Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1478/2023 18.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə Ağahüseyn qızının, tərcüməçi X3 iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı “iddiaçının əmək kitabçasında göstərilən xx.xx.1977xx.xx.1997-ci il dövrlərinin və xx.xx.2001-xx.xx.2003-cü il dövrlərinin əmək stajı kimi təsdiqlənməsi və bunun əsası kimi yaşa görə əmək pensiyasının 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı iddia qadıraraq “iddiaçının əmək kitabçasında göstərilən xx.xx.1977-xx.xx.1997-ci il dövrlərinin və xx.xx.2001-xx.xx.2003-cü il dövrlərinin əmək stajı kimi təsdiqlənməsi və bunun əsası kimi ona yaşa görə əmək pensiyasının 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə doğulmuşdur, xx.xx.1971-ci ildən xx.xx.1974-cü ilə qədər 12 №-li Bakı Peşə Liseyində (əvvəlki adı: X6 Gənclər İttifaqının “ÜLKGİ” 50 illiyi adına TPM) təhsil almışdır. xx.xx.1975-xx.xx.1977-ci illərdə Sovet Ordusunda hərbi xidmət etmişdir. xx.xx.1974-xx.xx.1975-ci illərdə “Azərbaycan Rabitə Sənayesi” zavodunda 1-ci dərəcəli dülgər işləmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1977-xx.xx.1997-ci illərdə “Azərçörək” İB Təmir-Mexaniki zavodunda dülgər sexində dülgər işində əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.2001xx.xx.2003-cü illərdə Dövlət Neft Şirkəti ”Maşınqayırma” Bakı Neft-Mədən Cihazları zavodunda dülgər işində işləmişdir. Bakı Neft-Mədən Cihazları zavodu xx.xx.2001-ci ildən Bakı "xxxx" ASC-yə çevirilmişdir. xx.xx.2021-ci ildən iddiaçıya yaşa görə sosial müavinət təyin edilmişdir. Yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etsə də, cavabdeh tərəfindən sonuncu olaraq xx.xx.2022-ci il tarixdə ona imtina cavabı verilmişdir.İddiaçı cavabdehin imtinasını əsassız hesab edir, belə ki, onun 25 il sığorta stajı vardır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı göstərmişdir ki, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X16 Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək təhsil illəri, hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1974-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək əmək fəaliyyəti dövrləri üzrə xx.xx.2006-cı il tarixədək 20 il 6 ay 26 gün sığorta stajı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1977-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Azərçörək” İBnin Təmir Mexaniki zavodunun arxiv sənədləri mühafizə olunması üçün Dövlət Arxivinə təhvil verilməmişdir. X11 Monitorinq və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli aktına əsasən "xxxx" ASC-də xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyəti dövrü üzrə xx.xx.2002-ci il tarixədək əmək haqqı hesablanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır Həmin Qanunun 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək əlavə onu göstərmişdir ki, o, Bakı Neft-Mədən Cihazları zavodunda işləyən zaman xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilə qədər əmək haqqı almış,sonra isə əmək haqqı almamışdır. İddiaçı çıxışının sonunda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi Nümayəndə iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatının gedişində şahid qismində ifadə vermiş X7, X9, X1, X2, X10, X4 göstərmişlər ki, onların “Azərçörək” İB- də işlədikləri zaman İddiaçı onlarla birlikdə “Azərçörək” İB-nin Təmir Mexaniki Zavodunun dülgər sexində işləmişdir. Məhkəmə, iddiаçının və cavabdehin nümayəndəsinin çıxışlarını, təqdim еdilmiş sənədləri,şahid ifadələrini nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddiа tələbi qismən əsaslı, qismən əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş: AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1956-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin 201/22 nömrəli, xx.xx.2022ci il tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.1971-ci ildən xx.xx.1974-cü ilə qədər 74 nömrəli orta texniki peşə məktəbində əyani formada “dülgər” ixtisası üzrə təhsil almışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai X12 27/065 nömrəli, xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən iddiaçıya “Azəsənayeəlaqə” zavodunda işləyərkən 1975-ci il tarixdə ******* nömrli komsomol bileti verilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçı xx.xx.2001-ci ildən xx.xx.2003-cü ilə qədər "xxxx" zavodunda dülgər işləmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçının əmək kitabçasına, əyani təhsil haqqında arayışa və hərbi biletin surətinə əsasən sığorta stajının 20 il 8 ay təşkil etməsi əsası ilə İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir.Habelə imtinanın əsası kimi “Azərçörək” İB-nin Təmir Mexaniki Zavodunun arxiv sənədlərinin mühafizə olunması üçün Dövlət Arxivinə təhvil verilməməsi, habelə "xxxx" ASC-də xx.xx.2001-ci ildən xx.xx.2003-cü il tarixinədək dövr ərzində iddiaçıya xx.xx.2002-ci ildən xx.xx.2003-cü il tarixinə qədər əmək haqqı hesablanmaması göstərilmişdir. İddiaçının əmək kitabçasına əsasən iddiaçı “Azərbaycan Rabitə Sənayesi” zavodunda xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə qədər, “Azərçörək” İB Təmir-Mexaniki Zavodunda xx.xx.1977-ci ildən xx.xx.1997-ci ilə qədər, Dövlət Neft Şirkəti Bakı Neft-Mədən Cihazları zavodunda xx.xx.2001-ci ildən xx.xx.2003-cü ilə qədər dülgər işləmişdir. "xxxx" ASC-də tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən iddiaçının həmin cəmiyyətdə əmək fəaliyyəti araşdırılan zaman müəyyən edilmişdir ki, iddiaçıya həmin müəssisədə əmək haqqı xx.xx.2002-ci ilə qədər ödənilmişdir, sonrakı illər ona əmək haqqı hesablanmamışdır. İddiaçının hərbi biletinə əsasən iddiaçı 1975-ci ilin may ayından 1977-ci ilin may ayına qədər hərbi xidmətdə olmuşdur. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı xx.xx.1956-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. xx.xx.1971-ci ildən xx.xx.1974-cü ilə qədər 74 nömrəli orta texniki peşə məktəbində əyani təhsil almışdır, 1975-ci ilin may ayından 1977-ci ilin may ayına qədər hərbi xidmətdə olmuşdur, əmək kitabçasında olan qeydlərə və arxiv arayışlarına əsasən xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə qədər “Azərbaycan Rabitə Sənayesi” zavodunda, xx.xx.1977-ci ildən xx.xx.1997-ci ilə qədər “Azərçörək” İB-nin Təmir-Mexaniki Zavodunda, xx.xx.2001-ci ildən xx.xx.2003-cü ilə qədər (əmək haqqını xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilə qədər almışdır) Bakı Neft-Mədən Cihazları zavodunda (hazırki "xxxx" ASC) işləmişdir.Pensiya yaşına çatdığı xx.xx.2021-ci ildən ona yaşa görə sosial müavinət təyin edilmişdir, iddiaçı həmin tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etsə də cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir.Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İddiaçının əmək fəaliyyəti olan dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində göstərilmişdir:” Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir...İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti;b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə;v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq;ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət; j) iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti; z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əlillərin pensiyada olduqları müddət; i) zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə;ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti;k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət...Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “ Hazırda işin faktiki hallarına əsasən iddiaçının 2006-cı ilin yanvar ayının 1-nə qədər 25 ildən çox sığorta stajı iş materiallarında öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının hərbi xidmətdə olduğu, peşə təhsil aldığı müddətlər, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə qədər “Azərbaycan Rabitə Sənayesi” zavodunda, xx.xx.1977-ci ildən xx.xx.1997-ci ilə qədər “Azərçörək” İB-nin Təmir-Mexaniki Zavodunda işlədiyi müddət və xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilə qədər Bakı Neft-Mədən Cihazları zavodunda işlədiyi müddətlər (cəmi 26 ildən çox) iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ verir. İddiaçının təqdim etdiyi sübutlar – əmək kitabçası, arxiv arayışları və şahid ifadələri iddiaçının ona pensiya təyin etmək üçün tələb olunan sığorta stajının olmasını təsdiq edir. Lakin məhkəmə qeyd edir ki, xx.xx.2001-ci ildən xx.xx.2003-cü ilə qədər olan müddətin yalnız xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilə qədər olan hissəsi sığorta stajı kimi nəzərə alına bilər, belə ki, iddiaçı özü məhkəmə iclasında xx.xx.2002-ci ildən xx.xx.2003cü ilə qədər Bakı Neft-Mədən Cihazları zavodunda əmək haqqı almadığını etiraf etmişdir, habelə "xxxx" ASC-də tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən iddiaçının həmin cəmiyyətdə əmək fəaliyyəti araşdırılan zaman müəyyən edilmişdir ki, iddiaçıya həmin müəssisədə əmək haqqı xx.xx.2002-ci ilə qədər ödənilmişdir, sonrakı illər ona əmək haqqı hesablanmamışdır. Görünür iddiaçının həmin müddətdə(xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək) iddiaçının faktiki əmək fəaliyyəti olmamış, ona hər hansı ödəniş edilməmişdir. Belə olan halda iddiaçı xx.xx.2002-ci ildən sonra qeyd edilən müəssisədə əmək haqqı almadığı üçün sosial sığorta haqları da ödəməmişdir ki, bu da qeyd edilən dövrün sığorta stajına daxil edilməsi imkanını istisna edir. Belə ki, yuxarıda qeyd edildiyi kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 21.2-ci maddəsinə və iddiaçının əmək fəaliyyəti olan dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı (sosial sığorta)ödənilən hər hansı işinin müddəti daxil edilir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; “İnzibati icraat haqqında ”Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, iddiaçının əmək kitabçasında göstərilən xx.xx.1977-xx.xx.1997-ci il dövrlərinin və xx.xx.2001-xx.xx.2002-ci il dövrlərinin əmək stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır, iddia tələbi qalan (xx.xx.2002-ci -xx.xx.2003-cü ilədək müddətin nəzərə alınması) hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının onun əmək kitabçasında göstərilən xx.xx.1977xx.xx.1997-ci il dövrlərinin və xx.xx.2001-xx.xx.2002-ci il dövrlərinin əmək stajı kimi nəzərə alınmaqla 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan (xx.xx.2002-ci -xx.xx.2003-cü ilədək müddətin nəzərə alınması) hissədə təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1478/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1478/2023
18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver