Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14826/2023 13.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “artıq tutulmuş verginin ona geri qaytarılması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 102.2.5-ci maddəsinin tələblərinə əsasən iddiaçının 1992-2012-ci illər ərzində ödədiyi vergilərə münasibətdə artıq ödənilmiş vergilərin geri qaytarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər Fövqəladə Hallar Nazirliyində və SOCAR-da işləmiş, əmək haqqısından və digər gəlirlərindən dövlətə vergilər ödəmişdir. Hazırda pensiyadadır. X1 Vətən Müharibəsinin iştirakçısı olmuşdur. Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 102.2.5-ci maddəsinin tələblərinə görə həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Atası 1992-ci ildə vəfat ediyinə görə, həmin hüquq normasının müddəaları indiki halda da tədbiq edilməlidir. İddiaçı dəfələrlə cavabdeh qurumlara bu barədə mürcariətlər etsə də, ərizələri təmin edilməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9163/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xəzər X8 Xidmətinə qarşı “əmək haqqından tutulmuş məbləğin hesablanaraq ona geri qaytarılması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10040/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı əmək haqqından tutulmuş məbləğin geri qaytarılması tələbinə dair iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2-1(103)-2693/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “əmək haqqından tutulan məbləğin geri qaytarılması” barədə iddia tələbi mümkün sayılmamışdır. Ali Məhkəmənin 2-1(102)-658/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2022-ci il tarixli, 2-1(103)-2693/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırki iddiada tələbinin formal olaraq dəyişdirilməsi mahiyyət etibarı ilə eyni hüquqi nəticənin - əmək haqqından tutulmuş məbləğin hesablanaraq iddiaçıya geri qaytarılmasına yönəldilmişdir ki, bununla baglı isə mövcud mübahisəyə məhkəmə müstəvisində artıq bir dəfə baxılaraq iddia tələbi mümkün hesab edilməmiş, mübahisəyə hüquqi qiymət verildiyindən, hazırkı işə yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin imperativ xarakter daşıyan tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Hazırkı iş üzrə iddianın mümkünlük şərtlərini istisna edən halların mövcudluğunu müəyyən etdiyinə görə İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10040/2022 saylı xx.xx.2022-ci il qanuni qüvvəyə minmiş qərardadı yekun məhkəmə aktı hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-14826/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14826/2023
13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver