Məhkəmə qərarları › İş №2-1(112)-148/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-148/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-148/2024 25.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “sökülmüş tikililərin bərpa edilməsi və ya ziyanın ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “sökülmüş tikililərin bərpa edilməsi və ya ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən, sahiblik və istifadəsində olmuş 0.06 ha torpaq sahəsindən məhrum olunma və üzərindəki tikililərin qanunsuz sökülməsi ilə əlaqədar ona vurulmuş ******* (bir milyon manat) real zərərin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayon icra hakimiyyəti başçısının 2204 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən iddiaçıya ünvan 4 binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 kv m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrıldıqdan sonra onun tərəfindən torpaq sahəsinin ətrafı daş hasarla hasarlanmış, qeyd olunan torpaq sahəsində tərəfindən 2000-cı ildə 1 mərtəbəli, ümumi sahəsi 15 kv.metrdən ibarət 1 otaqlı fərdi yaşayış evi və ümumi sahəsi 68 kv.metrdən ibarət təsərrüfat təyinatlı yarsdımçı tikililər- evin damı, ayaqyolu, 2 ədəd üstü örtülü çardaq tikilmiş və bundan sonra o, həmin evə pasport qeydiyyatına düşmüşdür. 2000-cı ildən o, Binəqədi rayonu, Mir Cəlal küçəsi 55A saylı ünvanda olan evdə yaşamaqla kommunal xərcləri ödəyir. Qeyd olunan torpaq sahəsi də 2000-ci ildən fasiləsiz və mübahisəsiz olaraq ıstifadəsində olmuşdur. İddiaçıya torpaq ayırılmasına dair Binəqədi rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı hal-hazırda qüvvədədir, torpaq sahəsi qanuni əsaslarla ayrılmışdır, icra hakimiyyəti tərəfindən torpaq ayırılarkən ona torpaq sahəsinin yerləşmə sxemi təqdim edilmişdir, ayrılan torpaq sahəsindən tərəfindən cizgi planının ölçülərinə tam uyğun istifadə edilmişdir. Qeyd olunan sərəncamın qüvvədə olub-olmaması ilə bağlı onun tərəfindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə sorğu edilmiş, sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filalı tərəfindən verilmiş 24 aprel 2018-ci il tarixli. 71-60 saylı arxiv çıxarışından görünür ki, Binəqədi rayon icra hakimiyyəti başçısının aparatına fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması ilə əlaqədar rayon ərazisində yaşayan vətəndaşlar tərəfindən müraciətlər daxil olmuşdur. Həmin vətəndaşların müraciətlərinin təmin olunması ilə bağlı RİHB-nin qəsəbə üzrə nümayəndəlikləri tərəfindən Binəqədi rayon icra hakimiyyəti başçısının aparatına müvafiq sənədlər təqdim edilmişdir. Binəqədi rayon icra hakimiyyəti başçısının 2204 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamının 1-ci bəndinə əsasən Binəqədi rayon ərazisində siyahıda adları sadalanan vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün əlavə olunmuş eskizlərdə göstərilən ölçülərə və ünvanlara uyğun olaraq torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamın 38-ci bəndində İddiaçı adı və onun istifadəsinə verilmiş torpağın ölçüsü 600 kv.metr göstərilmişdir. Torpaqayırma sənədinin ayrılmaz tərkib hissəsi kimi Binəqədi rayon icra hakimiyyəti aparatınin memraı S.Əzizov tərəfindən təsdiq edilmiş cizgidən görünür ki, Binəqədi rayon icra hakimiyyəti başçısının 2204 nömrəli, xx.xx.2000-cı il tarixli sərəncamına əsasən İddiaçı Bakı şəhəri Binəqədi rayonu. Mir Cəlal küçəsi 55A saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv m. torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir. İddiaçının istifadəsində olan torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyinə münasibət bildirilməsi barədə Binəqədi rayon icra hakimiyyətinin 02/12-xx-xx/1096 saylı 20.06 2018-ci ıl tarixli məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən torpaq sahəsi mövcud vəziyyətdə yerləşmə cizgisinə uyğun olaraq həyətyanı torpaq sahəsi kimi İddiaçı tərəfindən istifadə olunur. Lakin buna baxmayaraq heç bir qanuni əsas olmadan 10 aprel 2019-cu il tarixdə 20 ildən artıq müddətdə mülkiyyətində olan həmin torpaq sahəsinin daş hasarı, üstündə tikilmiş ev, yardımçı tikililər Binəqədi icra hakimiyyətinin qanunsuz göstərişinə əsasən tamamilə sökülmüş və torpaq sahəsi boşaldılaraq zorla alınmışdır. İddia olunan torpaq sahəsi Binəqədi rayon icra hakimiyyəti tərəfindən "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında “Azəbaycan Respublikası Qanuna əsasən deyil, məcburi qaydada və özbaşınalıq yolu ilə torpaq sahəsindən istifadə və sahiblik hüququndan məhrum edilməklə alınaraq və üzərindəki tikililər qanunsuz sökülməklə iddiaçıya maddi zərər vurulmuşdur. Maddi zərərin hesablanması üçün müvafiq icazə əsasında Bakı şəhərində fəaliyyət göstərən “Qiymətləndirmə və Audit" MMC-yə ərizə ilə müraciət olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib olunmuş daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, ünvan 4 ünvanda yerləşən 0,06 ha ( 600 kv.m) torpaq sahəsinin 15 aprel 2019-cu il tarixə 0,01 ha hissəsinin qiyməti 150000,0 (yüz əlli min manat) manat, 0,06 hektarının cəmi dəyəri isə 900000,0 ( doqquz yüz min manat), üzərindəki fərdi yaşayış evinin, hasar və digər yardımçı tikililərin dəyəri isə 15 aprel 2019-cu il tarixə 100000,0 (yüz min manat) təşkil edir. Bütövlükdə isə ona vurulmuş real zərərin 1000000,0 (bir milyon) manat təşkil etməsi müəyyən olunur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən, iddiaçının faktiki sahiblik və istifadəsində olmuş torpaq sahəsinin daş hasarının və üzərindəki sökülmüş tikililərin bərpa edilməsi və 0.06 ha torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunmaqla iddiaçıya qaytarılması, yaxud iddiaçıya vurulmuş ******* (bir milyon) manat ziyana görə iddiaçıya həmin məbləğdə kompensasiya ödənilməsi vəzifəsinin iş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-203/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti işə cəlb edilməklə ünvan 2 ünvanda yerləşən, iddiaçının faktiki sahiblik və istifadəsində olmuş torpaq sahəsinin daş hasarının və üzərindəki sökülmüş tikililərin bərpa edilməsi və 0.06 ha torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunmaqla iddiaçıya qaytarılması, yaxud iddiaçıya vurulmuş ******* (bir milyon) manat ziyana görə iddiaçıya həmin məbləğdə kompensasiya ödənilməsi vəzifəsinin iş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi tələbinə və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi tələbinə ayrıca icraatda və yeni nömrə verilərək baxılması, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti işə cəlb edilməklə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi barədə iddia tələbinə 2-1(112)-203/2021 sayı altında baxılması qərara alınmışdır.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12381/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti işə cəlb edilməklə ünvan 2 ünvanda yerləşən, iddiaçının faktiki sahiblik və istifadəsində olmuş torpaq sahəsinin daş hasarının və üzərindəki sökülmüş tikililərin bərpa edilməsi və 0.06 ha torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunmaqla iddiaçıya qaytarılması, yaxud iddiaçıya vurulmuş ******* (bir milyon) manat ziyana görə iddiaçıya həmin məbləğdə kompensasiya ödənilməsi vəzifəsinin iş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi tələbi barədə 2-1(112)-12381/2021 saylı inzibati işin icraatı Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyəti işə cəlb edilməklə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi barədə 2-1(112)-203/2021 saylı iş üzrə çıxarılmış xx.xx.2021-ci il tarixli yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmışdır.

6. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, 2-1(112)-12381/2021 nömrəli inzibati iş üzrə icraatın dayandırılması barədə Bakı İnzibati Məhkəməsinin 15 dekabr 2021-İi il tarixli 2-1(112)-12381/2021 nömrəli qərardadını ləğv edib 2-1(112)- 12381/2021 nömrəli inzibati iş üzrə məhkəmə baxışının davam etdirilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1524/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12381/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Qərardaddan kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2347/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1524/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1759/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12381/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qərardadının ləğv edilməsi, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “ünvan 2 ünvanda yerləşən, iddiaçının faktiki sahiblik və istifadəsində olmuş torpaq sahəsinin daş hasarının və üzərindəki sökülmüş tikililərin bərpa edilməsi və 0.06 ha torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunmaqla iddiaçıya qaytarılması, yaxud iddiaçıya vurulmuş ******* (bir milyon) manat ziyana görə iddiaçıya həmin məbləğdə kompensasiya ödənilməsi vəzifəsinin iş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 02 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

9. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı Binəqədi Rayon İcra Hakimiyyətinin 2204 saylı xx.xx.2000-ci il tarixli Sərəncamına əsasən Binəqədi rayonu, Mir Cəlal küçəsi 55 saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı 2000-ci ildə istifadəsinə ayrılmış torpaq sahəsini istifadə etmədən saxlamış, yalnız 4 m2 (2/2) sadə üsulla (taxta şitlərdən) əldamı düzəltmişdir. Binəqədi rayonu, Mir Cəlal küçəsi 41, 43, 45, 47, 49, 51, 53 və 55 saylı binaların çox saylı sakinlərin (1238 ailənin 4952 vətəndaşın) müraciətləri əsasında ‘‘İDEA” İctimai Birliyinin təşəbbüsü ilə "abad məhəllə” layihəsi çərçivəsində müraciət edərək, "xxxx" ASC-yə aid 769 saylı TM mühafizə zolağının vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinə düşməsi ilə əlaqədar 2204 saylı xx.xx.2000-ci il tarixli Sərəncamın ləğv olunmasını xahiş etmişdir. Bundan əlavə Binəqədi rayonu, Mir Cəlal küçəsi 41, 43, 45, 47, 49, 51, 53 və 55 saylı binaların sakinləri (1238 ailənin 4952 vətəndaşın) çox saylı müraciətlər edərək vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin onların ümumi istifadəsində olan həyətdə olması və həmin ərazidə park salınmasına maneəçilik törətdiyindən Binəqədi Rayon İcra Hakimiyyətinin 2204 saylı xx.xx.2000-ci il tarixli Sərəncamın ləğv olunmasını xahiş etmişlər. Daxil olmuş müraciətlərin araşdırılması məqsədi ilə vətəndaş İddiaçı rəsmi bildirişlə xx.xx.2019-ci il tarixinə Binəqədi Rayon İcra Hakimiyyətinə dəvət olunmuşdur (bildiriş əlavə olunur).Lakin, İddiaçı xx.xx.2019-cu il tarixdə müzakirədə iştirak etməmiş və səbəbi barədə məlumat verməmişdir. Bu səbəbdən də İddiaçı iştirakı olmadan araşdırmanın aparılması qərara alınmışdır. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, bir sıra vətəndaşların müraciətləri əsasında Binəqədi Rayon İcra Hakimiyyətinin 2204 saylı xx.xx.2000-ci il tarixli Sərəncamı ilə o cümlədən İddiaçı Binəqədi rayonu, Mir Cəlal küçəsi 55 saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 m2 torpaq sahəsi ayrılmışdır. Həsənov X1 rayonu, Mir Cəlal küçəsi 41, 43, 45, 47, 49, 51, 53 və 55 saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 m" torpaq sahəsi ayrılmasına baxmayaraq halhazırki dövrədək həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməmiş, kol-kosla hasarlamış və nəticədə ərazi baxımsız vəziyyətdə məişət tullantıları ilə dolmuşdur (fotoşəkillər əlavə olunur). Belə ki, xx.xx.2000-ci il tarixli Sərəncamın 3.2-ci bəndinə əsasən vətəndaş yerin sanitar vəziyyətinin qorunmasına nəzarət olunması vətəndaş İddiaçı həvalə edilmişdir. Binəqədi rayonu, Mir Cəlal küçəsi 41, 43, 45, 47, 49, 51, 53 və 55 saylı binaların sakinləri (1238 ailənin 4952 vətəndaşın) çox saylı müraciətləri ilə əlaqədar qeyd edilməlidir ki, 2000-ci ildə Sərəncam imzalanarkən ümumi istifadədə olan, ərazidə yaşayan sakinlərin hüquqları pozulmuşdur. Belə ki, 2000-ci ildə 8 sayda 9 mərtəbəli hər biri 4 blokdan ibarət (1238 ailənin 4952 vətəndaşın yaşadığı) binalarda yaşayan sakinlərin ümumi istifadəsində olan həyətyanı ərazinin tam ortasında ictimaiyyətin rəyi və Dövlətin gələcək tədbirləri nəzərə alınmadan fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. İddiaçının Binəqədi rayonu, Mir Cəlal küçəsi 55 saylı binanın qarşısında istifadəsində olmuş 600 m2 torpaq sahəsinə görə 1000000,0 manat kompensasiyanın tutulması məsləsinə gəldikdə bildirilir ki, həmin ərazidə əsaslı tikili olmamış torpaq sahəsi isə mülkiyyətə verilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

11. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

12. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq qərar çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə, işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

13. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2204 nömrəli, xx.xx.2000-ci il tarixli Sərəncamın surətindən görünür ki, həmin Sərəncam ilə Binəqədi rayonu ərazisindən fərdi yaşayış evinin tikintisi üçün əlavə olunmuş eskizlərdə göstərilən ölçülərdə və ünvanlara uyğun olaraq 600 kv.m ölçüdə torpaq sahəsi İddiaçı ayrılmışdır.

14. Cizgidən görünür ki, Binəqədi RİHB-nın 2204 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Mir Cəlal küçəsi 55 saylı binanın qarşısında fərdi yaşayış evi tikmək üçün İddiaçı 600 kv.m ölçüdə torpaq sahəsi ayrılmışdır.

15. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 148 nömrəli, xx.xx.2019-cu il tarixli “İddiaçı aid hissədə Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 2204 saylı sərəncamının ləğv edilməsi barədə” Sərəncamın surətindən görünür ki, vətəndaş İddiaçı Azərbaycan Respublikasının Prezidentinin Admnistrasiyasından 4/H-4629-151 saylı, xx.xx.2019-cu il tarixli, Bakı şəhər İcra Hakimiyyətindən H-308-151 saylı, 05.07.19-cu il tarixli və H-135-150 saylı, xx.xx.2019cu il tarixlərdə Binəqədi rayon İcra Hakimiyyətinə etdiyi müraciətləri "Vətəndaşların müraciətləri haqqında’' və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq baxılmışdır. Vətəndaş İddiaçı müraciətlərdə 2000-ci ildə istifadəsinə ayrılmış torpaq sahəsində ictimai park salınması ilə əlaqədar torpağın əvəzi olaraq kompensasiya ödənilməsini xahiş etmişdir. Həmçinin, eyni zamanda Binəqədi rayon Enerji Təhcizatı və Satışı İdarəsi Bgn-19/267 saylı, xx.xx.2019-cu il tarixli məktubla Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək, "xxxx" ASC-yə aid 769 saylı TM mühafizə zolağının vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinə düşməsi ilə əlaqədar 2204 saylı, xx.xx.2000-ci il tarixli Sərəncamın ləğv olunmasını xahiş etmişdir. Bundan əlavə, Binəqədi rayonu, Mir Cəlal küçəsi 41, 43, 45, 47, 49, 51, 53 və 55 saylı binaların sakinləri çox saylı müraciətlər edərək, vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin onların ümumi istifadəsində olan həyətdə olması və həmin ərazidə park salınmasına maneəçilik törətdiyindən Binəqədi rayon İcra Hakimiyyətinin 2204 saylı, xx.xx.2000-ci il tarixli sərəncamın ləğv olunmasını xahiş etmişlər. Daxil olmuş müraciətlərin araşdırılması məqsədi ilə vətəndaş İddiaçı rəsmi bildirişlə xx.xx.2019-ci il tarixinə Binəqədi rayon İcra Hakimiyyətinə dəvət olunmuşdur. Lakin, İddiaçı xx.xx.2019cu il tarixdə müzakirədə iştirak etməmiş və səbəbi barədə məlumat verməmişdir. Bu səbəbdən də, İddiaçı iştirakı olmadan araşdırmanın aparılması qərara alınmışdır. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, bir sıra vətəndaşların müraciətləri əsasında Binəqədi rayon İcra Hakimiyyətinin 2204 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə, o cümlədən İddiaçı Binəqədi rayonu, Mir Cəlal küçəsi 55 saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həsənov X1 rayonu, Mir Cəlal küçəsi 55 saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmasına baxmayaraq, hal-hazırkı dövrədək həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etməmiş, kol-kosla hasarlamış və nəticədə ərazi baxımsız vəziyyətdə məişət tullantıları ilə dolmuşdur (fotoşəkillər əlavə olunur). Belə ki, xx.xx.2000-ci il tarixli Sərəncamın 3.2-ci bəndinə əsasən yerin sanitar vəziyyətinin qorunmasına nəzarət olunması vətəndaş İddiaçı həvalə edilmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları müəyyən olunmuşdur. Həmin maddənin 1-ci bəndinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: - qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə fiziki şəxslərin hüquqlarına xitam verilməsinə əsas olur. Binəqədi rayonu, Mir Cəlal küçəsi 41, 43, 45, 47, 49, 51, 53 və 55 saylı binaların sakinləri çox saylı müraciətləri ilə əlaqədar qeyd edilməlidir ki, 2000-ci ildə sərəncam imzalanarkən ümumi istifadədə olan, ərazidə yaşayan sakinlərin hüquqları pozulmuşdur. Belə ki, 2000-ci ildə 8 sayda 9 mərtəbəli hər biri 4 blokdan ibarət binalarda yaşayan sakinlərin ümumi istifadəsində olan həyətyanı ərazinin tam ortasında ictimaiyyətin rəyi nəzərə alınmadan fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 6 iyun 2012-ci il tarixədək qüvvədə olmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3- cü bəndinə əsasən yerlərdə qərarlar qəbul edərkən ictimai rəyin nəzərə alınması nəzərdə tutulmuşdur. Torpaq Məcəlləsinin 88-ci maddəsinə əsasən çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Torpaq Məcəlləsinin 18-ci maddəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Maddə 2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: - ictimai və yaşayış tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri. Qanunvericiliyin müddəalarından göründüyü kimi, ictimai və yaşayış torpaq sahələri anlayışı ayrılmışdır. Qeyd olunanlardan əlavə, Binəqədi rayonu, Mir Cəlal küçəsi 41, 43, 45, 47, 49, 51, 53 və 55 saylı binaların çox saylı sakinlərin müraciətləri əsasında “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə “abad məhəllə” layihəsi çərçivəsində binaların qarşısında ümumi istifadə üçün istirahət parkı salınmaqdadır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə Dövlət və Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin müddəalarından göründüyü kimi, verilmiş torpaq sahəsindən 19 il ərzində üzürlü səbəb olmadan istifadə edilməmiş, çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətində olmalı və torpaq üzərində hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Sənədlərin araşdırması zamanı 2204 saylı, xx.xx.2000-ci il tarixli sərəncam əsasında ayrılmış torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-ci bəndinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanununun 67.2-ci bəndinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Yuxarıda qeyd olunanları, "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci və “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci bəndləri nəzərə alınaraq, Binəqədi rayon İcra Hakimiyyətinin 2204 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı vətəndaş İddiaçı aid hissədə ləğv edilmiş, Binəqədi rayonu, Mir Cəlal küçəsi 55 saylı binanın qarşısında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsi ictimai istifadəyə qaytarılmış, Binəqədi Mənzil Kommunal Təsərrüfatı Birliyinə ərazinin məişət tullantılarından təmizlənməsi və Binəqədi rayonu, Mir Cəlal küçəsi 55 saylı binanın sakinlərinin sərəncam barəsində məlumatlandırılması həvalə olunmuş, sərəncamın surəti məlumat üçün İddiaçı, Rayon MKTB-nə, Binəqədi rayon Enerji Təchizatı və Satışı İdarəsinə və Azərabycan Respublikası Dövlət Arxivinin Bakı Filialına göndərilməsi tapşırılmışdır.

16. Mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 2204 saylı sərəncamı ilə İddiaçı ayrılmış ünvan 5 ünvanda yerləşən 0,06 ha torpaq sahəsindən mövcud olmuş tikililərin sökülməsi nəticəsində iddiaçıya dəymiş maddi ziyanın dəyəri təqribən 500.000 manat təşkil etdiyi müəyyən edilir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir.

19. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

20. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

22. Hazırki iddiaya (vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə) münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilməsidir.

23. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehlərə müraciət etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə işdə iştirak edən şəxsin izahatlı dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia təmin olunmamalıdır.

25. Məhkəmə iddia tələbinin birinci hissəsinə münasibətdə, yəni kompensasiyasının ödənilməsi hissəsinə münasibətdə aşağıdakiları qeyd edir.

26. Belə ki, AR MM-nin 2.5-ci maddəsinə görə əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir.

27. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallarda mülki hüquq normalarının inzibati münasibətlərdə tətbiqi mümkün hesab edilmişdir ki, bununla bağlı inzibati icraat haqqında qanunvericilikdə müvafiq norma mövcuddur.

28. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsindən də göründüyü kimi inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

29. Azərbaycan Respublikası Mülki Məcəllənin: -21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür -1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

30. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

31. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin maddi olmayan formada ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

33. Konstitusiya Məhkəməsinin Qərarında həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

34. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər vətəndaşların şəxsi qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmunu və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

35. Məhkəmə diqqətə çatdırır ki, maddi və mənəvi zərərin tutulmasının əsasları bir birindən fərqlidir. Belə ki, qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir.

36. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından hazırkı növ iddialar üzrə ödənişin ödənilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan ödənişin edilməsini konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür

37. Həmin müddəa, eləcə də maddi zərərin iddiaçının göstərdiyi məbləğdə ödənilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun mövcud olmaması baxımından isə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən göstərilən məbləğdə zərərin əvəzinin ödənilməsinə dair hər hansı mötəbər sübut təqdim edilməmiş, iddiaçı iddia tələbi və ona edilmiş dəqiqləşmə də nəzərə alınmaqla göstərmiş olduğu maddi zərərin məbləğində kompensasiyanın ödənilməli olmasını AR İPM-nin 14-cü maddəsi baxımından sübutetmə yükü iddiaçının üzərində olsa da sübut edə bilməmişdir. Bundan başqa cavabdehlərin hüquqa zidd hərəkəti nəticəsində iddiaçının hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də, öz təsdiqini tapmır. 38.Məhkəmə iddiaçı tərəfindən özəl mütəxəssis tərəfindən təqdim olunmuş rəyin sübut qismində çıxış etməməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən fərqli olaraq “X3 və Ekspertiza Mərkəzi” MMC iddiaçıya dəymiş ziyanın 500.000 manat təşkil etdiyini bildirmişdir. Halbuki, həmin MMC tərəfindən verilən mütəxəssis rəyində tədqiqatda hansı göstəricilərin əsas götürüldüyü, ümumiyyətlə müəyyən olunan ziyanın hansı kriteriyalar əsasında hesablandığı müəyyən olunmur. Məhkəmə həmin mütəxəssis rəyini sübut qismində dəyərləndirmir.

39. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, iddiaçı maddi zərərin ödənilməsini, həmçinin sökülmüş tikililərin əvvəlki vəziyyətə bərpa edilməsi ilə bağlı tələb irəli sürsə də, məhkəmə hesab edir ki, tələb bu hissədə də əsassız olmuşdur.

40. Belə ki, məlum olduğu kimi Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2204 saylı, xx.xx.2000-ci il tarixli Sərəncamına əsasən Binəqədi rayonu ərazisində fərdi yaşayış evinin tikintisi üçün əlavə olunmuş eskizlərdə göstərilən ölçülərə və ünvanlara uyğun olaraq iddiaçıya 600 kv.m torpaq sahəsi ayrılmışdır. Daha sonra həmin Sərəncam elə həmin icra hakimiyyətinin 2 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamı ilə ləğv edilmişdir.

41. İddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamını inzibati icraat çərçivəsində mübahisələndirsədə, həmin sərəncamın ləğv olunması ilə bağlı iddia tələbi Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(112)-203/2021 nömrəli qərarı ilə təmin edilməmişdir. Həmin məhkəmə qərarı yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. 42.Göründüyü kimi torpaq sahəsinin ayrılması ilə bağlı sərəncam qüvvədə olmadığı halda həmin torpaq sahəsi üzərində tikililərin əvvəlki vəziyyətə bərpa edilməsindən də söhbət gedə bilməz. Çünki, faktiki olaraq iddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı sərəncam ləğv olunduğundan və ləğv olunma barədə İddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2 avqust 2019-cu il tarixli, 148 saylı sərəncamı öz hüquqi qüvvəsini saxladığından, yerli icra hakimiyyətinin 2204 saylı, xx.xx.2000-ci il tarixli Sərəncamı öz hüquqi qüvvəsini itirmiş olur. Faktiki olaraq, iddiaçının mülkiyyət, icarə və ya istifadə hüquqları mövcud olmayan torpaq sahəsi üzərində isə hər hansı tikilinin inşası və əvvəlki vəziyyəti bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil.

43. Eyni mövqeyi həmçinin torpaq sahəsinə görə kompensasiyanın ödənilməsinə münasibətdə də tətbiq olunur. Torpaq sahəsinin iddiaçıya ayrılması barədə sərəncam ləğv olunduğundan, iddiaçının torpaq sahəsi ilə bağlı hər hansı müdaxiləsi onun hüquq və maraqlarının pozulmasına, maddi ziyanın ödənilməsinə nəticə yaratmır.

44. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 45.Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

46. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

47. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

49. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir

50. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57.2-ci maddəsinə əsasən yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır.

51. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

52. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar