Məhkəmə qərarları › İş №2-1(112)-14773/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14773/2025

31.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14773/2025 31.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri X2 və Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Prezident Administrasiyasına qarşı “məhkəmə qərarının faktiki icrasının təmin olunması məqsədilə Prezident Administrasiyasının konkret addım atmasına dair qərarın qəbul edilməsi və Prezident Administrasiyasının və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hərəkətsizliyi qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Prezident Administrasiyasına qarşı “məhkəmə qərarının faktiki icrasının təmin olunması məqsədilə Prezident Administrasiyasının konkred addım atmasına dair qərarın qəbul edilməsi və Prezident Administrasiyasının və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hərəkətsizliyi qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X1 “20 yanvar şəhidi statusu” verilməsi məqsədilə vəsatətin qaldırılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə ərizə ilə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1157/2023-nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı əsasında iddiasının qismən təmin edilməsi qərara alınmışdır. ƏƏSMN təqdim etdiyi məktubda 28 mart 2024-cü il tarixdə vəsatətin qaldırılması ilə bağlı cənab Prezidentə məktub gönndərdiyini bildirmişdir. Lakin 1 ildən çoxdur ki, hələ ki, vəsatətin qaldırlması ilə bağlı bir məlumat yoxdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, İddiaçı mərhum həyat yoldaşı X1 “20 Yanvar şəhidi” fəxri adının verilməsi üçün müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “20 yanvar şəhidi fəxri adı haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, “20 yanvar şəhidi” fəxri adı ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən (yaralanma, travma, kontuziya) vəfat etmiş şəxslər (ölümündən sonra) təltif olunurlar. Həmin Əsasnamənin 2-ci və 4-cü bəndlərinə əsasən, “20 Yanvar şəhidi” fəxri adı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq sənədlər əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən qaldırılmış vəsatətə əsasən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə verilir. R.İsmayılova “20 Yanvar şəhidi” fəxri adının verilməsi məqsədilə Nazirlik tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 2006-cı il 26 may tarixli 11/23-20 nömrəli məktubla vəsatət qaldırılmış, lakin təqdim olunan sənədlərlə R.İsmayılovun ölüm səbəbinin 1990-cı ilin 20 Yanvar hadisələri nəticəsində aldığı xəsarətlə əlaqədar vəfat etməsi faktını müəyyən etmək mümkün olmadığı üçün qaldırılmış vəsatət baxılmamış saxlanılmışdır. İddiaçı R.İsmayılova “20 Yanvar şəhidi” fəxri adının verilməsi məqsədilə vəsatətin qaldırılması üçün sonuncusu Nazirliyə müraciət etsə də, Nazirlik tərəfindən müraciətin təmin olunmasından imtina edilmişdir. Bundan narazı qalan İddiaçı Nazirliyə qarşı müvafiq iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən İddiaçı iddia tələbi qismən təmin edilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)- 1157/2023 nömrəli qərarı ilə iddiaçının müraciətinə yenidən baxılaraq inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq əsaslandırılmış cavabın verilməsi öhdəliyi Nazirliyə həvalə edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1 (112)-1157/2023 nömrəli qərarının icrası ilə əlaqədar, Nazirlik tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə uyqun olaraq inzibati icraat başlanılmış, yuxarıda qeyd edilən hallar İddiaçı izah edilmiş, R.İsmayılova “20 Yanvar şəhidi” fəxri adının verilməsi məqsədilə aidiyyəti üzrə vəsatətin qaldırılmasından imtina edilməsi barədə 21 dekabr 2023-cü il tarixli qərar qəbul edilərək bu barədə İddiaçı və Bakı İnzibati Məhkəməsinə rəsmi məlumat verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli 2-1 (112)-1157/2023 nömrəli qərardadı ilə cavabdeh tərəfindən məhkəmə qərarı icra edildiyinə görə iddiaçının “məhkəmə qərarının icra edilməməsinə görə cərimənin tətbiq edilməsi” tələbinə dair vəsatəti təmin edilməmişdir. Nazirlik tərəfindən Administrasiya qarşısında İddiaçı mərhum həyat yoldaşı R.İsmayılova “20 Yanvar şəhidi” fəxri adının verilməsi ilə baqlı xx.xx.2024-il tarixli 3-17/2-2993/2024 nömrəli vəsatət qaldırılmışdır. İddiaçı A.lsmayılov qərardaddan apellyasiya şikayəti vermiş, daha sonra 9 iyul 2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin geri götürülməsi və iş üzrə apellyasiya icraatına xitam verilməsi barədə gərardad gəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-2762/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilmiş, apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir. Nazirlik tərəfindən məhkəmə qərarı icra edildiyindən, həmçinin Administrasiya qarşısında müvafiq vəsatət qaldırıldığından hazırda iddianın əsasını təşkil edən cavabdehin hərəkətsizliyi və ya hər hansı hərəkəti ilə iddiaçının hüququnu pozması halı müəyyən edilə bilməz. Məhkəmə qərarının icrası ilə bağlı cavabdeh inzibati orqan öz üzərinə düşən vəzifəni yerinə yetirdiyinə görə iddia Nazirliyə münasibətdə mümkün hesab edilməməlidir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş “20 Yanvar şəhidi” fəxri adı haqqında” Əsasnamə”yə əsasən:

1. “20 Yanvar şəhidi” fəxri adı Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli 695 nömrəli Fərmanı ilə təsis edilmişdir. “20 Yanvar şəhidi” fəxri adı ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən (yaralanma, travma, kontuziya) vəfat etmiş şəxslər (ölümündən sonra) təltif olunurlar.

2. “20 Yanvar şəhidi” fəxri adının verilməsi haqqında vəsatət qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq sənədlər əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaldırılır. Vəsatət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların və ictimai təşkilatların müraciətinə uyğun olaraq qaldırıla bilər.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “20 Yanvar şəhidi” fəxri adı ilə təltif olunmağa hüquq yarandıqdan və ya bu barədə müraciət edildikdən sonra 1 ay müddətində bütün zəruri sənədləri toplayaraq vəsatətlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

4. “20 Yanvar şəhidi” fəxri adı Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında verilir.

5. “20 Yanvar şəhidi” fəxri adı ilə təltif olunma haqqında bu Əsasnamənin əlavəsində müəyyən olunmuş formada müvafiq vəsiqə şəhid ailəsi statusu almaq hüququ olan ailə üzvlərindən birinə təqdim olunur.

6. “20 Yanvar şəhidi” fəxri adı ilə təltif olunanların ailə üzvləri qanunvericilikdə şəhid ailələri üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə edirlər.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur -- -2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; -2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; -2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; -11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.- 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. -14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:

- 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının -1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəssinə görə yoxlamalıdır. -2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. -4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. -5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. -5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. -8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. -8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. -8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. -8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. -8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

İddiaçının hüququ marağı və ondan irəli gələn ilkin tələbi mərhum həyat yoldaşı X1 “20 yanvar şəhid statusunun ” verilməsindən ibarət olmuşdur. Baki İnzibati Məhkəməsinin 2-1(112)- 1157/2023 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2023-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilməsi, məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla, İddiaçı “X1 20 yanvar şəhidi statusunun verilməsi məqsədilə vəsatətin qaldırılması” barədə müraciətinə yenidən baxılaraq inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq əsaslandırılmış cavabın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi, iddia qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Hal-hazırda iddiaçı sözügedən məhkəmə qərarının faktiki icrasının təmin olunması məqsədilə Prezident Administrasiyasının konkret addım atmasına dair qərarın qəbul edilməsi və Prezident Administrasiyasının və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hərəkətsizliyi qanunsuz hesab edilməsini tələb edir. Məhkəmə işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək,iddiaçıya yardım etmək məqsədi ilə keçirilmış məhkəmə iclasında iddiaçıya iddia tələbinin dəyişdirilməsi zərurətini izah etmişdir. Lakin iddiaçı iddia tələbinin müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi məhkəmə qərarı ilə iddiaçının mərhum əri X1 “20 Yanvar şəhidi” fəxri adının verilməsi ilə bağlı vəsatətin qaldırılmasına dair cavabdehlərin üzərinə vəzifə birbaşa qoyulmamışdır. Həmin məhkəmə qərarında qeyd edilmişdir (8-ci səhifə, 9-cu abzas): “Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan hazırkı halda iddiaçının müraciəti ilə bağlı qanunvericiliyin tələbinə uyğun olaraq vəsatət qaldırılmasına əsas verən hansı sənədlərin təqdim edilməli olduğunu, iddiaçının hansı sənədi təqdim etmədiyini, 2006-ci il tarixdə vəsatət qaldırılarkən ölümün səbəbli əlaqəsinə dair ekspert rəyi təqdim edilmədiyi halda, 2013-cü il tarixli məhkəmə qətnaməsindən sonra rəyin tələb etməsinin əsasını, 2006-ci il tarixdə vəsatət qaldırılmasının nəticəsi, təqdim olunan sənədlər arasında nə kimi çatışmazlıqlar olduğu, yaxud tələb olunan sənədlərin iddiaçının təqdim edə bilməsinin mümkünlüyü və ya inzibati orqanın inzibati icraat üçün zəruri olan sənədlər arasında nə kimi çatışmazlıqlar olduğu, yaxud tələb olunan sənədlərin iddiaçının təqdim edə bilməsinin mümkünlüyü və ya inzibati orqanın inzibati icraat üçün zəruri olan sənədləri özünün əldə edə bilməsi baxımından yoxlamaq və yekun nəticəyə gəlmək kimi vəzifələrini yerinə yetirməkdən imtina etmiş, bilavasitə hərəkətsizlik etmişdir.” Daha sonra sözügedən məhkəmə qərarında göstərilmişdir(10-cü səhifə, 5-ci abzas): “Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı “İnzibati icraat haqqında” Qanunun tələblərinə formal yanaşmaqla lazımınca əməl olunmamışdır. Odur ki, cavabdeh orqan iddiaçının müraciəti ilə bağlı işi tam araşdırmalı, 20 yanvar şəhid fəxri adının verilməsi ilə bağlı vəsatətin qaldırılmasına əsasların olub –olmasının müəyyən edilməsi istiqamətində bütün tədbirlər görməli, bundan sonra araşdırmanın nəticəsi üzrə qaldırılan məsələnin müsbət həlli və ya məsələnin həllindən imtina barədə əsaslandırılmış qərar verilməlidir.” İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 mart 2024cü il tarixli 3-17/2-2993/2024 nömrəli “ 20 yanvar şəhidi” fəxri adının verilməsi haqqında vəsatətin qaldırılması ilə bağlı” məktubunda aşağıdakılar qeyd edilmişdir: “Vətəndaş İddiaçı mərhum həyat yoldaşı X1 “20 Yanvar şəhidi” fəxri adının verilməsi üçün müraciət etmişdir. Vətəndaş tərəfindən təqdim edilmiş sənədlərə əsasən, R.İsmayılov 1990-cı ilin 20 yanvar hadisələri zamanı ağır güllə yarası almış və ona septikosteomielit diaqnozu qoyularaq müddətsiz İİ dərəcə əlillik müəyyən edilmişdir. Sonradan R.İsmayılovun səhhəti daha da pisləşərək 2005-ci il 13 noyabr tarixində vəfat etmişdir. R.İsmayılova “20 Yanvar şəhidi” fəxri adının verilməsi məqsədilə Nazirlik tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 2006-cı il 26 may tarixli 11/23-20 nömrəli məktubla vəsatət qaldırılmış, lakin təqdim olunan sənədlərlə R.İsmayılovun ölüm səbəbinin 1990-cı ilin 20 Yanvar hadisələri nəticəsində aldığı xəsarətlə əlaqədar vəfat etməsi faktını müəyyən etmək mümkün olmadığı üçün qaldırılmış vəsatət baxılmamış saxlanılmışdır. Bundan sonra, İddiaçı müraciətinə əsasən Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 30 dekabr 2013-cü il tarixli 2(004)-6325/2013 nömrəli qətnaməsi ilə R.İsmayılovun ölüm haqqında şəhadətnaməsində düzəliş edilərək onun ölüm səbəbinin “20 yanvar 1990-cı il tarixində aldığı yara nəticəsində əlilliyinə görə vəfat etməsi” kimi qeyd edilməsi qət edilmişdir. İddiaçı mərhum həyat yoldaşına “20 Yanvar şəhidi” fəxri adının verilməsi məqsədilə vəsatətin qaldırılması üçün sonuncusu 17 noyabr 2022-ci il tarixində olmaqla, 2018-2022-ci illərdə 4 dəfə müvafiq sənədlərlə Nazirliyə müraciət etsə də, Nazirlik tərəfindən müraciətin təmin olunmasından imtina edilmişdir. Bundan narazı qalan İddiaçı Nazirliyə qarşı müvafiq iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə (bundan sonra - Məhkəmə) müraciət etmişdir. Məhkəmə tərəfindən İddiaçı iddia tələbi qismən təmin edilmiş və məhkəmənin 24 iyun 2023-cü il tarixli 2-1(112)- 1157/2023 nömrəli qərarı ilə inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq əsaslandırılmış cavabın verilməsi öhdəliyi Nazirliyə həvalə edilmişdir. Qərarın icrası ilə əlaqədar, Nazirlik tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 28.2-ci maddəsinə uyğun olaraq inzibati icraat başlanılmışdır. İcraat zamanı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli 2(004)-6325/2013 nömrəli qətnaməsinin aidiyyəti üzrə vəsatətin qaldırılması üçün yetərli hesab edilmədiyi müəyyən edilmiş və vətəndaşa məktubla müraciət edilərək R.İsmayılovun 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar aldığı xəsarətin nəticəsi olaraq vəfat etdiyini təsdiq edən məhkəmə-tibbi ekspertizasının müayinə aktına dair müvafiq arayışın təqdim edilməsi xahiş olunmuşdur. Qeyd edilən sənəd vətəndaş tərəfindən təqdim edilmədiyi üçün inzibati icraat yekunlaşdırılmış və R.İsmayılova “20 Yanvar şəhidi” fəxri adının verilməsi məqsədilə aidiyyəti üzrə vəsatətin qaldırılmasından imtina edilməsi barədə qərar qəbul edilərək bu barədə İddiaçı və Məhkəməyə rəsmi məlumat verilmişdir. Digər tərəfdən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci cümləsində göstərilir ki, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. İşin araşdırılan hallarında da göründüyü kimi R.İsmayılov 1990-cı ilin 20 Yanvar hadisələri zamanı “həlak” olmamış, ağır yaralanaraq, “vəfat etdiyi” 2005-ci il 13 noyabr tarixinə kimi onun müddətsiz orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxs statusu olmuşdur. Lakin Məhkəmənin Nazirliyə ünvanlanmış 11 dekabr 2023-cü il tarixli məktubunda Nazirliyin yuxarıdakı qərarının məhkəmənin 24 iyun 2023-cü il tarixli 2-1(112)-1157/2023 nömrəli qərarının icrasını ehtiva etmədiyi bildirilmiş və məhkəmə qərarının icrasının otuz gün müddətində təmin edilməsi, əks təqdirdə Nazirliyin 50 000 manatadək cərimə olunacağı barədə xəbərdarlıq edilmişdir. Bununla əlaqədar, Nazirlik tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 12 fevral 2024-cü il tarixli 3-17/2-1298/2024 nömrəli cavab məktubunda, işin araşdırılan hallarına əsasən R.İsmayılovun 1990-cı ilin 20 Yanvar hadisələri zamanı həlak olmadığı, ağır yaralanaraq, 2005-ci il 13 noyabr tarixində vəfat etdiyi, buna qədər isə müddətsiz İİ dərəcə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxs statusunun olduğu, bu əlillik səbəbinin isə yalnız Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 30 dekabr 2013-cü il tarixli 2(004)-6325/2013 nömrəli qətnaməsi ilə düzəliş edilərək “20 Yanvar 1990-cı il tarixdə aldığı yara nəticəsində əlilliyə görə vəfat etməsi” kimi qeyd edildiyi, həmçinin R.İsmayılova 20 Yanvar hadisələri ilə əlaqədar şəhid statusunun verilməsi ilə bağlı qərar qəbul edilməsinin gələcək perspektivdə mənfi presedent yaradacağı, bu halın 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş digər şəxslər (hazırda 230 nəfər bu kateqoriyadan olan şəxs vardır) də vəfat etdikdə, onlara fəxri adın verilməsi üçün ailə üzvləri tərəfindən analoji qaydada müraciətlərin edilməsinə səbəb olacağı bildirilmişdir. Məhkəmə tərəfindən göndərilən 28 fevral 2024-cü il tarixli 2-1 (112)-1157/2023 nömrəli məktubda 24 iyun 2023-cü il tarixli 2- 1(112)-1157/2023 nömrəli qərarın qüvvədə saxlanıldığı və təcili icra olunması bildirilmişdir. Məhkəmə qərarının icrası ilə əlaqədar, mərhum X1 “20 Yanvar şəhidi” fəxri adının verilməsi məsələsinə baxılmasını xahiş edirik. Həmçinin bildiririk ki, Nazirliyin mövqeyinə əsasən sözügedən məsələ gələcək perspektivdə mənfi presedent yarada bilər. Belə ki, R.İsmayılova “20 Yanvar şəhidi” fəxri adı veriləcəyi təqdirdə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş digər şəxslər, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər vəfat etdikdə, onlara da “20 Yanvar şəhidi” fəxri adının və ya şəhid statusunun verilməsi üçün vətəndaşlar tərəfindən analoji müraciətlərin edilməsinə səbəb olacaqdır.” Göründüyü kimi,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının tələb etdiyi vəsatət ilə Azərbaycan Respublikası Prezident Administrasiyasına müraciət etmişdir. Yuxarıda qeyd edilmiş qanunvericiliyə əsasən fəxri adların verilməsi məsələsi orqanın (şəxsin) diskresion səlahiyyətləri, yəni orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətləri çərçivəsində həll olunur. Bu o deməkdir ki, inzibati orqan (vəzifəli şəxs) yalnız bir qayda ilə ciddi şəkildə bağlı olmaq əvəzinə, qərar qəbul etmədə müəyyən dərəcədə sərbəstliyə malikdirlər. “20 Yanvar şəhidi” fəxri adı haqqında” Əsasnaməyə əsasən “20 Yanvar şəhidi” fəxri adı Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında verilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının arzuladığı kimi- məhkəmə qərarının icrasını təmin etmək üçün faktiki hərəkət etmiş - müvafiq vəsatətlə Azərbaycan Respublikası Prezident Administrasiyasına müraciət etmişdir. Belə olan halda, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ müəyyən olunmur. Belə ki, mübahisənin qanuni həlli üçün ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Qərarı) Beləliklə, iddia ərizəsində cavabdehlər tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması halları göstərilməmiş və əsaslandırılmamışdır. Belə olan halda cavabdehlər tərəfindən iddiaçının hüquqları sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3cıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar