Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1479/2021 09.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı birdəfəlik ödəmənin ödənilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət tərəfindən peşə hazırlığına görə təyin olunmuş hər ay üçün 250 AZN (iki yüz əlli manat) təqaüd ödəməsini, mart, aprel, may, iyun və iyul ayları üzrə 5 ay olmaqla, cəmi 1250 AZN (bir min iki yüz əlli manat) məbləğinin, eləcə də, pandemiya ilə əlaqədar dövlət tərəfindən işsizlərə ayrılmış 190 (bir yüz doxsan) manat pul vəsaitinin, iki ay olmaqla, cəmi 380 manat pul məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, COVİD-19 pandemiyası ilə əlaqədar vətəndaşlara ayrılmış 190 manat məbləğində birdəfəlik ödəmənin aprel, may, iyul, avqust və dekabr ayları üçün cavabdeh tərəfindən birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş iddia ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı ailə başçısını (yoldaşını) itirdiyinə görə bu ilin yanvar ayına kimi müavinət alırdı. Övladını təkbaşına böyütmüş, hazırda 17 yaşı vardır. Müavinət dayandırıldıqdan sonra Dövlət Məşğulluq Xidmətinə iş axtaran kimi müraciət etmiş, lakin iş olmadığı üçün o, işsiz kimi qeydiyyata alınmışdır. İşsiz kimi qeydiyyata alınmasına baxmayaraq, işsizlik müavinəti təyin olunmamışdır. 2020-ci ilin fevral ayında yenidən müraciət etmişdir ki, onu heç olmazsa dərzilik üzrə peşə hazırlığına qeydə alsınlar. Lakin bildirmişlər ki, bu peşə üzrə hazırlıq kursu hələki yoxdur, lakin şirniyyatçı olaraq peşə hazırlığına qeyd edə bilərlər. O, da etiraz etməmiş və şirniyyatçı olaraq peşə hazırlığı üçün qeydə alınmışdır. Məşğulluqdan verilən məlumata görə həmin kurs bu ilin mart ayının 10-da başlamalı idi, lakin ölkədə baş verən pandemiya ilə bağlı bu kurs təxirə salınmışdır. Qeyd edilən pandemiya (COVİD-19) ilə əlaqədar ölkə başçısı öz xalqını düşünərək ölkənin işsiz vətəndaşları üçün birdəfəlik yardım təyin etmişdir. Belə ki, Nazirlər Kabinetinin 127 saylı Qərarına əsasən pandemiya dövründə xüsusi karantinin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi qaydası müəyyən olunmuşdur. O, da işsiz, təkbaşına uşaq böyüdən bir ana olaraq, vətəndaş olaraq bu yardımdan yararlanmaq üçün qeydiyyatdan keçmişdir. Lakin, telefonuna SMS bildirişi gələrək bildirilmişdir ki, İddiaçı peşə hazırlığına görə təqaüd (250 azn) təyin edildiyi üçün, ona 190 azn birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. Ona təqaüd təyin olunsa da, mart və aprel ayları ərzində bu iki ay xüsusi karantin dövründə ona nə 190 manat yardım verildi, nə də kursdan hər ay üçün ayrılan 250 azn təqaüd verilmişdir. Təqaüdü hardan, hansı şəkildə almalı olması barədə bu günə kimi heç bir məlumat verilməmişdir. Bu səbəbdən də, kursa görə təyin edilmiş 250 azn təqaüd pulunu almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı X5 Mərkəzinə yaxınlaşmış, orada onu Emin bəyin qəbuluna göndərmişlər. Emin bəy, “kursa yazılsanızda faktiki olaraq kursda iştirak etmək mümkün deyilsə, o, bu ödənişi edə bilməz, o, getsin 190 manatı almağa çalışsın” deyərək ifadəsini bildirmişdir. Bundan sonra, Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinə yaxınlaşıb, 190 manatı tələb etdiyində, cavab olaraq bildirmişlər ki, o, məşğulluq programı ilə təqaüdlü kursdan qeydiyyatdan keçmişdir, bu səbəbdən ona190 manat yardım təyin oluna bilməz”. Şikayəti onunla bağlıdır ki, o, uzun zamandır ki, dövlət orqanlarının süründürməçiliyinə məruz qalmışdır. O, ailə başçısı olmadan tək ana olaraq övlad böyüdür. Dövlət onlar kimi ailələrə yardım ayırsa da, çox təəssüf ki, bəzi rüşvətxor məmurlar vətəndaşlar üçün nəzərdə tutulmuş kiçik bir yardıma belə tamah salırlar. O, bu xüsusi karantin dövrünü bacısının ailəsində onun himayəsində keçirmişdir. Belə nə qədər yaşamaq olar?. Bu qərəzliliyə aydınlıq gətirmək üçün o, elektron şikayət, yazılı müraciət göndərsə də, müraciətinə, şikayətinə cavab verən olmamışdır. Aydındır ki, burada məqsəd bəzi məmurların dövlət başçısı tərəfindən ayırmış olduğu yardımdan öz maraqları üçün faydalanmaqdır. Bu isə, dövlətə xəyanətdir. Bu qanunazidd əməldir və qanunla məsuliyyət yaradır. Alacağı bu iki aylıq 190 manatlıq yardım və ya aylıq 250 manat təqaüd nə böyük pul idi ki, ona da, göz dikiblər? Bu yardım, təqaüd onun üçün olduqca əhəmiyyətlidir, dövlət məmuru üçün deyil. O, öz yaşamını, ailəsinin, uşağının təminatlarını bununla qarşılayacaqdır, bacısının himayəsinə sığınaraq və ya digər xeyirxah insanların kiçik yardımları ilə deyil. Əgər onun heç kimi olmasaydı, deməli o, uşağı, yaşamamalıydı?. Axı dövlət başçısı onun kimi vətəndaşların qayğısına qalaraq aidiyyəti orqanlara pul vəsaiti ayırmışdır, nə səbəbdən bu yardım vətəndaşlara gəlib çatmır? İnsanlara göstərilən layiqli həyat səviyyəsi budur? Konstitusiyanın 12-ci maddəsində də, qeyd olunur ki, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək dövlətin ali məqsədidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraza əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 "ömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin yerilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmçinin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onların müraciət etməkdə məqsədləri yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. Beləliklə, İddiaçı müraciət tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.7-ci yarımbəndinə uyğun olaraq aztəminatlılıq meyarına cavab verməməsi səbəbindən birdəfəlik ödəməni almaq hüququ yaranmamış və buna görə birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə cavabdehə müraciətlər ünvanlamışdır. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli, **********1 nömrəli cavab məktubunun surətindən görünür ki, Dövlət Məşğulluq Agentliyinin xx.xx.2020-ci il tarixli, **********6 nömrəli məktubuna əsasən İddiaçı da cəlb olunması nəzərdə tutulan Bakı şəhər X2 tərəfindən təşkil olunmuş “qənnadçı-şirniyyatçı” peşə hazırlığı kursunun Bakı Dövlət X4 Mərkəzində xx.xx.2020-ci il tarixindən başlanılmasına razılıq verilmişdir. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə ölkə ərazisində koronavirus pandemiyasının (COVİD-19) yayılmasının qarşısının alınması, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tibbiprofilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə bütün təhsil müəssisələrində 2020-ci il mart ayının 3-dən başlayaraq 2019-2020-ci tədris ilinin sonunadək tədris və təlim-tərbiyə prosesinin dayandırılması səbəbindən “qənnadçı-şirniyyatçı” peşə hazırlığı kursunda tədrisə başlanılmamış və bununla əlaqədar İddiaçı təqaüdün ödənişi həyata keçirilməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ailə başçısını (yoldaşını) itirdiyinə görə 2020-ci ilin yanvar ayına kimi müavinət almış, müavinəti dayandırıldıqdan sonra Dövlət Məşğulluq Agentliyinə işaxtaran kimi müraciət etmiş və işsiz kimi qeydiyyata alınmışdır. O, 2020-ci ilin fevral ayında yenidən peşə hazırlığına cəlb olunması barədə Dövlət Məşğulluq Agentliyinə müraciət etmiş, Agentliyin xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, **********6 nömrəli məktubuna əsasən İddiaçı da cəlb olunması nəzərdə tutulan Bakı şəhər X2 tərəfindən təşkil olunmuş “qənnadçı-şirniyyatçı” peşə hazırlığı kursunun Bakı Dövlət X4 Mərkəzində xx.xx.2020-ci il tarixindən başlanılmasına razılıq verilmişdir. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə ölkə ərazisində koronavirus pandemiyasının (COVİD-19) yayılmasının qarşısının alınması, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə bütün təhsil müəssisələrində 2020-ci il mart ayının 3dən başlayaraq 2019-2020-ci tədris ilinin sonunadək tədris və təlim-tərbiyə prosesinin dayandırılması səbəbindən “qənnadçı-şirniyyatçı” peşə hazırlığı kursunda tədrisə başlanılmamış və bununla əlaqədar İddiaçı təqaüdün ödənişi həyata keçirilməmişdir. Göründüyü kimi, iddiaçıya cavabdeh tərəfindən nə işsiz kimi qeydiyyatda olan şəxs kimi yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməmiş, nə də ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə ölkə ərazisində koronavirus pandemiyasının (COVİD-19) yayılmasının qarşısının alınması, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə bütün təhsil müəssisələrində 2020-ci il mart ayının 3-dən başlayaraq 2019-2020-ci tədris ilinin sonunadək tədris və təlim-tərbiyə prosesinin dayandırılması səbəbindən “qənnadçı-şirniyyatçı” peşə hazırlığı kursunda tədrisə başlanılmaması ilə əlaqədar olaraq müvafiq təqaüd ödənişi həyata keçirilməmişdir. Həmin dövrdə İddiaçı faktiki olaraq işsiz kimi qeydiyyatda olan şəxs kimi yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə almaq hüququna malik şəxs olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərlə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin Qaydaların 1-ci bəndinin müddəalarına əsaəsən - 1.1. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra – pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemində (bundan sonra – MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2-ci bəndinin müddəalarına əsasən - 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata 4 alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə. 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya işsiz kimi MAS-da (Məşğulluq Alt sistemində) qeydiyyatdan keçmiş və ona 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən sözügedən Qaydaların 2.2-ci bəndində birdəfəlik ödəmənin qeydiyyat tarixindən asılı olaraq 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçı birdəfəlik ödəmə üçün müraciət edən zaman o, MAS-da xx.xx.2020-ci il tarixədək qeydiyyatdan keçmiş, cavabdehə birdəfəlik ödəmə üçün müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı həmin dövrdə birdəfəlik ödəmə hüququna malik olan şəxs olduğundan, cavabdeh tərəfindən ona birdəfəlik ödəmə ödənilməsi barədə müraciətinin təmin olunmamasından əsassız olaraq imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X3 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X1 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. COVİD-19 pandemiyası ilə əlaqədar vətəndaşlara ayrılmış 190 manat məbləğində birdəfəlik ödəmənin aprel, may, iyul, avqust və dekabr ayları üçün cavabdeh tərəfindən birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1479/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1479/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver