Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1474/2020 21.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Maştağa qəsəbəsi üzrə nümayəndə olmuş Ə.A.Hacıyevin imzası ilə ona verilmiş 15 mart 1999-cu il tarixli, 03 nömrəli çıxarışın Cavabdeh tərəfindən tanınması, ayrılmış torpaq sahəsinin yerinin müəyyən olunması vəzifəsini Cavabdeh üzərinə öhdəlik kimi qoyulması, əvvəlki dövrdə ayrılmış torpaq sahəsinin yeri müəyyən edilmədiyi təqdirdə yenidən ona torpaq sahəsinin ayrılması barədə” iddiası üzrə inzibati işə hazırlıq icraatında məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, ona Sabunçu rayonu, Maştağa qəsəbəsi üzrə nümayəndə olmuş Ə.A.Hacıyevin imzası ilə verilmiş 15 mart 1999-cu il tarixli, 03 nömrəli çıxarışın Cavabdeh tərəfindən tanınması, ayrılmış torpaq sahəsinin yerinin müəyyən olunması vəzifəsinin Cavabdeh üzərinə öhdəlik kimi qoyulması, əvvəlki dövrdə ayrılmış torpaq sahəsinin yeri müəyyən edilmədiyi təqdirdə yenidən ona torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan işə Bakı İnzibati Məhkəməsində 2- 1(112)-1474/2020 nömrəsi ilə baxılmağa başlanılmışdır. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi üzrə nümayəndə olmuş Ə.A.Hacıyevin imzası ilə verilmiş 15 mart 1999-cu il tarixli, 03 nömrəli çıxarış əsasında Maştağa qəsəbəsi, ikinci kvartal, sahə 906A-da fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya 600 kv.m torpaq sahəsi ayrılmış, maddi durumu çətin olduğuna görə ayrılmış torpaq sahəsində tikinti apara bilməmiş, sonradan səhhətiylə bağlı 3 dəfə əməliyyat olunduğuna görə həmin əraziyə gedib-gəlməmişdir. Lakin bir müddət sonra ona ayrılmış torpaq sahəsinə gəlib baxmaq istəyəndə görmüşdür ki, həmin ərazidə xeyli sayda tikililər mövcuddur. Bununla bağlı bir neçə dəfə Maştağa qəsəbə nümayəndəliyi ilə telefon əlaqəsi saxlasa da, ona bildirmişlər ki, sözügedən ərazidə bu problemlə üzləşmiş vətəndaşlara torpaq sahəsi ayrıldıqdan sonra ona da torpaq veriləcək. Lakin deyilən sözdən xeyli müddət ötmüş, bundan sonra Nazirlər Kabinetinin Aparatına və Cavabdehnə rəsmi müraciət etmişdir. Müraciətllərinə dair 31 iyul 2019-cu il tarixdə poçt vasitəsilə ona təqdim edilmiş Cavabdeh başçısının birinci müavininin cavabından sonra ona aydın olmuşdur ki, bu məsələni İcra Hakimiyyəti həll etmək istəmir.Hesab edir ki, mübahisəli torpaq ərazisinə dair hüquqları qanunvericiliyin tələblərinə uyğun yaranmış, cavabdehlərin iddia qaldırdığı əraziyə hüquqi əsasları olmaması tam sübut olunmuşdur. İnzibati Prosessual Məcəllənin45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması və Bakı şəhəri Cavabdeh Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinə müraciət edilməsini təsdiq edən sübutun məhkəməyə təqdim edilməsi ilə bağlı iddiaçıya müvafiq hüquqi yardım məktubları göndərilmiş, lakin həmin məktublara iddiaçı tərəfindən, ümumiyyətlə, münasibət bildirilməmişdir. Qısacası, İnzibati Prosessual Məcəllənin 13 və 48-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə tərəfindən hazırki iddia tələbi üzrə yol verilmiş formal qüsurların aradan qaldırılması ilə əlaqədar lazımi prosessual hərəkətlər edilmiş, lakin həmin xətalar aradan iddiaçı tərəfindən qaldırılmamışdır. Bundan başqa, işin ilkin məhkəmə araşdırılması zamanı iddiaçının hazırkı iddia tələbi üzrə müvafiq məsələ (torpaq sahəsinin yerinin müəyyən edilməsi və naturada təhkim edilməsi) ilə bağlı inzibati orqan hesab edilən Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinə müraciətinin olmadığı müəyyən edilir. Məhz bu səbəblərdən 21 sentyabr 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. Məhkəmənin 21 sentyabr 2020-ci il tarixdə keçirilmiş iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair iddiaçıya ünvanlanmış 15 iyul 2019-cu il tarixli məktubunda, habelə məhkəməyə təqdim etdiyi yazılı etirada qeyd edilənlərə uyğun məzmunda izahat verdi və əlavə olaraq bildirdi ki, hazırkı iş üzrə Cavabdeh torpaqayırma orqanı olmamışdır. Bu səbəbdən torpaq sahəsinin yerinin müəyyən edilməsi və naturada təhkim edilməsi barədə iddiaya münasibətdə Cavabdeh kimi qəbul edilə bilməz. Nümayəndə göstərilən səbəbdən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İş üzrə hazırlıq icraatı ilə bağlı təyin edilmiş məhkəmə iclasına iddiaçı gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİİ. “Azərbaycan Respublikasının Yerli İcra Hakimiyyəti Orqanları” bölməsinin 2.-ci bəndində Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nümayəndəlikləri inzibati orqan kimi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçı məhkəmənin hüquqi yardım məktublarına təyin edilmiş müddət ərzində münasibət bildirmədiyindən, həmçinin, iddiaçı Bakı şəhəri Cavabdeh Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinə müraciət etməsini təsdiq edən sübutunu və həmin orqanın imtina məktubunu məhkəməyə təqdim etmədiyindən, hazırkı iş üzrə cavabdeh kimi göstərilmiş Bakı şəhəri Cavabdeh tərəfindən isə iddiaçının hüquqlarının hansı formada pozulmasını və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyini müəyyən etmək mümkün olmadığından əsl olmayan tərəflərin əvəz edilməsi məsələsinə baxılmadan iddia mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İşin yuxarıda qeyd edilən hallarına əsasən iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, hazırki iddia tələbində qaldırdığı məsələnin (torpaq sahəsinin yerinin müəyyən olunması və naturada təhkim edilməsi) həlli üçün qanunvericiliklə zəruri hesab edilən sənədləri ərizəsinə əlavə etməklə Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinə müraciət etməli, əsassız səbəblərdən xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə yenidən iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-1474/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1474/2020
21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver