Məhkəmə qərarları › İş №2-1(112)-1486/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1486/2022

04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1486/2022 04.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi ilə, Niyazlı Gülay Rəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gürcüstan Respublikasının Tbilisi şəhərində yerləşən Gürcüstan Texniki Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli BD seriyalı 013459 nömrəli diplom üzrə ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində yerləşən Gürcüstan Texniki Universitetinin “Nəqliyyat və maşınqayırma” fakültəsini bitirmişdir. Bu barədə ona BD seriyalı 013459 nömrəli diplom verilmişdir. İddiaçı həmin diplomun ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana xx.xx.2021-ci il tarixdə müraciət etmiş, lakin cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli məktubla ərizənin təmin olunmasından imtina edilmiş, imtinaya səbəb kimi Gürcüstan Texniki Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olmağı və diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin qeyri-mümkünlüyü göstərilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. İş üzrə hazırlıq icraatı ilə bağlı iclasda cavabdeh tərəf iddiaçının müraciətinin yenidən araşdırılması zərurətinin olduğunu bildirib, məhkəmədən bunun üçün vaxt verilməsini xahiş etdiyindən, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə diplom üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi barədə sənədləri ərizəsinə əlavə etməklə cavabdehə təqdim edilməsi üçün iddiaçıya 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdehə 30 (otuz) gün müddət təyin edilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli 00-05-32/TKTA saylı məktubda bildirilmişdir ki, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı icra edilərək iddiaçının xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması məsələsi yenidən araşdırılmış və ona ixtisasının tanınması ilə bağlı müvafiq şəhadətnamələr təqdim edilmişdir . Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, nümayəndələrin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş, xx.xx.2022-ci il tarixli 00- 05-32/TKTA saylı məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə yenidən müsahibə aparılaraq ona ixtisasın tanınması ilə bağlı müvafiq şəhadətnamələr verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Təhsildə X1rşı diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. Hakim Araz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar