Məhkəmə qərarları › İş №2-1(112)-1473/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1473/2023

05.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1473/2023 05.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********7106 saylı, xx.xx.2022-ci il tarixli Qərarının əsassız və qanunsuz hesab edilərək ləğv edilməsi, habelə cavabdehin xx.xx.2022-ci il tarixli **********5384 saylı, imzalanmamış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində, saat 13:10-da 2 nəfər şəxs, İddiaçı Klinikasının qəbul şöbəsinə yaxınlaşaraq, pasient qismində, onlara göstəriləcək tibbi yardım müqabilində 5.00 manat pul ödəmişlər və onlara, post terminal vasitəsilə çap edilmiş müvafiq xəzinə qəbzi verilmişdir. Bundan sonra, bu şəxslər, kiçik vergi xidməti müşaviri X12 və 3-cü dərəcəli müfəttiş X9, müasir kassa aparatının quraşdırılmadığını bildirmişlər və klinikanın direktorunu tələb etmişlər. Onlara bildirilmişdir ki, direktor hal-hazırda klinikada deyil, klinikanın işləri ilə əlaqədar getmişdir. Onlara izah edilmişdir ki, onlara verilən qəbz, klinikada quraşdırılmış hazırkı POS terminal vasitəsilə verilmiş qəbzdir. Bundan bir neçə gün keçmiş, klinikaya, elektron poçt vasitəsilə, imzalanmamış Bildirişin, Bildirişə əlavə edilmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini X3 tərəfindən imzalanmış “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********7106 saylı, xx.xx.2022-ci il tarixli Qərarın, 28 mart 2022-ci il tarixli, KY221726813 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”ın, xx.xx.2022-ci il tarixli, DVX № 000492 saylı Aktın surətləri göndərilmişdir. Əvvəla, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında **********7106 saylı, xx.xx.2022-ci il tarixli Qərarın (AR Vergi Məcəlləsinin 50.1.3-cü maddəsi: əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması) qəbul edilməsi üçün AR Vergi Məcəlləsinin 50.2.4-cü maddəsində (AR Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi: vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda) nəzərdə tutulmuş əsaslar olmamışdır. AR Vergi Məcəlləsinin 50.3-cü maddəsinin tələbinə görə, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Lakin xx.xx.2022-ci il tarixli Qərar hər hansı bir halla, sənədlə, sübutlarla əsaslandırılmamışdır. Aktda yazılanlar həqiqəti əks etdirmir, İddiaçı Klinikasının, Kapital Bank tərəfindən quraşdırılmış, qeydiyyatdan keçmiş POS terminalı olmuşdur, sadəcə, həmin vaxt, bu ünvanda 3 obyektin kodu olmasına dair əməkdaşlar xəbərdar edilmədiklərindən, vergi orqanından götürdükləri kodlardan birini qeyd etmişlər. POS terminalın quraşdırılması və qeydiyyatına dair müvafiq sənədlər mövcuddur. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli etirazı məhkəməyə təqdim etmiş və göstərmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********7106 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski pr. 112 ünvanında yerləşən "xxxx" MMC-də Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələ(ləri)si üzrə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2022-ci il tarixdə saat 13:10-da tibb mərkəzində müştəri tərəfindən tibbi analiz üçün beş (5) azn məbləğində nağdsız ödəniş tələb edildi və müştəriyə post terminal təqdim edildi. Operativ vergi nəzarəti zamanı məlum oldu ki, ödəniş qəbul olunan pos-terminal başqa kodlu obyektdə qeydiyyatdadır və **********-15001 kodla obyektdə pos-terminal mövcud deyil. Qeyd olunan hal isə vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli 000492 saylı aktla rəsmiləşdirilmişdir. Qeyd olunan hal özlüyündə iddiaçı tərəfindən Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasını təsdiq edir. Nəticə olaraq vergi ödəyicisi barədə xx.xx.2022-ci il tarixli **********5384 saylı qərar qəbul edilməklə 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qərarlarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarların mübahisələndirilməsi üçün xx.xx.2022-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Cavabdeh xx.xx.2022-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət bununla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən ləğv edilməsi tələb olunan xx.xx.2021-ci il tarixli **********5384 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar xx.xx.2022-ci il tarixdə elektron qaydada göndərilmiş və xx.xx.2022-ci il tarixdə onun tərəfindən oxunmuşdur. Lakin hüquqi şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edilərək, qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin bərpası üçün məhkəməyə hər hansı müraciət edilməmişdir. Məhkəmə vəsatətlə bağlı qeyd edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli qərarı iddiaçıya elektron sistem vasitəsilə təqdim edilsə də, vəsatətə əlavə edilmiş sənədlərdən görünür ki, bu zaman “Elektron imza və elektron sənəd haqqında” Qanunun tələblərinə əməl edilməmiş, sənəd elektron imza ilə imzalanmamışdır. Belə olan halda cavabdehin xx.xx.2022-ci il tarixli qərarının iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixə oxunması qərarın həmin tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilməsi kimi qiymətləndirilə bilməz. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********7106 saylı, xx.xx.2022-ci il tarixli qərarın isə ümumiyyətlə, iddiaçıya təqdim edilməsi iş üzrə müəyyən edilmir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən həmin qərarların mübahisələndirilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********7106 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən İddiaçınə məxsus AZ 1072, Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti 112 ünvanında yerləşən X19 (**********-15001) adlı obyektdə (fəaliyyət növü: xəstəxanaların fəaliyyəti) “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. - xx.xx.2022-ci il tarixli, KY221726813 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yuxarıda qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi barədə məlumat xx.xx.2022-ci il tarixdə reyestrə daxil edilmiş, yoxlamanın təyin edilməsi üçün əsas kimi Vergi Məcəlləsinin 50.2.14-cü, 50.1.3cü, 50.2.4-cü maddələrinə istinad olunmuşdur. - xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” DVX seriyalı, 000492 nömrəli aktdan görünür ki, Dövlət Vergi Xidmətinin əməkdaşları kiçik vergi xidməti müşaviri X12 və 3-cü dərəcəli müfəttiş X9 tərəfindən İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti 112 ünvanında yerləşən X13 işçi X4 iştirakı ilə POSterminalların quraşdırılması və POS-terminallar quraşdırılmış obyektlərdə plastik kartlar vasitəsilə nağdsız ödənişlərin qəbulu hallarına nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti həyata keçirilərkən müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 13:10-da keçirilən OVN tədbirində müşahidə zamanı tibb mərkəzində müştəri tərəfindən tibbi analiz (şəkər üçün) üçün 5,00 AZN məbləğində nağdsız ödəniş tələb edildi və müştəriyə pos terminal təqdim edildi. Aparılan araşdırma zamanı məlum oldu ki, ödəniş qəbul olunan pos-terminal başqa kodlu obyektdə qeydiyyatdadır. Hal-hazırda **********- 15001 kodlu obyektdə Pos terminal qeydiyyatı mövcud deyil. Nəticədə AR Vergi Məcəlləsinin 16.1.11-1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə” 2012-ci il 4 oktyabr tarixli 219 saylı qərarının 4 bəndinin tələblərini pozmuş və buna görə də İddiaçı MMC barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Obyektə qısa zaman ərzində Pos Terminal quraşdırılması tövsiyə olunmuşdur. Vergi ödəyicisi və ya səlahiyyətli nümayəndə OVN tədbirində iştirak etmədiyindən aktı imzalamaq və bir nüsxəsini təqdim etmək mümkün olmamışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********5384 nömrəli Qərarından görünür ki, keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2022-ci il tarixli 000492 nömrəli akta, eləcə də vergi nəzarəti zamanı toplanmış materiallara baxılaraq İddiaçı MMC Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1.14-cü maddəsinə əsasən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsinə təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı hazırda bu yoxlamanın keçirilməsi barədə qərarın və onun yekununda iddiaçının məsuliyyətə cəlb edilməsi barədə qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.1-50.1.14-cü maddələrinə əsasən operativ nəzarət tədbiri digər hallarla yanaşı aşağıdakı qeyd olunan halların aşkar edilməsi üçün həyata keçirilir: - 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. Həmin Məcəllənin: - 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. - 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. - 50.7-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. - 50.8-ci maddəsinə əsasən nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN-i; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği); 50.8.6. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X18); 50.8.10. ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr); 50.8.14. çekin növü (satış, geri qaytarma və ya ləğvetmə); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; 50.8.16. geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr çtarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”na əsasən: - 2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.6. POS-terminal - nağdsız ödənişlərin (o cümlədən təmassız ödənişlərin) aparılması və/və ya nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıq, o cümlədən lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihaz (mobil operatorların ümumistifadəli telekommunikasiya şəbəkələrində mobil (sellülar) xidmət alan (xidmət almağa yararlı olan) telefon aparatı və digər son avadanlıq); 2.1.7. POS-terminal sifarişçisi (bundan sonra - sifarişçi) - qanunvericiliyə uyğun olaraq POS-terminal quraşdırmalı olan hüquqi və ya fiziki şəxs, habelə dövlət orqanı; 2.1.8. təsərrüfat subyekti - sifarişçinin POS-terminal quraşdırdığı obyekt; - 4.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti) qanunvericiliyə müvafiq olaraq POS-terminalların quraşdırılması tələb olunan sifarişçiyə məxsus bütün təsərrüfat subyektlərində POSterminalların quraşdırılması üçün bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun bildiriş göndərir. - 4.2. Sifarişçi bildirişi aldıqdan sonra 10 (on) iş günü müddətində POS-terminalın quraşdırılması üçün bank ekvayerə müraciət etməlidir. - 4.3. Sifarişçi POS-terminalın quraşdırılması üçün ərizə ilə birlikdə aşağıdakı sənədləri və ya məlumatları bank ekvayerə təqdim etməlidir: 4.3.1. vergi ödəyicisinin və ya dövlət orqanının qanuni təmsilçisinin şəxsiyyətini təsdiq edən sənədin surəti (kağız daşıyıcıda) və ya müvafiq sənədin məlumatları (elektron formada); 4.3.2. sifarişçinin vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti (kağız daşıyıcıda) və ya şəhadətnamənin məlumatları (elektron formada); 4.3.3. təsərrüfat subyektinin vergi uçotunu təsdiq edən sənədin surəti (kağız daşıyıcıda) və ya müvafiq sənədin məlumatları (elektron formada). 4.3.4. əsas fəaliyyət növünün adı və kodu göstərilməklə, təsərrüfat subyektində POSterminalın quraşdırılması üçün Dövlət Vergi Xidməti tərəfindən göndərilmiş bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun bildirişin surəti (kağız daşıyıcıda) və ya bildirişin məlumatları (elektron formada). Həmin Qərarla təsdiq edilmiş “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları” nın 1-ci bəndinə əsasən POS-terminallar quraşdırılacaq obyektlər aşağıdakılardır: 1.2. dövriyyəsindən və ərazisindən asılı olmayaraq avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən). Azərbaycan Respublikasının Vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”na əsasən: - 16. POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə plastik kartlar vasitəsilə nağdsız ödənişlərin qəbulundan imtina faktlarının müəyyən edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi - 16.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. - 16.2. Obyektdə POS-terminal quraşdırılmadığı müəyyən edildikdə, mövcud qanunvericiliyə əsasən obyektin müvafiq icra hakimiyyəti orqanının (NK) qərarına əsasən POS-terminal quraşdırılması üçün müəyyən edilmiş meyarlara uyğun olması araşdırılır. - 16.3. POS-terminalın quraşdırılması üçün bank ekvayer tərəfindən sifarişçiyə POSterminalın quraşdırılmasından imtina edildikdə, imtinanın səbəbləri qeyd edilməklə, elektron və ya kağız daşıyıcısında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və sifarişçiyə (vergi ödəyicisinə) məlumat göndərilməsi araşdırılmalıdır. - 16.4. Bank ekvayerdən bu Qaydaların 16.3-cü bəndində nəzərdə tutulmuş imtina haqqında məlumat daxil olduqda sifarişçi tərəfindən texniki çatışmazlıqların 15 (on beş) gün müddətində, imtinaya səbəb olan digər uyğunsuzluqların isə 5 (beş) iş günü müddətində aradan qaldırılmasının təmin edilməsi və POS-terminalın quraşdırılması üçün yenidən bank-ekvayerə müraciət edilməsi araşdırılmalıdır. - 16.5. İstifadə edilən POS-terminalın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyata alınması və bu barədə bank ekvayerdən məlumat daxil olması araşdırılır. - 16.6. Təsərrüfat subyektinin POS-terminaldan istifadə etməyə səlahiyyəti olan əməkdaşı (bundan sonra “Əməliyyatçı”) tərəfindən kart istifadəçisinə ödənişin qəbulu haqqında qəbz verilib verilməməsi araşdırılmalıdır. - 16.7. Kart vasitəsilə ödənişin qəbulu haqqında verilmiş qəbzdə aşağıdakı məcburi rekvizitlərin əks etdirilməsi araşdırılmalıdır. 16.7.1. bank ekvayerin adı; 16.7.2. sifarişçinin adı və VÖEN-i; 16.7.3. qəbzin nömrəsi; 16.7.4. əməliyyatın tarixi (gün, ay, il) və vaxtı (saat, dəqiqə); 16.7.5. xidmət mərkəzinin adı (qanunvericiliyə uyğun olaraq prosessinq fəaliyyətini həyata keçirmək hüququ olan şəxs); 16.7.6.POS-terminalın kodu; 16.7.7. ödənişin məbləği; 16.7.8. kartın təhlükəsizlik tələbləri çərçivəsində icazə verilən rekvizitləri; 16.7.9. avtorizasiya kodu (əməliyyatın həyata keçirilməsi üçün icazənin alınması sorğusu). - 16.8. Ödənişlərin plastik kartlarla aparılması üçün POS-terminalın tətbiqinin nəzərdə tutulduğu halda nəzarət aparılan obyektdə belə ödəniş vasitəsinin quraşdırılmadığı aşkar edildikdə və ya təsərrüfat subyektində quraşdırılmış POS-terminal nasaz olduqda və ya plastik kartlar vasitəsilə nağdsız ödənişlərin qəbulundan imtina faktları müəyyən edildikdə alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə POS-terminaldan operativ yaddaşın “Z” hesabatı alınır, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. İşin sadalanan hallarından aydın olur ki, əvvəlki vergi yoxlamaları zamanı əldə edilmiş məlumatlara əsasən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi məqsədilə iddiaçının fəaliyyət göstərdiyi obyektdə operativ vergi nəzarətinin keçirilməsi qərara alınmış, bu barədə məlumat sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmiş, yoxlama yuxarıda istinad olunan normaların tələblərinə uyğun aparılmış, operativ vergi nəzarəti zamanı aşkar edilmiş hüquqpozma aktlaşdırılmış, həmin hüquqpozmaya görə məsuliyyətə cəlb etmə barədə qərar qəbul edilmiş, vergi orqanı bu zaman vergi qanunvericiliyinin hər hansı normasının pozulmasına yol verməmişdir. Belə ki, yoxlama materiallarına əlavə edilmiş kassa çekindən görünür ki, Yaşam Klinikasında **********-15003 saylı obyekt tərəfindən xx.xx.2022-ci il tarixdə 5 manat dəyərində satış həyata keçirilmiş və bu barədə çek təqdim edilmişdir. Lakin işin hallarından görünür ki, vergi orqanı iddiaçıya məxsus **********-15003 saylı deyil, **********—15001 kodlu təsərrüfat obyektində yoxlama aparmışdır. Bu isə onu deməyə əsas verir ki, vergi orqanının yoxlama keçirdiyi **********—15001 kodlu təsərrüfat obyektində POS-terminal quraşdırılmamışdır. Belə ki, işdə olan qeyri-yaşayış yerinin icarəyə verilməsi haqqında 01 iyun 2020-ci il tarixli müqaviləyə əsasən “İcarəyəverən” X7 mülkiyyətində olan Bakı şəhəri, F.X.Xoyski prospekti, 112 ünvanda yerləşən əsaslı təmir olunmuş 270,0 kv. metr olan qeyri-yaşayış sahəsini icarə haqqı 1350 manat olmaqla xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək “İcarəçi” İddiaçı MMC-nin istifadəsinə vermişdir. Qeyri-yaşayış yerinin icarəyə verilməsi haqqında 01 iyul 2021-ci il tarixli müqaviləyə əsasən “İcarəyəverən” X11 mülkiyyətində olan Bakı şəhəri, F.X.Xoyski prospekti, 112 ünvanda yerləşən əsaslı təmir olunmuş 173,0 kv. metr olan qeyri-yaşayış sahəsini icarə haqqı 692 manat olmaqla xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixinədək “İcarəçi” İddiaçı MMC-nin istifadəsinə vermişdir. 01 mart 2022-ci il tarixli icarə müqaviləsinə əsasən “İcarəyəverən” X2 mülkiyyətində olan Bakı şəhəri, F.X.Xoyski prospekti, 112 ünvanda yerləşən əsaslı təmir olunmuş 205,0 kv. metr olan qeyri-yaşayış sahəsini 3 il müddətinə “İcarəçi” İddiaçı MMC-nin istifadəsinə vermişdir. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********6, **********1, **********3 nömrəli arayışlardan görünür ki, İddiaçı MMC (VÖEN **********) **********-15001 kodu altında xx.xx.2006-cı il tarixdə uçota alınmaqla, **********-15002 kodu altında xx.xx.2013-cü il tarixdə uçota alınmaqla, **********-15003 kodu altında xx.xx.2013-cü il tarixdə uçota alınmaqla fəaliyyət göstərir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********190500 nömrəli məktubuna əsasən xx.xx.2023-cü il tarixə olan uçot məlumatlarına əsasən İddiaçı MMC-nin AZ1072, ünvan 4 ünvanında yerləşən **********- 15001 kodlu təsərrüfat subyekti (obyekti) xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmış və fəaliyyəti aktiv vəziyyətdədir. Göründüyü kimi, Bakı şəhəri, F.X.Xoyski prospekti, 112 ünvanda iddiaçıya məxsus 3 təsərrüfat obyekti fəaliyyət göstərsə də, vergi yoxlaması aparılan zaman həmin təsərrüfat obyektindən yalnız biri, **********-15001 kodlu təsərrüfat obyekti aktiv fəaliyyət göstərmiş, həmin obketdə isə POS terminal quraşdırılmamış, **********-15003 kodlu digər təsərrüfat obyektinə məxsus POS Terminaldan istifadə olunmuşdur. İşdə olan İddiaçı MMC-nin "xxxx" ASC-nə ünvanlanmış 29 dekabr 2022-ci il tarixli, 01 mart 2023-cü il tarixli, 13 mart 2023-cü il tarixli, 14 mart 2023-cü il tarixli eyni məzmunlu məktublarından da görünür ki, İddiaçı MMC-nin rəhbərliyi dəfələrlə "xxxx" ASC-yə müraciət edərək xx.xx.2019-cu il tarixdə ünvan 5 ünvanında quraşdırılan POS-terminalda (Modeli və seriya nömrəsi: Verifone VX680 320-525-529, POS-terminalın İD-si RT 1020742) qeyd olunmuş 15003 obyekt kodunu 15001 obyekt kodu ilə dəyişdirilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı bu məktubları ilə operativ vergi nəzarəti zamanı aşkar olunan halları təsdiqləmiş və mübahisəli qərarın qəbulundan sonra mövcud POS terminalın **********-15001 kodlu təsərrüfat obyektinə quraşdırılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki,Vergi Məcəlləsinin 58.7-ci maddəsinə görə Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi, qanunverici VM-nin 58.7-ci maddəsi ilə vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə məsuliyyət müəyyən etmiş, bu pozuntuya POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması aid edilmişdir. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə, işin halları ilə iddiaçının istinad olunan hüquqpozmanı törətdiyi müəyyən olunduğundan, bu hal iddiaçı tərəfindən də təkzib edilmədiyindən məhkəmə hesab edir ki, vergi orqanının vergi nəzarətinin keçirilməsi və Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə istinadən iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarları əsaslı və qanuni olmuşdur, həmin qərarların ləğv edilməsi üçün əsas yoxdur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar