Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1483/2022 18.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qaraja dair texniki pasportun və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun adına ünvan 1 ünvanında yerləşən qaraja dair ünvan 3ərancamına əsasən texniki pasportun və çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən qarajı ünvan 3ərəncamına əsasən ona verilmişdir. O zamanlar iddiaçı Aslanova soyadında olduğu üçün sərəncamda adı X1 qeyd olunub, boşandıqdan sonra əvvəlki soyadına qayıtmışdır. Qaraj neçə illərdir ki, istifadəsindədir, 1995-ci ildən istifadə edir. Qaraja dair texniki pasport və çıxarış verilmir. Səbəb kimi göstərilir ki, texniki pasport verilməsi üçün qarajın plan sxemi verilməlidir ve yerləşdiyi yer plan sxemdə göstərilməlidir, amma qarajın yerini müəyyən edən, plan sxem hazırlayan və onun əsasında ilkin texniki pasportu verən orqan cavabdeh DƏDRX-dir. Cavabdeh Nəsimi Rayon İcra Hakimiyyətinin plan sxem verməli olduğunu və yerini müəyyən edərək göstərməli olduğunu bildirir. İddiaçının 14 saylı MKİS-dən plan sxemi var, lakin DƏDRX qəbul etmir, baxmayaraq ki sərəncam da 14 saylı MKİS-ə havalə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8202/2021 nömrəli, 17.07.2021-ci il tarixli qərardadı ilə İddiaçı “Nəsimi rayonu, Qulu Quluyev (keçmiş Mendeleyev) küçəsi 8 ünvanında yerləşən qaraja dair ünvan 3ərancamına əsasən texniki pasportun və çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir və qeyri-yaşayış binası ümumi istifadədə olan yaşıllıq ərazisində inşa edilmişdir. Təqdim edilmiş cizgiyə əsasən qarajın sahəsi 28.0 kv.metr, faktiki sahəsi isə 24.4 kv.metr təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməsinin 4.11.11.5 və 4.11.12-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, Əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri-yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.09.2014-cü il tarixli 302 saylı Qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması” və Azərbaycan Respublikası Prezidentinin 17.11.2014-cü il tarixli 349 saylı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim edilən sənədlərə əlavə olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon İcra Hakimiyyətinin 08.06.1995-ci il tarixli 285 nömrəli fərdi sahibsiz qarajın başqa şəxsin adına keçirilməsi haqqında sərəncamından görünür ki, “Nəsimi Rayon İcra Hakimiyyəti Aparatına Vaqif prospekti 5, blok İİ, 1 nömrəli mənzilin sakini X2 ərizə ilə müraciət edərək, qonşu həyətdə yerləşən sahibsiz qarajı onun adına keçirilməsini xahiş edir. Mendeleyev küçəsi 8 nömrəli binanın həyətində olan sahibsiz qaraj 5 ildir ki, G.T.Aslanova tərəfindən istifadə edilir. Təqdim olunan sənədlərdən məlum olur ki, G.T.Aslanova Vaqif prospekti 5, blok İİ, 1 nömrəli mənzildə yaşayır və onun adına AГİOBC-96 dövlət nömrəli fərdi minik avtomobili var. Qeyd edilən sərəncamla qərara alınmışdır: - Vət. G.T.Aslanovanın ərizəsi və 14 nömrəli MİS-nin 07.06.1995-ci il tarixli 14 nömrəli arayışı nəzərə alınsın. - Vaqif prospekti 5, blok İİ, 1 nömrəli mənzilin sakini G.T.Aslanova tərəfindən uzun müddət istifadə edilən, Mendeleyev küçəsi 8 nömrəli binanın həyətində yerləşən sahibsiz qaraj G.T.Aslanovanın adına keçirilməsinə icazə evrilsin. - Vət. G.T.Aslanovaya xəbərdarlıq edilsin ki, ərazidə ümumi abadlıq, yenidənqurma işləri aparılacaq təqdirdə rayon İcra Hakimiyyətinə heç bir irad tutmadan qarajı sözsüz götürməlidir. - Sərəncamın surətləri 14 nömrəli MİS-nə və 20 nömrəli polis bölməsinə məlumat üçün rayon MTİ-nə icarə müqaviləsi bağlanması üçün göndərilsin. - Sərəncamın icrasına nəzarət 14 nömrəli MİS-nə həvalə edilsin”. İş materiallarına əlavə edilmiş 21.12.2005-ci il tarixli, AZ-İ 051506 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən X4 ilə X2 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 08.04.2004-cü il tarixdə 110 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Aslanov, qadına Əfəndiyeva soyadı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8202/2021 nömrəli, 17.07.2021-ci il tarixli sorğusu ilə Nəsimi Rayon İcra Hakimiyyətindən İddiaçı ünvan 5 ünvanında yerləşən qarajın tikintisi ilə bağlı bütün hüquqmüəyyənedici və texniki sənədlərin surətlərinin təqdim edilməsi tələb olunmuş, Nəsimi Rayon İcra Hakimiyyətinin 28.07.2021-ci il tarixli, 6/675 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, Əfəndiyeva (Aslanova) Gülnarə Tahir qızına həmin qaraja dair Nəsimi RİH Başçısının 285 saylı, 08.06.1995-ci il tarixli Sərəncamı verilmişdir. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə verilənə qədər dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur. Milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddəti rayon və şəhər hakimiyyət orqanlarının sənədləri üçün 5 il müəyyən edilir. Odur ki, Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 285 saylı, 08.06.1995-cı il tarixli sərəncamın və digər sənədlərin əldə edilməsi üçün aidiyyəti üzrə Dövlət Arxivinin Bakı şəhər filialına müraciət edilməsi tövsiyə olunmuşdur. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı filialının 05.08.2021-ci il tarixli, BA-03560-2021 nömrəli məktubu ilə vət. X2 barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan Nəsimi rayon İH-nin arxiv fondu üzrə 08.06.1995-ci il tarixli 285 saylı sərəncamının təsdiq edilmiş kserosurəti 1 (bir) vərəqdən ibarət olmaqla göndərilmişdir. Sərəncama cizgi, sxem, yerləşmə planı və s. sənədlər əlavə edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq 14 saylı MKİS-nin təqdim etdiyi məktubda bildirilmişdir ki, Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının fərdi sahibsiz qarajın 08.06.1995-ci il tarixli 285 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, keçmiş Mendeleyev (hal-hazırda Q.Quliyev) küçəsi 8 nömrəli binanın həyətində yerləşən vətəndaş G.T.Aslanovanın adına keçirilmiş qaraj daşdan tikilidir, sahəsi 28.0 kv.m-dir, Nəsimi rayonu ərazisində yerləşir və müvafiq ödəniş qəbzləri var. Məktuba qarajın planı və qeyri-yaşayış sahələrindən istismar haqqı üçün ödəniş dövrü 2019, 2020, 2021-ci illər olan 3 ədəd qəbz əlavə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 22.07.2021-ci il tarixli, **********38 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mendeleyev küçəsi, 8 nömrəli qeyri-yaşayış binasına (qaraj) texniki pasportun tərtib edilməsi ilə bağlı ********** nömrəli, 16.06.2021-ci il tarixli müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildirilir ki, qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, təqdim etdiyiniz yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Həmçinin qeyd olunan qeyri-yaşayış binası ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə huququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı iiə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı Nəsimi Rayon İcra Hakimiyyətinin 08.06.1995-ci il tarixli 285 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mendeleyev (hal-hazırda Q.Quliyev) küçəsi 8 nömrəli binanın həyətində yerləşən qarajın onun adına keçirildiyini əsas gətirərək qaraja dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi qeyri-yaşayış sahəsinə və onun yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini, təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələrin qeyd edilmədiyini, həmçinin qeyri-yaşayış sahəsinin ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşdiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. İddiaçı hazırkı tələbində cavabdehin imtinasını mübahisələndirir və qaraja dair çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. Hazırkı iş üzrə iddiaçının qeydiyyata alınmasını tələb etdiyi daşınmaz əmlak Bakı şəhəri, Nəsimi rayonu, Mendeleyev (hal-hazırda Q.Quliyev) küçəsi 8 nömrəli binanın həyətində yerləşən qarajdır. İddiaçının qeyd edilən qaraja dair tələb hüququnun əsası kimi Nəsimi Rayon İcra Hakimiyyətinin 08.06.1995-ci il tarixli 285 nömrəli sərəncamına istinad edir. Adıçəkilən sərəncamın məzmunundan müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Mendeleyev küçəsi 8 nömrəli binanın həyətində yerləşən sahibsiz qarajın həmin binada yaşayan iddiaçının adına keçirilməsi qərara alınmış, lakin sərəncamda sözügedən qarajın sahə ölçüsü göstərilməmişdir. Eləcə də sərəncama qarajın yerləşmə planı, texniki vəziyyətini göstərən hər hansı sənəd (cizgi, plan və s.) əlavə edilməmişdir. Eyni zamanda sözügedən sərəncamda “ərazidə ümumi abadlıq, yenidənqurma işləri aparılacaq təqdirdə qarajın sözsüz “götürülməsi” qeyd edilmişdir. Məhkəmə hesab edir ki, sərəncamda ifadə olunan “qarajın götürülməsi” ifadəsi qarajın ilkin olaraq daş tikilidən ibarət olmadığı qənaətinə əsas verir. İş materiallarına əlavə edilmiş 14 saylı MKİS-nin mühəndisi tərəfindən əl ilə tərtib edilmiş planda qarajın sahəsinin 28 kv.m olduğu göstərilmişdir. Halbuki, qeyd edildiyi kimi qeyri-yaşayış sahəsinin ayrılması ilə bağlı hüquqmüəyyənedici sənədin özündə - Nəsimi Rayon İcra Hakimiyyətinin 08.06.1995-ci il tarixli 285 nömrəli sərəncamında qarajın sahə ölçüsü barədə hər hansı qeyd yoxdur. Eyni zamanda sərəncama əsasən qarajın ümumi abadlıq, yenidənqurma işləri aparılacağı təqdirdə götürüləcəyi qeyd edildiyi halda MKİS-nin arayışında qarajın daş qaraj olduğu göstərilmişdir. İddiaçı tərəfindən mübahisəli qarajın daşdan tikilməsi ilə bağlı müvafiq sənədlər isə (tikintiyə icazə, razılaşdırılmış layihə və s.) təqdim edilməmişdir. Məhkəmə bununla yanaşı qeyd edir ki, sözügedən sərəncamın qəbul olunduğu vaxt Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında icra hakimiyyətinin başçısı vəzifəsi təsis edilmiş, “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə” təsdiq edilmişdir. Qeyd edilən Əsasnamənin 13-cü maddəsinin d) bəndinə görə yerli icra hakimiyyəti başçısının tikinti, mənzil-kommunal təsərrüfatı, məişət xidməti, ticarət, ictimai iaşə, nəqliyyat və rabitə sahəsində səlahiyyətlərinə aiddir - Sovetin mənzil fondunu bölüşdürür, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotunu aparır, qeyri-yaşayış otaqlarından istifadə, rayonun, şəhərin kommunal mülkiyyətində olan binaların və tikililərin icarəyə verilməsi məsələlərini həll edir. Göründüyü kimi hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş qanunvericilik yerli icra hakimiyyəti orqanı tərəfindən mənzil kommunal təsərrüfatı birliklərinin mülkiyyətində olan qeyri-yaşayış sahələrinin vətəndaşların istifadəsi, icarəsinə verilməsini tənzimləmişdir. Məhkəmə qeyd edir ki, Nəsimi Rayon İcra Hakimiyyətinin 08.06.1995-ci il tarixli 285 nömrəli sərəncamının 3-cü bəndində qarajla bağlı icarə müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Qeyd edilən bənddən də müəyyən olunur ki, sözügedən qaraj iddiaçının mülkiyyətinə deyil, istifadəsinə verilmişdir. Bunun üçün yerli icra hakimiyyəti orqanı sərəncamda sözügedən qaraja dair mənzil istismar sahəsi ilə icarə müqaviləsinin bağlanmasını tapşırmışdır. Hazırkı iş üzrə iddiaçı ilə qarajla bağlı icarə müqaviləsi bağlanılmamışdır. 14 saylı MKİS tərəfindən təqdim edilmiş qəbzlər isə qeyri-yaşayış sahələrindən 2019-2021-ci illər üçün istismar haqqının ödənilməsi ilə bağlı qəbzlərdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; -8.0.9-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İşin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən mübahisə predmeti olan qaraja dair yuxarıda sadalanan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçının istinad etdiyi Nəsimi Rayon İcra Hakimiyyətinin 08.06.1995-ci il tarixli 285 nömrəli sərəncamı daşınmaz əmlakın iddiaçının adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmasına əsas vermir. Qarajın ölçüləri və yeri barədə əlavə sənədlərin mövcudluğu iş üzrə müəyyən olunmamışdır. Cavabdeh inzibati orqanın imtinası da məhz qeyd edilən bu sənədlərin olmamasına əsaslanır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, daşınmaz əmlakın tikintisi ilə bağlı sənədlər təqdim edilmədən, ölçüləri və yeri müəyyənləşdirilmədən, yerləşdiyi torpaq sahəsinə dair torpaqayırma sənədi təqdim edilmədən onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı və bununla bağlı müvafiq sənədlərin tərtibi mümkün deyildir. Belə olan halda cavabdehin imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə qeyri-yaşayış sahəsinə dair qanunla tələb olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin mövcud olmaması əsası ilə iddianın təmin edilməməsi nəticəsinə gəldiyindən cavabdehin iddiaya etirazla bağlı digər dəlilinə - qeyri-yaşayış sahəsinin ümumi istifadədə olan yaşıllıq ərazisində yerləşməsi ilə bağlı dəlilə qiymət verilməsinə zərurət görmür. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qaraja dair texniki pasportun və çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1483/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1483/2022
18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver