Məhkəmə qərarları › İş №2-1(112)-1474/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1474/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1474/2021 14.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi İddiaçı oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin olunması üçün adının müvafiq siyahıya daxil edilməsinə” dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəmədə iddia qaldıraraq “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” 569 saylı N8.1N.N011-ci il tarixli Fərmanına uyğun olaraq iddiaçının adının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Naziliyinə həvalə edilməsi barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1974-cü il tarixində Azərbaycan Respublikası Cəbrayıl rayonunda anadan olmuşdur. 01.08.199N-ci ildən 08.0N.N016-cı ilədək Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin N4.10.N015-ci il tarixli 0961 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin J bəndinə (öz arzusu ilə- yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər) əsasən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin N fevral N016-cı il tarixli 0691 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmış və 11.0N.N016-cı ildə SHXÇDX-nin Cəbrayıl rayon bölməsinə qeydiyyata durmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir və müharibə veteranıdır. Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 049t nömrəli əmri ilə “Qüsursuz Xidmətlərə görə” 3-cü dərəcəli medalı ilə, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 010Nt nömrəli əmri ilə “Qüsursuz Xidmətlərə görə” N-ci dərəcəli medalı ilə, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 064t nömrəli əmri ilə “Qüsursuz Xidmətlərə görə” 1-ci dərəcəli medalı ilə təltif olunmuşdur. Həmçinin, xidmət etdiyi illər ərzində xidməti vəzifələrini nümunəvi yerinə yetirdiyinə görə dəfərlərlə Hərbi Hissə Komandanlığı tərəfindən “Təşəkkür”lər, “Fəxri fərman”lar, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illik, 90 illik, 95 illik yubiley medalları ilə də təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” 569 saylı N8.1N.N011- ci il tarixli Fərmanına əsaslanaraq bir çox tarixlərdə ərizə ilə cavabdeh Müdafiə Nazirliyinə müraciət edərək iddiaçının dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısına salınmağını xahiş etmişdir. Lakin Müdafiə Nazirliyi iddiaçının axırıncı dəfə N7.06.N0N0-ci il tarixdə edilən növbəti müraciətinə cavab verməmişdir, cavabdeh əvvəlki müraciətlərin təmin edilməsindən məktub vasitəsilə imtina etmiş və əsas kimi göstərilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” 569 saylı N8.1N.N011-ci il tarixli Fərmanının qüvvəsi N0 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara şamil olunur, lakin Siz Gəncə Hərbi Məhkəməsinin N8.04.N004-cü il tarixli hökmü ilə 1 (bir) il hərbi xidmət üzrə məhdudlaşdırma, yəni aylıq qazancının 10 faizi dövlət nəfinə tutulma cəzası ilə cəzalandırılmısınız”. İddiaçının cəzası 18 may N005-ci ildə başa çatmışdır. Müdafiə Nazirliyinə müraciətinin təmin edilməsindən imtinası üçün gətirdiyi, iddiaçının əvvəllər məhkum olmağı səbəbi ilə hərbi xidmət dövrünün qüsurlu olması barədə dəlili əsaslı və qanuni hesab edilə bilməz. Hazırki halda da iddiaçının barəsində çıxarılmış Gəncə Hərbi Məhkəməsinin N8.04.N004-cü il tarixli hökmündə məhkəmə iddiaçının törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini, heç bir ağır nəticəyə səbəb olmamasını, onun iştirakçılarının şəxsiyyətini nəzərə alıb hesab etmişdir ki, cəza təyin edərkən iddiaçının barəsində cəmiyyətdən təcrid olunmadan cəza tətbiq etmək məqsədəmüvafiqdir, bu səbəbdən də barəsində 1 (bir) il hərbi xidmət üzrə məhdudlaşdırma müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təsadüfi deyil ki, həmin Məcəlləsinin 16.3-cü maddəsinə görə, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya Cinayət Məcəlləsinin Xüsusi Hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Göründüyü kimi qanunverici məhkumluğun ödənilməsi səbəbindən iddiaçı tərəfimdən törədilmiş cinayəti təkrar deyil, ilk dəfə törədilmiş kimi qəbul edir. Bu isə o deməkdir ki, məhkumluqla bağlı olan bütün hüquqi nəticələr - şəxsin cinayət törətməsi, törətdiyi əmələ görə cəza təyin olunması, onun məhkum olunması məhkumluğun ödənilməsi ilə aradan qalxmış olur. Başqa sözlə, həmin şəxs cinayət törətməmiş hesab olunur. Belə olan halda iddiaçının barəsində 1 (bir) il hərbi xidmət üzrə məhdudlaşdırma bitdiyi - 18.05.N005-ci il tarixdən etibarən iddiaçının bu əsasla, yəni əvvəllər məhkum olmağı əsası ilə hər hansı məhdudiyyətə məruz qalmağı artıq cinayət qanununun “ədalət” prinsipi ilə uzlaşmır və bu hal iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Müdafiə Nazirliyinin imtinasına dair gətirdiyi dəlil elə özü tərəfindən iddiaçıya verilmiş təltiflərlə təkzib olunur. Belə ki, Azərbaycan Respublikasının 17 may N00N-ci il tarixli, 333-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının N6-na qədər 10, 15 və N0 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Həmin Əsasnamənin N-ci bəndinə müvafiq olaraq "Qüsursuz xidmətə görə" medalının üç dərəcəsi vardır: "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə N0 təqvim ili xidmətə görə; "Qüsursuz xidmətə görə" N-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Adından da göründüyü kimi bu təltif dövlət tərəfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur ki, iddiaçı da bu medalın hər üç dərəcəsi ilə: Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin nazirinin 049t nömrəli əmri ilə “Qüsursuz Xidmətlərə Görə” 3-cü dərəcəli medalı ilə, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 010Nt nömrəli əmri ilə “Qüsursuz Xidmətlərə Görə” N-ci dərəcəli medalı ilə, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 064t nömrəli əmri ilə “Qüsursuz Xidmətlərə Görə” 1-ci dərəcəli ilə təltif olunmuşdur. Bütün bunlar isə onu deməyə əsas verir ki, iddiaçı hərbi xidmət zamanı qüsursuz xidmət etmiş hərbi qulluqçu hesab olunduğundan cavabdeh tərəfindən qeyd olunan təltiflərə layiq görülmüşdür. Bundan əlavə iddiaçı xidmət etdiyi illər ərzində xidməti vəzifələrini nümunəvi yerinə yetirdiyinə görə dəfərlərlə hərbi hissə komandanlığı tərəfindən “Təşəkkür”lər, “Fəxri fərman”lar, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illik, 90 illik, 95 illik yubiley medalları ilə də təltif edilmişdir. Beləliklə də, iddiaçı 199N-ci ildən etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmiş, N fevral N016-cı ildən Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmri ilə ehtiyata buraxılmışdır. N0 ildən çox xidmət ilinin cəmi 1 ili üzrə barəsində məhkəmə hökmü ilə cəza təyin olunmuş, lakin məhkum edilməklə cəzasını çəkmədən xidmətini davam etdirmiş, xidmət illərində fərqləndiyinə görə müxtəlif medallarla, xüsusi ilə də qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi təltiflərə layiq görülmüşdür. Belə olan halda, iddiaçının hüquqi statusu (N0 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması), iddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin N8 dekabr N011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına daxil etməyə imkan verdiyindən, sözügedən Fərman iddiaçıya da şamil edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə göndərilmiş və cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya dair öz 15.10.N0N0-ci il tarixli etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq şəxslərin siyahısına daxil edilməsi” tələbinə dair iddia ərizəsi əsassızdır, qanunsuzdur və aşağıdakı səbəblərə görə təmin edilə bilməz. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, N0 təqvim ili qüsursuz xidmət etdiyindən, dövlət vəsaiti hesabına mənzillə təmin olunmalıdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin N8.1N.N011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N0 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. İddiaçının xidməti isə qüsursuz sayılmadığından mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilə bilməz. Gəncə Hərbi Məhkəməsinin N8.04.N004-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 341.1-ci maddəsi ilə (rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi) təqsirli bilinmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 6N.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublkasının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən ünvanlanmış 9N9 nömrəli, N8.0N.N018-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə nazirinə mənzil məsələsi ilə əlaqədar yazdığını ərizə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində baxılmışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin N8 dekabr N011-ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində N0 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. İddiaçının adı 199N-ci ildə Azərbaycan Ordusu sıralarında xidmətə başlamış məhkum olunan hərbi qulluqçuların adlı siyahısında Müdafiə Nazirliyinin mənzil komissiyasına təqdim edilmişdir. Komissiya tərəfindən məhkumluğunun qüsur hesab olunub-olunmaması araşdırıldıqdan sonra qəbul ediləcək qərar barədə məlumat veriləcəkdir. - Azərbaycan Respublkasının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən ünvanlanmış N964 nömrəli, N5.07.N018-ci il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisinə mənzil təminatı ilə əlaqədar yazdığı ərizəyə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində baxılmışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin N8 dekabr N011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində N0 təqvim ili və daha çox qüsursuz xidmət etmiş yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. Hal-hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrində 199N-ci ildən xidmətə başlamış, N0 təqvim ili və daha artıq qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzil təminatı məsələsinə baxılır. Xidmət illərində iddiaçının məhkumluğu olduğuna görə adı 199N-ci ildən xidmətə başlamış hərbi qulluqçuların adlı siyahısına salınması üçün müsbət qərar qəbul edilməmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon Bölməsinin 10.08.N0N0-ci il tarixli, 10 saylı arayışından görünür ki, 1974-cü il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı 01.08.199N-ci il tarixdən 08.0N.N016cı il tarixədək Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. 14.0N.N016-cı il tarixdən SHXÇDX-nin Cəbrayıl rayon bölməsində hərbi qeydiyyatdadır. - ünvan N ünvanlanmış məktubundan görünür ki, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsi ilə təqsirli bilinmişdir, Gəncə Hərbi Məhkəməsinin N8 aprel N004-cü il tarixli hökmü ilə 1 (bir) il hərbi xidmət üzrə məhdudlaşdırma, yəni aylıq qazancının 10 faizi dövlət nəfinə tutulma cəzasına məhkum edilmişdir. İddiaçıya təyin olunmuş 1 (bir) il hərbi xidmət üzrə məhdudlaşdırma, yəni aylıq qazancının 10 faizi dövlət nəfinə tutulma cəzası 18 may N005-ci ildə başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.N-ci və 83.6-cı maddələrinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Məhkumluğun ödənilməsi və götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Odur ki, iddiaçı məhkumluğu olmayan şəxs hesab edilir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1N.10.N0N0-ci il tarixli 369- 1139F3NN0 saylı arayışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxx 1974-cü ildə Azərbaycan Respublikası Cəbrayıl rayonunda anadan olmuş İddiaçı məhkumluğu yoxdur. Məhkumluq barədə məlumat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-83-cü və 9N-ci maddələrinin müddəaları nəzərə alınmaqla verilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon Bölməsinin 10.0N.N0N1-ci il tarixli 138 saylı məktubu ilə məhkəməyə göndərilmiş iddiaçının xidməti vərəqəsindən görünür ki, o, 01.08.199N-ci il tarixdən N4.10.N015-ci il tarixə qədər müxətlif hərbi vəzifələrdə xidmət etmiş və N4.10.N015-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. - Müxtəlif medalların vəsiqələrinə əsasən iddiaçı “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, “Qüsursuz xidmətə görə” N-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalları ilə də təltif edilmişdir. - N və 9N0 saylı hərbi hissə komandirlərinin fəxri fərmanlarından görünür ki, İddiaçı döyüş və ictimai siyasi hazırlıq üzrə yüksək nəticələr nümayiş etdirdiyinə görə təltif olunmuşdur. - 055763 saylı vəsiqədən görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir və müharibə veteranıdır. - Azərbaycan Respublikası Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının Qumlaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 36 saylı 15.0N.N0N1-ci il tarixli arayışından görünür ki, İddiaçı 1993-cü ilin avqust ayından Cəbrayıl rayonundan məcburi köçkün düşmüş, hal-hazırda müvəqqəti olaraq Nərimanov rayonu, H.Əliyev 8N ünvanında ailə üzləri ilə birlikdə məskunlaşmışdır. İşin faktiki hallarında müəyyən edilir ki, iddiaçı cavabdehə müraciət edərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin N8.1N.N011-ci il tarixli, 569 №li Fərmanı ilə Azərbaycan Silahlı Qüvvələrində N0 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün tərtib edilmiş siyahıya iddiaçının da daxil edilməsini xahiş etsə də, cavabdeh tərəfindən məhkumluğu olduğuna görə müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının N6-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun N-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə, toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsiniə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqnda” Əsasnamənin 1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Həmin Əsasnamədə hərbi qulluqçulara güzəştlərlə bağlı aşagıdakı müddəaları xüsusi qeyd etməyi zəruridir: xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır(15N-ci b. 4-cü ab.), həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə N0 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər (164 b., 1 ab.), yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə buraxılan kadr zabit heyətindən olan şəxslərə qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan güzəştlərdən istifadə etmək hüququ barədə vəsiqə verilir (164 b, 5 ab.). “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin N8.1N.N011ci il tarixli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N0 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmana əsasən ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət problemlərinin həll edilməsi məqsədilə hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin fərmanda şəxslərin dövlət hesabına mənzillə təmin edilməsi üçün iki əsas: 1. Şəxsin Azərbaycan Respublikası Silahlı Qüvvələrində N0 il və daha artıq xidmət etməsi; N. Həmin xidmət illərinin qüsursuz olması tələb olunur. Azərbaycan Respublikasının N00N-ci il 17 may tarixli 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz hərbi xidmət keçən, hər il iyun ayının N6-na qədər 10, 15 və N0 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Sözügedən Əsasnamənin N-ci bəndində deyilir ki, 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Azərbaycan Respublikasının N008-ci il 16 may tarixli 606-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-N008) Azərbaycan Respublikasının yubiley medalı ilə N008-ci ilin iyun ayının N6-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata, yaxud istefaya buraxılmış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabitlər təltif olunurlar. Cavabdeh orqanın iddiaçıya ünvanladığı imtina məktubuna əsasən iddiaçıya xidmət illərində məhkumluğu olduğuna görə adının 199N-ci ildən xidmətə başlamış hərbi qulluqçuların adlı siyahısına salınması üçün müsbət qərar qəbul edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində N0 ildən artıq xidmət etmişdir. İddiaçı qüsursuz xudməti ilə fərqləndiyi üçün “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, “Qüsursuz xidmətə görə” N-ci dərəcəli, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif edilmişdir. N və 9N0 saylı hərbi hissə komandirlərinin fəxri fərmanlarından görünür ki, İddiaçı döyüş və ictimai siyasi hazırlıq üzrə yüksək nəticələr nümayiş etdirdiyinə görə təltif olunmuş, həmçinin də “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalları ilə təltif edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli N16 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir və müharibə veteranıdır. Buna baxmayaraq cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli N8.1N.N011-ci il tarixli Fərmanına əsasən mənzil ilə təmin olunması üçün iddiaçının adının müvafiq siyahıya salınmasından məhkumluğu olduğuna görə imtina edilmişdir. Halbuki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə Hərbi Məhkəməsinin N8 aprel N004-cü il tarixli hökmü ilə 1 (bir) il hərbi xidmət üzrə məhdudlaşdırma, yəni aylıq qazancının 10 faizi dövlət nəfinə tutulma cəzasına məhkum edilmiş və ona təyin olunmuş 1 (bir) il hərbi xidmət üzrə məhdudlaşdırma, yəni aylıq qazancının 10 faizi dövlət nəfinə tutulma cəzası 18 may N005-ci ildə başa çatmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1N.10.N0N0-ci il tarixli 369-1139F3NN0 saylı arayışına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən iddiaçının həmin tarixə məhkumluğu yoxdur. Cavabdeh orqanın iddiaçının məhkumluğuna istinad etməklə onun adının siyahıya salınmasından imtina etməsini araşdırmaq üçün məhkumluğun anlayışını, onun hüquqi nəticələrini araşdırmaq zəruridir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Göründüyü kimi, məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir, lakin məhkumluğun hüquqi nəticələri daimi xarakter daşımır və onun götürülməsi və ya ödənilməsi ilə bu nəticələr aradan qalxır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.N-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Bununla iddiaçı məhkumluğu olmayan şəxs hesab edilmiş və bunun nəticəsində onun barəsində məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edilmişdir. Cavabdehin iddiaçının artıq ödənilmiş və hüquqi nəticələri aradan qalxmış məhkumluğuna istinad edərək, qüsürsüz xidmətlərinə görə aldığı medalları nəzərə almaması “ədalətlilik” prinsipi ilə uzlaşmır və bu hal onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 1N.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı, qüsursuz hərbi xidmətinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada mənzillə təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Azərbaycan Respublikasının İPM-nin N.N-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: N.N.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” 569 saylı N8.1N.N011-ci il tarixli Fərmanına uyğun olaraq iddiaçının adının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Naziliyinə həvalə edilməsi” barədə iddiası təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” 569 saylı N8 dekabr N011-ci il tarixli Fərmanına uyğun olaraq İddiaçı adının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Naziliyinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 Sədrlik edən: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar