Məhkəmə qərarları › İş №2-1(112)-1485/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1485/2024

21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1485/2024 21.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 198-ci il tarixdən 1987-ci il tarixə kimi erməni millətçi dəstələrinə qarşı döyüşməyimi nəzərə alaraq, ona veteran adı və veteran vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1967-ci il tarixdə Şamaxı rayonunda anadan olmuşdur. “Veteran adının və Veteran vəsiqəsinin” verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nm xx.xx.2021-ci il tarixli iclasında baxılmış və barənizdə müsbet qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.2021 -ci il tarixli 9/2-1448 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman xx.xx.1994-cü il tarixdə N nömrəli hərbi hissədə xidmətdə olan zaman xidmət yerini özbaşına tərk etdiyinizə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Sizə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunur.

3. İddiaçı tərəfindən təqdim edilmiş vəsatətdə qeyd edilmişdir ki, cavabdeh qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi göstərilməklə iddia tələbini “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” kimi dəyişdirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

4. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi əsl olan cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə əvəz edilmiş, iddia tələbi “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” kimi dəyişdirilmişdir.

5. Məhkəmənin sorğusuna cavab olaraq ünvanlanan Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 269 nömrəli arxiv arayışından görünür ki, həqiqətən də gizir X2 N saylı hərbi hissənin tərkibində həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır:

1. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 47 №-li əmrilə Qobustan RHKdan “çavuş” hərbi rütbəsində ehtiyatdan gəlmiş hesab edilərək müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilib, hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilərək 04 mart 1994-cü il tarixdən 3-cü cərrahiyyə bölməsində tibb qardaşı vəzifəsinə təyin edilmişdir;

2. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 67 №-li əmrilə 01 aprel 1994cü il tarixdən 3-cü cərrahiyyə bölməsində baş tibb qardaşı vəzifəsinə təyin edilmişdir;

3. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 111 №-li əmrilə Füzuli rayonuna xidməti ezamiyyətə getmiş hesab edilmişdir;

4. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 124 №-li əmrilə Füzuli rayonundan xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir;

5. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 129 №-li əmrilə 28 iyun 1994cü il tarixdən 3-cü cərrahiyyə bölməsində tibb qardaşı vəzifəsinə təyin edilmişdir;

6. Daxili qoşunların komandanının xx.xx.1996-cı il tarixli 32 №-li əmrinə əsasən 3-cü cərrahiyyə şöbəsində tibb qardaşı vəzifəsindən azad edilib, infeksiya şöbəsinin tibb qardaşı vəzifəsinə təyin edilmişdir;

7. N saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 141 №-li əmrilə 20 iyun 1996-cı il tarixdən infeksiya şöbəsinin tibb qardaşı vəzifəsindən azad edilib, vərəm şöbəsinin tibb qardaşı vəzifəsinə təyin edilmişdir;

8. N saylı hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 86 №-li əmrilə 01 mart 1997-ci il tarixdən vərəm şöbəsinin tibb qardaşı vəzifəsindən azad edilib, rentgen şöbəsinin rentgentexniki vəzifəsinə təyin edilmişdir;

9. N saylı hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 100 №-li əmrilə 28 aprel 1997ci il tarixdən 04 may 1997-ci il tarixədək Füzuli rayonuna N saylı hərbi hissəyə xidməti ezamiyyətə getmiş hesab edilmişdir;

10. N saylı hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixJi 110 №-li əmrilə 08 may 1997ci il tarixdə Füzuli rayonundan N saylı hərbi hissədən xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir;

11. N saylı hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 112 №-li əmrilə 13 may 1997-ci il tarixdən tibbi yardım göstərmək üçün N saylı hərbi hissəyə xidməti ezamiyyətə getmiş hesab edilmişdir;

12. N saylı hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 110 №-li əmrilə 20 may 1997-ci il tarixdə N saylı hərbi hissədən xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir;

13. N saylı hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 195 №-li əmrilə növbəti “baş çavuş” hərbi rütbəsi verilmişdir;

14. N saylı hərbi hissə komandirinin xx.xx.1998-ci il tarixli 61 №-li əmrilə növbəti “kiçik gizir” hərbi rütbəsi verilmişdir;

15. N saylı hərbi hissə komandirinin xx.xx.1998-ci il tarixli 91 №-li əmrilə 20 aprel 1998-ci il tarixdən 01 may 1998-ci il tarixədək tibbi yardım göstərmək üçün Füzuli rayonuna xidməti ezamiyyətə getmiş hesab edilmişdir;

16. N saylı hərbi hissə komandirinin xx.xx.1998-ci il tarixli 98 №-li əmrilə 23 aprel 1998-ci il tarixdə Füzuli rayonundan N saylı hərbi hissədən xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir;

17. N saylı hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 247 №-li əmrilə növbəti “gizir” hərbi rütbəsi verilmişdir;

18. N saylı hərbi hissə komandirinin xx.xx.2005-ci il tarixli 78 №-li əmrilə rentgen kabinetinin rentgen texniki vəzifəsindən azad edi ib, rentgen kabinetinin rəisi vəzifəsinə təyin edilmişdir;

19. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2014-cü il tarixli 79 №-li əmrinə əsasən “Flərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq N saylı hərbi hissədə rentgen kabinetinin rəisi vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmaqla hərbi qeydiyyata alınmaq üçün SHXÇDX-nin Zaqatala rayon şöbəsinə göndərilmişdir.

6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi 28 sentyabr 2023-cü il tarixli, 1425 nömrəli məktubuna əsasən N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 0220 №-li əmrindən Arxiv çıxarışını və Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarxili 9/2-1448 nömrəli Arxiv Arayışı göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən İddiaçı ondan ötrü ki, Qobustan RHK-ğı tərəfindən səfərbər edilmiş, sıravi X3 Azərbaycan Respublikasının "Hərbi xidmət haqqında" qanununa müvafiq olaraq N №-li hərbi hissə komandirinin xx.xx.1993-ci il tarixli 0220 №-li əmrilə (əsas: §-3, səh-156, sıra-53, əmrdə hərbi rütbəsi "sıravi” yazılmışdır, vəzifəsi yazılmamışdır) hərbi hissənin şəxsi heyət üzvülüyünə qəbul edilərək bütün təminat növlərinə salınmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 19 №-li əmrinin 10-cu paraqrafına əlavə edilmiş ”89N NQ-İİ hərbi hissə üzrə hərbi hissəni özbaşına tərk etmiş şəxsi heyətin adlı siyahısında” (əsas: sıra-1691, hərbi rütbəsi "sıravi" yazılmışdır) Qobustan RHK-dan çağırılmış, 1967-ci il təvəllüdlü, sıravi X2 25.01,1994-cü il tarixində hərbi hissəni özbaşına tərk etməsi qeyd olunmuşdur. N saylı hərbi hissə komandirinin N nömrəli, xx.xx.1993-cü il tarixli əmrinə əsasən Qobustan rayon hərbi komissarlığı tərəfindən səfərbər edilmiş və adları aşağıda çəkilən çağırışçılar hərbi komissarlığın 04 dekabr 1993-cü il tarixli adlı siyahısına əsasən “Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq N №-li hərbi hissənin şəxsi heyyət üzvlüyünə qəbul edilsinlər, bütün təminat siyahılarına salınsınlar.

53. sıravi X3

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli iddiaçıya ünvanlanan məktubda bildirilmişdir ki, “Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.2021 -ci İİ tarixli İclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.2021-cı il tarixli 9/2-1448 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman 01 02.1994-cü il tarixdə N nömrəli hərbi hissədə xidmətdə olan zaman xidmət yerini özbaşına tərk etdiyinizə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildirilmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanununun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti bargdə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir.

8. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, Komissiyanın məktubunda qeyd olunmuşdur ki, Mərkəzi Arxivin arxiv arayışına əsasən iddiaçı döyüş əməliyyatları aparılan zaman xx.xx.1994-cü il tarixdə N nömrəli hərbi hissədə xidmətdə olan zaman xidmət yerini özbaşına tərk etdiyinə görə ona “Müharibə veteran” adının verilməsindən imtina olunur. “Müharibə veteram” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, qanuni əsaslarla ehtiyata buraxılması da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli 383-İQR Qərarın 9-cu bəndinə əsasən: “Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.” Həmin Qərarda göstərilmişdir ki, törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Yuxarıda qeyd olunmuş Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1- dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara xx.xx.1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, adliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir.

9. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli etiraza əlavə ərizəsində qeyd edilmişdir ki, iddiaçının hərbi biletində onun Azərbaycan Respublikası Daxili İslər Nazirliyinin Daxili Qoşunların xx.xx.2015-ci il tarixli əmri ilə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasına əsasən: bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu varımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları verdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İslər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.” S.İ.İbrəhimovun sonuncu xidmət keçdiyi yerdən asılı olaraq, rəyin alınması üçün müvafiq komissiyaya müraciət etməlidir. İddiaçının hərbi biletindən göründüyü kimi onun sonuncu xidmət yeri Müdafiə Nazirliyi olmayıb və buna görə də tələblə bağlı üzərinə öhdəlik qoyula bilməz.

10. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

11. Cavabdehin nümayəndəsi şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak etməmişdir.

II. İddianın növü və mümkünlüyü

12. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.

13. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

14. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.

15. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.

18. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

19. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən aşağıdakı iki hal müəyyən edilməlidir: Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır. 1-ci hala münasibətdə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı faktı təsdiq olunmur, belə ki, onun N nömrəli hərbi hissələrin tərkibində ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənədi yoxdur. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı döyüş əməliyyatları aparılan zaman xx.xx.1994-cü il tarixdə N nömrəli hərbi hissədə xidmətdə olan zaman xidmət yerini özbaşına tərk etmişdir. İddiaçının hərbi biletində müvafiq qeyd mövcud olsa da, həmin fakt arxiv arayışı ilə təsdiqlənmir. 2-ci hala münasibətdə məhkəmə qeyd edir ki, həmin dövrdə iddiaçının hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğunun olub-olmaması məhz Daxili İşlər Nazirliyi və onun rayon polis idarə (şöbələri) tərəfindən təqdim edilən fərdi uçot məlumatları əsasında müəyyən edilməlidir. Məhkəmə sorğusuna verilən cavab əsasında iddiaçının məhkumluğunun olmadığı müəyyən edilir. Lakin məhkəmə qeyd edir ki, hər iki hal eyni zamanda mövcud olduğu təqdirdə iddiaçının müvafiq hüququ təmin oluna bilər.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

21. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

22. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

24. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

25. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar