Məhkəmə qərarları › İş №2-1(112)-14877/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-14877/2025

26.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-14877/2025 26.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), məhkəmə iclasından kənar qaydada baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 14, mənzil 10 ünvanında yerləşən istifadəsində olan mənzildən üçüncü şəxslər X3 və X1 qeydiyyat ünvanında qeydlərin ləğv edilməsi öhdəliyinin cavabdeh Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraat məhkəmənin icraatında olan 2-1(112)-14705/2025 saylı inzibati işlə birləşdirilməlidir. Hazırkı 2-1(112)-14877/2025 nömrəli işdən görünür ki, iddiaçı Səbail rayon Polis İdarəsinə qarşı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X3 və X1 ünvan 2zildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə icraatda olan 2-1(112)-14705/2025 nömrəli işdən görünür ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 14, mənzil 10 ünvanında yerləşən istifadəsində olan mənzildə üçüncü şəxslər X3 və X1 qeydiyyat ünvanında qeydlərinin ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail rayon Polis İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı və X2 eyni ünvanda -ünvan 2zilin paylı mülkiyyətçiləri olmaqla həmin ünvandan eyni üçüncü şəxslərin eyni cavabdehə qarşı qeydiyyatdan çıxarılması tələbi ilə məhkəməyə müraciət etdiklərindən, bununla da qeyd edilən işlərin faktiki və hüquqi əsasları oxşar olduğundan, vahid qərar qəbul edilməsi məqsədilə hazırkı 2-1(112)-14877/2025 nömrəli inzibati iş bundan daha əvvəl məhkəməyə daxil olmuş 2-1(112)-14705/2025 nömrəli inzibati iş üzrə icraata birləşdirilməlidir. İnzibati-Prosessual Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. 56.3. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. İnzibati-Prosessual Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hazırkı 2-1(112)-14877/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-14705/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilsin. Qərardaddan müstəqil qaydada şikayət verilə bilməz. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar