Məhkəmə qərarları › İş №2-1(112)-1474/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1474/2022

14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1474/2022 14.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası həkim, Cavadzadə adına xəstəxanada işləyir), iddiaçı nümayəndəsi, vəkili X4 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı şəhəri 18 saylı Vəkil Bürosunda işləyir), cavabdehin nümayəndəsi X1 (İsmayıllı rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən kooperativ binasının A1-A2 giriş, 1-ci mərtəbədə, ümumi sahəsi 195.0 kv.metr olan qeyri- yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reystrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri,Xocalı prospekti 32 ünvanında yerləşən kooperativ binasının A1-A2 giriş,1-ci mərtəbədə,ümumi sahəsi 195.0 kv.metr olan qeyri yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reystrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MTK üzvlərinin ümumi iclasının 14 may 2021 -ci il tarixli protokolundan çıxarışa əsasən, MTK-nın Bakı şəhər Xocalı prospekti 32 ünvanda yerləşən kooperativ binasının A1-A2 giriş, 1-ci mərtəbədə, ümumi sahəsi 195.0 kv.metr olan qeyri-yaşayış sahəsinin qabaqcadan qeydiyyatının iddiaçının, yəni İddiaçı adına aparılması təsdiq edilmişdir. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 26 may 2021-ci il tarixli müqaviləyə əsasən Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-3264/2021 saylı mülki iş üzrə iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı, iş üzrə cavabdehlər Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında yaşayan X2 və ünvan 3 ünvanında fəaliyyət göstərən "Hom- Paş Prestij” Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisi Yiğitdöl Hikmət arasında olan "qeyri yaşayış sahəsinin təhvil verilməsi və maneələrin qadağan edilməsi", həmçinin "müqavilənin etibarsız hesab edilməsi" tələblərinə dair mübahisələrin sülh yolu ilə tənzimləməkdən ötrü bağlanılmış 14 may 2021-ci il tarixli Barışıq Sazişinin tələblərinə uyğun olaraq “X11” MTK tərəfindən inşa edilmiş yüksək mərtəbəli binanın A1 və A2 blokun ortasında olan və Xocalı prospektinə baxan 1-ci mərtəbəsində 195 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini 2-ci mərtəbəyə qalxan pilləkən daxil olmaqla (eni: 7.5 metr, uzunluğu 26 metr) "Payçı" İddiaçı təhvil verir (istifadəsinə, sahibliyinə), “Payçı” isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürür. Müqaviləyə əlavə edilən 26 may 2021-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xocali prospekti 32, məhəllə 1181 ünvanında "X11” MTK tərəfindən inşa edilmiş yüksək mərtəbəli binanın A1 və A2 blokun ortasında olan və Xocalı prospektinə baxan 1-ci mərtəbəsində 195 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini 2-ci mərtəbəyə qalxan pilləkən daxil olmaqla (eni: 7.5 metr, uzunluğu 26 metr) qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. Bakı şəhəri, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında "X11" MTK tərəfindən inşa edilmiş sözügedən qeyri-yaşayış sahəsinə İddiaçı heç bir borcu yoxdur və pay dəyəri tam ödənilmişdir. Qeyd edilən qeyriyaşayış sahəsinin layihəsi Bakı şəhəri İcra Hakimiyyətinin Şəhərsalma Baş İdarəsi ilə də 18/04-383 nömrəli, 17.12.2012-ci il tarixdə razılaşdırılmışdır. İddiaçı qeyri-yaşayış sahəsinə aid sənədlərini toplayıb çıxarış və texniki pasportun verilməsi ilə bağlı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 09 aprel 2021-ci tarixində müraciət etsə də, heç bir rəsmi cavab verilməmişdir. Hesab edir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkəti qanuna ziddir və təqdim edilmiş sənədlər qanunvericiliyə əsasən ona məxsus qeyriyaşayış sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, müvafiq daşınmaz əmlaka dair iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciət daxil edilməmişdir. Həmçinin daşınmaz əmlak yerləşən yaşayış binasının istismarına icazə sənədlərinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daaşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa ********* saylı 18.03.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında İddiaçı və iddiaçının vəkili X4 iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddiaya dair etirazda göstərilən məzmunda çıxış edərək və istismara icazə aktının olmadığını bildirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə görə İddiaçı xx.xx.1958-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır . "xxxx" MTK üzvlərinin ümumi iclasının 14.05.2021-ci il tarixli protokolundan Çıxarışının notarial qaydada təsdiq olunmuş surətinə əsasən vətəndaş İddiaçı “X11” MTKya üzv qəbul olunmaqla mənzilin dəyərini tam ödədiyinə görə, ona MTK-nın Bakı şəhər Xocalı prospekti 32 ünvanında yerləşən kooperativ binasının A1 və A2 giriş, 1-ci mərtəbəsində ümumi sahəsi 195 kv.m olan qeyri-yaşayış sahəsinin 195 kv.m qabaqcadan qeydiyyatı aparılması payçısı olması təsdiq edilsin. Sənədlər payçıya çıxarış verilməsi üçüb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə hüquqların dövlət qeydiyyatına alınması üçün göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə iddiaçı tərəfindən ünvanlanmış 20.06.2021-ci il və 01.07.2021-ci il tarixli ərizəyə əsasən, iddiaçı "xxxx" MTK-da onun tərəfindən alınmış mənzilə dair çıxarış və texniki pasport verilməsini xahiş etmişdir. "xxxx" MTK tərəfindən 26.05.2021-ci il tarixli maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Xocali prospekti 32, məhəllə 1181 ünvanında "X11” MTK tərəfindən inşa edilmiş yüksək mərtəbəli binanın A1 və A2 blokun ortasında olan və Xocalı prospektinə baxan 1-ci mərtəbəsində 195 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini 2-ci mərtəbəyə qalxan pilləkən daxil olmaqla (eni: 7.5 metr, uzunluğu 26 metr) qeyri-yaşayış sahəsi İddiaçı məxsusdur. Bakı şəhəri, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında "X11" MTK tərəfindən inşa edilmiş həmin qeyri-yaşayış sahəsinə İddiaçı heç bir borcu yoxdur və pay dəyəri tam ödənilmişdir. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 26 may 2021-ci il tarixli müqaviləyə əsasən Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-3264/2021 saylı mülki iş üzrə iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı, iş üzrə cavabdehlər Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında yaşayan X2 və ünvan 3 ünvanında fəaliyyət göstərən "Hom-Paş Prestij” Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisi Yiğitdöl Hikmət arasında olan "qeyri yaşayış sahəsinin təhvil verilməsi və maneələrin qadağan edilməsi", həmçinin "müqavilənin etibarsız hesab edilməsi" tələblərinə dair mübahisələrin sülh yolu ilə tənzimləməkdən ötrü bağlanılmış 14 may 2021ci il tarixli Barışıq Sazişinin tələblərinə uyğun olaraq “X11” MTK tərəfindən inşa edilmiş yüksək mərtəbəli binanın A1 və A2 blokun ortasında olan və Xocalı prospektinə baxan 1-ci mərtəbəsində 195 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini 2-ci mərtəbəyə qalxan pilləkən daxil olmaqla (eni: 7.5 metr, uzunluğu 26 metr) "Payçı" İddiaçı təhvil verir (istifadəsinə, sahibliyinə), “Payçı” isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 04.08.2021-ci il tarixli, **********04 saylı imtina məktubuna əsasən, iddiaçının 08.07.2021ci il tarixli müraciətinə baxılmış, araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin onlara təqdim edilmədiyi müəyyən edilmişdir. Məhkəmənin sorğusu əsasında Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin təqdim etdiyi məktuba görə, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanda “X11” MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasına Agentlik tərəfindən “İstismara hazırlıq aktı” verilməmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununu daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1.-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1–ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139- 1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. İnzibati işin materiallarından göründüyü kimi iddiaçının iddia tələbində göstərilən əmlak - Bakı şəhər Xocalı prospekti 32 ünvanda yerləşən kooperativ binasının A1-A2 giriş, 1-ci mərtəbədə, ümumi sahəsi 195.0 kv.metr olan qeyri-yaşayış sahəsidir və iddiaçının iddia tələbinin tərkibinə həmin əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə çıxarışın, texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələb daxildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Həmin əsaslar kimi aşağıda göstərilənlər qeyd edilmişdir: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. İşin faktiki hallarına əsasən iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi qeyri-yaşayış sahəsinə dair yuxarıda sadalanan hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilməmişdir və həmin sənədlərin mövcud olması inzibati məhkəmə icraatının gedişi zamanı müəyyən edilməmişdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin faktiki hallarına əsasən iddiaçının üzərində xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi qeyriyaşayış sahəsinə dair yuxarıda sadalanan hüquqmüəyyənedici sənədlər cavabdehə, hazırda isə məhkəməyə təqdim edilməmişdir və həmin sənədlərin mövcud olması inzibati məhkəmə icraatının gedişi zamanı müəyyən edilməmişdir. İddiaçının istinad etdiyi "xxxx" MTK üzvlərinin ümumi iclasının 14 may 2021 -ci il tarixli protokolundan çıxarışa və "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış 26 may 2021-ci il tarixli müqaviləyə gəldikdə isə məhkəmə qeyd edir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. Lakin iddiaçının istinad etdiyi sənədlərdə daşınmaz əmlakın dövlət reyestrində hüququn qeydə alınması üçün əsas olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlər qeyri-yaşayış sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində cavabdeh tərəfindən qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutumuş əsaslara aid deyillər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmişdir: ”1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.” Həmin Qanunun 20-ci maddəsinə əsasən,hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 28.1.-ci maddəsinə görə inzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. Həmin Qanunun 52-ci maddəsində göstərilmişdir: “1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Beləliklə Bakı şəhəri,Xocalı prospekti 32 ünvanında yerləşən kooperativ binasının A1-A2 giriş,1-ci mərtəbədə,ümumi sahəsi 195.0 kv.metr olan qeyri yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reystrindən çıxarışın və texniki pasportun verilməsi barədə tələb ilə hüquqların dövlət qeydiyyatını aparan orqana müraciət edən iddiaçı buna əsas ola bilən hüquqi sənədləri təqdim etməmişdir. Belə bir sənəd - istismara icazə sənədi mövcud olmadığından, cavabdehin imtinası qanunsuz hesab edilə bilməz. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən kooperativ binasının A1-A2 giriş, 1-ci mərtəbədə, ümumi sahəsi 195.0 kv.metr olan qeyri yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reystrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cabadehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2,34,68,69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən kooperativ binasının A1-A2 giriş, 1-ci mərtəbədə, ümumi sahəsi 195.0 kv.metr olan qeyri yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reystrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cabadehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar