Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1481/2021 22.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası elektrik-montyor, Socar Petroleum QSC-də işləyir), iddiaçının vəkili X3 (Bakı şəhəri, ixtisası hüquqşünas, 14 saylı vəkil bürosunda vəkil işləyir) cavabdehin nümayəndəsi X2 (Balakən rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, məhkəmə mübahisələri üzrə iş şöbəsinin böyük mütəxəssisi vəzifəsində işləyir) iştirаkı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “iddiaçının 57 yaşının olduğu 24.01.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “iddiaçının 57 yaşının olduğu 24.01.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə 01.09.1979-cu ildə başlamış və halhazırda iş fəaliyyətinə davam edir. 57 yaşı tamam olan zaman pensiya hüququ yarandığı üçün, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Lakin ona güzəştli şərtlərlə pensiya düşmədiyi üçün müraciətinə imtina edilmişdir. İddiaçı 01.09.1979-cu il tarixdən 01.04.1980-ci ilə qədər Qərvənd pambıq məntəqəsində fəhlə işləmişdir. 08.04.1980-ci ildən 28.06.1982-ci ilədək hərbi xidmətdə olmuşdur. 01.09.1982ci il tarixdən 31.08.1984-cü il tarixdə və 07.06.1985-ci il tarixdən 2006-cı il tarixə kimi güzəştli sahədə işləmiş və hal-hazırda güzəştli sahədə fəaliyyətini davam etdirir. İddiaçının işlədiyi bu sahələri əmək kitabçası təsdiq edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh təqdim etdiyi iddia tələbinə etirazında göstərmişdir ki, iddiaçının mərkəzi filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiаçı İddiaçı məhkəmə iclаsındа iddiа ərizəsində göstərilən məzmundа çıхış еdərək iddiа tələbinin təmin еdilməsini məhkəmədən хаhiş еtmişdir. İddiаçının vəkili P.Zalışov məhkəmə iclаsındа iddiа ərizəsində göstərilən məzmundа çıхış еdərək iddiа tələbinin təmin еdilməsini məhkəmədən хаhiş еtmişdir. Cavabdehin nümayəndəsi N.Rüstəmli iddia ərizəsinə etiraz edərək, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi və güzəştli stajların olmadığı üçün iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının, iddiaçının vəkilinin və cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin edilməlidir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1962-ci il tarixdə Ağdam rayonunda anadan olmuşdur. İddiaçıya məxsus İT-İ ******* nömrəli, 07 aprel 1980-ci il tarixdə açılmış əmək kitabçasına əsasən, 0109.1979-cu ildən 01.04.1980-ci ilədək Qərvənd pambıq məntəqəsində fəhlə kimi işləmiş, 08.04.1980-ci ildən 28.06.1982-ci ilədək həqiqi hərbi xidmətdə olmuş, 01.09.1984-cü ildən 15.04.1985-ci ilə qədər 12 nömrəli orta peşə texniki məktəbində təhsil almış, 07.06.1985-ci ildən 20.11.1989-cu ilədək “Leninneft” X8 İdarəsində kompressor qurğularının maşınısti peşəsində, həmin idarədə 01.11.1991-ci ildən 28.02. 1995-ci ilədək elektrik avadanlıqlarına xidməti üzrə elektrik montyoru, 01.03.1995-ci ildən 01.09.2003-cü ilədək qaz-kompressor sexində elektrik montyoru, 01.09.2003-cü ildən 28.08.2011-ci ilədək elektrik avadanlıqlarının quraşdırılması, təmiri və elektrik təchizatı sahəsində elektro montyor peşəsində “xxxx” Müştərək müəssisəsində işləmişdir. İddiaçıya məxsus İT-İ ******* nömrəli, 03 sentyabr 1982-ci il tarixdə açılmış əmək kitabçasına əsasən, iddiaçı 01.09.1982-ci il tarixdən 31.08.1984-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçıya məxsus İT-İ ******* nömrəli, 04 may 2004-cü il tarixdə açılmış əmək kitabçasına əsasən, iddiaçı 03.05.2004-cü il tarixdən 09.10.2006-ci ilədək elektro montyor peşəsində “xxxx” MMC-də, 10.10.2006-ci il tarixdən 03.02.2014-cü ildədək 4 növbə sınaq müddəti keçirilməklə elektrik avadanlıqlarının təmiri sahəsinə elektrik montyoru peşəsində X7 İdarəsində; 04.02.2014-cüil tarixdən 17.04.2017-ci ilədək elektrik montyoru peşəsində AR Dövlət Neft Şirkətinin “Kompleks qazma işləri” trestində işləmişdir. Cavabdehin 24 iyul 2020-ci il tarixli, **********3 nömrəli məktubuna əsasən, iddaçının ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az təşkil etdiyi üçün güzəştli şərtlərlə pensiya təmin edilməsindən imtina edilmişdir. SOCAR-ın 04 iyun 2019-cu il tarixli “iş stajı haqqında” arxiv arayışına əsasən, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən 07.06.1985-ci ildə (235/k nömrəli, 10.06.1985-ci il tarixli əmr) “Leninneft” NQÇİ-nin (sonrakı adı “Balaxanıneft NQÇİ) Qaz kompressor sexinə kompressor qurğularının 4-cü dərəcəli maşinisti peşəsinə işə qəbul edilmişdir. 20.11.1989cu ildə (əmr 669 nömrəli, 30.11.1989-cu il) kompressor qurğularının 5-ci dərəcəli maşinisti peşəsinə keçirilmişdir. 01.11.1991-ci ildə (əmr 330/5 nömrəli, 31.10.1991-ci il) elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli elektrik montyoru peşəsinə keçirilmişdir. 28.02.1995-ci ildə (əmr 64/k nömrəli, 28.02.1995-ci il) Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən “xxxx” MM-nə köçürülməsi ilə əlaqədar işdən azad olunmuşdur. SOCAR-ın 19 fevral 2019-cu il tarixli arayışına əsasən, İddiaçı, həqiqətən də SOCAR-in Kompleks qazma işləri trestinin müxtəlif idarələrində işləmişdir. X7 İdarəsi üzrə - 10.10.2006-cı il tarixdən 22.04.2013-cü il tarixə kimi elektrik avadanliqlarının təmiri sexində elektrik montyoru, 22.04.2013-cü il tarixdən 03.02.2014-cü il tarixə kimi qazmaya xidmət edən elektrik montyoru. Azərbaycan Dövlət Neft Şirkəti Kompleks qazma işləri tresti üzrə - 04.02.2014-cü ildən hal-hazıra kimi Kompleks qazma işləri trestinin Abşeron İstehsalat bölümündə qazmaya xidmət edən elektrik montyoru peşəsində işləyir. İddiaçıya məxsus SSN **********614 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı sosial sığorta ödəyicisidir. Hərbi biletə əsasən iddiaçı 08 aprel 1980-ci ildən 28 iyun 1982-ci ilə qədər hərbi xidmətdə olmuşdur. “xxxx” MMC-nin 11 iyun 2019-cu il tarixli, 24 nömrəli güzəştli-arayışına əsasən, İddiaçı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarının 10.2 yarımbəndinin “a” bəndinə əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir.”xxxx” MMC-nin elektrik avadanlıqlarına xidmət və elektrik təchizatı sexində 01.03.1995-ci il tarixindən 28.08.2014-cü il tarixinə kimi elektrik montyoru peşəsi üzrə xxxx MMC-də güzəştli şərtlə əmək stajı 19 il 5 ay 27 gün təşkil edir. B 206145 nömrəli diploma əsasən İddiaçı, 01 sentyabr 1984-cü ildə Bakı şəhəri 12 nömrəli texniki peşə məktəbinə daxil olmuş və 26 aprel 1985-ci ildə soyuq komressor qurğularının maşinisti peşəsi üzrə orta təhsil bazasında orta texniki peşə məktəbinin tam kursunu bitirmişdir. İş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1962-ci il təvəllüdlüdür, 01.09.1979-cu ildən əmək fəaliyyətinə başlamış və bu günə qədər işləyir, 08.04.1980-ci il tarixdən 28.06.1982-ci ilədək hərbi xidmətdə olmuş, 01 sentyabr 1984-cü ildən 26 aprel 1985-ci ilədək 12 nömrəli texniki peşə məktəbində təhsil almışdır. İddiaçı onun 01.01.2006-ci il tarixinə ümumi iş stajı 25 ildən çox olması (26 il 01 gün), bu stajın 12il 6 aydan çox müddəti (20 il 06 ay 26 gün) güzəştli staj təşkil etdiyindən güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etməkdən imtina etmiş, imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının ümumi iş stajı 01 yanvar 2006-cı il tarixinədək 25 ildən az təşkil edir. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında (2130302a-13775) nəzərdə tutulan- kompressor qurğularının maşinisti, (2130301a- 19861) – elektroavadanlığının təmiri və xidməti üzrə elektromontyorlar peşəsində güzəştli iş stajı 20 il 06 ay 26 gün, ümumi iş stajı 26 il 01 gün) olduğu üçün onun 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. İddiaçının iddia ərizəsində göstərdiyi iş stajı əmək kitabçası, SOCAR-ın 04.06.2019-cu il tarixli və 19 fevral 2019-cu il tarixli arayışları, “xxxx” MMC-nin 11 iyun 2019-cu il tarixli, 24 nömrəli güzəştli arayışları ilə təsdiq edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı oğlunun cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qаrşı iddiası təmin edilməli, iddiaçıya 57 yaşı tamam olduğu 24 yanvar 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 33cü, 68-ci, 69-cu, 85 –ci, 110-ci mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiа tələbi təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu 24 yanvar 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin . Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-1481/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1481/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver