Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14770/2025 23.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “316 saylı tam orta məktəbin qarşısında qanunsuz tikilmiş bazarın sökülməsi və həmin ərazidə məktəb korpusu və şəhidlərin xatirə kompleksinin yaradılmasına dair qərarın qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “316 saylı tam orta məktəbin qarşısında qanunsuz tikilmiş bazarın sökülməsi və həmin ərazidə məktəb korpusu və şəhidlərin xatirə kompleksinin yaradılmasına dair qərarın qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu yeni Ramana qəsəbəsi ərazisində iddiaçıya məxsus ticarət obyekti Nizami rayonu ərazisində ulu öndərin tapşırığı ilə ona ayrılmış və sonradan sökülmüş ticarət obyektinin yerinə şəxsən Cənab prezidentin tapşırığı və Suraxanı rayonu icra hakimiyyəti başçısının sərəncamı əsasında iyirmi iki il öncə tikilmiş ticarət obyektini əlindən almaq üçün Suraxanı Rayon icra hakimiyyəti başçısı Adil Əliyev ona qarşı üç dəfə suiqəst sifariş vermiş, Allahın lütfü ilə qaçdığına görə bərk hirsləndiyindən onu şərləyib 15 sutka həbs etdirmişdir. İllər öncə Suraxanı Rayon icra hakimiyyəti onu məcbur edərək obyektinin ətraf sahəsidir deyə öncədən Neft toplanma məntəqəsi olmuş bir hektar ərazidə təmizlik yaratmış və həmin ərazi abadlaşdırdıqdan sonra bir neçə dəfə həmin ərazini müxtəlif insanlar oranı zəbt etməyə çalışmışdır. İddiaçı Azərbaycan Respublikası Dövlət orqanlarının dəstəyi və köməyi ilə onu son dövrə qədər qoruyub saxlaya bilmişdir. Eyni zamanda həmin ərazidə 500 (beş yüz), 600 (altı yüz) maşın torpaq tökdürmüşdür. Orda ağaclar əkmiş, həmin ağacları su olmayanda vedrədə su daşıyıb sulayırdı. Üç il öncə Cəlil Nağıyev adlı bir vətəndaş böyük bir briqada ilə gəlib həmin torpaq sahəsini hasara aldı iddiaçı Azərbaycan Respublikası Prezidenti və digər səlahiyyətli dövlət orqanlarına müraciət etdi, Cəlil Nağıyev onu ölümünə döyürdü. Bütün instansiyalara müraciət etməyinə baxmayaraq bu günə qədər hec bir tədbir görülmədi. Suraxanı Rayonunun keçmiş başçısı o hasarı sökdürdü. Həmin ərazini bir park kimi adına rəsmiləşdirmək istəyəndə müvafiq dövlət orqanları tərəfindən abadlaşsa da, həmin ərazidə məktəb korpusu və şəhidlərin xatirəsinə kompleks yaradılacağını bildirərək ona imtna cavabı verildi. İddiaçı şəxsi vəsaiti ilə həmin şəhidlər kompleksinin tikintisi üçün iki maşın mişar daşı töküb abidənin tikintisinə başladı, ona Suraxanı rayon sabiq icra hakimiyyətinin başçısı Əziz Əzizov imkan vermədi. Onu icra hakimiyyətinə dəvət edərək orada lahiyə əsasında məktəb korpusu və şəhidlərin xatirəsinə kompleks dövlət tərəfindən tikiləcəyinə söz verdi. Hazırda isə Cəlil Nağıyev və Adil Əliyevin şəxsi bazarı qanunsuz olaraq tikilmişdir. Şəhərsalma və Arxitektura Komitəsinin etirazına baxmayaraq bu bazar fəaliyyət göstərir. Qanunun aliliyi və vətəndaş bərabərliyi nəzərə alaraq həmin ərazidə yerləşən qanunsuz bazar sökülməsi əhalinin rahatlığı məktəblilərin normal gediş-gəlişi üçün eyni zamanda Azərbaycan Respublikası gələcək vətəndaşların tərbiyəvi və əxlaqlı böyüməsinə xidmət olacaq. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: -1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. İddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi - “316 saylı tam orta məktəbin qarşısında qanunsuz tikilmiş bazarın sökülməsi və həmin ərazidə məktəb korpusu və şəhidlərin xatirə kompleksinin yaradılmasına dair qərarın qəbul edilməsindən ibarətdir.” “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Hazırda iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulması barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının məktəb korpusu və şəhidlərin xatirə kompleksinin yaradılmasını arzuladığı sahəyə dair mülkiyyət, istifadə və ya icarə hüququ barədə müvafiq sənədlər mövcud deyil. Buna görə də cavabdeh tərəfindən iddiaçının hüquqları qanunvericiliyi ilə təsbit edilmiş onun qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Məhkəmə qeyd edir ki, subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Bu anlayış hüquq subyektinin hüquqi münasibətlərdə öz mülkiyyətinə, şəxsi azadlıqlarına, sərbəst fəaliyyətinə, həyatına və digər hüquqlarına sahib olması ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan əlavə iddia ərizəsində bildirilməsinə görə, iddiaçının hüquqi marağı və əsas məqsədi mübahisəli sahənin onun mülkiyyətinə verilməsinə nail olmaqdır . Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən:
4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri; 4.16. Dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində: 4.16.1. şəhərin, rayonun və şəhər rayonunun icra hakimiyyəti orqanının istifadəsində olan əmlaka münasibətdə hüquqi hərəkətlər etmək və həmin əmlakın qorunmasını təşkil etmək; 4.16.2. idarəçiliyində olan qeyri-yaşayış fondu obyektlərinin icarəyə verilməsinə razılıq vermək; 4.16.3. müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; 4.16.4. müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayAon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla); 4.16.5. investisiya şərtləri ilə tikinti aparıla biləcək torpaq sahələrinin siyahısını müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına təqdim etmək; 4.16.6. torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək; 4.16.7. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq məhkəmədənkənar qaydada həll olunmalı torpaq mübahisələrini həll etmək; 4.16.8. müvafiq ərazidə yeni yaradılmış daşınmaz əmlak obyektlərində sosial təyinatlı obyektlərin yerləşdirilməsi üçün müvafiq sahələrin dövlət mülkiyyətinə alınması barədə aidiyyəti icra hakimiyyəti orqanlarına təkliflər vermək; 4.16.9. dövlət mülkiyyətində olan əmlakın bələdiyyə mülkiyyətinə verilməsi, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan əmlakın isə dövlət mülkiyyətinə alınması barədə aidiyyəti dövlət orqanlarına təkliflər vermək. Göründüyü kimi, cavabdehin torpaq sahəsinin mülkiyyətə, icarəyə, istifadəyə verilməsi səlahiyyəti müəyyən edilməmişdir. Odur ki, iddiaçının hazırda mübahisəli sahəyə dair mülkiyyət və ya istifadə hüquqları dövlət qeydiyyatına alınmadığı üçün, müvafiq sənədlərlə təsdiq olunmadığı üçün onun qanun çərçivəsində hüquqlarının müdafiəsinə yol verilə bilməz. Beləliklə məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “316 saylı tam orta məktəbin qarşısında qanunsuz tikilmiş bazarın sökülməsi və həmin ərazidə məktəb korpusu və şəhidlərin xatirə kompleksinin yaradılmasına dair qərarın qəbul edilməsi” barədə iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2acıbəyova