Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1481/2020 02.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədr--liyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə» iddiası üzrə işə məhkəmənin bina-sın-da (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi X6rşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 2-1(81)-2680/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə 2-1(81)-2680/2019 saylı inzibati işin aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Aidiyyəti üzrə baxılması üçün göndərilmiş iş materialları xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuşdur. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi X9 əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1975-ci il tarixdə Sabirabad rayonunda anadan olmuşdur. xx.xx.1993-cü il tarixdən Müdafıə Nazirliyində qulluq edərkən ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və yalnız xx.xx.20N-ci il tarixli N saylı əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N6-cı maddəsinin “a” bəndinə (xidmət başa çatdığına görə) müvafiq olaraq N saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində KQM komandiri vəzifəsindən azad olunaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq, hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X7 müharibə veteranı adı və vəsiqələrinin verilməsi komissiyasına “Müharibə veteranı” adı almaq üçün müraciət etmişdir. Lakin cavabdeh orqan xx.xx.2019-cu il tarixli cavab məktubunda təqdim etdiyi arxiv sənədlərində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iddiaçının iştirakı barədə konkret qeydiyyat olmadığını səbəb göstərərək DİN-də fəaliyyət göstərən müvafiq Komissiya ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini qüvvədə olan qanunvericiliyə əsasən mümkün hesab etməmişdir. Cavabdehin imtinası əsassızdır və Azərbaycan Respublikasının DİN Daxili Qoşunların Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli 2N saylı arxiv arayışından görünür ki, iddiaçı yuxarıda qeyd olunan müddət ərzində hərbi xidmətdə qulluq etmişdir. Eyni zamanda, Milli Arxiv idarəsinin Şirvan şəhər filialı tərəfindən verilmiş 527 saylı stasionar xəstənin tibbi kartasının təsdiq olunmuş surətindən aydın görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdə ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı hər iki baldırın qəlpə yarasından müalicə almışdır. Bütün bunlar iddiaçının AO № ******* saylı hərbi biletində qeyd olunaraq təsdiqlənmişdir. Eyni zamanda, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2009-cu il tarixli 2N saylı arxiv arayışına əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N0 nömrəli əmri ilə 1994-cü il aprel ayının 14-dən iyun ayının 8-dək Füzuli rayonu döyüş bölgəsindən xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıl-dığın-dan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi X9 göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi X9 nin xx.xx.2019-cu il tarixli, 024-2670-1219 saylı məktubunda göstərilmişdir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsindən təqdim olunmuş arxiv arayışında iddiaçının döyüş əməliyyatlarında iştirakı barədə məlumat olmadığına, həmçinin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarından təxminən 25 ilə yaxın vaxt keçdiyinə görə iddiaçının həmin əməliyyatlarda iştirak etməsi faktını dəqiqləşdirmək mümkün olmamışdır. Bundan əlavə, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə iş üçün mühüm əhəmiyyət kəsb edən hallara, o cümlədən onun döyüş əməliyyatlarının birbaşa iştirakçısı olmasını təsdiq edə biləcək əmrlərə və ya bu barədə qeydlərə təsadüf olunmamışdır. Sonda iddiasının təmin edilməməsi xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazır-lıq icraatında işin halları və müba--hi-sə-nin vəziy-yə-ti müzakirə edilmiş, hüquqi mübahi-sə--nin barışıq yolu ilə niz-a-ma salmaq və iş ma-te---riallarında saxlanılması mümkün olan sənəd-lə-rin məhkəməyə təqdimolun-ması pro-ses işti-rak-çılarına tək-lif edilmiş, zəruri sənəd-lər toplan-mış və iş üzrə digər qanuna-müvafiq proses-sual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında iddia-çı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı münasibətdə qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sənəd-----ləri təd-qiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin2.2.2-ci maddə-sinə əsasən inzibati orqanın üzərinə inzi-bati aktın qəbul edil-məsi ilə bağlı müvafiq öhdəliyin qoyul--ma---sı-na dair iddialara və ya inzi-bati orqanın hərə-kət-sizliyindən müdafiəyə dair iddia-lara (məcburetmə haqqında iddia) inzi-bati məhkəmə icra-atı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqın-da iddia vasi--təsi ilə id-dia-çı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoy--mağı məh-kəmə-dən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin 2N saylı, xx.xx.2019-cu il tarixli arayışının bəlli olur ki, baş gizir X1 tərkibində müddətli və həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır: 1. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N0 №-li əmrilə 1994-cü il aprel ayının 14-dən iyun ayının 8-i də daxil olmaqla Füzuli rayonundan döyüş bölgəsindən xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir (barəsində ilk məlumatdır); 2. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 181 №-li əmrilə Füzuli rayonuna - döyüş bölgəsinə xidməti ezamiyyətə getmiş hesab edilmişdir (ezamiyyətdən qayıtması barədə əmr aşkar olunmadı); 3. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 194 №-li əmrilə Füzuli rayonuna - döyüş bölgəsinə xidməti ezamiyyətə getmiş hesab edilmişdir (ezamiyyətdən qayıtması barədə əmr aşkar olunmadı); 4. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 22N №-li əmrilə qospitala stasionar müalicəyə getmiş hesab edilmişdir; 5. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 243 №-li əmrilə qospitaldan stasionar müalicədən gəlmiş hesab edilmişdir; 6. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 237 №li əmrilə mühəndis - sapyor bölüyünün mühəndis - sapyor taqımının 3-cü bölməsində sapyor vəzifəsinə təyin edilmişdir; 7. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 283 №-li əmrilə qospitala stasionar müalicəyə getmiş hesab edilmişdir; 8. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 285 №-li əmrilə qospitaldan stasionar müalicədən gəlmiş hesab edilmişdir; 9. N saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 99 №-li əmrilə Füzuli rayonuna-döyüş bölgəsinə xidməti ezamiyyətə getmiş hesab edilmişdir; 10.N saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 127 №-li əmrilə Füzuli rayonundan-döyüş bölgəsindən xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir; 11.X3 xx.xx.1996-cı il tarixli 162 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 1 №-li əmrilə mühəndis-sapyor taqımının komplektləşdirilməsi məqsədilə N saylı hərbi hissəyə keçirilməklə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır; 12. N saylı hərbi hissə komandirinin xx.xx.1997ci il tarixli 3 №-li əmrilə DQBİ-nin və mərkəzi anbarların təminatı taqımının mühəndissapyor bölməsində baş sapyor vəzifəsinə təyin edilməklə, hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir; 13. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 601 №-li Fərmanına əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 241 №-li əmrilə xidmət müddəti başa çatdığına görə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq, hərbi qeydiyyata alınmaq üçün Sabirabad RHK-ya getmiş hesab edilmişdir; 14. X3 xx.xx.1998ci il tarixli 82 №-li əmrilə hərbi xidmətkeçmə haqqında öhdəlik vermiş hesab edilərək, xx xxxxxxx 1998-ci il tarixdən “kiçik çavuş” hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul olunub, N saylı hərbi hissədə mühəndis-sapyor hazırlayan taqımda tədris üzrə təlimatçı vəzifəsinə təyin edilmişdir; N. X3 xx.xx.2000-ci il tarixli 13 №-li əmrilə növbəti “gizir” hərbi rütbəsi verilmişdir; 16. X3 xx.xx.2000-ci il tarixli N №-li əmrilə N saylı hərbi hissədə kiçik mütəxəssislərin hazırlanması üzrə tədris bölüyünün mühəndis-istehkamçı hazırlayan tədris taqımında təlimatçı-texnik vəzifəsinə təyin edilmişdir; 17. X3 xx.xx.2001-ci il tarixli N №-li əmrilə N saylı hərbi hissədə maddi-texniki təminat bölüyündə mühəndis-istehkam qrupunun komandiri vəzifəsinə təyin edilmişdir; 18. X3 xx.xx.2002-ci il tarixli N №-li əmrilə N saylı hərbi hissədə ştat cədvəlinə aparılan dəyişikliklərlə əlaqədar olaraq təminat bölüyünün təminat taqımında mühəndis-istehkam qrupunun komandiri vəzifəsinə təyin edilmişdir; 19. X3 xx.xx.2003-cü il tarixli N №-li əmrilə N saylı hərbi hissədə döyüş təminatı bölüyünün başçavuşu vəzifəsinə təyin edilmişdir; 20. X3 xx.xx.2004-cü il tarixli N №-li əmrilə N saylı hərbi hissədə döyüş təminatı bölüyünün mühəndis-istehkam manqasının komandiri vəzifəsinə təyin edilmişdir; 21. X3 xx.xx.2005-ci il tarixli 5 №li əmrilə 12-ci maddənin “q” bəndinə müvafiq olaraq öz xahişi ilə xidmət müddəti xx xxxxxx 2007-ci ilədək uzadılmışdır; 22. X3 xx.xx.2006-cı il tarixli N №-li əmrilə N saylı hərbi hissədə Daxili Qoşunların mərkəzi anbarlarının təminatı taqımının komandiri vəzifəsinə təyin edilmişdir; 23. X3 xx.xx.2007ci il tarixli 3 №-li əmrilə 12-ci maddənin “q” bəndinə müvafiq olaraq öz xahişi ilə xidmət müddəti xx xxxxxx 2008-ci ilədək uzadılmışdır; 24. X3 xx.xx.2008-ci il tarixli 5 №-li əmrilə 12-ci maddənin “q” bəndinə müvafiq olaraq öz xahişi ilə xidmət müddəti xx xxxxxx 2009cu ilədək uzadılmışdır; 25. X3 xx.xx.2009-cu il tarixli 4 №-li əmrilə növbəti “baş gizir” hərbi rütbəsi verilmişdir; 26. X3 xx.xx.2009-cu il tarixli N №-li əmrilə N saylı hərbi hissənin qərargahda baş texnik vəzifəsinə təyin edilmişdir; 27. X3 xx.xx.2011-ci il tarixli N №-li əmrilə N saylı hərbi hissədə xüsusi vasitələrin tətbiqi bölməsində 1-ci xüsusi vasitələrin tətbiqi qrupunun komandiri vəzifəsinə təyin edilmişdir; 28. X3 xx.xx.2012-ci il tarixli N №-li əmrilə 12-ci maddənin “q” bəndinə müvafiq olaraq öz xahişi ilə xidmət müddəti xx xxxxxx 2013-cü ilədək uzadılmışdır; 29. X3 xx.xx.2012-ci il tarixli N №-li əmrilə N saylı hərbi hissədə xüsusi vasitələrin tətbiqi dəstəsinin döyüş təminatı yarımqrupunda baş texnik-yarımqrup komandiri vəzifəsinə təyin edilmişdir; 30. X3 xx.xx.2013-cü il tarixli 11 №-li əmrilə 12-ci maddənin “q” bəndinə müvafiq olaraq öz xahişi ilə xidmət müddəti xx xxxxxx 2014-cü ilədək uzadılmışdır; 31. X3 xx.xx.2014-cü il tarixli 12 №-li əmrilə 12-ci maddənin “q” bəndinə müvafiq olaraq öz xahişi ilə xidmət müddəti xx xxxxxx 20N-ci ilədək uzadılmışdır; 32. X3 xx.xx.2014-cü il tarixli 3N №-li əmrilə N saylı hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsinin döyüş təminatı yarımqrupunda baş texnik-yarımqrup komandiri vəzifəsi ixtisar olunduğu üçün həmin vəzifədən azad edilib, N saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində KQM komandiri vəzifəsinə təyin edilmişdir; 33. X3 xx.xx.20N-ci il tarixli N №-li əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N6-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq N saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində KQM komandiri vəzifəsindən azad edilib həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq, hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə göndərilmişdir. - İddiaçıya məxsus AO seriyalı, ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı Sabirabad rayon hərbi komissarlığından hərbi xidmətə yararlı hesab edilərək həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.1993-cü ildə hərbi hissəyə göndərilmişdir. xx.xx.1993-cü ildə N nömrəli hərbi hissədə hərbi and içmişdir. xx.xx.1998-ci ildə Sabirabad rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmışdır. xx.xx.1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 601 saylı qərarına əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xx.xx.1997-ci ildə Sabirabad rayon hərbi komissarlığına göndərilmişdir. xx xxxxx 20N-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanının N ş/h saylı, xx.xx.20N-ci il tarixli əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış və SHXÇDX-nin Sabirabad rayon hərbi komissarlığına göndərilmişdir. xx.xx.1998-ci ildən xx.xx.20N-ci ilə qədər AZ DİN Daxili Qoşunlarının 12318, N və N saylı hərbi hissələrində MAXE və gizir hərbi qulluqçusu vəzifələrində həqiqi hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus AO seriyalı, ******* saylı hərbi biletin 18-ci qrafasının Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiəsi zamanı hər iki baldırında çoxsaylı qəlpə yarası almışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışda doldurucu İddiaçı döyüş bölgəsində yaralandığı üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 39 nömrəli əmri ilə hospitala göndərilərək qazan təminatından çıxarılmışdır. Qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin oktyabr, noyabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Bildirilmişdir ki, Əlibayramlı (Şirvan) mərkəzi xəstəxanasının sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təqdim edilməmişdir. Əlavə araşdırmalar zamanı N nömrəli hərbi hissədən gəlmiş, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 64 nömrəli əmri ilə şəxsi heyətin sırasına bütün növ təminatlara daxil edilərək doldurucu vəzifəsinə təyin edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 92 nömrəli əmri ilə İddiaçı şəxsi heyətin sırasından bütün növ təminatlardan çıxarılaraq Sabirabad RHK-na göndərilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli 012-8093-1220 saylı məktuba əlavə və icra edilmiş tələbnamədən müəyyən edilir ki, İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-də əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi X9 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 024-203147-3219 saylı məktubdan müəyyən edilir ki, onun “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlamış müraciətinə Şəxsi X9ndə baxılmışdır. Bildirilmişdir ki, təqdim edilmiş arxiv sənədlərində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı barədə konkret qeydiyyat olmadığından DİN-də fəaliyyət göstərən müvafiq Komissiya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini qüvvədə olan qanunvericiliyə əsasən mümkün hesab etməmişdir. Sonda müraciətə baxılmasının dayandırıldığı qeyd edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlər əsasında müəyyən etmişdir ki, iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün təqdim etdiyi sənədlərə DİN-də fəaliyyət göstərən müvafiq Komissiyada baxılmış, təqdim edilmiş arxiv sənədlərində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı barədə konkret qeydiyyat olmadığından xahişi təmin edilməmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şəxsi X9 , Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən xx xxxxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2007-ci il tarixli qərarına görə, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi qanunvericilikdə qəti olaraq müəyyən edilmişdir ki, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər təqdim edildiyi halda yuxarıda qeyd edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər. İş materiallarına, həmçinin, Azərbaycan Respublikası SHXÇDX-nin Sabirabad rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2 saylı arayış, stasionar xəstənin tibbi kartası və digər sənədlər də əlavə edilmişdir. Lakin iş materiallarında iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən kifayət qədər sənəd mövcud deyil, mövcud sənədlər arasında isə ziddiyyət vardir. Belə ki, iddiaçıya məxsus hərbi biletdə onun Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanması barədə qeyd olsa da, iddiaçının hansı ərazidə və hansı tarixdə aparılmış döyüş əməliyyatında iştirak etməsi barədə qeydiyyat aparılmamışdır. Digər tərəfdən işdə olan 2N saylı arxiv arayışında iddiaçının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmət keçməsi barədə qeydlər olsa da, həmin arayışın birinci bəndində xidmətə başlama barədə əmrin, ikinci və üçüncü bəndlərində isə döyüş bölgəsindən xidməti ezamiyyətdən qayıtması barədə əmrin aşkar edilmədiyi göstərilmişdir ki, bu halda da həmin dəlillərin mötəbər sübutetmə vasitəsi kimi qəbul edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmadığından müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair iddia əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual- Məcəlləsinin 2-ci, 34-cü, 68-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz)gün müddətində Bakı İnzibati Məhkə-məsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-1481/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1481/2020
02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver