Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1488/2020 04.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır), cavabdehin nümayəndəsi X2 (Zəngilan rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində hüquq məsləhətçisi işləyir) iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması barədə” xx.xx.1998-ci il tarixli,398 nömrəli sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün Xətai rayonu. Gen.Şıxlinski küçəsi,57 nömrəli evin yanında iddiaçıya ayrılmış 600 kv metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, buna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1998-ci il tarixli, 398 saylı sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün Xətai rayonu Gen.Şıxlinski küçəsi, 57 nömrəli evin yanında iddiaçıya 600 kv metr torpaq sahəsi ayrılmışdır. Bu Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının verdiyi xx.xx.2017ci il tarixli, 3668 nömrəli arxiv çıxarışı və arxiv çıxarışına əlavə olunmuş yerləşmə sxemi ilə təsdiq olunur. Eni 12 metr, uzunluğu 50 metr olan torpaq sahəsi yerləşmə sxemi əsasında iddiaçıya təhvil verilmişdir və həmin vaxtdan indiyə qədər iddiaçının qanuni istifadəsində və sahibliyindədir.İddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı üçün 2017-ci ildən başlayararaq bir neçə dəfə cavabdehə müraciət etsə də müraciəti nəticə verməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlər surət olmuşlar. Təqdim edilən Xətai rayon İHB-nn 398 saylı, xx.xx.1998-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Azərbaycan Respublikası Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir.xx.xx.2019-cu il tarixli sorğuya Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilən cavabda bildirilir ki, Xətai rayon İcra Hakimiyyətinin başçısının 398 saylı, xx.xx.1998-ci il tarixli sərəncamı ilə Məmmədov Vüqar Əhmədağa oğluna fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin ərazisi Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutu tərəfindən Bakı şəhəri üzrə müəyyən edilmiş sürüşmə zonasında yerləşdiyindən həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması məqsədəmüvafiq hesab olunmur.Həmçinin elektron kadastr məlumatına əsasən göstərilən sahə şosse yolunun kənarında mürəkkəb relyefli yaşıllıq ağacları olan ərazidə yerləşir.Bundan başqa torpaq sahəsinin bütün tərəflərinin sərhədləri şərtidir, hasarlanma işləri aparılmamışdır.Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Cavabdehin xx.xx.2019-cu il tarixli məktubuna əsasən iddiaçının Bakı şəhəri. Xətai rayonu, Gen.Şıxlinski küçəsi, 57 nömrəli evin yanında yerləşən torpaq sahəsinjn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətininn təmin edilməsindən imtina edilmişdir, imtina onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən göstərilən sahə fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamış və şosse yolunun kənarında mürəkkəb relyefli yaşıllıq ağacları olan ərazidə yerləşir.Bundan başqa torpaq sahəsində hasarlanma işləri aparılmamışdır. “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişə əsasən elektron kadastr məlumatlarına əsasən qeyd edilən ərazi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamışdır və şosse yolunun kənarında sürüşmə zonasında yerləşir.Bundan başqa təqdim edilmiş yerləşmə cizgisi faktiki vəziyyətə uyğun gəlmir və hasarlanma mərzçəkmə işləri aparılmamışdır.Bu səbəbdən n iddiaçının Bakı şəhəri,Xətai rayonu, Gen.Mehmandarov küçəsində yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib ediməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2017-ci il tarixli, 3668 nömrəli arxiv çıxarışına əsasən Xətai rayon İcra Hakimiyyətinin 398 nömrəli, xx.xx.1998-ci il tarixli sərəncamı ilə Xətai rayonu, gen.Mehmandarov küçəsi, ev 96,mənzil 59-da yaşayan İddiaçı Əhmədağa oğluna cizgidə göstərilən 0,060 ha torpaq sahəsi ayrılmışdır. Xətai RİİB-nin 398 nömrəli, xx.xx.1998-ci il tarixli sərəncamı ilə İddiaçı Əhmədağa oğluna fərdi yaşayış evini tikmək üçün Xətai rayonu, gen.Şıxlinski küçəsi, 57 nömrəli evin yanında yerləşən torpaq sahəsinin sxeminə əsasən iddiaçıya ayrılmış torpağın eni 12 m, uzunluğu 50 metr göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26864 nömrəli, xx.xx.2019-cu il tarixli rəyinə səasən Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, 57 nömrəli evin yanında Məmmədov Vüqar Əhmədağa oğluna ayrılmış 600 kv metr torpaq sahəsinin Aəzrbaycan Respublikasının Nazirlər Kabinetinin 05 mart 2015-ci il tarixli, 56 saylı qərarı ilə təsdiq edilmiş “Bakı şəhəri və Abşeron yarımadasında torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu ərazilərdə işlərin aparılmasının məhdudlaşdırılmasna dair əlavə tədbirlər haqqındakı plan”a əlavə edilmiş 416 nömrəli planşetin 3-cü sxemində qeyd edilmiş koordinatlar üzrə sürüşmə zonasına aid olmadığı müəyyən edilir, Bakı şəhəri Xətai rayonu, Gen.Şıxlinski küçəsi, 57 nömrəli evin yanında İddiaçı Əhmədağa oğluna ayrılmış 600 kv metr torpaq sahəsinin ərazidən keçən avtomobil yolunun orta oxunun 13,25 metr məsafədə yerləşməsi müəyyən edilir.Həmin avtomobil yolu yaşayış məntəqəsinin hüdudları daxilində yerləşdiyindən mübahisələndirilən torpaq sahəsi “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun 15-1-ci maddəsinə müvafiq olaraq avtomobil yolunun mühafizə zolağına düşmür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssis rəyinə əsasən iddiaçıya Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 398 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin sxemi iş materiallarının 10-cu səhifəsinə əlavə edilmiş və yerdə mərz nişanları qoyularaq ayrılmışdır.Ölçü zamanı ərazidən keçən yolun eninin 15,5 metr olduğu, yolun orta oxundan ayrılmış torpaq sahəsinin döngə nöqtələrində qoyulmuş mərz nişanına qədər məsafənin 13,25 metr, kənarından isə 5,5 metr olduğu müəyyən edilmişdir.”Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun 15-1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir.Bu yol da yaşayış məntəqəsinin hüdudları daxilində yerləşir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 mart 2015-ci il tarixli, 56 saylı qərarı ilə təsdiq edilmiş “Bakı şəhəri və Abşeron yarımadasında torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu ərazilərdə işlərin aparılmasının məhdudlaşdırılmasına dair əlavə tədbirlər haqqındakı plan”a əlavə edilmiş 416 nömrəli planşetin 3-cü sxemində qeyd edilmiş koordinatlar kameral şəraitdə “Google Yer” proqramına əsasən dəqiqləşdirilərkən isə məlum oldu ki mübahisələndirilən torpaq sahəsi sürüşmə zonasına düşmür.Araşdırmanın nəticəsi olaraq müəyyən edildi: İddiaçı ayrılmış Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsindəki yolun kənarında yerləşən torpaq sahəsi şosse yolunun mühafizə zolağında yerləşmir və həmin torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 mart 2015-ci il tarixli, 56 saylı Qərarı ilə təsdiq edilmiş “Bakı şəhəri və Abşeron yarımadasında torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu ərazilərdə işlərin aparılmasının məhdudlaşdırılmasına dair əlavə tədbirlər haqqındakı plan”a əlavə edilmiş 416 nömrəli planşetin 3-cü sxemində qeyd edilmiş koordinatlar kameral şəraitdə “Google Yer” proqramna əsasən dəqiqləşdirilərkən işə məlum oldu ki, mübahisələndirilən torpaq sahəsi sürüşmə zonasına düşmür. Cavabdehin məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubuna əsasən tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir.Göstərilən torpaq sahəsinin bütün tərəflərinin sərhədləri şərtidir, hasarlanma işləri aparılmamışdır.1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahə fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamış və şosse yolunun kənarında (gen.Şıxlinski küç. yolun kənarından 5,2 metr məsafədə) mürəkkəb relyefli yaşıllıq ağacları olan ərazidə yerləşdiyi müəyyən edilmişdir. Xətai rayon İHB-nin 398 saylı, xx.xx.1998-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı təqdim edilən Xətai rayon İHB-nin xx.xx.2019-cu il tarixli, 171 saylı cavab məktubunda bildirilmişdir ki, həmin sərəncam ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi Azərbaycan Milli Elmlər X1 tərəfindən Bakı şəhəri üzrə müəyyən olunmuş sürüşmə zonasında yerləşdiyindən həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması məqsədəmüvafiq hesab olunmamışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, Xətai rayon İcra Hakimiyyətinin 398 nömrəli, xx.xx.1998-ci il tarixli sərəncamı ilə Xətai rayonu, gen.Mehmandarov küçəsi, ev 96, mənzil 59-da yaşayan İddiaçı Əhmədağa oğluna cizgidə göstərilən 0,060 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir.Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda götərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab:8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;..8.0.5. 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. İşin faktiki hallarına əsasən iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin sərəncamı əsasında iddiaçıya ayrılmışdır. Cavabdeh iddiaçının torpaq üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqdan imtinasını torpağın sürüşmə zonasında yerləşməsi və avtomobil yolunun mühafizə zonasına düşməsi kimi əsaslarla əsaslandırılmıdır. Halbuki, məhkəmə işi üzrə təyin edilmiş ekpertizanın nəticələrinə əsasən verilmiş ekspert rəyinə əsasən iddiaçıya ayrılmış torpaq sahəsi Aəzrbaycan Respublikasının Nazirlər Kabinetinin 05 mart 2015-ci il tarixli, 56 saylı qərarı ilə təsdiq edilmiş “Bakı şəhəri və Abşeron yarımadasında torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu ərazilərdə işlərin aparılmasının məhdudlaşdırılmasna dair əlavə tədbirlər haqqındakı plan”a əlavə edilmiş 416 nömrəli planşetin 3-cü sxemində qeyd edilmiş koordinatlar üzrə sürüşmə zonasına aid deyildir, həmçinin torpaq sahəsi ərazidən keçən avtomobil yolunun orta oxunun 13,25 metr məsafədə yerləşməsinə baxmayaraq həmin avtomobil yolu yaşayış məntəqəsinin hüdudları daxilində yerləşdiyindən mübahisələndirilən torpaq sahəsi “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun 15-1-ci maddəsinə müvafiq olaraq avtomobil yolunun mühafizə zolağına düşmür. Torpaq sahəsnin iddiaçı tərəfindən hasarlanmaması məsələsinə gəldikdə isə məhkəmə cavabdehin bu əsasını da qəbul etmir, belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində torpaq sahəsini hasarlanmamasının onun üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas olması nəzərdə tutulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Həmin Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması barədə” xx.xx.1998-ci il tarixli, 398 nömrəli sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün Xətai rayonu, Gen.Şıxlinski küçəsi,57 nömrəli evin yanında iddiaçıya ayrılmış 600 kv metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, buna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Başçısının “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması barədə” xx.xx.1998-ci il tarixli, 398 nömrəli sərəncamı ilə fərdi yaşayış evi tikmək üçün Xətai rayonu, Gen.Şıxlinski küçəsi,57 nömrəli evin yanında İddiaçı Əhmədağa oğluna ayrılmış 600 kv metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı Əhmədağa oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, buna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı: Adı: X3, kodu: 210005, VÖEN ********** Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, Hesab: AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1488/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1488/2020
04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver