Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1484/2024 13.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavadehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3rşı “ödənilməyən ayların pensiya məbləğləri hesablanmaqla pensiya təyin edilərək ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3rşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək, 1973- 1975-ci illərdə Şamaxı rayonu K.Marks adına kolxozda işlədiyi müddətlər əmək stajına daxil olmaqla, ödənilməyən ayların pensiya məbləğləri hesablanmaqla iddiaçıya 2023-cü ilin mart ayından yeni pensiya təyin edilərək ödənilməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuş və ilkin əmək fəaliyyətinə 1973-cü ildə başlamışdır. Belə ki, 1973-cü ildən 1975-ci ilə kimi Şamaxı rayonu Nərimankənd kəndi K.Marks adına kolxozda işləmişdir. 1975-ci ilin sentyabrından 1978-ci ilin iyun ayına kimi Bakı şəhəri X17 Məktəbində oxumuşdur. 1978-ci ilin iyul ayından 1978-ci ilin okytabr ayına kimi Məişət Texnikalarının təmiri mərkəzində işləmişdir. 1978-ci ilin 25 oktyabrından 1988-ci ilin iyul ayına kimi Bakı Məişət Kondisioneri zavodunda (sonradan Bakı Kondisioneri Elm İstehsalat Birliyi ) işləmişdir (Məhsuların Texniki nəzəarətçisi). 1988-ci ilin avqust ayından 1990-ci ilin may ayına kimi Azərbaycan Dəmir Yolu İdarəsinin Bakı Vaqon Təmiri Zavodunda işləmişdir (hüquqşünas vəzifəsində ), 1990-cı ilin iyun ayından 2005-ci ilin mart ayına kimi Bakı Kondisioneri Elm İstehsalat Birliyini Bakı X6 (hüquqşunas vəzifəsi), həmçinin paralel olaraq Bakı Kondisiaoneri Elm X7 şöbəsini rəisi vəzifəsini icra etmişdir. 2005-ci ilin mart ayından bu vaxta kimi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 6 saylı Vəkil Bürosunda işləyir. (X4.) Beləliklə 1973-cü ildən 2006-cı ilə kimi 33 il əmək stajı və 2006-ci ildən hazırkı vaxta kimi 18 il əmək stajı və cəmi 51 il əmək stajı vardır. Eyni zamanda 2006-cı ildən 2023-cü ilə kimi sığorta kapitalı 53.000 (əlli üçü min) manatdan çoxdur. 2022-ci ilin 20 martında Pensiya yaşı tamam olduğu üçün Dövlət Sosial Müdafiə Fondundan onun telefonuna mesaj gəlmiş və pensiyanın 530 manat olduğunu göstrəmişdir. Sonradan Azərbaycan Respublikasnın Əmək və Əhalinin Sosial Müqafıəsi Nazirliyinə, həm də Azərbaycan Respublikasnın Əmək və Əhalinin Sosial Müqafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş və verilən cavabda əsasız olaraq sənədlər istənilmiş və əmək kitabçasının, X9 və Diplomun sürətini təqdim etsə də, üç illik əmək stajı nəzərə alınmamışdır. Bu isə onun əmək stajını düzgün hesablanmadığından, təyin olunan pensiyasının süni sürətdə azaldılması deməkdir. Ona görə hesab edir ki, cavabdehin hərəkətləri əsasızdır və əmək stajının düzgün hesablanmaqla və pensiyasını qanunla müəyyən edilmiş qaydada hesablanmaqla 2023-cü ilin mart ayında ödənilməlidir. Cavabdehin təqdim etdiyi hesablanma qaydalarına uyğun olaraq 2022-ci ilin sentyabr ayına yaşa görə əmək pensiyasının məbləğinin 358 manatdan çox təşkil etməsini və onun sığorta kapitalını 53000 manatdan çox olmasını nəzərə alınaraq təyin olunmalı pensiya 730 (yeddi yüz otuz) manatdan çox (358 m+ 368 manat) təşkil etməli olduğu halda, nədənsə DSMF-nin ona (hansı əsasla) 530 manat pensiya təyin etməsini başa düşmək olmur. İddiaçıya pensiya təyin olunmamışdan əvvəl 3 saylı DOST mərkəzində olmuş və bildirilmişdir ki, Novruz bayramından sonra müraciət edər. O zaman pensiya təyin edilməsinə baxılacaqdır. Hazırda onun xəbəri olmadan və hansı əsaslara az məbləğdə pensiya təyin edilməsi aydın deyildir. Ona görə də 51 il əmək stajına malik olan bir şəxs kimi pensiyasının təyin edilməsinin düzgün hesablanmaqla aparılmalı və qanunla müəyyən edilmiş qaydada pensiya təyin edilməsi barədə aidiyyatı qurumlar tərəfindən müəyyən edilərək təyin edilməli və ödənilməyən ayların pensiya məbləği də daxil olmaqla ona yeni pensiya təyin edilməklə ödənilməlidir. 2006-cı ilə kimi əmək stajını müəyyən edən sənəd Əmək Kitabçası hesab olunurdu. Odur ki, onun 1973-1975-ci illlərdə işlədiyi müddətdə Kolxoz qurumları üçün müəyyən edilmiş əmək stajı Əmək Kitabçasında göstərilirdi. Həmin dövrə onun əmək stajı təqdim edilmiş Əmək Kitabçasında göstərilmişdir. Cavabdeh həmin dövrdə iddiaçınnın stajını şübhə altına alırsa, o zaman sorğu verib arxiv sənədini təkəb etmək hüququ vardır.
3. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi qərara alınmışdır.
4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsi Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli məhkəməyə ünvananan ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı məhkəməyə müraciət edərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etsə də, iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Həmçinin cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli 3-17-1/1-Ə-9031/2023 nömrəli “zəruri sənədlərin təqdim olunması haqqında” məktubunda M. Əliyevin Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciətinə baxılması üçün lazımi sənədlər təqdim etmədiyi qeyd olunmuşdur. İddiaçı sığorta stajını təsdiq edən zəruri sənədləri (əmək kitabçası, hərbi bilet və əyani təhsil haqqında diplom) və ya notariat qaydada təsdiq olunmuş surətlərini DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciəti əsasında yaşa görə əmək pensiyasının yenidən hesablanmasına baxıla bilməsi qeyd olunmuşdur. Odur ki, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur.
5. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.2ci maddəsinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi kolxozçunun əmək kitabçasının surətinə əsasən 1973-1975-ci illər üzrə kolxozdakı əmək fəaliyyəti dövrü, diplomun surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil aldığı müddət, əmək kitabçasının surətinə əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrləri üzrə ümumilikdə 32 il 1 ay 3 gün mübahisələndirilməyən sosial sığorta stajı müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixinədək vətəndaşın 32 il 1 ay 3 gün sığorta stajına əsasən pensiya kapitalının məbləği 9820,05 manat təşkil edir: (32+((3/30)+1)/12)x306=9820,05 manat Həmin kapitalın xx.xx.2023-cü il tarixinə indeksləşdirilmiş məbləği: 2006 - 9820,05 2007 8,3 10635,11 2008 16,7 12411,17 2009 20,8 14992,70 2010 1,5 15217,59 2011 5,7 16084,99 2012 7,9 17355,71 2013 1,1 17546,62 2014 2,4 17967,74 2015 1,4 18219,29 2016 4,0 18948,06 2017 12,4 21297,62 2018 5,7 22511,58 2019 3 23186,93 2020 2,6 23789,79 2021 2,8 24455,90 2022 6,7 26094,45 2023 13,9 29721,57 SH - 29721,57:144=206,31 Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək 53650,87 manat pensiya kapitalı qeydə alınmışdır. 53650,87:144=372,58 xx.xx.2023 - 206,31+372,58=578,89 İddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının məbləği 578,89 manat müəyyən edilmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
9. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır... 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar.
11. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
12. İddia ərizəsindən görünür ki, iddiaçı onun 1973-1975-ci il tarixlərdə Şamaxı rayonu K.Marks adına kolxozda işlədiyi müddətlərin əmək stajına daxil edilməklə yenidən hesablanılaraq, 2023-cü ilin mart ayından pensiya təyin edilməsini tələb edir.
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
14. Məhkəmə araşdırılması zamanı cavabdehin təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə 1973-1975-ci illər üzrə kolxozdakı əmək fəaliyyəti dövrü də daxil olmaqla, ümumilikdə 32 il 1 ay 3 gün sosial sığorta stajı hesablanılaraq yaşa görə əmək pensiyası təyin edilmişdir.
15. İddiaçının 1973-1975-ci il tarixlərdə əmək fəaliyyətinin sosial sığorta stajına əlavə edilərək yenidən hesablanmaqla pensiyanın təyin edilməsi tələbini nəzərə alan məhkəmə qeyd edir ki, hazırkı tələb üzrə mübahisə yoxdur, belə ki, iddiaçıya artıq təyin olunmuş əmək peniyası mövcuddur və mübahisələndirilən dövr də nəzərə alınmaqla ona pensiya hesablanmışdır. Eyni zamanda, iddiaçı barəsində qəbul edilən əlverişsiz inzbati akt mübahisləndirilmir, əksinə əsassız olaraq mövcud əmək pensiyasının eyni qaydada yenidən hesablanılaraq təyin olunması tələb edilir. Digər tərəfdən iddiaçı tərəfindən onun hüquq və azadlıqların pozuntusunu təsdiq edən sübutlar təqdim edilməyib.
16. X13 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X12rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X10rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X2rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).
17. Hazırkı mərhələdə məhkəmə müəyyən edir ki, iş üzrə “real” mübahisə mövcud deyil, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halı müəyyən olunmur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbinə baxılması zərurəti yaranmır, iddia mümkün sayılmamalıdır.
18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva