Məhkəmə qərarları › İş №2-1(112)-1480/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1480/2021

24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1480/2021 24.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndələri X3 və X1 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına əlavələri hesablanmaqla ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına əlavələri hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, hüququ yarandığı tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına əlavələrin hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1941-ci ildə anadan olmuş, 1996-cı ilədək Rusiya Federasiyasında işləmişdir. İddiaçı hesab edir ki, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş ümumi və güzəştli iş stajını toplamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, iddiaçıya işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışda güzəştli iş stajı ilə bağlı Azərbyacan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na istinad edilməmiş, işlədiyi vəzifələrin hansı bölmə, hansı fəsil və hansı koda uyğun gəlməsi qeyd edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası 24.08.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndələri X5 və X2 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirərək, mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: -AZE 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1941-ci il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının əmək kitabçalarının surətindən görünür ki, iddiaçı: -16.11.1960-cı il tarixdən 25.10.1961-ci il tarixədək 3 saylı tikinti sahəsində 4 dərəcəli suvaqçı vəzifəsində; -27.01.1965-ci il tarixdən 01.03.1965-ci il tarixədək nəqliyyat təsərrüfatına 3 dərəcəli sürücü və çilingər vəzifəsində; -21.04.1965-ci il tarixdən 15.06.1965-ci il tarixədək 8 saylı Kuybışev avtobazasında sürücü vəzifəsində; -23.05.1967-ci il tarixdən 16.08.1967-ci il tarixədək Kitayskaya LPB-də fəhlə vəzifəsində; -29.08.1967-ci il tarixdə 3 dərəcəli bənna vəzifəsinə qəbul olunmuş, 01.05.1968-ci il tarixdə 4 dərəcəli briqadir-suvaqçı vəzifəsinə keçirilmiş və 10.01.1970-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuş; -04.03.1970-ci il tarixdən 19.05.1970-ci il tarixədək UPTK 3 dərəcəli teplovoz sürücü vəzifəsində; -22.06.1970-ci il tarixdə “Omskneftroprovostroy” trestinin 2 saylı Tİ-nə 4 dərəcəli suvaqçı vəzifəsinə qəbul olunmuş və 01.03.1976-cı il tarixdə öz xahişi ilə işdən azad edilmiş; -01.04.1976-cı il tarixdə Omsk sərnişin avtonəqliyyat müəssisəsinə cilingər vəzifəsinə qəbul olunmuş, 12.05.1976-cı il tarixdə xarrat vəzifəsinə keçirilmiş, 27.08.1976cı il tarixdə sürücü ixtisası verilmiş, 06.09.1976-cı il tarixdə motorçu vəzifəsinə keçirilmiş və 12.04.1977-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuş; -13.04.1977-ci il tarixdə “Omsktselinstroy” PMK 824-ə suvaqçı-rəngsaz vəzifəsinə qəbul olunmuş və 23.11.1977-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; -07.12.1977-ci il tarixdən 01.09.1978-ci il tarixədək “OOSK” trestinin tikinti materiallarının kombinatında xarrat vəzifəsində işləmiş; -01.09.1978-ci il tarixdən PMK 824 suvaqçı-rəngsaz vəzifəsinə qəbul olunmuş, 11.10.1978-ci il tarixdə usta vəzifəsinə keçirilmiş və 10.07.1979-cu il tarixdə öz xahişi ilə işdən azad edilmiş; -23.07.1979-cu il tarixdən 09.03.1982-ci il tarixədək “Omskneftprovostroy” trestinin texnoloji məhsulun istehsal idarəsində dispetçer şöbəsinin rəisi vəzifəsində işləmiş; -16.03.1982-ci il tarixdən 12.07.1982-ci il tarixədək 2 saylı TTİ-ndə təchizat üzrə mühəndis vəzifəsində işləmiş; -01.02.1983-cü il tarixdən 01.08.1984-cü il tarixədək 4 saylı trestin SMS-4-də suvaqçı-rəngsaz vəzifəsində işləmiş; -02.08.1984-cü il tarixdən -03.07.1986-cı il tarixədək prorab vəzifəsində; -11.02.1986-cı il tarixdən 20.06.1986-cı il tarixədək Omsk rayonu KM UPRS 4-cü dərəcəli suvaqçı-rəngsaz vəzifəsində; -10.07.1986-cı il tarixdən 19.08.1986-cı il tarixədək “Surquttrestqaz” trestində 4 saylı tikinti-montaj idarəsində baş rəngsaz vəzifəsində; -21.08.1986-cı il tarixdən 10.11.1986-cı il tarixədək montajçı vəzifəsində; -11.11.1986-cı il tarixdən 16.01.1987-ci il tarixədək Omsk rayonu UNRSR TTİ-dı xarrat betonçu vəzifəsində; -26.01.1987-ci il tarixdən 01.06.1987-ci il tarixədək tikinti briqadasına 6 dərəcəli baş rəngsaz vəzifəsində işləmiş; -05.06.1987-ci il tarixdən 20.06.1988-ci il tarixədək suvaqçı rəngsaz vəzifəsində; -27.06.1988-ci il tarixdən 12.09.1988-ci il tarixədək suvaqçı-rəngsaz vəzifəsində; -01.07.1990-cı il tarixdən 30.05.1996-cı il tarixədək “Flamingo” firmasının direktoru vəzifəsində; -14.09.1988-ci il tarixdən 02.03.1993-cü il tarixədək “Subnefqazpererabotka” İB təmir-tikinti trestinin Surqut TTİ-də rəngsaz vəzifəsində; -04.03.1993-cü il tarixdən 30.05.1996-cı il tarixədək “Novator” kooperativinin üzvü olmuş; -01.11.1996-cı il tarixdən 30.12.2011-ci il tarixədə “Bakımetropoliteni”ndə usta vəzifəsində işləmişdir. Məhkəmə sorğusu əsasında təqdim olunmuş "xxxx" QSC-nin 17.07.2021-ci il tarixli 40N-10/3-892 saylı sorğuya cavab məktubundan görünür ki, İddiaçı 01.11.1996-cı il tarixdən 30.12.2011-ci il tarixədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində tuneldə yalnız gecə işində xüsusi zərərli əmək şəraitində tunel ustası, böyük tunel ustası vəzifəsində çalışmışdır. İddiaçı xüsusi zərərli əmək şəraitində çalışdığı vəzifələr üzrə əmək stajı 14 il 05 gün (on dörd il beş gün) təşkil edir. (01.07.2021-ci il tarixinə) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında” 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarının 21.Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər bəndinə aiddir. İddiaçının pensiya işi iş materiallarına əlavə edilmişdir. Pensiya işi materiallarından aydın olur ki, iddiaçı 01.11.2011-ci ildən yaşa görə əmək pensiyası alır. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1941-cı ildir, iddiaçı hüquqi yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına əlavələri hesablanmaqla ödənilməsi ilə bağlı inzibati orqan müraciət etmiş, lakin onun müraciətinə rəsmi cavab verilməmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının iddia ərizəsindən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən, məhkəmə araşdırması zamanı verdiyi izahatlardan aydın olur ki, tələbinin əsasında ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması durur ki, bunun müəyyən edilməsi üçün ilkin olaraq vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, işlədiyi vəzifələrinin güzəştli pensiyaya çıxmağa əsas verib-verməməsi, həmin illərin nə qədər təşkil etdiyi və pensiya hüququnun hansı tarixdən yarandığı müəyyən edilməlidir. Bu halın müəyyən olunması üçün məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun müddəalarına istinad edir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunu, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 ay olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq, ƏMQ-nın tələbinə görə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı 01.07.2017-ci il tarixədək toplanmalıdır . Hər iki qanunvericiliyin müddəalarından irəli çıxdıqda məlum olur ki, iddiaçı xx.xx.1941-cı il təvəllüdlü olduğundan, onun 57 yaşı 18.05.1998-ci il tarixdə tamam olmuşdur ki, həmin dövrdə pensiya hüququ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələbləri əsasında tənzimlənirdi. Məhkəmə bildirir ki, qanunvericiliyin tələblərinə görə 18.05.1998-ci il tarixə vətəndaşların güzəştli şərtlərlə görə əmək pensiyasına çıxmağı üçün yaş həddi 55 yaş yarım müəyyən edilmişdir. Belə olan halda iddiaçıya 57 yaşdan pensiya təyin ediləməsi üçün ümumi və güzəştli iş stajı 01.01.2006-cı il tarixədək qanunvericilikdə nəzərdə tutulmuş həddə müəyyən edilməlidir. Təqdim olunmuş əmək kitabçasının surətindən müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı il tarixədək ümumilikdə 38 il 04 ay 09 gün (16.11.1960-25.10.1961; 27.01.1965-01.03.1965; 21.04.1965-15.06.1965; 23.05.1967-16.08.1967; 29.08.1967- 10.01.1970; 04.03.1970-19.05.1970; 22.06.1970-01.03.1976; 01.04.1976-12.04.1977; 13.04.1977-23.11.1977; 07.12.1977-10.07.1979; 23.07.1979-09.03.1982; 16.03.1982- 12.07.1982; 01.02.1983-01.08.1984; 02.08.1984-03.07.1986; 10.07.1986-19.08.1986; 21.08.1986-10.11.1986; 11.11.1986-16.01.1987; 26.01.1987-01.06.1987; 05.06.1987- 20.06.1988; 27.06.1988-12.09.1988; 14.09.1988-02.03.1993; 04.03.1993-30.05.1996; 01.11.1996-01.01.2006) təşkil edir. Məhkəmə əlavə olaraq bildirir ki, iş materiallarında olan əmək kitabçalarının müqayisəli təhlilindən görünür ki, iddiaçı 11.02.1986-cı il tarixdən 20.06.1986-cı il tarixədək Omsk rayonu KM UPRS 4-cü dərəcəli suvaqçı-rəngsaz vəzifəsində və 01.07.1990-cı il tarixdən 30.05.1996-cı il tarixədək “Flamingo” firmasının direktoru işləmişdir. Lakin, iddiaçının digər əmək kitabçasından görünür ki, həmin dövrlər onun 14.09.1988-ci il tarixdən 02.03.1993-cü il tarixədək “Subnefqazpererabotka” İB təmirtikinti trestinin Surqut TTİ-də rəngsaz vəzifəsi və 02.08.1984-cü il tarixdən 03.07.1986-cı il tarixədək prorab vəzifəsi ilə üst-üstə düşməsi təkzib olunmaz hal olduğundan, məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsini rəhbər tutur. Həmin maddənin müddəalarına görə sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır ki, hazırki iddia üzrə iddiaçı məhkəmə icraatı zamanı əmək fəaliyyətini əhatə edən dövrün nəzərə alınmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə iddiaçının seçimi əsasında əmək fəaliyyətinin yalnız 14.09.1988-ci il tarixdən 02.03.1993-cü il tarixədək “Subnefqazpererabotka” İB təmir-tikinti trestinin Surqut TTİ-də rəngsaz vəzifəsi və 02.08.1984-cü il tarixdən 03.07.1986-cı il tarixədək prorab vəzifəsini nəzərə alır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajı ilə bağlı şərt ödənilsə də, güzəştli iş stajı ilə bağlı şərt ödənilməmişdir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 06 aydan az təşkil edir. Belə ki, iddiaçı 01.11.1996-cı il tarixdən 30.12.2011-ci il tarixədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində tuneldə yalnız gecə işində xüsusi zərərli əmək şəraitində tunel ustası, böyük tunel ustası vəzifəsində çalışmışdır ki, həmin vəzifələr güzəştli pensiya hüququ verən vəzifələrə aid edilməklə yanaşı həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında” 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarının 21.Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər bəndində, o cümlədən güzəştli arayışda öz əksini tapmışdır. Əhatə olunan bu dövr ümumilikdə 01.01.2006-cı il tarixədək 09 il 02 ay 01 gün təşkil edir. İddiaçının 1992-ci il tarixədək Rusiya Federasiyasında işlədiyi vəzifələrin güzəştli pensiya hüququ verən vəzifəyə aid olması təsdiq olunmur. Belə ki, həmin vəzifələrin pensiya hüququ verən vəzifələrə aid olması üçün onlar nəzərdə tutulmuş siyahıda göstərilməli və ya müvafiq güzəştli arayış ilə təsdiq olunmalıdır. Lakin iddiaçının Rusiya Federasiyasında işlədiyi müddətin güzəştli olmasına dair güzəştli arayış olmamış, həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda hansı bölmə, hansı fəsil və hansı koda uyğun gəlməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı ApeLlyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar