərəfində mağaza üçün yer ayrılmasına icazə verilmiş, bundan sonra İddiaçı tərəfindən qeyd edilən ünvanda “Aptek” köşkü yerləşdirilmiş və müvafiq qaydada fəaliyyətə başlanılmışdır. Bir müddətdən sonra Nəsimi rayon İcra Hakimiyyəti Başçısının göstərişinə əsasən “Aptek” köşkünün məcburi şəkildə Tağızadə küçəsi 45 ünvanına köçürülməsi qərara alınmış və bu barədə İddiaçı rəsmi məlumat verilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı T.M.Quliyevin xx.xx.1998-ci il tarixli 0110/248 nömrəli məktubunda bildirilmişdir ki: "Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli sərəncamı ilə Tağızadə küçəsi 62 ünvanında fəaliyyət göstərən “Aptek” köşkü yeraltından kommunikasiya xətlərinin keçməsi ilə əlaqədar ünvan 2 ünvanına keçirilmişdir.” Qeyd edilməlidir ki, “Aytən” çoxsahəli istehsal firmasının fəaliyyəti dayandırıldıqdan sonra hüquqi şəxsin təsisçisi və direktoru olmuş İddiaçı daha sonra sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs kimi vergi orqanında vergi ödəyicisi kimi uçota alınmışdır. Sonuncu dəfə xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Vergilər Departamentinin 2 saylı Filialı tərəfindən İddiaçı “Vergi ödəyicisinin uçota alınması haqqında” VÖEN - ********** nömrəli şəhadətnamə verilmişdir. Həmin tarixdən hal-hazıradək sahibkarlıq fəaliyyətini sözügedən şəhadətnamə əsasında davam etdirir. Ötən müddət ərzində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Dövlət standartlarına uyğun olaraq İ və İİ məsuliyyət səviyyəli bina, qurğuların layihələndirilməsi”ni həyata keçirməyə icazə verilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2010-cu il tarixdə L-10-059 qeydiyyat nömrəli lisenziya (qüvvədə olduğu müddət 5 (beş) il) əsasında ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin eskiz layihəsini hazırlamışdır. Bundan sonra Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 4 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi dövlət torpaq sahəsinin və tikilinin planı hazırlanmışdır (Şöbə müdiri: İ.Vəliyev; Tərtib etdi: K.Cəbrayılov, E.Quliyev; Yoxladı: C.Orucəliyev). Sözügedən daşınmaz əmlakın yerləşdiyi dövlət torpaq sahəsinin və tikilinin planına əsasən obyektə məxsus faktiki tikintialtı sahə 19,2 kv.metr müəyyən edilmişdir. Həmçinin sərhədlərinin döngə nöqtələrinin koordinatları qeyd olunmuşdur (əlavə edilir). 14 iyun 2023-cü il tarixdə “Qeyri- yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2181 nömrəli Fərman imzalanmışdır. Fərman, qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkili məqsədilə verilmişdir. Sözügedən Fərmana əsasən İddiaçı özünə məxsus qeyri-yaşayış sahəsinə (binasına) dair mövcud vəziyyətdə yerquruluşu işlərinin aparılması, obyektin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların, mühəndis-kommunikasiya təminatı şəbəkələrinin istismara hazırlığı baxımından müayinə edilməsinə və müayinənin nəticələrinə dair obyektin istismara hazır olması barədə rəyin tərtib edilməsinə, Tikintilərin Dövlət Reyestrində qeydiyyata alınmasına, habelə istismarına icazə verilməsinə dair müvafiq işlərin görülməsi haqqında xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli 3-18-2/1-F-2747-8/2023 daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş müraciətlə əlaqədar ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsində (binasında) müvafiq qurumlar ("xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin aidiyyəti struktur bölmələri, həmçinin Tikintidə X2 Agentliyi "Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu) tərəfindən müayinə işləri aparılmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun texniki rəyinin nəticəvi hissəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 45 ünvanında İddiaçı məxsus qeyri-yaşayış binası 1994-cü ildə inşa edilmişdir. Halhazırda qeyri-yaşayış binasında təmir işləri gedir. Müayinə zamanı yükdaşıyan monolit dəmir-beton konstruksiyalarda çat, deformasiya və zədələrə rast gəlinməmişdir. Qeyriyaşayış binası texniki cəhətdən işlək vəziyyətdədir. Qeyri-yaşayış binası təqdim edilmiş eskiz layihəyə uyğun inşa edilmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə məxsus mailto:ttnda.qyoii@fhn.gov.azElektron ünvan 1 elektron poçt ünvanından mailto:sahil.fataliyev@mail.ruElektron ünvan 2 elektron poçt ünvanına daxil olmuş məktubda aparılmış müayinələr nəticəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən binada aşkar edilmiş çatışmazlıq barədə məlumat verilmişdir (1 saylı Bakı Ərazi İdarəsinin bu barədə müvafiq məktubu qoşmaya əlavə edilməklə). Həmçinin bildirilmişdir ki, 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanın 1.9-cu bəndinə uyğun olaraq qeyd olunan çatışmazlıq aradan qaldırıldıqdan sonra müayinələrin yenidən aparılması üçün təkrar müraciət edilə bilər. Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-31294/**********31244 nömrəli “Qeyri-yaşayış obyektinin müayinə olunması və yerquruluşu planının hazırlanması barədə” məktubunda göstərilmişdir ki: “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2181 nömrəli Fərmanına əsasən qeyri-yaşayış obyektinin müayinə olunması barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyindən daxil olmuş elektron müraciətinizə baxılmışdır. Müayinə zamanı obyektin vahid qeyri-yaşayış binasının bir hissəsi olmaqla qeyri-yaşayış sahəsi olduğu müəyyən edilmişdir. Qeyri-yaşayış sahələrinin sözügedən Fərmanın predmeti olmadığını nəzərə alaraq müraciətin icrası tərəfimizdən mümkün olmamışdır.” Cavabdehin imtinası tamamilə əsassızdır. Əvvəla, obyekt vahid qeyri-yaşayış binasının bir hissəsi deyildir. Belə ki, tikinti sahəsi 18,36 kvadrat metr, ümumi sahəsi 14,10 kvadrat metr olan qeyri-yaşayış sahəsi ayrıca tikili olmaqla ünvanı, kommunikasiya xəttləri, damı ayrıdır. Ətrafındakı qeyri-yaşayış sahələrinin ayrı çıxarışları (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən) vardır. Elə cavabdeh inzibati orqanın illər əvvəl tərtib etdiyi yuxarıda qeyd olunan “tikilinin plan ölçü” sənədindən görünür ki, qeyri-yaşayış sahəsi heç bir tikilinin tərkib hissəsi deyildir. Əlavə olaraq, sözügedən məsələ ilə bağlı “X3” MMC-yə müraciət olunmuş və müraciət əsasında ekspert-mütəxəssis tərəfindən 28 sentyabr 2023-cü il tarixdə obyektə baxış keçirilmişdir. “X3” MMC-nin 29 sentyabr 2023-cü il tarixli 130 nömrəli rəyinin nəticəvi hissəsində göstərilmişdir: Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən təqdim olunmuş materialları (sənədləri), həmçinin xarici divarların və dam örtüyünün obyektin özünə məxsusluğu və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, ünvan 5 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin vahid qeyri-yaşayış binasının bir hissəsi olmadığı müəyyən edilir. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 14 iyun 2023-cü il tarixdə 2181 nömrəli Fərman imzalamışdır. Fərmanın əsas məqsədi qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkil olunmasıdır. Fərmana müvafiq olaraq, İddiaçı müraciəti əsasında, özünə məxsus qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu tərəfindən texniki rəy tərtib edilmiş və nəticədə, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin 1994-cü ildə inşa edildiyi, müayinə zamanı yükdaşıyan monolit dəmir-beton konstruksiyalarda çat, deformasiya və zədələrə rast gəlinmədiyi, qeyri-yaşayış sahəsinin texniki cəhətdən işlək vəziyyətdə olduğu və eskiz layihəsinə uyğun inşa edildiyi müəyyən edilmişdir. Hazırkı ekspertiza tədqiqatı zamanı, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin təcrid olunmuş birmərtəbəli tikili olduğu və ona bitişik vəziyyətdə yerləşən qonşu obyektlərlə heç bir əlaqəsi olmadığı müəyyən edilir. Qeyd olunanlar əsas götürülərək hesab edilir ki, ünvan 5 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 2181 nömrəli Fərmanının predmetinə aiddir (daxildir). Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbini müdafiə etdi və iddianın mümkün sayılmaqla təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə qeyd edir ki, inzibati iddialar üzrə iddianın mühüm mümkünlük şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının subyektiv hüququnun müəyyən olunmasıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materialarını araşdırdıqda aydın olur ki, hazırkı iş üzrə iddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyil. Belə ki, işdən görünür ki, xx.xx.1993-cü ildə “Aytən” kiçik müəssisəsinin direktoru X4 ərizə ilə Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək, Tağızadə küçəsində 62 nömrəli binanın yan tərəfində ticarət müəssisəsi yaradılması üçün yer ayrılmasına icazə verilməsini xahiş etmişdir. Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 469 saylı sərəncamından görünür ki, “Aytən” kiçik müəssisəsinə 5-ci mikrorayon, Tağızadə küçəsi, 62 nömrəli evin yan tərəfində mağaza üçün yer ayrılmasına icazə verilmişdir. Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli məktubundan görünür ki, Nəsimi RİH-nin xx.xx.1993-cü il tarixli sərəncamı ilə Tağızadə 66 ünvanda fəaliyyət göstərən “Aptek” köşkü Nəsimi RİH tərəfindən yeraltından keçən kommunikasiya xətlərinin keçməsi ilə əlaqədar Tağızadə 45 (1-ci mkr.) ünvanına keçirilmişdir. İşdən görünür ki, İddiaçı hazırda Nəsimi rayonu, Asif Məhərrəmov (keçmiş Tağızadə küçəsi) küçəsi 45 ünvanında yerləşən qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanının 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planın hazırlanması və elektron qaydada aidiyyəti orqanlara göndərilməsini xahiş edir. Lakin işdən görünür ki, İddiaçı bu iddianı “Aytən” kiçik müəssisəsinin adından deyil, fiziki şəxs kimi öz adından qaldırmışdır. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir (maddə 52.1). Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir (maddə 52.2). Göründüyü kimi, qanunverici hüquqi şəxsin ayrıca əmlaka malik olmaq hüququnu, təsisçilərinin hüquqi şəxsin öhdəlikləri üçün cavabdeh olmadığını təsbit etmişdir. Belə olan halda müəyyən olunur ki, hazırkı iddia ilə çıxış etmək üçün subyektiv hüquqa iddiaçı deyil, barəsində sərəncam qəbul edilən “Aytən” kiçik müəssisəsi malikdir. Məhkəmə bir daha qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Hazırkı halda da İddiaçının müvafiq tələb irəli sürmək üçün subyektiv hüququ olmadığından məhkəmə hesab edir ki, cavabdehin imtinası onun hüquqlarını və qanunla qorunan maraqlarını pozması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 9alahova
Məhkəmə qərarları › İş №2-1(112)-14724/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14724/2023
13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver