Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(112)-14783/2025 26.02.2026 BAKI İNZIBATI MƏHKƏMƏSI Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsiinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 2500 kv.m ərazisi olan ****/**** nömrəli bağ sahəsinə dair onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək əsl olmayan cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi (bundan sonra – cavabdeh) ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən, 0,25 hektar torpaq sahəsi olan **** saylı bağ sahəsinin icarəyə verilməsi haqqı nda ##. ##. 1968-ci il t arixdə keçmiş X 3 ilə iddiaçı arası nda 15806 № li müqavilə bağlanmı şdı r. ##. ##. 1972-ci il t arixdə isə bağı n cizgisi t ərt ib olunmuş və bağ sahəsi 3764/3464 kimi qeyd edilmişdir. Hal-hazırda həmin bağ sahəsi mübahisəsiz olaraq iddiaçının istifadəsindədir. Sözügedən müqaviləsinin və bağ sahəsinə dair tərtib edilmiş cizginin surəti iddiaçıya təqdim edilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Qeyd edir ki, hüquq sahibinin adının “Adəm” yox, “Adam” kimi qeyd olunması vətəndaşın günahı deyil. Məlum məsələdir ki, sovetlər dövründə bir çox ad və soyadlar təhrif olunmuşdur. Eyni zamanda, Sabunçu rayon Məhkəməsinin qətnaməsi ilə 15806 № li müqavilədə qeyd olunan "Adam” adı şəxsiyyət vəsiqəsində qeyd olunan “Adəm” olmuşdur. Bundan sonra o, yenindən cavabdehə hazırkı tələblə müraciət etsə də, cavabdeh bundan yenə imtina etmişdir. Qeyd olunan ünvanda yerləşən torpaq sahələri magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmir və mühafizə zolağına düşmür. Cavabdeh formal əsaslara istinad edərək Ləhiş bağlar massivində yerləşən, 3764/3464 № li bağ sahəsininin dövlət reyestrində qeydiyyata almamaqla iddiaçının gözlənilən mülkiyyət hüququnun reallaşdırılmasına maneəçilik törədir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən şərti olaraq göstərilən torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı müəyyən edilmişdir və **** saylı bağa dair İddiaçı əvvəlki müraciəti zamanı fərqli torpaq sahəsi göstərilmişdir. Bundan başqa, təqdim edilmiş sənədlərdə hüquq sahibinin adında və torpaq sahəsinin nömrəsində uyğunsuzluq mövcuddur. Belə ki, müqavilədə hüquq sahibinin adı “Adam” kimi qeyd olunmuş, aktda və arxiv cizgisində sahənin nömrəsi 3764/3464 kimi göstərilmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin məhkəmə sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubunda **** saylı bağ sahəsinə dair sənədlərin idarənin arxivində aşkar edilmədiyi bildirilmiş və ****/**** saylı bağ sahəsinə dair sənədlər və həmin bağ sahəsinin ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri İcraiyyə Komitəsinin X3 ilə iddiaçı arasında bağlanmış ##.##.1968-ci il tarixli, 15806 № li müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən, 0,25 hektar torpaq sahəsi olan **** saylı bağ sahəsi iddiaçının icarəsinə verilmişdir. ##. ##. 1972-ci il t arixli akt a əsasən **** saylı bağ sahəsi 3764/ 3464 kimi qeyd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Bakı şəhər X5 İcraiyyə Komitəsinin bağ bölgüsü üzrə Komissiyasının ##.##.1967-ci il tarixli qərarına müvafiq olaraq Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Trestri ilə X2 arasında bağlanmış ##.##.1968-ci il tarixli, 15806 № li “Bağ və binaların uzunmüddətli icarəyə verilməsi” barədə müqavilənin AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindəki hüquq sahibi kimi qeyd olunmuş “İddiaçı”na məxsus olması faktı müəyyən edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Ləhiş bağlar massivində yerləşən **** saylı bağ sahəsi hüquq müəyyənedici sənəd üzrə 2500 kv.m, faktiki 2500 kv.m şərti təşkil edir. Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli məktub ilə göndərilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə və faktiki olaraq 2500 kv.m təşkil edir. Bağ sahəsi 2-3 cərgə mişar daşı düzələrək sərhədlənmişdir. Sahədə tikili yoxdur. Göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Əlavə olaraq bildirilir ki, göstərilən torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı müəyyən edilmişdir və **** saylı bağa dair İddiaçı əvvəlki müraciəti zamanı fərqli torpaq sahəsi göstərilmişdir. Bundan başqa, təqdim edilmiş sənədlərdə hüquq sahibinin adında və torpaq sahəsinin nömrəsində uyğunsuzluq mövcuddur. Belə ki, müqavilədə hüquq sahibinin adı “Adam” kimi qeyd olunmuş, akda və arxiv cizgisində sahənin nömrəsi 3764/3464 kimi göstərilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Sahəyə heç bir digər fiziki şəxs müraciəti, həmçinin özəl sahə ilə üst-üstə düşmə barədə məlumat aşkar edilmədi. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, iddiaçı Bakı şəhəri İcraiyyə Komitəsinin X3 ilə arasında bağlanmış ##.##.1968-ci il tarixli, 15806 № li müqaviləyə əsaslanaraq istifadəsində və sahibliyində olan bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə ona imtina cavabı vermişdir. Cavabdehin imtinasının əsasları ondan ibarət olmuşdur ki, göstərilən torpaq sahəsində hasarlanma və mərzçəkmə işləri aparılmamışdır və **** saylı bağa dair iddiaçının əvvəlki müraciəti zamanı fərqli torpaq sahəsi göstərilmişdir. Təqdim edilmiş sənədlərdə hüquq sahibinin adında və torpaq sahəsinin nömrəsində uyğunsuzluq mövcuddur. Məhkəmə qeyd edir ki, qeyd olunan əsaslar bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir. Belə ki, Bakı şəhəri İcraiyyə Komitəsinin X3 ilə iddiaçı arasında bağlanmış ##.##.1968-ci il tarixli, 15806 № li müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən, 0,25 hektar torpaq sahəsi olan **** saylı bağ sahəsi iddiaçının icarəsinə verilmişdir. Eyni zamanda, ##. ##. 1972-ci il t arixli akt a əsasən **** saylı bağ sahəsi 3764/ 3464 kimi qeyd edilmişdir. Həmin sənədlərin mötəbərliyi məhkəmədə şübhə doğurmur, çünki qeyd edilən sənədlərin arxiv nüsxəsi cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. E yni zamanda B akı şəhəri S abunçu Rayon Məhkəməsinin ##. ##. 2024-cü il t arixli qətnaməsi ilə sözügedən müqavilənin iddiaçıya məxsus olması faktı müəyyən edilmişdir. Göründüyü kimi sənədlərdəki adlar arasındakı uyğunsuzluq məsələsi artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə öz həllini tapmışdır. Bununla yanaşı cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyində göstərilən torpaq sahəsinin (bağ sahəsi) sənəd üzrə və faktiki olaraq 2500 kv.m təşkil etdiyio, 2-3 cərgə mişar daşı düzələrək sərhədləndiyi, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin dövlət mülkiyyəti torpağı olduğu, sahəyə heç bir digər fiziki şəxs müraciəti, həmçinin özəl sahə ilə üst-üstə düşmə barədə məlumat aşkar edilmədiyi bildirilmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 2500 kv.m ərazisi olan ****/**** nömrəli bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 2500 kv.m ərazisi olan ****/**** nömrəli bağ sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-14783/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-14783/2025
26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver