Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1479/2024 02.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı "icarə haqlarının ləğv edilməsi və s." haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1727 saylı torpaq sahələrinin icarəyə verilməsi haqqında müqavilə bağlandığı andan həmin müqavilə əsasında aparılan sənədləşmə tərtib edildiyi andan Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 134 saylı Sərəncamındakı “icarə əsasında” istifadəyə verilsin sözünün sərəncamlar qüvvəyə mindiyi andan etibarsız hesab edilməsi və iddiaçının istifadəsində olan torpaq sahələrinin bundan sonrakı hüquqi rejimin daimi istifadə hüququ əsasında müəyyən edilməsi, icarə haqlarının ləğv edilməsi vəzifəsinin Bakı Şəhər İcra Hakimiyyətinin (İnterservis) üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Mənzil Tikinti Kooperativlərinin təşkili və fəaliyyəti) 109-cu maddəsinin və ********** nömrə ilə qeydiyyatdan keçmiş həmin cəmiyyətin nizamnaməsinin 3.1. bəndinin tələbinə uyğun cəmiyyət qanunla qadağan edilməyən bütün fəaliyyət növü ilə o cümlədən xüsusi icazə tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni aldıqdan sonra məşğul ola bilər. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ayrı-ayrı mənzil tikinti kooperativlərinin vəzifəli şəxslərinin satılmış və dəyəri ödənilməmiş mənzillərin ilkin alıcıların məlumatı olmadan yenidən dələduzluq yolu ilə başqa şəxslərə satılması nəticəsində zərərçəkmiş vətəndaşların hüquqlarının bərpa olunması məqsədilə yeni yaşayış binalarının tikintisi üçün Bakı şəhəri ,Xətai rayonu ərazisində 3.87 ha torpaq sahəsinin İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, 02/3-8109 nömrəli, xx.xx.2020-ci il tarixli, 02/3- 8109xid nömrəli müraciətlərini, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) xx.xx.2019-cu il tarixli, SOCAR**********30490075X00502 nömrəli, "xxxx" Azərbaycan İnkişaf Şirkətinin xx.xx.2020-ci il tarixli, Ç20-037 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, xx/xx-1787 nömrəli, xx.xx.2020-ci il tarixli, xx/xx-2639 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, **********59 nömrəli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Agentliyinin xx.xx.2020-ci il tarixli, 22/1506 nömrəli razılıq məktublarını nəzərə alaraq , Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərini rəhbər tutaraq qərara alıram: Bakı şəhəri, Xətai rayonu ərazisində, "xxxx" Azərbaycan İnkişaf Şirkəti ilə razılaşdırılmış, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 3.87 ha toıpaq sahəsi yeni yaşayış binalarının inşa edilməsi məqsədilə İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilsin. Bakı şəhər İcra Hakimiyyətinin təkidi ilə ayrılmış 38.700 (3.87 ha) kv metr toıpaq sahəsi 49 il müddətinə hər il 132214 manat 68 qəpik icarə haqqı ödənilməsi şərti ilə icarəyə verilməsi barədə İddiaçı MMC ilə İcra Hakimiyyəti arasında xx.xx.2022- ci il tarixli 1727 saylı Torpaq sahələrinin icarəyə verilməsi haqqında müqavilələr bağlanmışdır. İcarə haqqı 01 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İddiaçı MMC ilə Bakı şəhəri İcra Hakimiyyəti arasında bağlanmış 14 oktyabr 2022-ci il tarixli 1727 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsini, həmin müqavilə əsasında aparılan sənədləşmələri, illik icarə haqqını, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2020-cu il tarixli, 134 saylı sərəncamındakı “icarə əsasənda” sözünü qeyri-qanuni hesab edərək və onların müqavilə bağladığı andan etibarsız hesab edilməsi barədə qərar qəbul etməyi xahiş edir. Yuxarıda qeyd edildiyi kimi, İddiaçı MMC Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109-cu maddəsinin və kooperativin nizamnaməsinin 2.1. bəndinin tələbinə uyğun fəaliyyətinin məzmunu və məqsədi müvafiq dövlət orqanlarından razılıq aldıqdan sonra kooperativ üzvlərinin, Azərbaycan vətəndaşlarının səy və resurslarını könüllü birləşdirmək yolu ilə onların mənzil sahəsinə tələbatlarının ödənilməsindən ibarətdir. Bu yaşayış evlərinin tikilməsi üçün torpaq sahələri qanuna və baş plana uyğun olaraq, müvafiq qərar əsasında daimi istifadəyə verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 50-ci maddəsi Torpaq sahəsi üzərində istifadə hüquqi müəyyən edir. Qanunun tələbinə görə - Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında toıpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. Müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq aşağıdakılara verilir. Dövlətin Bələdiyyənin və əhalinin vəsaiti hesabına inşa edilən və sahibkarlıq fəaliyyətinə aid olmayan çoxmərtəbəli yaşayış evlərinin müvafiq mənzilistismar təşkilatlarına Müstəsna hallarda, bu kimi torpaq istifadəçilərinin (mənzil tikintisi istisna olmaqla) fəaliyyət müddəti bəlli olduqda və bələdiyyə torpaqları onların müvəqqəti istifadəsinə də verilə bilər. Qanun tələbindən göründüyü kimi müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları ancaq daimi istifadəyə verilir. Ona görə də "xxxx" MTK ilə Bakı şəhər İcra Hakimiyyətinin arasında bağlanmış Xətai rayonu ərazisində yerləşən torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisi üçün 38.700 kv metr olan toıpaq sahəsinin 49 il müddətinə icarəyə verilməsi barədə 14 oktyabr 2022-ci il tarixli, 1727 saylı torpaq icarə müqaviləsi və həmin müqavilə əsasında aparılan sənədləşmələr müqavilə bağlandığı andan etibarsız sayılmalı və icarə haqqı ləğv edilməli olduğunu qeyd edir. Həmçinin qanun əhalinin vəsaiti hesabına inşa edilən və sahibkarlıq fəaliyyətinə aid olmayan çoxmərtəbəli yaşayış evlərinin torpaqlarının icarəyə verilməsini qadağan edir. Ona görə də, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 134 saylı sərəncamındakı “"icarə əsasında" sözünün Sərəncamlar (müqavilə) qüvvəyə mindiyi andan etibarsız hesab edilməli olduğunu qeyd edir. Cavabdehin torpaq sahəsinin iddiaçıya istifadəyə verilməsi barədə xx.xx.2020-ci il tarixli, 134 saylı sərəncam ilə , xx.xx.2022-ci il tarixli 1727 saylı torpaq müqaviləsi arasında da uyğunsuzluq olduğunu bildirir. Belə ki, Sərəncamla torpaq müddətsiz istifadəyə verilməli olduğu halda icarə müqavilələri ilə torpaq sahələri 49 ilə istifadəyə verilir.
3. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 134 nömrəli xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu ərazisində, "xxxx" Azərbaycan İnkişaf Şirkəti ilə razılaşdırılmış, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 3.87 ha torpaq sahəsi yeni yaşayış binalarının inşa edilməsi məqsədilə “Jasmine Park" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir.
4. Bakı şəhəri, Xətai rayonu ərazisində, tərtib olunmuş yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən, yeni yaşayış binalarının inşa edilməsi məqsədilə İddiaçı icarə əsasında istifadəsinə verilməsi nəzərdə tutulan “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid 3.87 ha torpaq sahəsinin “Yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 14 oktyabr 2022-ci il tarixli, 1727 nömrəli müqaviləsi ilə İddiaçı və Bakı Şəhər İcra Hakimiyyəti arasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının 134 saylı, xx.xx.2020-ci il tarixli sərəncamı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanmışdır.
5. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ünvanlanaraq icraatda olan İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinə qarşı 1479/2024 nömrəli iddia ərizəsi üzrə inzibati işin baxılmadan geri götürülməsi haqqında qərardad qəbul edilməsi xahiş edilmişdir.
6. Tərəflər məhkəmə iclasında iştirak etmir.
II. İddianın geri götürülmüş sayılması
7. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.
8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
9. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).
10. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
11. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.
12. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
13. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
14. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
15. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
16. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir... ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
17. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.
18. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünlüyünü yoxlamaq zərurəti mövcud deyildir.
19. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.
20. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia geri çağırılmış hesab edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva