Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1476/2023 18.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, iddiaçı XN5 iştirakı ilə, İddiaçı XN5 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mərhum oğlunun müharibə veteranı hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı XN7 məhkəməyə müraciət edərək mərhum oğlu xx.xx.N97N-ci il təvəllüdlü X8 qulluq etdiyi N saylı hərbi hissənin özbaşına tərk etmədiyi üçün,fərarilik adını üstündən götürülməsi barədə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə öhdəliyin qoyulması barədə Qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, mərhum oğlu xx.xx.N97N-ci il təvəllüdlü XN2 Bakı şəhəri, Xətai rayonu Hərbi Komissarlığı tərəfindən xx.xx.N989-cu il tarixində hərbi bilet seriyası NZ№ ******* həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.N99N-ci ilədək Sovet ordu sıralarında xidmət etmişdir. Erməni silahlı qüvvələrinin ölkəmizə təcavüzü ilə əlaqədər olaraq oğlu XN2 xx.xx.N99N-ci ildə Bakı şəhəri, Xətai rayonu Hərbi Komissarlığı tərəfindən çağırılaraq ön cəbhəyə göndərilmişdir. xx.xx.N99N-cü ilədək Müdafiə Nazirliyinin döyüşən N saylı hərbi hissənin tərkibində Qarabağ rayonun Ağdərə kəndində və şairələr məkanlar uğrunda gedən döyüşlərdə oğlu fəal iştirak etmişdir. Döyüş zamanı yaxınlığında mərminin partlaması nəticəsində oğlu kantuziya xəstəliyinə düçar olmuşdur. Aldığı xəsarətlə əlaqədər Ağdərə rayonundaki Hospitalda, daha sonra mərhum baş psixiator Ağabəy Sultanov və qeyriləri tərəfindən müntəzəm olaraq müalicə edilmişdir. Lakin müalicəsinin heç bir müsbət nəticəsi olmamışdır. xx.xx.20N8-ciil tarixindən xx.xx.20N8-ci il tarixinədək 2 saylı Ruhi Psixiatrik xəstəxanasında stasionar şəraitində müalicə edilmişdir. Oğluna şizofreniya paranoid forması diaqnozu qoyulmuşdur. Mərhum oğlu X8 hərbi biletinin 2N-cü (xüsusi qeydlər) vərəqində onun hərbi hissənin özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət müddəti hesab edilmir ifadəsi qeyd edilmişdir. Hansı ki, mərhum oğlu XN2 hərbi hissəni özbaşına tərk etməmişdir. xx.xx.N99N-cü ildə kantuziya xəsarəti aldığı üçün hospitala müalicəyə göndərilmişdir. Uzun müddət oğlum müalicə olunmuş, lakin sağalmamışdır. Həmin vaxt şizofreniyanın paranoid forması diaqnozu üzrə ağır xəstəsi idi. O, şizofreniyanın paranoid formasında ağır xəstə olduğu halda hərbi hissəyə qayıdıb xidmətini davan etdirə bilməzdi. Bundan başqa oğlu X7 Silahlı Qüvvələrində xidmət etdiyinə və N994-cü ilin aprel ayında atəşgah barədə müqavilə bağlandığına görə hərbi xidmətdən tərxis olunmuş hesab olunur. Bildirir ki, onun ikinci oğlu X4 İşlər Nazirliyinin əməkdaşı olub. Birinci Qarabağ müharibəsi başlayan vaxtdan könüllü müharibəyə gedənlərdən biridir. Hal-hazırda ikinci oğlu 2-ci qrup Qarabağ müharibəsinin əlilidir. Həmçinin nəvəsi XN8 ikinci Qarabağ müharibəsinin veteranıdır və Prezident tərəfindən üç medalla mükafatlandırılıb. Mərhim oğlu xx.xx.N97N-ci il təvəllüdlü X8 hərbi hissənin özbaşına tərk etmədiyi üçün fərarilik adını üstündən götürülməsi barədə o Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdi. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyindən ona imtina məktubu göndərmişdilər və oradan bildirilmişdir ki, onun inzibati məhkəməyə müraciət etmək hüququ var.
3. Ölüm haqqında şəhadətnamədən görünür ki, XN2 xx.xx.2020-ci ildə dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığı səbəbindən vəfat etmişdir.
4. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hüquq İdarəsinin 22 oktyabr 2020-ci il tarixli NN/5N78 nömrəli məktubunda bildirilmişdir ki, ərizəsindən və təqdim edilən sənədlərdən görünür ki, oğlu Cavanşir Qurbanəliyev N992ci-N994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Güzdəkdə yerləşən tank hərbi hissəsində toplanışa cəlb olunaraq döyüş əməiiyatlarında iştirak etmiş, sonradan isə N nömrəli hərbi hissədə xidmət keçərək, həmin hərbi hissənin tərkibində Vəng dağı ətrafında gedən döyüşlərdə kontuziya almışdır. Yaralandıqdan sonra oğlunuz Gəncə şəhərində yerləşən hərbi hospitala gətirilmiş, lakin hospitalda ağır yaralılar çox olduğundan müalicə olmaq üçün evə göndərilmişdir. Oğlunuzun evdə müalicə olunması barədə dəfələrlə Xətai rayon Hərbi Komissarlığına məlumat verməyinizə baxmayaraq, onun hərbi biletini alarkən NN dekabr N994-cü il tarixdən hərbi hissədə fərari kimi qeydiyyata alındığı məlum olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi-Sosial Komissiyasının 8 noyabr 20N9-cu il tarixli qərarı ilə oğlu Cavanşir Qurbanəliyevə “Paranoid şizofreniya, Şizofreniya paranoid forma. Fasiləsiz gedişli. Psixi qüsur halı. Ümumi xəstəlik." diaqnozu ilə birinci dərəcəlik əlillik verilmişdir. Araşdırma zamanı vətəndaş X8 N77, 708 (78N- 789, 906-907), 845, N nömrəli hərbi hissələrdə və N nömrəli hərbi hospitalda şəxsi heyətin siyahısına daxil olması, xidməti, döyüşlərdə iştirak etməsi, yaralanması, müalicəyə göndərilməsi, basqa hərbi hissəyə keçirilməsi, hərbi hissəni özbaşına tərk etməsi, habelə müalicədə olması barədə məlumatların yoxlanılması məqsədi ilə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə və N nömrəli hərbi hissəyə sorğular göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin NN oktyabr 2020-ci il tarixli 9/2-N0056 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin NN dekabr N994-cü il tarixli N6N nömrəli əmrinə əsasən vətəndaş C.S.Qurbanəliyev (atasının adı Səyyar yazılmışdır) hərbi hissəni özbaşına tərk etdiyinə görə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış və hərbi bileti qəbuletmə məntəqəsinə göndərilmişdir. N nömrəli hərbi hissənin yanvar N99N-cü il - N0 dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, 4 iyun N992-ci il - 25 oktyabr N992-ci il, N dekabr N992-ci il - 24 fevral N99N- cü il, 28 noyabr N99N-cü il, 9 yanvar N994-cü il - NN yanvar N994-cü il və N0 yanvar N994-cü il - N5 yanvar N994-cü il tarixli adlı siyahılar qovluğunda, 7 may N992-ci il, NN iyun N992-ci il və 25 dekabr N99N-cü il - 20 aprel N994-cü il tarixli yaralananların qeydiyyatı kitablarında, sentyabr N99N-cü il - dekabr N994-cü il tarixli (78N-787 nömrəli hərbi hissələrə aid) şəxsi heyətin pul təminatı cədvəllərində və əlifba qeydiyyatı kitablarında vətəndaş C S.Qurbanəliyevin xidməti, yaralanması və pul təminatı ilə bağlı məlumat aşkar edilməmişdir. N77, 78N-789, 906-907, 845, N nömrəli hərbi hissələrin nizami hissə üzrə əmrləri, əlifba qeydiyyatı kitabları, yaralananların qeydiyyatı kitabları və şəxsi heyətin pul təminatı cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün araşdırma aparmaq mümkün olmamışdır. N nömrəli hərbi hissənin N sentyabr 2020-ci il tarixli 7526 nömrəli məktubuna əsasən hospitalın arxiv sənədlərində (daxil olan xəstələrin əlifba qeydiyyatı və stasionar xəstələrin qeydiyyatı kitabları) C.S.Qurbanəliyevin N99N - N994-cü illərdə müalicədə olması barədə qeydiyyat aşkar edilməmişdir. Məlum olduğu kimi, “Müharibə veteranı’’ adı və vəsiqəsinin verilməsi şərtləri və qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında" Əsasnamədə nəzərdə tutulur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə yanvar N992 - may N994-cü il tarixlərdə N77 və N nömrəli hərbi hissələrdə xidməti, yaralanmağı, müalicəyə göndərilməyi, habelə qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat aşkar edilmədiyinə görə vətəndaş XNN “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi sözügedən Qərarın tələblərinə ziddir.
5. XN hərbi biletində aparılmış qeydə əsasən o hərbi hissəni özbaşına tərk etdiyi üçün onun Azərbaycan Respublikası Silahlı Qüvvələrin sıralarında hərbi xidməti hesab edilmir.
6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin NN oktyabr 2020-ci il tarixli 9/2- N0o56 nömrəli arayışına əsasən X9 N nömrəli hərbi hissənin yanvar N99N-cü il - N0 dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, 4 iyun N992-ci il - 25 oktyabr N992ci il, N dekabr N992-ci il - 24 fevral N99N-cü il , 28 noyabr N99N-cü il, 9 yanvar N994-cü il - NN yanvar N994-cü il və N0 yanvar N994-cü il - N5 yanvar N994-cü il tarixli adlı siyahılar qovluğunda, 7 may N992- ci il, NN iyun N992-ci və 25 dekabr N99N-cü il - 20 aprel N994cü il tarixli yaralananların qeydiyatı kitablarında, sentyabr N99N-cü il - dekabr N994-cü il tarixli (78N-787 nömrəli hərbi hissələrə aid) şəxsi heyətin pul təminatı cədvəllərində və əlifba qeydiyyatı kitablarında vətəndaş C.S.Qurbanəliyevin xidməti, yaralanması və pul təminatı ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin N nömrəli hərbi hissə komandirinin N6N nömrəli əmrinə əsasən vətəndaş C.S.Qurbanəliyev etdiyinə görə şəxsi heyətin siyahısından və bütün növ hərbi bileti qəbuletmə məntəqəsinə göndərilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçıya inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericilin tələblərinə uyğun olmuşdur.
7. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyi tərəfindən bildirilmişdir ki, XN2 barəsində N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N6N №-li nizami hissə üzrə əmrindən Arxiv çıxarışı təqdim edilmişdir. Qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin N992-N99N-cü il, yanvar-noyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində X8 xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin N99N-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. X2 xidmət keçdiyi hərbi hissənin nömrəsi və xidmət dövrü göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş müraciətlər əsasında aparılmışdır.
8. XN2 barəsində N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N6N №-li nizami hissə üzrə əmrindən Arxiv çıxarışına əsasən X5nun hərbi hissənin şəxsi heyət siyahısından çıxarılmış, bütün növ təminatları dayandırılmış, hərbi biletləri şəxsi heyəti qəbul etmə məntəqəsinə göndərilmişdir. Arxiv çıxarışındakı qeydə əsasən əmr olduğu kimi köçürülmüş, əmrdə atasının adı "Səyyar” yazılmışdır.
9. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xətai Rayon İdarəsi tərəfindən bildirilmişdir ki, N97N-ci il təvəllüdlü XN6 2020-ci ildə vəfat etdiyi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində hərbi qeydiyyatdan çıxarılmışdır. N992-N994-cü illərdə hərbi xidməti və yaralanması barədə məlumat yoxdur.
10. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik Və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Xətai Rayon İdarəsi tərəfindən bildirilmişdir ki, xx.xx.N97N-ci il təvəllüdlü XN2 vəfat etdiyi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində hərbi qeydiyyatdan çıxarılmış və qeydiyyat kartası saxlama müddəti bitdiyi üçün xx.xx.2020-ci ıl tarixli 2065 nömrəli akt ilə məhv edilmişdir. Aktda aparılan qeydlərə əsasən XN2 xx.xx.N989-cu il tarixdən xx.xx.N99N -ci il tarixədək keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmət keçmişdir və Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçməsi barədə heç bir məlumat yoxdur. Məhv etmə aktından çıxarışın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
11. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Hüquq İdarəsinin 22 oktyabr 2020-ci il tarixli NN/5N78 nömrəli məktubunda Cavanşir Qurbanəliyev barədə məlumatlar İddiaçı ərizəsindən və təqdim edilmiş sənədlər əsasında bildirilmişdir. Araşdırma zamanı isə qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin NN oktyabr 2020-ci il tarixli 9/2-N0056 nömrəli arayışında N nömrəli hərbi hissə komandirinin NN dekabr N994-cü il tarixli N6N nömrəli əmrinə əsasən iddiaçı C.S Qurbanəliyev hərbi hissəni özbaşına tərk etmiş və ona görə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış və hərbi biletini qəbuletmə məntəqəsinə göndərilmişdir. Həmçinin həmin arayışda iddiaçının xidməti və pul təminatı ilə bağlı məlumatların aşkar edilməməsi bildirilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hər hansı bir ziddiyət müəyyən edilmir.
12. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən bildirilmişdir ki, HHK-nın arxivinin kompyuter bazasında vətəndaş XN2 barədə xəstəlik və xəsarətinin səbəb əlaqəsi barəsində qərar və ya xəstəlik haqqında şəhadətnamə müəyyən edilməmişdir.
13. XN aid ambulator kitabçadan çıxarışa əsasən ona F20.0 Şizofreniya paranoid forma diaqnozu qoyulmuş, xəstəliyin başlanma tarixi N99N-cü il müəyyən edilmiş, qısa anamnezinə əsasən, doğma qardaşı psixi xəstəlikdən əziyyət çəkir. Anadan normal olub. Məktəbi N0 sinif oxuyub. Qarabağ müharibəsində iştirak edib, oradan qayıdandan sonra psixi pozuntular qeyd edilib. Uzun illər privat şəkildə həkim-psixiatr tərəfindən müalicə olunub. Bu müddət ərzində vəziyyəti yaxşı olub. 2000-ci ildə zəlzələ vaxtı qorxub, yenə ruhi vəziyyəti pozulub...
14. XN aid növbəti ambulator kitabçadan çıxarışa əsasən ona F20.N Şizofreniya paranoid forma fasiləsiz gediş, psixi qüsur halı diaqnozu qoyulmuş, qısa anamnezinə əsasən, ... hərbi xidmətdə tam qulluq edib, Qarabağ müharibəsinin iştirakçısı olub. Müharibədən qayıdanda sonra psixi durumunda pozuntular yaranıb. Qorxu hissi keçirirdi, özünə qapanırdı, tənhalığa meylli idi, qulağına səslər gəlirdi, gecələr yatmırdı.
15. İddiaçının müraciəti əsasında Sumqayıt Hərbi Prokurorluğu tərəfindən bildirilmişdir ki, X8 barəsində Sumqayıt hərbi prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi yoxdur.
16. Müdafiə Nazirliyi 2N0 nömrəli hərbi hissə tərəfindən Müdafiə Nazirliyinin Hüquq İdarəsinə ünvanlanan məktubda bildirilmişdir ki, xx.xx.N97N-ci il təvəllüdlü X8 məhkumluğunun olubolmaması barədə müvadiq yoxlama keçirilmiş və barəsində heç bir məlumat aşkar edilməmişdir.
17. Tərtər Hərbi Prokurorluğu tərəfindən Müdafiə Nazirliyinin Hüquq İdarəsinə ünvanlanan məktubda bildirilmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə xidmət etmiş X8 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əmləiyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və digər hərbi cinayətlərə görə barəsində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Tərtər hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və araşdırma aparılmamışdır.
18. Gəncə Hərbi Prokurorluğu tərəfindən Müdafiə Nazirliyinin Hüquq İdarəsinə ünvanlanan məktubda bildirilmişdir ki, N77 və N nömrəli hərbi hissələrin sabiq hərbi qulluqçusu X8 barəsində Gəncə hərbi prokurorluğunda cinayət işi və ya araşdırma materialı olmamışdır.
19. Bakı Hərbi Prokurorluğu tərəfindən Müdafiə Nazirliyinin Hüquq İdarəsinə ünvanlanan məktubda bildirilmişdir ki, X8 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əmləiyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və digər hərbi cinayətlərə görə barəsində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı hərbi prokurorluğunda məlumat yoxdur.
20. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən Müdafiə Nazirliyinin Hüquq İdarəsinə ünvanlanan məktubda bildirilmişdir ki, N77 №-li hərbi hissə komandirinin yanvar-dekabr N992-ci il tarixli nizami hissə üzrə əmrləri, şəxsi heyətinin əlifba qeydiyyatı kitabları, yaralananlarının qeydiyyatı kitabları və şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün XN2 barəsində araşdırma apara bilmir. -N №-li hərbi hissə komandirinin xx.xx.N992-xx.xx.N99N-cü il tarixli nizami hissə üzrə əmrlərində X8 xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N99N-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrləri, şəxsi heyətinin əlifba qeydiyyatı kitabları və şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. -86N №-li hərbi hissə komandirinin yanvar N99N-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrləri, şəxsi heyətinin əlifba qeydiyyatı kitabları, yaralananlarının qeydiyyatı kitabları və şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün X8 xidməti barədə araşdırma apara bilmirik. -X5 hərbi hissəni tərk etdiyinə görə Müdafiə nazirinin müvafiq əmrinə əsasən N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N6N №-li əmrilə (əsas: səh N5, § N2, sıra N8, əmrdə atasının adı Səyyar yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi bileti şəxsi heyəti qəbul etmə məntəqəsinə göndərilmişdir. N №-li hərbi hissə komandirinin yanvar N99N-N0 dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin xx.xx.N992-xx.xx.N99N, xx.xx.N992- xx.xx.N992, xx.xx.N99N-xx.xx.N99N, xx.xx.N994-xx.xx.N994, xx.xx.N994-xx.xx.N994, xx.xx.N994xx.xx.N994-cü il tarixli Adlı siyahılar qovluğunda, xx.xx.N992, xx.xx.N992, xx.xx.N99Nxx.xx.N994-cü il tarixli yaralananlarının qeydiyyatı kitablarında, hərbi hissənin sentyabr N99N-dekabr N994-cü il tarixli (78N,782, 78N, 785, N №-li hərbi hissələrə aid) şəxsi heyətə pul təminatının ödənilməsi cədvəllərində, şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında X8 xidməti, yaralanması, pul təminatı ilə təmin olunması barədə məlumat aşkar edilməmişdir. -780 №-li hərbi hissə komandirinin yanvar N99N-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrləri, şəxsi heyətinin əlifba qeydiyyatı kitabları, yaralananlarının qeydiyyatı kitabları və şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün XN2 barəsində araşdırma apara bilmirik. -78N №-li hərbi hissə komandirinin yanvar N99N-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrləri, şəxsi heyətinin əlifba qeydiyyatı kitabları və yaralananlarının qeydiyyatı kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün XN2 barəsində araşdırma apara bilmirik. -N №-li hərbi hissə komandirinin xx.xx.N992-xx.xx.N992, xx.xx.N992-xx.xx.N992, xx.xx.N99N-xx.xx.N99N, xx.xx.N99N-xx.xx.N99N-cü il tarixli nizami hissə üzrə əmrlərində X8 xidməti və yaralanması, barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrləri və şəxsi heyətinin əlifba qeydiyyatı kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. -78N №-li hərbi hissə komandirinin xx.xx.N992-xx.xx.N99N-cü il tarixli nizami hissə üzrə - əmrində X8 xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. 78N №-li hərbi hissə komandirinin iyun N99N-dekabr N994-cü il tarixli nizami nissə üzrə əmrləri və şəxsi heyətinin əlifba qeydiyyatı kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. -784 №-li hərbi hissə komandirinin yanvar N99N-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrləri, şəxsi heyətinin əlifba qeydiyyatı kitabları, şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri və yaralananlarının qeydiyyatı kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün XN2 barəsində araşdırma apara bilmirik. -N №-li hərbi hissə komandirinin xx.xx.N992-xx.xx.N992, xx.xx.N99N-xx.xx.N99N, xx.xx.N99N-xx.xx.N99N, xx.xx.N994-xx.xx.N994, xx.xx.N994-xx.xx.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində X8 xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin iyul-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrləri və şəxsi heyətinin əlifba qeydiyyatı kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. * -786 №-li hərbi hissə komandirinin yanvar N99N-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrləri, şəxsi heyətinin əlifba qeydiyyatı kitabları, şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri və yaralananlarının qeydiyyatı kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün XN2 barəsində araşdırma apara bilmirik. -N №-li hərbi hissə komandirinin yanvar N99N-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrləri, şəxsi heyətinin əlifba qeydiyyatı kitabları və yaralananlarının qeydiyyatı kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün XN2 barəsində araşdırma apara bilmirik. -788 №-li hərbi hissə komandirinin yanvar N99N-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrləri, şəxsi heyətinin əlifba qeydiyyatı kitabları, şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri və yaralananlarının qeydiyyatı kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün XN2 barəsində araşdırma apara bilmirik. -789 №-li hərbi hissə komandirinin yanvar N99N-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrləri, şəxsi heyətinin əlifba qeydiyyatı kitabları, şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri və yaralananlarının qeydiyyatı kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün XN2 barəsində araşdırma apara bilmirik. -906 №-li hərbi hissə komandirinin yanvar N99N-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrləri, şəxsi heyətinin əlifba qeydiyyatı kitabları, şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri və yaralananlarının qeydiyyatı kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün XN2 barəsində araşdırma apara bilmirik. -907 №-li hərbi hissə komandirinin yanvar N99N-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrləri, şəxsi heyətinin əlifba qeydiyyatı kitabları, şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri və yaralananlarının qeydiyyatı kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün XN2 barəsində araşdırma apara bilmir.
21. İddiaçının ərizəsi əsasında iddia tələbi mərhum oğlunun hərbi biletində “fərariliyə görə şəxsi heyət siyahısından çıxarılmışdır” qeydinin etibarsız hesab edilməsi, mərhum oğlunun “müharibə veteranı hesab edilməsi kimi” dəyişdirilmişdir.
22. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
23. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də baxış iclasında cavabdehin nümayəndəsi iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
24. İPM-dən: 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. N6.N. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. N6.N. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər.
25. İddiaçı bildirir ki, vaxtilə oğlunun müharibə zamanı keçirdiyi qorxunun nəticəsindəki psixi durumu ona məhkəməyə müraciət etmək imkanı vermirdi. Lakin öldüyü məqamda anasına bu arzusunu bildirmişdir.
26. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə Bakı inzibati Məhkəməsində müraciət etməkdə haqlı olmuşdur.
27. İddiaçının hazırkı iddianı qaldırmaqda marağı ideya xarakterlidir.
28. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
29. Beləliklə, inzibati orqan tərəfindən aparılan araşdırma zamanı X8 N992-N99N-cü illərdə hərbi xidməti və yaralanması barədə məlumat aşkar edilməsə də, onun Müdafiə Nazirinin N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli əmrilə şəxsi heyət siyahısından və bütün növ təminatlarından çıxarılaraq hərbi bileti şəxsi heyəti qəbul etmə məntəqəsinə göndərilmişdir.
30. XN F20.0 Şizofreniya paranoid forma, F20.N Şizofreniya paranoid forma fasiləsiz gediş, psixi qüsur halı xəstəliyindən əziyyət çəkməsi və anamnezinə əsasən həmin xəstəliyə müharibədən sonra tutulması işin mübahisəsiz halıdır.
31. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun N-cü maddəsinin N-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin N-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.
32. Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın Ndən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun N-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.
33. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən aşağıdakı iki hal müəyyən edilməlidir: Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır.
34. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mərhumun xidməti barədə məlumat aşkar edilməsə də, hərbi əməliyyatlar başa çatdıqdan (xx.xx.N994-cü il) 7 ay sonra, NN dekabr N994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etdiyinə görə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış və həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə hər hansı məlumat yoxdur.
35. Mərhumun fərariliyə görə cinayət məsuliyyətinə cəlb edildiyi və məhkum olunduğu müəyyən olunmur.
36. Odur ki, mərhumun hərbi biletində “fərariliyə görə şəxsi heyət siyahısından çıxarılmışdır” qeydi etibarsız hesab edilməlidir. Müdafiə Nazirliyi tərəfindən aparılmış araşdırma zamanı onun tərxis olunduğu mübahisəsiz olsa da, nə vaxt və hansı şəraitdə xidmətə qəbul olunmasına dair hər hansı məlumat yoxdur. Mərhum hərbi əməliyyatlar başa çatdıqdan aylar sonra şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış, təminata götürülməsi barədə hər hansı sübut təqdim edilmədiyindən məhkəmə onun döyüşən hərbi hissənin hərbi əməliyyatlarında iştirak etməməsi barədə qənaətə gəlmir.
37. Odur ki, iş materiallarını araşdırıraraq məhkəmə iddiaçının mərhum oğlunun xidməti barədə məlumat aşkar edilməsə də, hərbi əməliyyat başa çatdıqdan aylar sonra hərbi hissənin şəxsi heyət sıralarından çıxarıldığını, barəsində hər hansı təqsirləndirici material olmadığını, xəstəlik tarixçəsinə əsasən həmin dövrə təsadüf etdiyi vaxtdan psixi xəstəliyə tutulduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının qeyd etdiyi dəlillər işin hallarına uyğundur. Fərqli qənaətə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etmir.
38. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. İPM-in 7N.N-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
40. Göstərilənlərə əsasən və İPM-in 2.N, NN, 52, 68, 69, 75, 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. XN aid NZ№6N04769 hərbi biletdə “fərariliyə görə şəxsi heyət siyahısından çıxarılmışdır” qeydi etibarsız hesab edilsin. X6 müharibə veteranı hesab edilsin. Qərardan təqdim olunduğu gündən N0 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva