Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1474/2024 16.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxsin vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs X10) “sərəncamın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "Çinar” Kiçik Müəssisəsinə məxsus olan və hazırda istifadəsində olan Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ünvan 1 ünvanında yerləşən sahəsi 61.56 kv.m olan qeyri-yaşayış sahəsinə dair üçüncü şəxs X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və özəlləşdirilmənin nəticələrinin ləğv edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda istifadəsində və sahibliyində olan Bakı şəhəri. Sabunçu rayonu, Zabrat qəsəbəsi. Babək küçəsində nizamnamə kapitalı ilə "xxxx" Kiçik Müəssisəsinin xüsusi mülkiyyətində olan qeyri-yaşayş sahəsində mağaza açılması barədə Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısına müraciət etmiş və müraciətinə baxılaraq Bakı şəhəri. Sabunçu rayonu. Zabrat qəsəbəsi. Babək küçəsindəki binada qapısı küçəyə açılmaqla mağaza açılmasına icazə verilməsi barədə xx.xx.1993-cü il tarixli 562 nömrəli sərəncam verilmişdir. Sabunçu Rayon İcra Hakimiyyəti başçısı tərəfindən həmin mağazanın açılması üçün 61.56 kv.m sahə ayrılmışdır ki, həmin sahədə tikilərək 2006-cı ildə başa çatmışdır. Hətta bu barədə obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktıda verilmiş və İH-i tərəfindən möhürdə vurulmuşdur. Halhazırda da qeyd edilən qeyri-yaşayış sahəsi mənim istifadəmdədir. Lakin həmin sahəni özəlləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pııblik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixində ərizə ilə müraciət etmişdir. İ.akin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi ərizəsinə baxaraq elektron kadastr məlumatlarına əsasən özəlləşdirmək istədiyi qeyri-yaşayış sahəsinin digər fiziki şəxsin adına qeydiyyata alındığı bildirilmişdir. Bundan sonra sorğu ilə müraciət etsə də, hansı sənədlər əsasında və kimin adına qeydiyyatdan keçməsi barədə məlumat verilsin. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilən qeyri-yaşayış sahəsinin icarə müqaviləsi. 5002 nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə xx.xx.2013-cü il tarixdə, torpaq sahəsinə dair icarə müqaviləsi və 4709 nömrəli xx.xx.2013-cü il tarixli alqısatqı müqaviləsi ilə xx.xx.2014-cii il tarixdə X4 adına qeydiyyatdan keçməsi cavabını vermiş və sənədlərin surətini təqdim etməmişdir. Hazırda təqdim edilən sənədlərin surətini sonradan məhkəmə orqanı vasitəsilə alınması mümkün olmuşdur. Sənədləri aldıqdan sonra cavabdeh olan orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi ərizə ilə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 101B ünvanına dair X4 adına bağlanmış xx.xx.2013-cü il tarixli 5498 nömrəli icarə müqaviləsi. 5002 nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə xx.xx.2013-cü il tarixdə, torpaq sahəsi isə 4709 nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsini etibarsız hesab edərək edərək, qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və özələşdirilmənin nəticələrinin İəğv edilməsi xahiş etmişdir. Lakin cavabdeh ərizəsinə imtina edərək özəlləşmə ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilməsi bildirmişdir. İstifadəsində olan və hazırda da istifadə etdiyi qeyriyaşayış sahəsi ona xəbər edilmədən digər şəxsə satılmışdır ki, bu özü artıq etibarsızdır. Bu səbəbdən də Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsində yerləşən sahəsi 61.56 kv.m olan qeyri-yaşayış sahəsinin razılığı olmadan, təklif edilmədən X10 ilə bağlanmış icarə müqaviləsi və keçirilmiş alqı-satqı müqaviləsi Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsində yerləşən sahəsi 61.56 kv.m olan qeyri-yaşayış sahəsinə münasibətdə etibarsız hesab edilməli və istifadəsində olan Bakı şəhəri Sabunçu rayonu "Zabrat qəsəbəsi Babək küçəsində yerləşən sahəsi 61.56 kv.m olan qeyri-yaşayış sahəsinə münasibətdə X4 adına aparılmış qeyd və özəlləşdirmənin nəticələri ləğv edilməlidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X10 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə “Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs X4 adına aparılmış qeydin ləğv edilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “"xxxx" Kiçik müəssisəsinə məxsus olmuş və Daşınmaz Dövlət Əmlakının İcarəyə Verilməsi haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) xx.xx.2013-cü il tarixli 210 nömrəli Sərəncamının siyahıda 11 nömrə ilə göstərilən Bakı Şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 ünvanında yerləşən sahəsi 49.4. kv.m göstərilən (faktiki olaraq 61 kv.m) qeyri-yaşayış sahəsinə dair hissəsində ləğv edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli, 210 nömrəli sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3 ünvanında yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyindəki İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olmuş 49.4 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə bağlanmış xx.xx.2013-cü il tarixli, 5498 nömrəli icarə müqaviləsinə əsasən qeyd olunan qeyri-yaşayış sahəsi X4 icarəsinə verilmişdir. Daha sonra X10 ərizə ilə Komitəyə müraciət edərək qeyd olunan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsini xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3 ünvanında yerləşən 49.4 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə xx.xx.2013-cü il tarixli, 223 nömrəli sərəncam qəbul edilmiş və Komitə ilə Elnur Vəliyev arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 5002 nömrəli “icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə” əsasən qeyd olunan qeyriyaşayış sahəsi sonuncu tərəfindən özəlləşdirilmiş və ona daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüauau haaaında cıxarıs verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsinin istifadəsində olan 4079.4 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə 8 noyabr 2013-cü il tarixli, 388 nömrəli sərəncam qəbul edilmiş və Komitə ilə bağlanmış xx.xx.2013-cü il tarixli, 2843 nömrəli icarə müqaviləsinə əsasən həmin sahə X4 icarəsinə verilmişdir. Daha sonra X4 müraciəti əsasında Komitənin 22 noyabr 2013-cü il tarixli, 405 nömrəli sərəncamı ilə qeyd olunan torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə bağlanmış xx.xx.2013-cü il tarixli, 4709 nömrəli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi Elnur Vəliyev tərəfindən özəlləşdirilmişdir. İddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, mübahisəli qeyriyaşayış və torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyd olunan sərəncamlar qəbul edilən zaman iddiaçının həmin sahələr üzərində hər hansı hüququ mövcud olmamışdır. Hazırda iddiaçı iddia tələbinin əsası kimi Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1993- cü il tarixli, 562 nömrəli sərəncamına və Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının tarixsiz aktına istinad etmişdir. İddiaçının hazırkı tələbinə bundan əvvəl Bakı İnzibati Məhkəməsində baxılan zaman qeyd olunan sənədlər iddiaçının mübahisəli qeyri-yaşayış sahəsi üzərində hüquqlarının tanınmasına imkan vermədiyindən, məhkəmənin xx.xx.2022ci il tarixli, 2-1(112)-4634/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Belə ki, eynilə hazırkı iddiada olduğu kimi iddiaçı Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1993cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi ünvanında mağaza açılması üçün "xxxx" kiçik müəssisəsinə 61.56 kv.m torpaq sahəsinin ayrıldığını və həmin sahədə mağazanın 2006-cı ildə tikilərək istismara qəbul edildiyini qeyd etsə də, Bakı İnzibati Məhkəməsində yuxarıda qeyd olunan iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan sərəncam əsasında "xxxx" kiçik müəssisəsinə qeyri-yaşayış binasının tikilməsinə icazə verilməmiş və bu məqsədlə ona torpaq sahəsi ayrılmamış, bundan əlavə araşdırma nəticəsində iddiaçının əsaslandığı istismara qəbul aktı arxivdə aşkar olunmamışdır. Eyni zamanda məhkəmə tərəfindən araşdırılmış iş materialları əsasında müəyyən olunmuşdur ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi 1946-cı ildə inşa edilmiş və həmin əmlak vaxtilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansında olmuş, daha sonra 2013-cü ildə İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına verilmişdir. Belə ki, məhkəmə araşdırması dövründə iddia ərizəsində qeyd olunanların əksinə olaraq, mübahisəli aeyriyasayıs sahəsinin tikintisi üçün "xxxx" kiçik müəssisəsinə torpaq sahəsinin ayrılmadığı, həmin sahənin tikintisinə icazə verilmədiyi, layihəsinin olmadığı və istismara qəbul edilməsinin müəyyən olunmadığı, beləliklə iddiaçının mübahisə predmeti olan əmlaka hər hansı bağlılığının olmadığı, əksinə qeyd olunan dövlət əmlakına dair Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən registrdə aparılmış qeydiyyatın qanunsuz olmadığı və üçüncü şəxs X10 tərəfindən həmin əmlakın qanuni əsaslarla əldə edildiyi müəyyən edilmişdir. Göründüyü kimi qeyd edilən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddia ərizəsində "xxxx" k/m-nin mübahisə predmeti olan əmlak üzərində hüquqlara malik olması qeyd olunsa da, hazırkı iddia qeyd olunan hüquqi şəxsin deyil, fiziki şəxs olan Cavid Əsgərovun adından qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1 -ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Beləliklə, iddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı X11 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs X10 olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Kiçik müəssisəsinə məxsus olan və hazırda istifadəsində olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi Babək küçəsi 101B ünvanda yeriəşən sahəsi 61,56 kv.m olan qeyri-yaşayış sahəsinə dair üçüncü şəxs X4 adına daşımaz əmlakın dövlət reyestrində aparılmış qeydin və özəlləşdirmənin nəticələrinin ləğv edilməsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati iş baxılması üçün Sizin icraatınıza verilmişdir. İddiaçı X11 tələbini belə əsaslandırmışdır ki, ona məxsus hazırda da istifadəsində və sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində nizamnamə kapitalı ilə ona məxsus "xxxx" Kiçik müəssisəsinin xüsusi mülkiyyətində olan qeyri-yaşayş sahəsində mağaza açılması barədə Bakı şəhər, Sabunçu rayon İcra Hakimiyyəti Başçısına müraciət edib və müraciətinə baxılaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsindəki binada qapısı küçəyə açılmaqla mağaza açılmasına icazə verilməsi barədə xx.xx.1993- cü il tarixli 562 nömrəli sərəncam verilmişdir. Sabunçu rayon İcra Hakimiyyəti Başçısı tərəfindən həmin mağazanın açılması üçün 61.56 kv.m sahə ayrılmışdır ki, həmin sahədə tikilərək 2006-cı ildə başa çatmışdır. Hətta bu barədə obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktıda verilmiş və İcra Hakimiyyəti tərəfindən möhür də vurulmuşdur. Hal-hazırda da qeyd edilən qeyri-yaşayış sahəsi onun istifadəsindədir. Lakin həmin sahəni özəlləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2021-ci il tarixində ərizə ilə müraciət etmiş. Lakin Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi ərizəsinə baxaraq elektron kadastr məlumatlarına əsasən özəlləşdirmək istədiyi qeyri-yaşayış sahəsinin digər fiziki şəxsin adına qeydiyyata alındığı bildirilmişdir. Təqdim edilən sənədləri nəzərə alaraq hesab edir ki, istifadəsində olan və hazırda da istifadə etdiyi qeyri-yaşayış sahəsi ona xəbərdar ediləmədən, ona təklif edilmədən digər şəxsə satılmışdır. Bu səbəbdən də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi Babək küçəsi 101B ünvanda yerləşən sahəsi 61,56 kv.m olan qeyri-yaşayış sahəsinə dair üçüncü şəxs X4 adma daşımaz əmlakın dövlət reyestrində aparılmış qeydin və özəlləşdirmənin nəticələri ləğv edilməlidir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, iddiaçı X11 tərəfindən verilmiş iddia tələbi qanunsuz və əsassızdır. İddiaçı iddia ərizəsində Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 562 nömrəli sərəncamına, tikintiquraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının tarixsiz aktına istinad edir. İddiaçı tərəfindən təqdim edilmiş akta nəzər yetirsək həmin aktın hansı tarixdə tərtib edildiyi görünmür, (tarixsiz aktı) əvvəlki məhkəmə araşdırılmalarında araşdırma zamanı həmin aktın kötüyü isə arxivdə müəyyən edilməmişdir. Bu isə o deməkdir ki, belə bir tarixsiz akt mövcud olmamışdır və bu sənədi də sübut kimi istifadə etmək olmaz. Digər tərəfdən, həmin aktda Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 562 nömrəli sərəncamına istinad olunsa da, qeyd edilən sərəncam qeyri-yaşayış binasının tikilməsinə icazə və ya bu məqsədlə torpaqayırmaya dair deyildir. Göründüyü kimi "xxxx" kiçik müəssisəsinə torpaq sahəsinin ayrılması, qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi, layihəsi və etibarlı olaraq istismara qəbul olunması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 101B ünvanındakı qeyri-yaşayış binasının “Çinar" kiçik müəssisəsi tərəfindən inşa edilsə belə bu həmin əmlakın ona məxsus olması qənaətinə gəlmir. X10 mübahisəli torpaq sahəsinə həmin torpaq sahəsinin üzərindəki qeyri-yaşayış sahəsinə alqı-satqı müqaviləsi bağlamaqla Əmlak Məsələləri Dövlət Komitəsindən almaqla qanuni əsaslarla çıxarış almış, əmlak hal-hazırda da onun mülkiyyətindədir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2013-cü il tarixli 210 saylı sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 101B (registr № ***- *******8-000) ünvanında yerləşən ümumi sahəsi 49,4 kv.m. təşkil edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan qeyri-yaşayış sahəsi olmuş, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə X10 arasında 5498 saylı, xx.xx.2013-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Daha sonra X10 qeyri-yaşayış sahəsinin özəlləşdirməsi ilə bağlı ərizə ilə Komitəyə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi Babək küçəsi 101B ünvanda yerləşən sahəsi 49,4 kv.m olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə xx.xx.2013-cü il tarixli, 5002-nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən sözügedən qeyriyaşayış sahəsi X10 tərəfindən özəlləşdirilmiş və ona Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2013-cü il tarixli ********** saylı mülkiyyət hüququ haqqında ÇİXARİŞ verilmişdir. Göründüyü kimi iddia tələbi əsassızdır və rədd edilməlidir. Əmlak Məsələləri Dövlət Kommitəsi tərəfindən qeyri-yaşayış sahəsinin istifadəsində olan 4079,04 kv.m. torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2013-cü il tarixli, 388 saylı Sərəncam qəbul edilmişdir. Bundan sonra X10 ilə Komitə arasında xx.xx.2013-cü il tarixli, 2843 saylı icarə müqaviləsinə əsasən həmin sahə X4 icarəsinə verilmişdir. X2 ərizə ilə müraciət etmiş və Komitənin xx.xx.2013-cü il tarixli, 284 saylı sərəncamı ilə həmin torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin sahə X10 tərəfindən özəlləşdirilmişdir. Göründüyü kimi iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Bunlardan əlavə iddiaçının ümumiyyətlə hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sözügedən qeyri-yaşayış sahəsinə dair sərəncam qəbul edərkən iddiaçının həmin sahə üzərində hər-hansı hüququ mövcud olmamışdır. İddiaçının hazırki iddia ərizəsində istinad etdiyi sənədlərə və dəlillərə qanuni qüvvəsini almış məhkəmə qərarları ilə hüquqi qiymət verilmiş, iddiaçının istinad etdiyi sənədlər onun mübahisəli qeyri-yaşayış sahəsi üzərində hüquqlarının tanınmasına imkan vermədiyindən onun iddiası rədd edilmişdir. Məhkəmə araşdırmaları zamanı iddiaçının mübahisəli qeyriyaşayış sahəsi ilə bağlı hər hansı bağlılığının olmadığı əksinə əmlak Məsələləri Dövlət komitəsi tərəfindən registrdə aparılmış qeydiyyatın tam qanunvericiliyin tələblərinə uyğun aparıldığı və X1 qeyri-yaşayış sahəsini tam qanuni əsaslarla əldə edildiyi müəyyən olunmuşdur. Qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi tam qanunvericiliyin tələblərinə uyğun aparılmışdır. Belə ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X10) qarşı iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edərək, məhkəmədən “registrə salınma haqqında qeydin və özəlləşdirmənin nəticələrinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinə dair yeganə təsisçisi olduğu "xxxx" kiçik müəssisəsinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin qoyulması barədə qərar çıxarılması xahiş edilmişdir. Bakı İnibati Məhkəməsinin № 2-1(112)-4634/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-1341/2023 saylı qərardadı ilə Bakı İnibati Məhkəməsinin № 2-1(112)-4634/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi mümkünsüz sayılmışdır (qərarlar etiraza əlavə edilir). Həmçinin, X7 məxsus qeyri-yaşayış sahəsi X9 tərəfindən qanunsuz olaraq zəbt edildiyindən, X10 cavabdeh X5 qarşı iddia ərizəsi ilə Sabunçu rayon məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 5 ünvanında yerləşən 49,4 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən ona təhvil verilməsi, cavabdehin həmin qeyri-yaşayış sahəsindən çıxarılması və həmin sahənin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sabunçu rayon məhkəməsinin 2(008)-1302/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilmiş, cavabdeh X3 X4 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi ünvanında yerləşən 101B saylı qeyri-yaşayış binasından çıxarılması, qeyri-yaşayış binasının boşaldılaraq, iddiaçıya təhvil verilməsi qət edilmişdir. Cavabdehin sözügedən qətnamədən verdiyi apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş, Sabunçu rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəlmişdir. İddiaçının hazırda iddia ərizəsində istinad etdiyi dəlillərə yuxanda qeyd edilən məhkəmə qərarları ilə hüquqi qiymət verilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsi ona məxsusdur və hazırda onun istifadəsindədir. Bildiririk ki, iddiaçı bu hissədə də məhkəməyə yanlış məlumat verərək məhkəməni yanıltmağa çalışır. Sözügedən qeyri-yaşayış sahəsi hal-hazırda X4 mülkiyyətində və istifadəsindədir. Sabunçu Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra vərəqəsi xx.xx.2023-cü il tarixində icra edilmiş, cavabdeh V.Sadıqov sözügedən qeyri-yaşayış sahəsindən çıxarılmış, qeyriyaşayış sahəsi boşaldılaraq E.Vəliyevə təhvil verilmişdir. Göründüyü kimi sözügedən qeyri-yaşayış sahəsi İddiaçı istifadəsində deyil. Hətta İddiaçı cavabdeh X7 qarşı əmlak tələbi və məhv edilmiş qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən əvvəlki vəziyyətinə gətirilməsi tələbi Sabunçu Rayon Məhkəməsinin icraatındadır. Əgər qeyri-yaşayış sahəsi hazırda onun istifadəsindədirsə nə üçün X7 qarşı əmlak tələbi və məhv edilmiş qeyriyaşayış sahəsinin cavabdeh tərəfindən əvvəlki vəziyyətinə gətirilməsi barədə iddia qaldırmışdır. Bütün yuxarıda qeyd edilənlərdən əlavə hesab edirik ki, iddiaçı iddia tələbi mümkünsüz sayılmalıdır. Belə ki, iddiaçı iki tələb irəli sürmüşdür. Birinci tələb "xxxx" Kiçik müəssisəsinə məxsus olan və hazırda istifadəsində olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi Babək küçəsi 101B ünvanda yerləşən sahəsi 61,56 kv.m olan qeyriyaşayış sahəsinə dair üçüncü şəxs X4 adına daşımaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, ikinçi tələb isə özəlləşdirmənin nəticələrinin ləğv edilməsinin ləğvidir. Göründüyü kimi iddiaçının birinci tələbi üzrə cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsidir. İkinci tələb üzrə cavabdeh orqan isə Əmlak Məsələləri Dövlət Xidmətidir. Odur ki, hesab edirik ki, hər iki iddia bir tələbdə baxıla bilməz, iddiaçının iddia tələbi mümkünsüz sayılmalıdır. İddiaçının hazırda mubahisələndirdiyi sənədlərdən əvvəl mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı icarə müqaviləsi, alqı-satqı müqaviləsi, Əmlak Məsələləri Dövlət Komitəsinin qərarları vardır. İddiaçı tərəfindən həmin sənədlər mübahisələndirilməmişdir. Göründüyü kimi sözügedən qeyri-yaşayış sahəsin Elnur Vəliyev tam qanuni əsaslarla əldə etmişdir. Elnur Vəliyevin mülkiyyəimdə olan qeyri-yaşayış sahəsinin iddiaya məxsus olması barədə işdə heç bir sübut yoxdur və ola da bilməz. Bununla belə, İddiaçı hazırki çıxarışın mübahisələndirilməsinə dair subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İddia ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə riaət edilməklə tərtib edilmişdir. Belə ki, iddia ərizəsində iddiaçının soyadı Ələsgərov olduğu halda Əsgərov qeyd edilmişdir. Bununla da, iddia ərizəsi məhkəməyə verilərkən və inzibati orqana müraciət olunarkən qeyri-dəqiqliyə yol verilmişdir. Halbuki, iddia ərizəsi dəqiq və aydın olmalı, tərəflərin şəxsiyyəti (adı, soyadı və ata adı) düzgün göstərilməlidir. Azərbaycan Respublikası İPM-nin 46.1 -ci maddəsinə görə, iddia ərizəsində aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi. İş materiallarında iddiaçının subyektiv hüquqa malik olmasına dair hər hansı sübut mövcud deyildir. Göründüyü kimi, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə dair subyektiv hüququ müəyyən edilmədiyindən, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələb üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi öz əksini tapmadığından iddia mümkünsüz sayılmalıdır. Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktına əsasən Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 562 nömrəli sərəncamı ilə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən binada "Çinar” kiçik müəssisəsinə məxsus mağaza (qeyri-yaşayış sahəsi) yüksək səviyyədə tikilib mövcud vəziyyətdə texniki, yanğından mühafizə və sanitar-gigiyena qaydalarının tələblərinə əsasən istismara yararlıdır. Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 562 nömrəli sərəncamına əsasən "Çinar” Kiçik Müəssisəsinin rəhbərliyinə Zabrat qəsəbəsi Babək küçəsindəki binada qapısı küçəyə açılmaqla mağaza təşkil edilməsinə icazə verilmişdir. Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında xx.xx.1997-ci il tarixli şəhadətnamənin surəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-2-2-1/2-18292/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. "xxxx" ASC xx.xx.2001-ci il tarixli nizamnaməsinə əsasən ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş nizamnaməsinə əlavədə göstərilən müəssisə və təşkilatların, habelə şirkətin mərkəzi aparatının əmlakının bazasında yaradılmışdır. Bundan başqa, qeyd olunan məlumatları özündə əks etdirən sənəd surətləri təqdim edilir. Hüquqi şəxsin fəaliyyəti barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlara aid deyil. xx.xx.1994-cü il tarixdə 9928 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Kiçik Müəssisəsinin təsisçisi İddiaçıdur, həmçinin hüquqi şəxsin mövcud təsis sənədlərinin surəti təqdim edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-2-4/2-117005/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, uçot baza məlumatlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN **********) əsas fəaliyyət növünün “Dağ-mədən çıxarma, neftçıxarma sənayesi, karxana işləri və tikinti üçün maşın və avadanlıqların istehsalı” (28920), əlavə fəaliyyət növünün “Mərkəzi ofislərin fəaliyyəti” (70100) kimi olması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti aktiv vəziyyətdədir. "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1994-cü il tarixdə 9928 nömrə ilə dövlət qeydiyyatına alınması, təsisçisinin İddiaçı olması barədə məlumat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-35/2-6518/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, "xxxx" kiçik müəssisəsinə məxsus olan Bakı şəhəri, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən mağazaya dair istismara icazə sənədinin mövcudluğu, olduğu təqdirdə isə istismara icazə sənədinin təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunması barədə xx.xx.2024-cü il tarixli 2-1(112)-1474/2024 nömrəli müraciətə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Komitənin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 1/1583 saylı məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən qeyri-yaşayış sahəsinin ünvanı, tikildiyi il və sifarişçi haqqında məlumatın verilməsi və istismara qəbul aktının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinə daxil olmuş 2-1(112)-4634/2022 saylı, 01 .07.2022-ci il tarixli sorğuya baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra Hakimiyyəti başçıları aparatında sənədlərlə iş barədə” Təlimatın 127-ci maddəsinə əsasən İcra Hakimiyyəti başçısının aparatında olan sənədlər beş illik müddət başa çatdıqdan sonra daimi saxlanmaq üçün Dövlət Arxivinə (onun yerli şöbə və ya filialına) təhvil verilir. Qeyd edilən sənədlər Sabunçu Rayon İcra Hakimiyyətində mövcud deyil. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən X8 ünvanlanmış 3-21-3/2-Ə-0718-8/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu. Babək prospekti, 101 “B” ünvanında yerləşən birmərtəbəlı tikililərdən ibarət əmlak kompleksinin və yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsinə və özəlləşdirilməsinə dair balanssaxlayıcının razılıq məktubu əsas götürülərək sözügedən ünvandakı əmlak X7 icarəyə verilmiş və Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci ıl tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı na uyğun olaraq icarəçi tərəfindən xx.xx.2013-cü il tarixində özəlləşdirilmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. X10 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanılmış 5498 saylı xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 101B ünvanında yerləşən ümumi sahəsi 49,4 kv.m təşkil edən qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə X4 müddətli istifadəsinə verilmişdir. X10 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanılmış 5002 saylı xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 101B ünvanında yerləşən ümumi sahəsi 49,4 kv.m təşkil edən qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə X4 müddətli istifadəsinə verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 49,4 kv.m. olan qeyri-yaşayış binası və altındakı 0,40794 ha torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir (qeydiyyat tarixi xx.xx.2014-cü il, qeydiyyat nömrəsi **********). Daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 49,4 kv.m. olan qeyri-yaşayış binası və altındakı 0,00622 ha torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir (qeydiyyat tarixi xx.xx.2013-cü il, qeydiyyat nömrəsi **********). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3/2-11081/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surətinin təqdim edilməsi ilə bağlı məktubunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq müvafiq sənədlərin təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 210 saylı xx.xx.2013-cü il tarixli sərəncamına əsasən Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsi tərəfindən daşınmaz əmlak obyektlərinə dair icarə müqavilələrinin bağlanılması üçün bu sərəncama əlavədə üqdim olunmuş icarə obyektlərinin siyahısı təsdiq edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 223 saylı xx.xx.2013-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli, 586 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2001-ci il tarixli, 23 nömrəli Qərarı ilə təsdiq edilmiş (29 noyabr 2007-ci il tarixli, 192 nömrəli Qərarı ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla) “Özəlləşdirilən müəssisələrin (obyektlərin) ilkin qiymətinə tətbiq edilən əmsallar”a əsasən hesablanmış, bu sərəncama əlavədə göstərilən icarəyə verilmiş daşınmaz dövlət əmlakının qiymətləri təsdiq edilmişdir. Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsi 101B ünvanında yerləşən qeyri-yaşayış binasına dair **********93-06101 reyestr nömrəli xx.xx.2013-cü il tarixli texniki pasportun təsdiq edilmiş surəti cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir (İcarəçi: X10). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********58 saylı xx.xx.2022-ci il tarixli məktub ilə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49,4 kv.m olan qeyri-yaşayış binasının dövlət əmlakının registrində qeydiyyata alınmasına əsas olmuş müvafiq sənədlərin surəti təqdim edilmişdir. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2013-cü il tarixli əmrinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 8 ünvanlarında yerləşən 2 qeyri yaşayış binasından ibarət “Əmlak kompleksi” (cəmi: tikili sahəsi-809,2 kv.m., torpaq sahəsi-10013,2 kv.m.) İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına qəbul edilmişdir (təhvil-qəbul aktı və digər sənədlər əlavə edilmişdir). Əmrdə qeyd edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli, ********** nömrəli məktubunda, Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli, xx/xx-0061 nömrəli məktubuna əsasən, cəmiyyətin "xxxx" TASC-nin balansında olan, ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin səmərəli istifadə olunması məqsədilə ƏMDK-nin sərəncamına götürülməsi məsələsinə baxılması bildirilmişdir. Verilmiş tapşırığın icrası ilə əlaqədar həmin obyektdə təhvil-qəbul işləri aparılmış və nəticəsi aktlaşdınlmışdır. Araşdırmalar zamanı məlum olmuşdur ki, obyekt 2 hissədən ibarət olmaqla, hüquqi ünvanı müvafiq olaraq, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 8-dir. Bu fakt ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin müvafiq məlumatı ilə təsdiqlənmişdir. "xxxx" ASC-nin Bakı Neft Maşınqayırma Zavodu” TASC ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İdarətmə arasında təhvil-qəbul zamanı (8 nəfərdən ibarət komissiya tərəfindən) balansda olan aşağıdakı əsas vəsaitlər aşkar olunmuşdur: № Əsas İstismara Balans dəyəri Tikilialtı sahəsi Qeyd vəsaitlərin adı verildiyi tarix (kv.m.) 1 Qeyri-yaşayış 1946 3115,2 AZN 62,2 Dəqiqləşdirilmiş binası ünvana əsasən (mağaza) Zabrat qəsəbəsi, ünvan 10 ünvana əsasən Zabrat qəsəbəsi, ünvan 587,0 Dəqiqləşdirilmiş 11994,16 AZN ünvana əsasən Zabrat qəsəbəsi, ünvan 12 ünvana əsasən Zabrat qəsəbəsi, ünvan 13 tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış xx.xx.2013-cü il tarixli məktubda istifadəsiz qalan, gələcəkdə istifadəsi nəzərdə tutulmayan sahələrin bu sahələrdə yerləşən, 1946-cı ildə inşa edilmiş, keçmişdə anbar kimi istifadə edilən, halhazırda yararsız vəziyyətdə olan tikililərlə birlikdə (sahələrin eskizləri və fotoşəkilləri əlavə edilir) dövlət əmlakından daha səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına qəbul edilməsi təklif edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" TASC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli arayışa əsasən mağaza binası 1946-cı ildə inşa edilib, sahəsi 62,2 kv.m., balans dəyəri 3115,2 manat, qalıq dəyəri 1465,56 manat. Xüsusi material anbar binası 1966-cı ildə inşa edilib, sahəsi 587 kv.m., balans dəyəri 34994,16 manat, qalıq dəyəri 17841,20 manat. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3/2-17422/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001 -ci il tarixli 649 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2001-ci il tarixli, 250 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş müəssisə və təşkilatların, habelə şirkətin mərkəzi aparatının əmlakının bazasında səhmləri dövlətə məxsus olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 60s nömrəli Sərəncamının icrası olaraq, "xxxx" X17 Cəmiyyəti və "xxxx" X17 Cəmiyyətinin "xxxx" X17 Cəmiyyətinin ərazisinə köçürülməsi və onların birləşdirilərək yenidən təşkil edilməsi məqsədi ilə keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli 170 nömrəli sərəncamı ilə "xxxx" X17 Cəmiyyəti yaradılmışdır. Məktubunuzda qeyd olunan Bakı şəhəri, Sabunçu rayonu, Babək küçəsi 101B ünvanında yerləşən 49.4 kv.m qeyri-yaşayış binası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" X17 Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən qiymətləndirilərək cəmiyyətin nizamnamə kapitalına daxil edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2013-cü il tarixli xx/xx-0061 nömrəli məktubuna əsasən səmərəli istifadə olunması məqsədilə xx.xx.2013-cü il tarixli Təhvil-qəbul aktı ilə "xxxx" X17 Cəmiyyətinin balansından keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına qəbul edilmiş sözügedən ünvanda yerləşən qeyri-yaşayış binası Dövlət əmlakının icarəyə verilməsi haqqında xx.xx.2013-cü il tarixli 5498 nömrəli icarə müqaviləsi ilə vətəndaş X7 icarəyə verilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə"yə uyğun olaraq icarəçi X10 tərəfindən özəlləşdirilmişdir. Qeyriyaşayış binasının dövlət əmlakının Registrində qeydiyyata alınmasına əsas olmuş müvafiq sənədlərin surətləri xx.xx.2022-ci il tarixli, **********58 nömrəli məktubla təqdim olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-34/2-772/01-3/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, statistik vahidlərin dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4634/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qarşı “registrə salınma haqqında qeydin və özəlləşdirmənin nəticələrinin ləğv edilməsi, daşınmaz əmlaka hüquqların qeydə alınması” haqqında iddia tələbi təmin edilməmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək buraxılmış müddətin üzürlü hesab edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsindən: 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. 35.3. Məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununundan: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. X14 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38). Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3) Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9) İddiaçı məhkəməyə iddia tələbinin dəgigləşdirilməsi, sərəncamın ləğv edilməsi barədə ərizə ilə xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə müraciət etmişdir. İddiaçıya buraxılmış müddətin üzürlü səbəbləri barədə məlumat verməklə bu barədə əsaslandırılmış ərizənin məhkəməyə təqdim edilməsi təklif edilmiş, iddiaçının nümayəndəsi mübahisələndirilən sərəncam barəsində məlumatı və xəbəri olmamasını əsas gətirərək iddianın mümkün sayılmasını və təmin edilməsini xahiş etmişdir. Məhkəmə ilkin olaraq nəzərə alır ki, iddiaçının mübahisələndirilən sərəncamın mövcudluğu barədə ən geci Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4634/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qərarı ona təqdim edildiyi vaxtdan məlumatlı olmalı idi. Belə ki, həmin qərarın 18 və 34-cü bəndlərində sözügedən sərəncama istinad edilməklə sərəncamın məzmunu qeyd edilmişdir. Bundan başqa, cavabdeh qurum tərəfindən sözügedən sərəncam xx.xx.2023-cü il tarixdə hazırki iş üzrə elektron məhkəmə sisteminə əlavə edilməklə məhkəməyə və iddiaçıya təqdim edilmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, inzibati aktdan həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət iddiaçı tərəfindən ötürülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, hüquqi müəyyənlik prinsipinə uyğun olaraq iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. Məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-1474/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1474/2024
16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver